"Sabah" və "Zirə"nin sabiq legioneri Xulio Rodrigesin yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını Argentinada davam etdirəcək.

Paraqvaylı forvard "Gilyermo Braun"la anlaşıb.

2019-cu ildə "Zirə"nin formasını geyinən Xulio Rodriges, 2020 - 2022-ci illərdə "Sabah"ın uğurları üçün çalışıb.

Mövsümün ikinci yarısı “Kəpəz” üçün uğursuz start götürüb.

İlk oyunda doğma meydanda “Qəbələ” üzərində 2:0 önə keçən komanda sonradan əla üstünlüyü əldən verincə 1 xala sevinməli oldu – 2:2.

Ötən tur isə “Səbail”lə səfər görüşündə 90 dəqiqə üstün futbol oynayan, bir neçə real qol şansı yaxalayan bölgə klubu yekunda 0:1 hesablı məğlubiyyətə üzüldü.

Tərlan Əhmədovun yetirmələrini bu tur “Qarabağ”la daha ağır sınaq gözləyir.

Bunu fərqində olan baş məşqçi liderlə oyuna daha ciddi yanaşır. Bu səbəbdən Gəncədə matça xüsusi hazırlıq gedir.

Əhmədov ilin ilk oyununda qızıl xalları əlindən qaçıran yetirmələrinə qadağa tədbiq edib.

Belə ki, 51 yaşlı mütəxəssis futbolçulara ağdamlılarla oyun öncəsi mətbuata danışmamaq tapşırığı verib.

Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Qarabağ” görüşü sabah, saat 14:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Fevral başa çatmamış Tərlan Əhmədovun “Kəpəz”dəki fəaliyyəti başa çata bilər.

Gəncəyə gəldiyi gündən başı qalmaqallardan açılmayan təcrübəli mütəxəssis artıq sakit moduna qoşulub.

Ətrafındakıları ilə münasibətləri qaydasına salmağa çalışır, münaqişədən uzaq gəzir.

Artıq əsas diqqətini özünü yerli publikaya göstərməyə yox, komandanın çıxışına ayırıb. Mətbutda yazılanlardan, azarkeşlərin iradlarından və klub rəhbərliyinin xüsusi tapşırığından sonra hay-küy salmaq niyyətindən əl çəkib.

Klubdakı əsas söz sahibi İlqar Nadiri baş məşqçinin sərəncamında görmək istəmədiyi futbolçularla çətin də olsa dil tapıb onları yola salmağı bacardı. Əhmədov “Kəpəz”in təmizlənəcəyi təqdirdə nəticə qazanmağın iki vur iki olduğunu Nadirinin diqqətinə çatdırıb.

Lazımlı mövqelərin gücləndirilməsi üçün transferlər də həyata keçirildi. 3-ü əcnəbi, 2-si yerli olmaqla 5 yeni futbolçu karyerasını Gəncədə davam etdirməyə razılıq verdi ki, heyətin əvvəlki dönəmlə müqayisədə gücləndiyi sirr deyil.

Yəni rəhbərlik bu günə qədər Tərlan Əhmədovun çaldığı havaya oynamağı özünə borc bilib.

İndi isə oynamaq növbəsi baş məşqçidədir.

19-cu turda yerli azarkeşlərin gözləri önündə “Qəbələ”nin qapısından keçiriən toplarla hesabda 2:0 önə keçən “sarı-qaralar” meydanı 1 xalla tərk etmək məcburiyyətində qaldı. Qonaqlar fasilədən sonra “Kəpəz”dən bir baş üstün oynayıb yenilgidən qaçdı.

“Səbail”lə qarşılaşmada da eyni ssenari yaşandı. Əhmədovun rəhbərlik etdiyi kollektiv birinci 45 dəqiqədə rəqibini çaş-baş salmışdı. Bayıllılar mətkəz xəttini keçəndə sevinirdi az qala.

Lakin ikinci yarıda vəziyyət nisbətən dəyişdi və qol istəyinə çatan “Səbail” oldu. Nəticədə “Kəpəz” növbəti oyunda da əlində olan qələbəni havaya buraxdı.

Gəncə təmsilçisi ağır dönəmə ayaq basır. Fevralın 4-dəki rəqibin adı “Qarabağ”dır. Səviyyəsi ölkə hüdudlarını aşan bu komanda ilə qarşılaşmada qələbə qazanmaq, yaxud xal qoparmaq möcuzəyə bərabər olar. İnsaf naminə, həmin möcuzənin yaşanacağı inandırıcı görünmür.

Növbəti matçda qərb derbisi reallaşacaq. Həm də Tovuzda. Bu komandaların kubok mübarizəsində, xüsusən də cavab görüşündə hansı prinsipiallığın yaşandığını xatırlayırıq.

