Hər birimiz marketlərdə aldığımız istənilən malın üzərindəki şaquli ağ-qara cizgilər və rəqəmlərdən ibarət etiketin olduğunu görürük. Bu etiket yazısı barkod adlanır.
Barkod (barcode) - müəyyən informasiyanı texniki vasitələrlə rahat oxunacaq şəkildə təqdim edən qara və ağ zolaqların ardıcıllığıdır. Barkod vasitəsilə məhsulların bəzi mühüm parametrləri haqqında informasiya kodlaşdırılır. Barkod nömrələri ticarətdə, anbar uçotunda, poçtda, kitabxana işində, mühafizə sistemlərində, quraşdırma istehsalatında, sənədlərin işlənməsində istifadə olunur. Barkodların oxunması üçün barkod skaneri adlanan xüsusi cihazlardan istifadə olunur. Skaner öz işıqlandırıcısı ilə barkodu işıqlandırır və əldə olunan təsviri oxuyur.
Barkod sisteminin bir neçə geniş yayılmış formatları var: Amerikan Universal əmtəə kodu UPC və Avropa kodlaşdırılma sistemi EAN. Daha geniş yayılmış EAN/UCC kodları: EAN-13, EAN-8, UPC-A, UPC-E əmtəə nömrələri və 14-rəqəmli ITF-14 nəqliyyat qablaşdırması kodu. Ən çox istifadə edilənlər UPC və EAN-dır. UPC nömrələmə sistemi Kanada və Amerikada, EAN-13 nömrələmə sistemi isə Avropada istifadə edilməkdədir.
Misal: EAN-13 barkod nümunəsi:
2 - İstehsalçının kodu - ölkə kodunun uzunluğundan asılı olaraq 4 və ya 5 rəqəmdən ibarət olur və istehsalçı müəssisəni bildirir
3 - Əmtəə kodu - əmtəənin adını, onun istehlak xassələrini, ölçülərini, kütləsini, rəngini ifadə edir
4 - Nəzarət rəqəmi - skanerlə zolaqların düzgün oxunmasını yoxlayan nəzarət rəqəmidir
5 - Lisenziyaya əsasən hazırlanmış əmtəənin nişanı.
Ölkə kodu, bir qayda olaraq, EAN Beynəlxalq assosiasiyası tərəfindən verilir. Ölkə kodu heç bir halda bir rəqəmli olmur. 2 və ya 3 rqəmli olur. Bəzən etiketin üzərinə vurulan kod, qablaşdırmanın üzərində göstərilən istehsalçı ölkəyə uyğun olmur və bunun bir neçə səbəbi ola bilər:
- firma öz ölkəsində deyil, məhsulunun əsas hissəsini ixrac etdiyi ölkədə qeydiyyata aılınıb və kod alıb;
- əmtəə törəmə müəssisədə hazırlanıb. Yəni, əmtəə bir ölkədə, lakin digər ölkədən olan firmanın lisenziyasına əsasən hazırlanıb;
- müəssisənin təsisçiləri müxtəlif ölkələrdən olan bir neçə firmadır.
"EAN" sistemində ölkələr üzrə barkodlarının uyğunluq cədvəli:
İnsanlar çox zaman hər hansı bir məhsulu alarkən sırf istehsal olunduğu ölkəyə görə seçirlər. Misal üçün hollad pendiri, gürcüstan limonadı, rusiya kolbasası, braziliya kofesi, yeni zellandiya yağı, fransa ətirləri və s. Bu faktor bəzi "işbazlara" imkan verir ki, öz məhsullarını həmin ölkələrin əmtəələri kimi göstərərək satsınlar. Bunu anlamağın ən asan üsulu isə məhsul alarkən barkod kodunun ilk 3 rəqəminə diqqət yetirməkdir. Əgər aldığınız məhsulun üzərində "Made in Turkey" yazılıbsa və barkod kodunun ilk 3 rəqəmi 869 deyil 471 (Tayvana məxsus kod) qeyd edilibsə demək ki, malın keyfiyyəti və həqiqi istehsalçı ölkəsi barədə şübhə etməyə əsas var. Xatirladım ki, Azərbaycan istehsalı olan malların barkod kodu 476-dır. Ölkməzidə daha çox rast gəlinən malların üzərində 626 - İran, 690 - Rusiya, 869 - Türkiyə, 690 - Çin, 486 - Gürcüstan, 481 - Belarus, 940 - Yeni Zellandiya görmək mümkündür.
