Azərbaycan Tibb Universiteti (ATU) əcnəbi tələbələrin təhsilinin təşkili sahəsində xüsusi fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Aztibb.az ATU-ya istinadla xəbər verir ki, nazirlik əcnəbilərin sayında son 5 tədris ili üzrə artım dinamikası, tələbələrin qəbulu və məlumatların toplanılması sistemlərinin səmərəli istifadəsi, əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təmin edilməsi kimi meyarları nəzərə almaqla ATU-nu təltif edib.
Təqdimat mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əcnəbilərin cəlbinin təşviqinin prioritet istiqamətlərdən biri kimi dəyərləndirilməsi və bu çərçivədə irəliləyişlərə nail olunması istiqamətində vacib məsələlərə dair məlumat verib. Eyni zamanda, sözügedən sahədə birbaşa fəaliyyət göstərən təhsil müəssisələrinin rolunu qeyd edərək bu istiqamətdə gələcəkdə daha çox işlərin görülməli olduğuna və əcnəbilərin təhsilinə diqqətin artırılmasının əhəmiyyətinə toxunub.
Əcnəbi tələbələrin cəlb olunmasının təşviqində səmərəli fəaliyyətinə görə təşəkkürnamə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevə təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti əcnəbi tələbələrin sayına görə ölkənin lider universitetidir. Hazırda ATU-da 48 xarici ölkədən 2873 vətəndaş təhsil alır.
COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən və Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində koronavirusa yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti mayın 1-dək uzadılıb.
Aztibb.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, daha əvvəl bu müddət martın 1-dək uzadılmışdı.
Aztibb.az-ın “Həkimlərimiz tanıyaq!” rubrikasında Müşfiq Alıyev haqqında məlumatları təqdim edirik.
Müşfiq Səfixan oğlu Alıyev 3 dekabr 1983-cü ildə Almaniyada anadan olub. 2001-2007-ci illərdə Dövlət İmtahan Mərkəzinin qiymətləndirilməsi nəticəsində Azərbaycan Beynəlxalq Universitetinin Pediatriya fakültəsində ali təhsil alıb. 2008-2009-cu illərdə Şəmkir rayon Uşaq xəstəxanasında internatura keçib.
O, 2009-2019-cu illərdə Şəmkir rayon Uşaq xəstəxanasının Pediatriya şöbəsində həkim-pediatr vəzifəsində çalışıb. Bir çox seminar və kurslarda iştirak edib. Pandemiya dövründə COVID-19-la mübarizədə Kür qəsəbə xəstəxanasında aktiv şəkildə həkim kimi fəaliyyət göstərib. Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Müşfiq Alıyev 2021-2022-ci illərdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcilli Yardım bölməsində təcilli yardım üzrə həkim işləyib. 2022-ci ilin dekabr ayından Dəllər qəsəbə həkim məntəqəsində məntəqə müdiri vəzifəsində çalışır.
Dünyada ilk dəfə tətbiq edilən üsulla bütün göz səthinin (buynuz qişa, skleranın bir hissəsi və konyunktiva) bir gözündən digər gözünə köçürülməsi sayəsində İtaliyada 83 yaşlı kor xəstənin görmə qabiliyyəti bərpa edilib.
Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, adı açıqlanmayan pasiyent əməliyyatdan sonra sağaldığını deyib: "Barmaqlarımı və əllərimi görmək yenidən doğulmaq kimidir".
Turin Molinette Xəstəxanasından verilən yazılı açıqlamada, hər iki gözündə fərqli patologiyalar səbəbiylə görmə itkisi olan xəstənin iki həftə əvvəl edilən xüsusi transplantasiya sayəsində bir gözündə görmə qabiliyyətinin bərpa olunduğu bildirilib. Əməliyyatda dünyada ilk dəfə tətbiq olunan prosedur çərçivəsində xəstənin kor olan sol gözünün bütün səthi kor olan sağ gözünə köçürülüb.
Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib.
Aztibb.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən müəyyən edilib ki, 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.
Aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:
-xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
Azərbaycanda COVID-19-a 22 yeni yoluxma faktı qeydə alınıb.
Aztibb.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada koronavirusdan 5 nəfər ölüb, 5 nəfər isə xəstəlikdən sağalıb.
İndiyədək ölkədə ümumilikdə 829 420 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 109 nəfər müalicə olunaraq sağalıb, hazırda 140 aktiv xəstə var. Bu günə qədər 10 171 nəfər vəfat edib.
Aztibb.az xəbər verir ki, psixoloq Xəyalə Quliyeva Turet sindiromunun əlamətləri haqqında məlumat verib.
