Türkiyədə azyaşlı uşaq faciəli şəkildə ölüb.
Avtosfer.az xəbər verir ki, Türkiyənin Batman şəhərində yük avtomobili 5 yaşlı oğlanın üzərindən keçib.
Hadisə nəticəsində uşaq həlak olub.
unikal
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.
Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib
Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.
Daha sonra “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib.
Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb.
Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücülərin müəyyən olunması istiqamətində nəzarət tədbirləri keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı üzərində dövlət nömrə nişanı olmadan hərəkətdə olan nəqliyyat vasitələri saxlanılıb.
Törətdikləri qayda pozuntularına görə məsuliyyətdən yayınmağa çalışan həmin sürücülərlə profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib. Barələrində müvafiq tədbirlər görülməklə inzibati məsuliyyətə cəlb olunublar.
Azərbaycanda sentyabrın 1-dən sonra xüsusi karantin rejimində bir sıra gigiyenik normaların məcburi tətbiqi saxlanılmaqla, yumşalmaya gediləcəyi, həmçinin quru sərhədlərin açılacağı gözlənilir. Sərhədlərin açılması yoluxma sayını artıra bilərmi?
Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, qərar xəstəliyin necə yayılmasından asılı olaraq verilməlidir: “Dünyada və Azərbaycanda müəyyən simptomlar olsa da, geniş yayılma müşahidə olunmur. Ümid edək ki, vəziyyət mənfiyə doğru dəyişməyəcək və vətəndaşlarımız sərbəst həyata davam edə biləcəklər. Təcrübə göstərdi ki, xəstəliyin geniş yayılması ilə bağlı tətbiq olunan məhdudiyyətlər həm iqtisadiyyata, həm də insanların psixoloji durumuna mənfi təsir göstərir. Yenidən məhdudiyyətlərin tətbiq olunması insanlara qismən olsa da, sıxıntı yaradacaq. Allah bizi bir də bu xəstəliklə sınamasın. Bəşəriyyət bir çox fəlakət yaşadı, çox sayda itkimiz oldu”.
Fazil Mustafa:“Ümid edək ki, vəziyyət mənfiyə doğru dəyişməyəcək və vətəndaşlarımız sərbəst həyata davam edə biləcəklər”
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə qeyd edib ki, payıza doğru yoluxmaların artacağı ehtimal olunur: “Yoluxmaların az olduğu zaman quru sərhədlər açılmadısa, payızda açılması tibbi baxımdan doğru deyil. Əslində, ölkəyə daxil olan şəxslərdən test götürülərsə, quru sərhədlərinin açıq yaxud bağlı olmasının yoluxma sayına o qədər də böyük təsiri yoxdur. Hava yolları açıq olduğu üçün gediş-gəliş var. Quru sərhədlərinin açılması ilə bu say arta bilər. Bunu nəzərə alaraq, sərhədlərin açılacağı ehtimal olunmur. Açılsa belə, payıza doğru yenidən qapanma ola bilər. Payıza doğru yoluxma artacaq. Payız aylarında digər respirator xəstəliklərin yayıldığını da nəzərə alsaq, quru sərhədlərin açılması doğru olmazdı”.
Mərdan Əliyev: “Yoluxmaların az olduğu zaman quru sərhədlər açılmadısa, payızda açılması tibbi baxımdan doğru deyil”
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz “Facebook” səhifəsində qeyd edib ki, bəziləri quru sərhədlərin bağlı olmasını tənqid edib, bunu təyyarə biletlərinin baha satılmasına təkan verdiyini bildirib: “...Düşünürəm ki, Müşahidə Şurası və aidiyyatı qurumlar ən qısa müddətdə büdcədən xeyli vəsait alan AZAL-ın qiymət siyasətinə yenidən baxılması üçün ciddi addımlar atmalı, bununla bağlı hökumətə təkliflər verməlidir. Naxçıvana təyyarə biletləri tapılmır, uzun növbələryaranıb, aviabiletlərin turizm şirkətlərinə satıldığı bildirilir. AZAL bu istiqamətə uçuşların da biletini bir müddət öncə qaldırıb. Təyyarələr çatışmır. Quru yollar bağlı olduğundan və Türkiyəyə birbaşa reyslərin bileti də hədsiz baha olduğundan sərnişinlər Bakı-Naxçıvan reysini seçərək Naxçıvan üzərindən Türkiyəyə keçmək istəyir. Bu səbəbdən də həmin istiqamətdə uçuş üçün tələbat artıb və AZAL bu tələbatı ödəyə bilmir. Düşünürəm ki, hökumət bu məsələyə ciddi müdaxilə etməlidir, təyyarələrin sayının artmasına diqqət yetirməli, gediş üçün seçim imkanlarını artırmalıdır Uzun müddətdir ki, Azərbaycanda dəmir yolunda da daxili istiqamətlərdə sərnişin daşımaları dayandırıb”.