Bəzi ölkələrdə kreativ barkodlar mövcuddur:
Yeni yaşını qeyd edən Xalq artisti Aygün Kazımovaya Mədəniyyət Nazirliyi jest edib.
OLAY-ın məlumatına görə, Nazirlik estrada ulduzunun ad günü məclisinə böyük gül buketi göndərib.
Mebellər sifarişi edərkən sizi düşünməyə məcbur edən məsələlərdən biri də keyfiyyətli mebel seçməkdir. Keyfiyyətli mebel dedikdə söhbət təkcə istifadə olunan məhsulun davamlılığından getmir. Keyfiyyət göstəricilərinə həm də xarici estetik görünüş, dizayn xətti, funksionallıq, mexanizm, davamlılıq, praktiklik və s. aiddir.
Həqiqətən də, qiymət və ölçüsündən asılı olmayaraq, mebellər evimizin ayrılmaz bir hissəsini təşkil edir. Evimizdəki mebellər arasında yumşaq mebel xüsusi önəm daşıyır. Həm rahat, həm görünüş cəhətdən gözəl, həm də büdcəmizə uyğun yumşaq mebel tapmaq o qədər də asan deyil.
Almaq istədiyiniz mebel uzun ömürlü olmalı, gözləntilərimizi qarşılamalıdır. Bu səbəbdən yumşaq mebel, yəni divan, kreslo haqqında əvvəlcədən az da olsa, informasiyanız olmalıdır. Görünüşü gözəl olan bir mebel narahat ola bilər və ya qiyməti büdcənizə uyğun gəlməyə bilər.
Yumşaq mebellərin istehsalında istifadə olunan materialların növü, birləşmə yerlərinin möhkəm olması, cilasının düzgün olması da mebeller sifarişi haqqında qərar verərkən əhəmiyyət verməli olduğunuz faktorlardandır. Qiymət, rahatlıq, funksionallıq, tutduğu sahə, dözümlülük müddəti, baxım xərcləri də nəzərə alınmalıdır.
Seçdiyiniz yumşaq mebellərin, divanların, kresloların estetik görünüşündən müəyyən qədər başa düşəcəksiniz ki, sizə təklif olunan mebel hansı sinif məhsullara aiddir. Bəzən divanlarda estetik görünüşü gözoxşayan olduqda mexanizmada sıxıntı olur, yaxud da həmin divanda, ümumiyyətlə, mexanizma istifadə olunmur. Az bir qism şirkətlər həm mexanizmanı, həm də estetik görünüşü eyni divanda birləşdiriblər.
Mebel sifarişi və mebel yığılması zamanı diqqətli olmaq mütləqdir. Çünki qeyri-peşəkarlar sizi aldada və sizə keyfiyyətsiz məhsul təqdim edə bilərlər. Mebel parçaları bir-biri ilə ahəngdar şəkildə birləşdirilməli və vahid bir ansambl yaratmalıdır. Bu gün müxtəlif mebel dəstləri tapa bilərsiniz. Adətən onlar hər hansı bir otaq üçün yaradılır: yataq otağı, mətbəx, iş otağı, uşaq otağı. Hər otaq üçün neçə mebel parçasına ehtiyacınız olduğunu və onları necə təşkil etməyi planlaşdırdığınıza əvvəlcədən qərar verin.