Tiklər motor və vokal olaraq iki qrupa ayrılırlar:
MOTOR TİKLƏR:
Göz qırpma
Baş yellədmə;
Qaş qaldırma;
Dil çixarma;
Çiyin tərpətmə və s.
VOKAL TİKLƏR:
Boğaz təmizləmə;
Ösgürmə;
Burun çəkmə;
Əsnəmə və s.
Psixoloq qeyd edib ki, bu əlamətlər çox narahatedici bir vəziyyətdir. Belə insanlarda özgüvən aşagı olur. Özlərindən aslı olmayaraq meydana gəldiyi üçun və ətrafda yalnış qarşılanmasınlar deyə bu davranışları etməməyə çalışırlar. Bu isə tiklərin daha da şiddətlənməsinə səbəb olur. Mütləq nevroloji və psixoloji dəstək görmələri vacibdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı malyariyadan azad ölkə elan edib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Aztibb.az-a bildirilib ki, ÜST-nin Avropa üzrə regional ofisinin direktoru Hans Kluge Azərbaycanı bu münasibətlə təbrik edərək, sözügedən nailiyyətin davamlı siyasi sərmayə və səhiyyə işçilərinin fədakarlığı, malyariyaya yoluxma hallarının məqsədyönlü profilaktikası, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olduğunu vurğulayıb.
Qeyd edilib ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-nin baş direktoru Tedros Qebreyesusa rəsmi müraciət ünvanlayıb. Bu proses çərçivəsində ÜST-nin sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub.
Uzun illərdir ki, Azərbaycanda malyariyanın qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu səylər nəticəsində 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb.
Müasir tibbdə həkimə anadangəlmə qüsurların və əsas irsi xəstəliklərin əlamətlərini, həmçinin uşağın intrauterin inkişafı mərhələsində də digər patoloji şərtləri müəyyən etməyə imkan verən texnologiyalar mövcuddur.
Aztibb.az xəbər verir ki, cərrah-ginekoloq Kamran Nağıyevin bildirdiyinə görə, bu cür tədqiqatlar prenatal diaqnostika adlanır və bəzən "prenatal test" termini kimi istifadə olunur.
Prenatal diaqnostika necə aparılır?
Dölün ultrasəs müayinəsi dölün anadangəlmə qüsurları və xromosom xəstəliklərinin markerlərini müəyyən etməyə imkan verir. Eyni zamanda, dölün xromosom patologiyasının biokimyəvi markerlərinin səviyyəsini sonradan müəyyən etmək və bu xəstəliklərin riskini hesablamaq üçün qan alınır.
Prenatal diaqnostikanın əsas vəzifəsi uşaqda hətta dölün inkişaf mərhələsində də ağır qüsurların və bir sıra irsi xəstəliklərin əlamətlərini müəyyən etməkdir. Bəzi tədqiqatlar əlavə olaraq dölün ümumi inkişafını qiymətləndirməyə və patologiyanı müəyyən etməyə imkan verir.
Uzun müddət yeməmisinizsə və bir az zəiflik hiss edirsinizsə bunda qəribə bir şey yoxdur.
Aztibb.az doctorpiter.ru-ya istinadən xəbər verir ki, tez-tez ürək döyüntüləri və əllərin titrəməsini hiss edirsinizsə, bunlar sağlamlıq problemlərinin əlamətləri ola bilər.
Çoxlarınız şəkər xəstəliyinin ilk əlamətlərinin aclıq zamanı ürək döyüntüsü və əllərin titrəməsi olduğunu eşitmisiniz. Belə insanlar özlərində oxşar bir şey görəndə dərhal diabetli olduqlarını düşünürlər.
Tiroid xəstəlikləri
Qalxanabənzər vəzi bədənimizdəki hormonların tarazlığını qorumaq üçün tiroksin istehsal edir. Qalxanabənzər vəz xəstəliklərində endokrin pozğunluqlar və anormal maddələr mübadiləsi baş verir. Çox sürətli metabolizm hipoqlikemiyaya gətirib çıxarır - qanda qlükoza konsentrasiyası azalır. Əgər vaxtında yeməsəniz, əllərinizdə titrəməni və ürəyinizin necə döyündüyünü hiss edəcəksiniz.
Qan şəkərinin səviyyəsi
İndi bir çox insan arıqlamaq üçün müxtəlif dietlər keçirir. Özünüzü yeməkdən uzun müddət məhdudlaşdırsanız, vücudunuz kifayət qədər enerji almayacaq və qan şəkərinin səviyyəsi mütləq azalacaq. Ürək döyüntüsü və əl titrəmələri ola bilər. Ancaq yemək yedikdən sonra özünüzü daha yaxşı hiss etməlisiniz.