O.Gündüz habelə ölkədaxili qatarların hərəkətinin ləğv edilməsi ilə bağlı heç bir ağlabatan açıqlamalar verilmədiyini diqqətə çatdırıb: “Yalnız bir dəfə ADY bu haqda məlumat verib ki, yerli istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçid işləri aparılır. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək. Müşahidələr isə göstərir ki yerli dəmir yol xətləri də bərbad gündədir və aparılan yenidənqurma işləri haqıqnda heç bir açıqlama verilməyib. Nazirlər Kabinetinin rəsmi açıqlamasına görə dəmir yolu ilə sərnişin daşımasındakı problemlər Operativ Qərargahın göstərişi deyil və bu , təbii inhisar subyekti olan ADY ilə bağlıdır. Lakin iki ildir ki, yerli istiqamətlər üzrə, Bakı-Balakən, Bakı-Ağstafa, Bakı-Astara , Bakı-Qazax istiqamətləri üzrə qatarlar işləmir.
Düşünürəm ki, təbii inhisar subyektləri olan AZAL və ADY-nin apardığı siyasət, formalaşdırdığı mühit və cari addımları mövcud normalara ziddir. Əgər uzun illər fəaliyyət göstərən təbii inhisarçı göstərdiyi xidməti süni olaraq əngəlləyərsə onda ölkəmiz üçün və vətəndaşlarımız üçün daha dözülməz mühit formalaşacaq.
Ümid edirəm hökumət, xüsusilə də Antiinhisar Dövlət Xidməti, RİNN və hər iki qurumun Müşahidə Şurası mövcud durumu dəyişmək üçün səylərini gücləndirəcəklər”.
Qeyd edək ki, Türkiyə vətəndaşları Azərbaycanın quru sərhədlərində ölkəni tərk etmək üçün istifadə edə bilərlər. Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları üçün quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.Pasportlarını müddəti bitən Türk vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.
“Lökbatan vulkanı Abşeronda olan aktiv vulkanlardan biridir. Burada dəfələrlə güclü vulkan püskürməsi hadisəsi qeydə alınıb”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınan vulkan püskürməsi hadisəsi çox güclü olmasa da, dörd dəqiqə ərzində davam edib.
Baş direktor bildirib ki, vulkanın dərinliyi 3 kilometr olub:
“Yəni, palçıqla birlikdə püskürmə 3 kilometrdən başlayıb. Ümumilikdə, cəmi bir püskürmə qeydə alınıb. Amma xırda püskürtülər isə hündürlüyə qalxmasa da, davam edəcək”.
AMEA-nın Geologiya və Geofizika İnstitutundan qeyd edilib ki, bu, güclü püskürmədir:
“Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib”.
11:02
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində palçıq vulkanı püskürüb.
Avtosfer.az bildirir ki, püskürməni əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.
Videoda palçıq kütlələrinin bir neçə metr yüksəkliyə atıldığı görünür.
Həmin videonu təqdim edirik:
Qeyd edək ki, Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılıb.
"Avqustun 9-da saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 99 -??- 777 dövlət qeydiyyat nişanlı “Porsche” markalı avtomobilin sürücüsü tərəfindən xuliqanlıq əməli ilə üzləşmişəm".
Avtosfer.az xəbər verir ki, bu iddia ilə Qafqazinfo-ya Bakı şəhər sakini, 21 yaşlı Ü.Ç. müraciət edib.
O bildirib ki, həmin şəxs onu maşına mindirib aparmaq məqsədilə çantasını zorla əlindən alıb:
“Mən Masazır dairəsindəki avtobus dayanacağında olarkən həmin şəxs yaxınlaşaraq avtomobilə minməyimi təklif etdi. Daha sonra çantamı alaraq avtomobilə qoydu və məni maşına minməyə vadar etməyə çalışaraq zorakılıq etdi. Ona bildirdim ki, nişanlıyam, problem yaratmasın. 40-42 yaşlı həmin şəxs daha sonra çantama vizitka ataraq geri qaytardı”.