Mebelshop.az saytına daxil olduqdan sonra qarşınıza müxtəlif kateqoriyalar çıxacaq. Sizin rahat axtarış etməyiniz üçün saytda Ofis mebeli, Mətbəx mebeli, Yataq otağı mebeli, Ev mebelləri, Dolablar, Rəflər, Divanlar, Stol-stul, Vitrin mebeli adlı kateqoriyalar mövcuddur. Onlar arasında sizə lazım olan mebel növünü seçməklə tez bir zamanda istəyinizə çata bilərsiniz. Bundan əlavə, saytın axtarış yerində də almaq istədiyiniz mebel növünün adını yazacağınız halda, qarşınıza ən son elanlar çıxacaq. Bir sözlə, mebel sifarişi və mebel yığılması üçün başqa ünvan axtarmağa ehtiyac yoxdur. Mebelshop.az saytı vasitəsilə münasib qiymətə komfortlu mebellər sifariş etmək, həmçinin keyfiyyətli mebellər yığdırmaq imkanınız var!
Xalq artisti Aygün Kazımova növbəti ad gününü qeyd edir.
OLAY yazır ki, estrada ulduzu 52-ci yaşını dəbdəbəli məclisdə qarşılayıb. Kazımovanın paytaxtın məşhur restoranlarından birində baş tutan partisində bir çox şou nümayəndəsi iştirak edib.
Dünya miqyasında milyonlarla istifadəçiyə malik sosial media platforması "Instagram" daha bir yenilik təqdim edib.
Yenilənmə ilə siz indi mövcud və ya yeni profil şəklinizə avatar əlavə edə bilərsiniz və profilinizi ziyarət edənlər iki fotoya baxmaq üçün ikisi arasında keçid edə bilərlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.
Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən yeni sosial islahat paketi çərçivəsində 660 min insanı əhatə edən müavinət və təqaüdlərdə bu ilin əvvəlindən növbəti artımlar edilib. Yanvar ayının ödənişləri həmin artımlarla birgə verilib.
Bu ayın pensiya ödənişləri də yanvarın 12-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, yanvarın 17-də isə ölkəmizin digər bölgələri üzrə ödənilib.
Ötən il pensiyaçılara verilən maddi yardım 2023-cü ilin əvvəlindən pensiyaları tərkibinə daxil edilməklə onların pensiyalarında artım edilib və bu ay üzrə pensiyalar da həmin artımla birgə verilib.
Beləliklə, yanvar ayının sosial təminat növləri üzrə bütün ödənişləri başa çatıb.
Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində kəskin şəkildə bahalaşma baş verib.
Belə ki, qatılaşdırılmış südün qiyməti bir müddət bundan öncə 3-4 manat arası təşkil edirdisə, hazırda onun qiyməti 9 manata qədər qalxıb.
Maraqlıdır, görəsən, süni bahalaşmanın səbəbi nədir?
Qurumdan bildirilib ki, xidmət tərəfindən hazırda qatılaşdırılmış süd məhsullarının, o cümlədən digər süd məhsullarının satışı bazarında hər hansı bir bazara giriş maneəsi və ya rəqabəti məhdudlaşdıran digər hallar müşahidə edilmir.
Qeyd edilib ki, həmin məhsulun qiymətindəki artım məhsulun maya dəyərinin elementlərindəki artımdan, həmçinin tələb-təklif əsaslı qiymət dəyişikliklərindən qaynaqlana bilər. Məlumat üçün bildirək ki, rəqabət məhdudiyyətləri olmayan bazarlarda qiymətlər tələb və təklifin dinamikası və ona təsir göstərən digər iqtisadi səbəblərə görə formalaşır.
Hazırda istehlak bazarında qatılaşdırılmış süd məhsulları da daxil olmaqla, ümumilikdə süd məhsulları bazarında rəqabəti məhdudlaşdıran razılaşmalar, sahəvi inhisarçılıq və ya inhisarçılığın digər formaları kimi rəqabəti məhdudlaşdıran hallar mövcud deyil.
Qeyd edirib ki, son dövrlər sosial şəbəkələrdə müzakirə olunan idxal olunan qatılaşdırılmış süd məhsulunun qiymətindəki sürətli artım həmin bazarın rəqabətlilik vəziyyətindən qaynaqlanmır. Məhsulun qiymətinin artmasına səbəb kimi idxal olunduğu ölkədəki qiymətindəki artım (alış qiyməti), məhsula olan tələbdəki artım və ya satıcının kommersiya qərarı ola bilər. Qeyd edilən məhsulların qiymətləri qanunvericiliyin tələblərinə əməl edilməklə təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilə bilər.
İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən, istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst şəkildə seçərək ala bilər.
Mədəkiçiltmə əməliyyatından sonra bədən zəifləyir. Bir nemə sənət adamı var ki, onlar da mədəkiçiltmə əməliyyatı keçirib. Onların da vəziyyəti yaxşı deyil".
Həqiqətən də mədəkiçiltmə əməliyyatının aqibəti ölümdürmü?
Əməkdar aktrisa Tünzalə Əliyeva da məhz bu əməliyyatın qurbanı olubmu? Bu və digər sualları BAKU.TV araşdırıb.
Ətraflı sujetdə:
Həyat hekayəsi ilə dünyanın diqqətini öz üzərinə çəkən Anna "Delvi" Sorokina adlı fırıldaqçı realiti şousu haqqında təfərruatları açıqlayıb.
Şouda o, Nyu-Yorkdakı mənzilində məşhurlarla birlikdə şam yeməyi təşkil edəcək. Fırıldaqçı hələ də ev dustaqlığındadır.
"Həyat hekayələrini bölüşmək və yemək bişirməkdən həzz almaq üçün bir qrup insanı bir araya gətirmək təcrübəsi ilə heç nə müqayisə oluna bilməz" - deyə Anna bildirib.
Onun sözlərinə görə, istədiyi qonaqlar arasında Madonna, İlon Mask, serbiyalı rəssam Marina Abramoviç, tanınmış hüquqşünas Sayrus Vens və yazıçı Ottessa Moşfeq olacaq.
Nuranə
Əməkdar artist Rafael İskəndərovun nəvəsi ilə paylaşımı maraqla qarşılanıb.
OLAY yazır ki, yerləşdirilən görüntülərdə sənətçinin nəvəsi Zəhranın saçını daraması, səliqəyə salaraq toplaması əks olunub.
Bundan əlavə Zəhra babasına "Rafaelçik, belimi qaşı. Yaxşıdır, çox sağ ol, qadan alım" sözlərini səsləndirib.
Qeyd edək ki, Zəhra aktyorun qızı Gülarənin övladıdır.
Bloqer kimi tanınan azərbaycanlı model Fərid Abdullayev və "Zuhal Topalla izdivac" proqramında tanış olduğu həyat yoldaşı Nagehan Abdullayeva yeni paylaşımlarıyla diqqət çəkiblər.
BİG.AZ xəbər verir ki, Nagehanın "İnstagram" səhifəsində yerləşdirdiyi videoda onlar qrim vasitəsi ilə 70 yaşlı cütlüyə çevriliblər.
"Gəncliyimizdə də, qocalığımızda da əl-ələ, göz-gözə" sözləri ilə paylaşılan video izləmə rekordu qıraraq böyük marağa səbəb olub və 14 mindən çox "ürək" toplayıb.
Sözügedən paylaşımı BURADAN keçid edərək izləyə bilərsiniz.
OLAY yazır ki, sənətçi 28 yanvarda efirə gedəcək proqramda Ermənistanın Baş naziri Nikol Paşinyana söz atıb.
O, Prezident İlham Əliyevin trend olan "Nə oldu, Paşinyan?" replikasını verilişdə səsləndirib.
İnsanın günü səhər yeməyi ilə başlayır. Həkim və diyetoloqlar dəfələrlə bu yeməyin əhəmiyyətini vurğulayıblar. Xüsusən də arıqlamaq istəyənlər səhər yeməyinə diqqət etməli, onu lazımsız bilib tərk etməməlidirlər. El arasında belə bir deyim də var ki, səhər yediklərimiz həzmə gedir.
Bəs bədən quruluşunuzu formada saxlamaq üçün səhərlər nə yemək məsləhətdir?