Bu dəfə lap betər olacaq. Gəncə publikası üçün əzəli rəqibinə məğlub olmaq təhqirdir, söyüşə bərabərdir. Adamlar “Turan Tovuz”a məğlubiyyəti qəbul etməyəcək. Elə klub rəhbərliyi də həmçinin.

Fevraldakı sonuncu oyunlarda “Şamaxı” Gəncəyə səfər edəcək, ardınca “Kəpəz” Sumqayıta yollanacaq.

“Qarabağ” və “Turan Tovuz”dan yenilgi yaşansa, Əhmədov çətin “Şamaxı”ylə “Sumqayıt”ı görsün. Hətta görsə belə, bu matçlardakı nəticələr Gəncədəki gələcək taleyi üçün həlledici olacaq.

Bir sözlə, üzümüzə gələn 2 oyunun nəticəsi Tərlan Əhmədov üçün ölüm-qalım mübarizəsidir. Bu mübarizədən necə ayrılacağını birlikdə görəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

“Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birgə iki investisiya layihəsini həyata keçiririk.

Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır”.

Bu fikri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Dövlətimizin başçısı bu sahədə BP şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib:

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”.

“Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunda “Kəpəz”lə oyun üçün Gəncəyə səfərə yollanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunu yerli azarkeşlər xoş qarşılayıb. Onlar futbolçularla və məşqçi heyəti ilə görüşüb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket hücumu nəticəsində ata-anasını itirən balaca Nilayla da görüşüb.

Erməni vandalizmi nəticəsində balaca Nilay təkcə valideynlərini deyil, nənəsini də itirib. Həmin vaxt Nilayın heç iki yaşı yox idi.

Atası Adil Əliyev partlayış zamanı, Günay Əliyeva isə bir gün sonra şəhid olub. Nilay hazırda ana nənəsi Sevil Babazadənin himayəsindədir.

Geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Səyahətçilər bu gün Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət edəcəklər.

30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir.

Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.

Beynəlxalq səyahətçilər qrupunda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünyamiqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.

Qeyd edək ki, bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

İngiltərə Premyer Liqasında 22-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, "Çelsi" "Fulhem"i qonaq edib.

"Zirə" heyətini yeni legionerlə gücləndirib.

Qəsəbə təmsilçisi "Pakuş de Ferreyra"dan Abbas İbrahimi transfer edib.

Nigeriyalı yarımmüdafiəçi Portuqaliya klubunda az oynadığı üçün "Zirə"yə keçməkdə maraqlı olub. Klub onun istəyini qəbul edib.

24 yaşlı vingeri elə "Pakuş de Ferreyra"nın yetirməsidir. O, cari mövsümdə komandanın heyətində 9 rəsmi matçda meydana çıxıb.

Afrikalı daha əvvəl icarə qaydasında Portuqaliyanın digər klubları "Aroka" və "Paredes"də də oynayıb. A.İbrahim ümumilikdə "Pakuş de Ferreyra"da 39 oyunda forma geyinib.

"Qartallar" Abbasla 1,5 illik müqaviləyə razılaşıb. Ümumi anlaşmaya əsasən, onun sözləşməsi daha 1 il uzadıla bilər. Bu transfer "Zirə"ni böyük xərcə salmayıb.

Nigeriyalı ilk 6 ay ərzində 8-10 min dollar civarında əməkhaqqı alacaq. Növbəti mövsümdən isə məvacibində artım ediləcək.

SPORTİNFO.AZ

"Kəpəz" Premyer Liqanın 21-ci turunda "Qarabağ" ilə ev oyununa itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın üç futbolçusu Ağdam təmsilçisi ilə görüşdə iştirak edəbilməyəcək.

Müdafiəçi Zamiq Əliyev cəzalıdır. Digər gənc oyunçu, yarımmüdafiəçi Ruslan Süleymanov xəstədir. Hücumçu Salif Sissenin isə zədəsi var.

Bu gün keçiriləcək "Kəpəz" - "Qarbağ" oyunu saat 14:00-da başlayacaq.

"Neftçi"də məşqçi ayrılığı qeydə alınıb. Klub rəhbərliyi U-13 komandasında işləyən Alim Qurbanovu buradan uzaqlaşdırıb.

Buna səbəb onun çempionat oyununda etdiyi hərəkətdir.

EFA ilə matçın 30-cu dəqiqəsində meydana daxil olaraq, rəsmi şəxsləri, baş hakimin şərəf və ləyaqətini təhqir edib. O, bundan əlavə, hakimin üstünə də tüpürüb.

Odur ki, AFFA İntizam Komitəsiqurbanovu 3 oyunluq cəzalandırıb.

SPORTİNFO.AZ