Şikayətçi qadın hadisə barədə polisə müraciət etdiyini bildirib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, baş vermiş hadisə ilə bağlı Ü.Ç. tərəfindən müraciət daxil olub:
“Məsələ hazırda Abşeron RPİ-nin əməkdaşları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Bakıda sürücü və polislər arasında insident baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində, körpünün altında qeydə alınıb.
Belə ki, “Toyota Corolla” markalı, 77-DV-297 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ilə yol polisləri arasında çəkişmə baş verib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə avqustun 9-u saat 13:20 radələrində baş verib:
“Belə ki, “Toyota Corolla” markalı, 77-DV-297 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Lerik sakini, 1977-ci il təvəllüdlü Azad Rufullayev “20 Yanvar” istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı işığında hərəkəti davam etdirdiyi üçün “Velotrek” adlanan ərazinin qarşısında YPX əməkdaşları tərəfindən saxlanılması üçün işarə verilib.
Şəxs avtomobilini saxlayıb, daha sonra ona yaxınlaşıb, sənədlərini təqdim etməli olduğunu bildirən polis əməkdaşına tabe olmayıb, onu aldatmağa çalışıb. Bir anda qəfil hərəkətə başlamaqla yoluna davam edib. Təhlükəli manevr hərəkətləri isə əhalinin sıx olduğu “20 Yanvar” dairəsi ərazisində digər vətəndaşlar üçün ciddi təhlükə yaradıb.
YPX əməkdaşları şəxsi təqib etmədən, qarşıda xidmət aparan naryadlara məlumat verməklə Salamzadə körpüsünün altında süni tıxac yaradılmaqla saxlayıblar. Sürücü ərazi üzrə polis bölməsinə aparılıb, tabesizlik göstərən şəxs barəsində toplanmış material Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə İXM-in 535-ci maddəsinə uyğun qərar qəbul edib.
Əlavə olaraq onu da qeyd edək ki, sürücünün sürücülük hüququ olmayıb”.
A.Əsgərli sosial şəbəkələrdə YPX əməkdaşlarının sürücü ilə o formada çəkişməyə girmək hüququnun olmaması ilə bağlı səsləndirilən iradlara da münasibət bildirib:
“Onu da qeyd edək ki, hadisədə iştirak edən YPX əməkdaşları barədə də xidməti araşdırma başladılıb, onların da hərəkətlərinə hüquqi qiymət veriləcək”.
Bakının Nərimanov rayonunda turizm şirkətinin müdiri ürəyindən, işçisi isə ayağından bıçaqlanıb.
Apa xəbər verir ki, hadisə Montin qəsəbəsində qeydə alınıb.
Turizm şirkətinin müdiri Cavid Məmmədov və işçisi 18 yaşlı Amanzadə Kamran Azər oğlu agentliyin sürücüsündən pul almaq üçün onun yaşadığı Nərimanov rayonu ərazisinə gəlib. Bu zaman onlar 4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. C.Məmmədov ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. K.Amanzadə isə ayağından bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
44 günlük savaşın nəticəsi olaraq öz sərhədlərinə çıxan Azərbaycan Ordusu Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini nəzarət altına alandan sonra ermənilərin tikintisinə başladığı alternativ yolun çəkilişi yenə yarımçıq qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, aylardır davam edən bir neçə km-lik Urud-Şahverdilər yolunun tikintisinin yarımçıq qalmasına səbəb sürüşmədir.
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bildirib ki, yol sürüşmə sahəsindən keçdiyi üçün layihədə dəyişiklik edilir. Buna görə də inşaat işləri dayandırılıb.
Qeyd edək ki, Ermənistanı İranla birləşdirən bu magistralın 21 km-lik hissəsi Azərbaycan ərazisindən keçir. Azərbaycan 2021-ci ilin sentyabrında yolda gömrük və sərhəd postu quraraq, yük maşınlarından tranzit ödənişi tələb edir. Buna qarşı Ermənistan darısqal, daş-kəsəkli və sərt döngələr olan Şahverdilər yolundan istifadə edilməsi üçün yolun genişləndirilmə işlərinə başlamışdı. İran yük maşınlarının bir çoxu gömrük rüsumu verməmək üçün torpaq yoldan istifadə edirdilər ki, bu da dəfələrlə ciddi qəzalara səbəb olmuşdu, həmçinin iritutumlu yük maşınlarının torpaq, ensiz və sərt döngəli yolda hərəkəti mümkünsüz idi.