Fitnes məşqçisi Cek Forrester toxluq hissini uzatmaq üçün səhərlər zülallı yeməklərdən istifadə etməyi məsləhət görür. Zülal insanı doydurduğu üçün daha az kalori qəbul etməyə səbəb olur. Forrester səhərlər frittata yeməyə üstünlük verir. Bu, tərkibində pendir, tərəvəz, kolbasa və ya ət olan italyan qayğanağıdır.
Aktrisa Nebahat Çehre yeni "Aşk-ı Memnu" filmində Firdevs rolunu canlandıracaq Hande Ataizidən danışıb.
OLAY yazır ki, bu barədə o, "Posta" qəzetinə açıqlamasında bildirib.
"Sanki Hande bir az gəncdir. Amma obrazı çox dəqiq oynaya bilər. Geyim və aktyorluq baxımından rolunun haqqını verər. Doğru qərardır.
Farah Zeynep Abdullahı (Bihter obrazı üçün nəzərdə tutulan aktrisa- red) da uğurlu aktrisa hesab edirəm. Film uğurlu olacaq, yaxşı ki, serial etməyiblər. Yoxsa böyük xəta edərlər",- deyə N. Çehre qeyd edib.
"Kurtlar Vadisi" serialındakı Bedri obrazı ilə tanınan aktyor Levent Güner vəfat edib.
OLAY yazır ki, sənətçi ürəktutmasından dünyasını dəyişib.
58 yaşlı aktyorun ölümü barədə həmkarı Zafer Algöz məlumat yayıb.
Qeyd edək ki, "Eski bir sevda" adlı musiqi albomu olan Levent Güner "Dudaktan kalbe", "Reaksiyon", "Kaybolan yıllar" kimi layihələrdə də yer alıb.
"Nike" şirkəti Yaponiyanın "Bape" brendini ən məşhur ayaqqabı dizaynlarını kopyaladığına görə məhkəməyə verib.
"Nike" bildirib ki, "BAPE" əvvəllər modelləri kopyalamağı dayandırmaqdan "imtina edib" və bu iddiaya səbəb olub. Nike gözləyir ki, məhkəmədən sonra "BAPE" təkrarladığı ayaqqabı modellərin satışını dayandıracaq və dəymiş ziyana görə təzminat ödəyəcək.
"Videodakı analiz özfəaliyyət səviyyəsindədir. Mən bir peşəkar olaraq hansı rolu, hansı filmi, hansı serialı qəbul edib-etməyəcəyim barədə icazəni nə sizdən, nə də bir başqasından alan xarakterik xüsusiyyətlə malik biri deyiləm. Bilinir ki, siz seriala ve rollara dəqiqliklə baxmamısınız. Əmin olun, mən yaradıcılığımı və özümü hər kəsin məni düşündüyündən artıq düşünüb, analiz, tənqid edib, sevib irəlilədirəm..
Hər rolun həyat hekayəsi, xarakterik xüsusiyyətini, özülünü qoyacaq, içini dolduracaq lazımi şeyləri olur. Siz bunu peşəkar analiz edə, hətta bir-birindən ayıra bilmirsizsə, onda analiz eləməyin. Məncə, yeni söz danışmaq xətrinə, mən də analiz edirəm. Fikri yaratmaq üçün eləməyin. Siz hətta doğru analiz edə bilən tamaşaçı kimi də edə bilməmisiniz. Mən qəlibə salınmış, sadəcə adı dəyişdirilərək eyni xarakterik xüsusiyyəti daşıyan, eyni həyat tərzi yaşayan rolları oynamış olsaydım, özümə aktrisa kimi heç bir əziyyəti verməzdim. Adı dəyişdirilmiş bir-birinin təkrarı olan standart rollar oynayardım. Mən jestimi, gözümün içindəki ifadəni belə rollarda təkrar eləmirəm. Yox, dəyərli insanlar fikir yaza bilər, normaldır. Amma rolu başa düşməyən, anlamayan, analiz edə bilməyən, hətta artıq o qənaətə gəldim ki, diqqətlə baxmayan birinin fikir bildirməsi düzgün deyil. Qeyd edilib ki, bəs, bu səpkili rol oynayıb deyə rejissorlar eyni tərzli qadın rolu görəndə Zülfiyyəni çağırırlar. İşlərini asanlaşdırsınlar deyə. Hətta mənə məsləhət də verilib. Təxmini buna bənzər fikir. Onda belə çıxır ki, nəticə olaraq eyni taleyi yaşayan, həbsxanaya düşən insanlar (heç kəs heç nədən sığortalanmayıb) hamısı eyni hadisələrlə üzləşib, eyni səbəbdən məhkum olublar".