Mədə-bağırsaq pozğunluqları
Vücudunuz həddən artıq mədə şirəsi istehsal edərsə, yemək tez həzm olunacaq və siz yenidən tez aclıq hiss edə bilərsiniz. Mədə şirəsinin ifrazı mütəmadi olaraq normadan çox olan insanlar adi haldan daha çox aclıq hiss edirlər - panikaya, güclü ürək döyüntülərinə və əllərin titrəməsinə qədər.
Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, “103” Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.
Təcili tibbi yardım xidməti gün ərzində 2 100 - 2 200 çağırış icra edib. Çağırış səbəbləri əsasən respirator xəstəliklər, arterial təzyiqin qalxması, travmalar və s. ilə bağlı olub.
Bundan başqa, bayram günlərində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar xidmətə çağırışlar daxil olub.
Xəsarət alan şəxslərdən 57 nəfərə ilkin tibbi yardım göstərilib, müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
Qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 121 nəfər müraciət edib, onlardan 2-si ölüb.
Bu barədə Aztibb.az-a Mərkəzdən bildirilib.
Qeyd olunub ki, müraciət edənlərdən 88 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb.
Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, 2 qadının (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb.
Aztibb.az xəbər verir ki, bununla bağlı endokrinoloq Rəhilə Mansur instaqram səhifəsində məlumat paylaşıb.
Həkim qeyd edib ki, bu hal hər iki növ diabetlilərdə (tip-1 və tip-2) rast gəlinən və əsasən tip-2 diabetlilərdə üstünlük təşkil edən ağırlaşmadır. Neyropatiya əsasən aşağı və yuxarı ətraflarda daha çox rast gəlinir (periferik neyropatiya).
“Periferik neyropatiyanın əlamətləri yuxarı və aşağı ətraflarda keyimə, qarışqagəzmə hissi, hissiyatın azalması, əzələ zəifliyi və gücsüzlük, xüsusilə axşam artan ağrılar, ayaqlarda yara, sümük və oynaq ağrısıdır”, – həkim bildirib.
Endokrinoloq vurğulayıb ki, bu əlamətlərlə yanaşı diabetik neyropatiya həzm sisteminin pozulması, ağrısız miokard infarktı, hipoqlikemiyanın fərqində olmama, cinsi funksiyanın zəifləməsi şəklində də özünü biruzə verə bilər. Bütün ağırlaşmaların qarşısını almaq üçün qanda şəkər səviyyəsinə nəzarət olunmalı və mütəmadi olaraq müayinələrdən keçmək lazımdır.
Diş əti qanaxması ən çox rast gəlinən və xoşagəlməz simptomlardan biridir. Bu problem əsasən periodontal toxuma xəstəlikləri ilə əlaqələndirilir, lakin bir sıra başqa səbəbləri də var.
Aztibb.az xəbər verir ki, stomatoloq Rüfət Meybalızadə qeyd olunan problemə yol açan səbəbləri aşağıdakı kimi sadalayıb:
- Gingivit
- Periodontit
- Stomatit
- Gigiyena vasitələrinin düzgün seçilməməsi
- Cərrahi müdaxilələr
- Hamiləlik
- Siqaret çəkmək
- Vitamin çatışmazlığı
- Orqanizmin bəzi xəstəlikləri
“Unutmayın ki, bu vəziyyətdə zaman sizin ən yaxşı müttəfiqinizdir və ilk simptomlar görünən kimi diş həkiminə müraciət etməlisiniz”, – stomatoloq qeyd edib.
Diş əti qanaxması ən çox rast gəlinən və xoşagəlməz simptomlardan biridir. Bu problem əsasən periodontal toxuma xəstəlikləri ilə əlaqələndirilir, lakin bir sıra başqa səbəbləri də var.
Aztibb.az xəbər verir ki, stomatoloq Rüfət Meybalızadə qeyd olunan problemə yol açan səbəbləri aşağıdakı kimi sadalayıb:
- Gingivit
- Periodontit
- Stomatit
- Gigiyena vasitələrinin düzgün seçilməməsi
- Cərrahi müdaxilələr
- Hamiləlik
- Siqaret çəkmək
- Vitamin çatışmazlığı
- Orqanizmin bəzi xəstəlikləri
“Unutmayın ki, bu vəziyyətdə zaman sizin ən yaxşı müttəfiqinizdir və ilk simptomlar görünən kimi diş həkiminə müraciət etməlisiniz”, – stomatoloq qeyd edib.
Aztibb.az xəbər verir ki, psixoloq Cəmilə Rəhimli depressiya zamanı bəzi davranışlarla bağlı məqamlara toxunub:
Psixoloq bildirib ki, depressiya nəticəsində edib amma fərqində olmadığımız bəzi davranışlara yol verə bilirik.