Ermənistan həmin yolun tikintisini yaz aylarında tamamlayacağını açıqlasa da, indi bəlli olur ki, aylardır tikinti aparılmır.
Axar.az
2022-ci ilin ilk 6 ayının statitikasına görə, ölkəmizdə 817 yol qəzası baş verib. Sərxoş sürücülərin iştirakı ilə baş verən qəzaların sayı isə cəmi 4 olub. Əgər rəqəmləri faizlə ifadə etsək, bütün yol qəzalarının 0,5%-dən də az hissəsində sərxoş sürücülər iştirakçı olublar.
Bu statistika isə müəyyən suallar doğurub:
Spirtli içki qəbul etdikdən sonra avtomobil idarə edənlərin sayı azalıb? Yoxsa, sərxoşluq, ümumiyyətlə, yol qəzalarında əsas faktorlardan deyil?
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, əksinə spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülərin sayı hər il daha da artır:
“Onlara qarşı mübarizə tədbirləri də normal qaydada həyata keçirilir. Ancaq ümumi vəziyyətə baxsaq, altı ay ərzində yol-nəqliyyat hadisələrində 4 sərxoş sürücünün aşkarlanması da normal göstəricidir. Çünki bütün sərxoş sürücülər qəza törətmirlər, yaxud da bütün yol-nəqliyyat hadisələrini sərxoş sürücülərin üzərinə yıxa bilmərik. Rəqəmlər də bunu nümayiş etdirib”.
Ekspert sərxoşluğun təyini məsələsinə də münasibət bildirib. Elməddin Muradlı qeyd edib ki, gələcək dövrdə sərxoşluğun təyin olunmasında promil həddində dəyişiklik edilə bilər:
“Müxtəlif ölkələrdə 4, 5, hətta həftə sonları nəzərə alınmaqla 6 promilə qədər icazə verilir. Xüsusilə də, Avropa ölkələrində. Azərbaycanda isə qanunvericiliyə əsasən, 0,3 promildən yuxarı hədd sürücünün spirtli içkinin təsiri altında olduğunu göstərir. Gələcəkdə bu məsələyə baxıla bilər. Çünki digərlərindən fərqli olaraq biz Qafqaz xalqı olaraq spirtli içkidən dərhal bihuş olan deyilik. Sadəcə bu, insan orqanizminə görə fərqlilik göstərir.
Adam var dünən içib, amma bu gün də qanında spirt qalıb və həmin şəxsin də spirtli içkinin təsiri altında olduğu hesab edilib, məsuliyyətə cəlb olunur. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Çünki içən kimi sükan arxasına əyləşən şəxslə, bir sutka sonra avtomobil idarə edən şəxsi eyniləşdirmək doğru deyil”.
Elməddin Muradlı qeyd edib ki, spirtli içki qəbulundan sonra avtomobil idarə etməyə icazə verilməməsinin bəlli səbəbləri var:
“Çünki sərxoş vəziyyətdə insan müvazinətini itirir, diqqəti yayınır və görmə qabiliyyəti zəifləyir. Yoxsa, insan içki qəbulundan sonra normal yuxu yatır, səhər onu saxlayırlar ki, sərxoşsan, baxmayaraq ki, o, çox normal şəkildə avtomobil idarə edir. Təbii ki, spirtli içkinin təsiri altında avtomobil idarə edənlərə haqq qazandırmaq olmaz. Lakin bu cür boşluqlar da nəzərə alınmalıdır. Əgər bu boşluqlar nəzərə alınsa, biz həqiqətən spirtli içkinin təsiri altında avtomobil idarə edənlərin kim olduğunu görəcəyik”.
Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.
Hava limanından Avtosfer.az-a verilən məlumata görə, hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.
Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 14 müntəzəm marşrut xətti üzrə 40 avtobusun hərəkət intervalında gecikmələr var.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
"Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektinə qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 29, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.
"Paytaxtın digər küçə və prospektlərində avtobusların hərəkət intervallarına təsir göstərə biləcək sıxlıq müşahidə olunmur", - məlumatda qeyd edilib.
Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22:12
Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Tovuz elektrik stansiyasında qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.(APA)
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində qurumuş ağac yaşayış binasının üzərinə aşıb.
Hadisə nəticəsində binanın ikinci mərtəbəsindəki mənzilin pəncərəsi qırılıb. Bina sakinləri qorxu içərisindədir.
Sakinlərin sözlərinə görə, qəsəbə ərazisində bu kimi təhlükəli ağacların sayı təqribən 100-ə qədərdir. Bu isə təhlükə ilə üz-üzə qalmaq deməkdir.
Daha ətraflı Baku TV-nin süjetində:
Göygöldə zəhərlənmə faktı qeydə alınıb.
Avtosfer.az -ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.
2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib,vəziyyətlərinin ağır olduğu bildirilir.
Məlumata görə qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.(APA)
Bakı-Quba-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri aparılır. Artıq yola yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib. Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Torpaq işləri yekunlaşan ərazilərdə yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissə üzrə aparılır.
Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral da inşa edilir. Mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu isə sürücülərə alternativ seçim təmin etmək üçün qurulur. Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Litvada bir çox Rusiya qatarlarını Litva helikopterləri müşayiət edir. Uçuşların sayı isə dörd dəfə artıb.
Bu barədə Baltikyanı respublikanın Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
“Bir çox Rusiya qatarları Litva helikopterlərinin müşayiəti ilə hərəkət edir. Buna səbəb qatarların dayanmadığına, nələrisə yükləmədiyinə və ya boşaltmadığına əmin olmaqdır. Litva sərhədçiləri hazırda 2020-ci ildə olduğundan dörd dəfə çox patrul uçuşu həyata keçirirlər, digər helikopterlər isə hərbi təlimlərdə iştirak edir”, - deyə məlumatda qeyd edilir.(Oxu.az)
Çinin Xpeng Motors şirkəti elektromobillərinin istehsalına 2017-ci ildə başlayıb, lakin yüksəlişə yalnız bu yaxınlarda keçib. Əgər 2020-ci ildə cəmi 27 min avtomobil satılmışdısa, 2021-ci ildə artıq 98 min, bu ilin birinci yarısında isə, üç modeldən ibarət olan 69 min elektromobil alıcısını tapıb. Artıq Xpeng dördüncü elektromobilini bazara çıxarmağa hazırlaşır - bu, model xəttindəki ən qabaqcıl və ən bahalı avtomobil olacaq G9 krossoveridir.
İri ölçülü Xpeng G9 krossoveri ilk dəfə ötən ilin payızında konsept statusunda nümayiş etdirilib. Seiya versiyasını hazırlamağa doqquz ay sərf olunub və avtomobil zahiri cəhətdən keçən ilki konseptdən demək olar ki, fərqlənmir. Çin markası yeni avtomobilin salonunu nümayiş etdirib və xüsusiyyətlərini açıqlayıb.
Ölçü və format baxımından Xpeng G9 modeli Lexus RX və ya Mercedes-Benz GLE krossoverləri ilə eyni sinifə düşür: onun uzunluğu 4891 millimetr, eni - 1937 millimetr, hündürlüyü isə 1680 millimetrdir. Təkər bazasının ölçüsü 2998 millimetrə bərabərdir.
Çin krossoveri arxaya doğru sürüşdürülmüş salonu, çərçivəsiz qapıları və irəli qapı tutacaqları olan “bahalı” nisbətlərə malikdir. Aerodinamik müqavimət əmsalı Cd - 0,272-dir. Müqayisə üçün, Mercedes-Benz GLE modelində bu əmsal 0,29-a bərabərdir.
Krossover öndə ikiqat köndələn qolları, arxada isə, çoxqollu asqısı olan “böyük” şassiyə əsaslanır. Artıq “bazada” ikikameralı hava balonları olan tənzimlənən pnevmatik asqı var.
Ümumi məhsuldarlığı 508 Teraflops (saniyədə trilyon əməliyyat) olan iki Nvidia Orin prosessoru ilə çalışan üçüncü səviyyəli avtopilot sistemi də elan edilib ki, bu da artıq belə sistemlər üçün artıq rekord göstərici sayılmır.
Üçüncü nəsil XPower elektrik güc qurğusu isə, Porsche Taycan, Audi e-tron GT, eləcə də Kia və Hyundai modellərində olduğu kimi 800 voltluq iş gərginliyinə malikdir.