Qeyd edək ki, Z.Qurbanova serialda Elnarə obrazını canlandırır.
Ukraynanın bütün ərazisində hava həyəcanı verilib.
Bildirilib ki, həyəcan siqnalı səhər saatlarında səsləndirilib. Bu gün saat 7-də isə hava həyəcanı Dnepropetrov və Xarkov vilayətlərində verilib.
Nuranə
Fırça və diş məcunu hər bir pasiyentə fərdi şəkildə həkim tərəfindən təyin olunmalıdır. Çünki hər kəsin fərdi diş quruluşu və diş əti var. Bunların həkim tərəfindən təyin olunmağı məsləhət görülür. İnsanlar çox zaman market və satışdan fırçanı, diş məcununu özü seçir, gözünə xoş gələni alır.
Bu fikirləri həkim stomatoloq Ramil Yusubov "medicina.az"-a açıqlamasında bildirib.
"Bəzi pasiyentlərdə dişin emalı normal, qalın, bəzilərində isə həssas, incə və zədəli olur. Fikir versəz, istehsalçılar diş fırçasını 3 müxtəıif formada buraxır: yumşaq, orta və sərt.
Məsələn, sərt fırça ilə yuduqda diş əti geri çəkilə bilər, emal qatında aşılanma gedə bilər. Amma bəzi pasiyentlərə əksinə daha sərt fırça lazımdır ki, diş daşları qalmasın.
Pasiyentlərdə diqqət etdiyim digər problem dişlərin düzgün fırçalanmamasıdır. Normal diş fırçalama müddəti 3- 5 dəqiqə olmalıdır. Bu 5 dəqiqə ərzində dişin bütün səthləri ön hissə, dil üstü, çökək səthlər hamısı fırçalanmalıdır. Lakin çoxları yalnız ön bölgəni təmizləyir, digər bölgələrə isə vaxt sərf etmək istəmirlər. Nəticədə dişlərin üzərində kariyes, çürük əmələ gəlir və diş daşları yığılır."
Həkim insanları ən çox narahat edən diş daşları ilə mübarizəyə də toxunub:
"Diş daşlarının yığılmasını ən çox aşağı ön dişlərdə müşahidə edirik. Bunun nəticəsində də diş əti xəstəlikləri yaranır. Diş əti xəstəliklərindən ilk növbədə gingivit çox yayılıb.
Məhz bu xəstəlik diş ətində diş daşlarının yığılması nəticəsində meydana gəlir. Beləliklə, diş əti qızarır, şişkinləşir və toxunduqda qanaxma baş verir. Pasiyentlərin ən çox şikayətlərindən biri fırçalama zamanı dişin qanamasıdır.
Müayinə zamanı diş daşları varsa, həkim tərəfindən təmizlənməlidir. Bunu pasiyentin özünün təmizləməsi mümkün deyil. Çünki diş daşları sərt olur. Nə qədər sərt fırça seçilsə belə təmizlənməsi çətindir. Ağız gigiyenası üçün diş məcunu seçimi də vacibdir. Bəzi diş məcunlarının içərisində mina aşılayıcı maddələr var ki, bunlar diş daşlarının yaranmasının qarşısını alır. Yenə təbii ki, həkim tərəfindən ağız boşluğu müayinə olunmalıdır. Ağız boşluğunda diş daşlarının yaranması maddələr mübadiləsi və ya digər səbəblərdən yaranırsa, həkimin ona aşılayıcı tərkibli ağardıcı məcun təyin etməyi daha məsləhətdir.