Bunlar aşağıdakılardır:
Düşüncələrinizdən qaçmaq üçün telefonla məşğuliyyət;
Gündəlik işlərinizi anidən günlərlə (hətta həftələrlə) təxirə salmaq;
Bir vaxtlar çox zövq aldığınız şeylərdən uzaqlaşmaq;
Gələcək haqqında danışmaqdan (bəzən düşünməkdən də) çəkinmək;
Düşüncələrinizlə tək qalmamaq üçün gecə gec saatlara kimi mesajlaşmaq.
Unutmayaq ki, depressiya sadəcə "kədər” hiss etməkdən ibarət olan bir hal deyil, bir çox fərqli şəkildə həyatımıza təsir edir.
Aztibb.az-a LOR Hospitaldan verilən məlumata görə, eşitmənin dərəcəsini yoxlamaq və hansı desibeldə eşitdiyinizi bilmək istəyirsinizsə, klinikanın "Eşitmə Mərkəzinə" müraciət edə bilərsiniz.
Burada Audiometriya cihazı vasitəsilə qulaqların yaşını təyin etmək mümkündür. Bəli nə qədər maraqlı səslənsə də qulaqların yaşı insanın yaşı ilə hər zaman üst – üstə düşməyə bilər. Belə ki, qulaqla bağlı olan və olmayan müəyyən xəstəliklər səbəbindən eşitmə aparatının həssaslığı azala bilər. Bu cihaz vasitəsilə qulaqların yaşını təyin etmək mümkündür.
Bu cihaz vasitəsilə eşitmə zəifliyinin dərəcəsi də ölçülə bilər. Audiometriya testini aparmaq üçün xəstənin qulağına kənar səsləri eşitməsinə mane olan qulaqlıq taxılır. Müxtəlif tezlikli səslər xəstənin qulağına ötürülərək verdiyi reaksiyalar ölçülür. Bunun üçün xəstənin əlinə düyməsi olan kiçik bir cihaz verilir və eşitdiyi hər səsə görə düyməni basmağı tələb olunur.
Qeyd edək ki, Eşitmə Mərkəzində qulağımızın ölçülməsi böyüklərdə Audiometriya testi, uşaqlarda isə BERA və ya Oyun Audiometriyası testi həyata keçirilir.
Bundan əlavə klinikamızda “Ünvanda Audiometriya Xidməti”də mövcuddur ki, siz klinikaya gəlmədən, saatlarla növbədə gözləmədən eşitmə müayinəsini öz olduğunuz yeri tərk etmədən keçə bilərsiz. Bunun üçün 7/24 aktiv olan *0111 Çağrı Mərkəzimiz xidmətinizdədir.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (GŞBX) tabeliyindəki Uşaq Xəstəxanasında yeni təyinat olub.
GŞBX-dən Aztibb.az-a verilən məlumata görə, Vüsal Kazımov Uşaq xəstəxanasının Pediatriya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Vüsal Kazımov həmin xəstəxanada həkim-pediatr kimi fəaliyyət göstərirdi.
Aztibb.az xəbər verir ki, qastrenteroloq-hepatoloq Mahirə Qədirova qida qəbulundan sonra qarın köpünün fizioloji səbəblərini sadalayıb.
Həkimin sözlərinə görə, çox vaxt köp qaz yaranmasına səbəb olan qida qəbulu, həddən artıq yemək, qazlı suları çox qəbul etmək, hamiləlik və digər hallarda yaranır.
Mütəxəssis bildirib ki, yemək zamanı tələsdikdə, siqaret çəkdikdə yaxud danışdıqda, bu vaxt hava qəbul edilir və mədəyə ötürülən havanın 30 faizi bağırsağa düşür, nəticədə köp yaranır.
“Köp müxtəlif və bəzən təhlükəli mədə-bağırsaq sistemi xəstəliklərin simptomu ola bilər. Köpdən azad olmaq üçün ilk olaraq onu yaradan səbəblər həkim tərəfindən aşkar olunmalıdır”, – həkim qeyd edib
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
Rubrikamızda bu dəfə Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkimi Məhəbbət Həsənova haqqında məlumatları diqqətinizə çatdırırıq.
Məhəbbət Əkbər qızı Həsənova 5 iyul 1971-ci ildə Tərtər rayonunda anadan olub. 1991-1997-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda Pediatriya fakültəsində təhsil alıb. 1998-ci ildə Tərtər RMX-da internaturanı Pediatriya ixtisası üzrə bitirib.
O, 1999-cu ildən Tərtər rayonunun Hacıqərvənd kənd həkim məntəqəsinin müdiri vəzifəsində çalışır.