Xpeng G9 modelinin arxa ötürməli baza versiyası 313 at qüvvəsi və 430 Nm hasil edən yeganə elektrik mühərrikinə malikdir. Tamötürməli modifikasiyada öndə 238 at qüvvəli elektrik mühərriki var. İkimühərrikli güc qurğusunun ümumi hasilatı 551 at qüvvəsi və 717 Nm təşkil edir.
Hər iki versiya 98 kilovat-saatlıq dartma batareyası ilə təchiz olunur, lakin birinci halda pasport üzrə yürüş məsafəsi 702 kilometr (CLTC dövrünə əsasən), ikinci halda isə, 650 kilomterdir. Maksimal sürət 200 km/saat həddində məhdudlaşdırılıb. 200 kilometrlik yürüş ehtiyatını daimi cərəyanlı yükləmə cihazı vasitəsi ilə beş dəqiqəyə bərpa etmək olar.
Beş nəfərlik salon zəngin tərtibata malikdir, dörd əsas oturacaq (ikinci sıradakı mərkəzi oturacaqdan başqa) qızdırılma və masaj funksiyaları ilə təchiz ediliblər. Bundan əlavə, ön oturacaqlar elektriklə tənzimlənir və havalandırılır, sərnişin oturacağında isə qatlanan ayaq dayağı var. Arxa divan isə, kürək hissəsini əymək və qatlamaq üçün elektrik ötürməsi ilə təchiz edilib.
Ön paneldə yığcam cihazlar paneli və mediasistemin vahid korpusa quraşdırılmış iki 15 düymlük displeyi var. Analoq düymələr demək olar ki, qalmayıb, mərkəzi konsolu isə, qadcetlərin simsiz doldurulması üçün meydançalar tutub.
Bundan başqa, qabaqcıl səslə idarəetmə sistemi də mövcuddur. Proyeksiya displey nəzərdə tutulmayıb, lakin variantlar arasında 28 dinamiki və 2250 vatt gücü olan Dynaudio səs sistemi də var.
Xpeng G9 krossoverlərinin istehsalına sentyabrda başlanacaqdır. Onların satışlarının başlanması isə, bu ilin dördüncü rübünə planlaşdırılıb. Qiymət hələ açıqlanmayıb, lakin şirkət flaqmanın qiymətinin 500.000 yuandan (74.000 dollar) aşağı olacağını vəd edib.
autograph.az
Toyota şirkəti zavodların düzgün işləməsinə mane olan problemlərlə üzləşməkdə davam edir. Bir neçə aydır ki, avtomobil istehsalı üzrə planlarını yerinə yetirməyən şirkət Yaponiya zavodlarından birinin konveyerini dayandırmalı olub: avqustun 9-dan çərşənbə axşamına, bazar ertəsindən çərşənbə axşamına keçən gecə və çərşənbə axşamından 10 avqust çərşənbə gününə qədər Tsutsumi zavodunun istehsal xətlərindən biri fəaliyyətsiz qalıb. Reuters agentliyinin məlumatına görə, buna səbəb işçilər arasında Covid-19 infeksiyasının yayılması olub.
Ayti prefekturasının Tsutsumi şəhərindəki istehsalat sahəsinin 16 işçisində koronavirusa yoluxma aşkar edilib. Nəticədə şirkət konveyeri dayandırmalı olub ki, bu da təxminən 660 avtomobilin istehsal edilməməsinə səbəb olacaqdır.
Tsutsumidəki konveyer xəttinin planlaşdırılmamış dayandırılması Toyota şirkətinin istehsal edilən avtomobillərin sayını artırmaq səyləri fonunda baş verib. 2022-ci ilin ikinci rübündə planlaşdırıldığından təxminən 10 faiz daha az avtomobil yığan şirkət, hələ də 2023-cü ilin aprel ayına qədər 9,7 milyon avtomobil hədəfinə çatmağa ümid edir.
autograph.az
Almaniya Ukraynaya daha 4 “Gepard” zenit tankını təhvil verib.
Bizim.Media xəbər verir ki, yaxın zamanda 18 “Gepard” zenit tankı və 3155 mm çaplı mərmilərin də Ukraynaya verilməsi planlaşdırılır.
Qeyd edək ki, Almaniya Ukraynaya artıq bu tip tankların ümumilikdə 12-ini göndərib