Mina qatı zəif olan pasiyentlərdə diş daşlarının yaranması daha az olur. Onlara diş ağardıcı, mina aşılayıcı diş pastalarından istifadə etmək məsləhət deyil. Çünki dişlər həssaslaşır və gələcəkdə dişlərin isti-soyuqdan ağrıma halları baş verə bilər. Bu halda biz pasiyentə ftor tərkibli pastalar məsləhət görürük. Ağız boşluğunun gigiyenası üçün ağız yaxalayıcılardan da istifadə olunmalıdır.
Tərkibində xlorheksidin olan ağız yaxalayıcıları var ki, ağız boşluğundakı patogen mikrofloranı məhv edir. Bunun nəticəsində ağız boşluğunda yaranan pis qoxuların, diş daşlarının, diş əti xəstəliklərinin və digər problemlərin yaranmasının qarşısını alır. Diş ətinin sağalmasını sürətləndirir və ya proses gedirsə qarşısını almağa kömək edir".
"Demiseksual" termini təxminən 2006-cı ildə peyda olub, seksuallıq və aseksuallıq (cinsi istək azlığı) arasında olan anlayışdır. Demiseksual insanlarda ehtiras beyinə tabedir. Onlar potensial partnyor ilə emosional əlaqə qurmadan cinsi əlaqə haqqında düşünmürlər.
1. Münsibətlərə başlamdan öncə möhkəm dostluq əlaqələri qurmağa üstünlük verirsiniz.
Bəzi insanlar bəyəndikləri biri ilə dərhal sevgili olmağa hazırdırlar, bəziləri isə ilkin mərhələdə dost olmağı seçirlər. Özünüzü ikinci qrupa aid edirsinizsə, bu, demiseksual olduğunuzun real əlaməti ola bilər. Deməli, sizin üçün yaxşı dost olmaq hər şeydən önəmlidir.
Bəzi insanlar yaraşıqlı biri ilə fiziki yaxınlıq haqqında düşündükdə həyəcanlanırlar, digərləri üçün intim münasibətlər iki insan arasındakı güclü emosiyaların əksidir. Sizin üçün də fiziki əlaqə emosional əlaqənin davamıdırsa, özünüzü demiseksual adlandıra bilərsiniz.
Xoş söhbətləri hər şeydən çox sevirsiniz. Qarşı tərəfin sözlərində daim dərin məna axtarırsınız, çünki bu, sizə aranızdkı bağları möhkəmləndirməyə yardım edir.
Sevgi sizin üçün intim münasibətdən ibarət deyil. Qucaqlaşmağı və öpüşməyi daha çox sevirsinizsə, demiseksualsınız.
Yaraşıqlı birini gördükdə əriyib həyəcanlananlardan deyilsiniz. Biri ilə münasibət qurmadan öncə onun xasiyyətini tanımaq üçün bir müddət gözləyirsiniz. Daxili gözəllik görmədiyiniz zahiri gözəl bir insanla heç bir münasibət qurmaq istəməzsiniz.
Biri ilə münasibətdə olmaq hər iki tərəf üçün məsuliyyət deməkdir. Sevgiliniz üçün əlinzdən gələni artıqlamasıyla etməyə hazırsınız. Sizin vəzifələrinizi başqasının yerinə yetirəcəyini gözləmirsiniz.
Natəvan Baxşiyeva
Türkiyədə yayımlanan "Yalı çapkını" serialının heyətində dəyişiklik ediləcəyi iddia olunub.
Yayılan məlumatlar arasında Afranın yerini aktrisa Buse Buçe Kahramanın canlandırdığı sözügedən obrazın keçməcəyi yer alıb.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama veriləməyib.
Qeyd edək ki, serialın digər baş rolunu Mert Ramazan canlandırır. Ekran işi yayımlanandan bəri Afra şəxsi həyatı ilə bağlı çıxan xəbərlərlə gündəmdən düşmür.
Bundan başqa, serialın ssenarisinin götürüldüyü kitabın müəllifi, psixoloq Gülsərən Budayıcıoğlu daxil olmaqla izləyicilərin çoxu layihənin final etməsini tələb edir.