Bakıda ilkin mərhələdə söküləcək binaların sayı məlum olub.

FED.az xəbər verir ki, 200-dək ailənin yaşadığı bu binaların sayı 900-dən minədəkdir.

Bununla bağlı xüsusi proqram da hazırlanıb. Söküntünün əhatə edəcəyi ərazilər əsasən paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonların ərazilərinə düşür.

İlkin mərhələdə köçürüləcək 200-dək ailənin Sovet dövründə ucaldılmış tikililərdə yaşadığı bildirilir. Söküləcək tikililər arasında həm fərdi evlər, həm 5, həm də doqquzmərtəbəli binalar olacaq. (BAKU.WS)

"Şahdəniz" və Cənub Qaz Dəhlizi (CQD) təkcə bu günün deyil, həm də sabahın prioritetləridir.

SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI

FED.az xəbər verir ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qeri Cons fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışında deyib.

"Dünyaya təhlükəsiz, əlçatan və aşağı karbonlu enerji lazımdır. Bu fonda CQD və "Şahdəniz" kimi layihələrin rolu daha da artır, belə ki, bu layihələr sadalanan hər üç məqsədə nail olmağa kömək edir. "Şahdəniz" və CQD şübhəsiz, təkcə bu günün deyil, həm də sabahın prioritetləridir. Hər iki layihə ötürücülük qabiliyyətinin genişlənməsi üçün mühüm imkanlara malikdir. Hazırda qaz tədarükünə ehtiyacın bu qədər böyük olduğu bir vaxtda bu genişlənmə daha mühüm olub. CQD-nin ötürücülük qabiliyyəti zərurət olduqda genişləndirilə bilər. Hazırda Avropaya qaz nəqlini artırmağın yollarını tapmaq istiqamətində SOCAR və digər tərəfdaşlarla birgə çalışırıq", - Qeri Cons deyib.

Bundan başqa, regional prezident bp-nin yeni potensial qaz mənbələrini nəzərdən keçirdiyini deyib.

"Biz daha çox qaz tapmaq məqsədilə bu yaxında "Şahdəniz" kəşfiyyat quyusunu qazmağa başladıq. Bundan başqa, işlənmiş neft yataqlarının altındakı dərin qaz mədənlərinin araşdırılması üçün AÇG platformasının ilk platforması olan "Çıraq" platformasında qiymətləndirmə quyusunu qazmağa başlamışıq. Paralel olaraq bu məqsədlərlə qazdan istifadə etmək əvəzinə əməliyyatlarımızı necə elektrofikasiya edə biləcəyimizi qiymətləndiririk. Sanqaçal terminalının elektrofikasiyası bunun üçün yaxşı başlanğıc ola bilərdi. Sanqaçal qaz turbinlərinin şəbəkəyə qoşulmaqla əvəz olunması bizə Cənub Qaz Dəhlizi ilə sərbəst şəkildə qaz nəql etməyə imkan verəcək. Həm "Şahdəniz", həm də Cənub Qaz Dəhlizi enerji ötürülməsinə və tədarükün təhlükəsizliyinə əlavə töhfə verə bilər", - Cons deyib.

bp-nin regional prezidenti əlavə edib ki, Azərbaycanın CQD vasitəsilə qaz tədarükünün artırılması üzrə böyük potensial və strateji planları mövcuddur.

"SOCAR və digər iştirakçılarla birgə son 30 il ərzində ölkədə nəhəng enerji layihələrinin işlənməsi və idarə olunması bizim üçün şərəf və fəxrdir. İndi isə uzunmüddətli və etibarlı tərəfdaş olaraq ölkəni CQD layihələrinin reallaşdırılmasında bundan sonra da dəstəkləməyə hazırıq", - o vurğulayıb.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Avropaya Azərbaycan qazının nəqlinə 2020-ci ilin 31 dekabr tarixində başlayıb. Ölkəmiz Xəzər dənizi regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə qaz nəql edir.

Bu irimiqyaslı layihə enerji daşıyıcıları tədarüklərinin marşrut və mənbələrinin diversifikasiyasına yönəlməklə Avropanın energetika bazasının möhkəmlənməsinə imkan yaradır. Layihənin dəyəri 45 milyard dollar proqnozlaşdırıldığı halda, 33 milyard dollar təşkil edib. (Trend)

Bu gün Xocalı rayonunun Çanaqçı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

FED.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, “Gədəbəy Sular” MMC-yə məxsus “Hyundai” markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır

"Bakı Sığorta" şirkətinin Direktorlar Şurasının (DŞ) tərkibində dəyişiklik edilib.

Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI

FED.az xəbər verir ki, şirkətin Direktorlar Şurasının üzvü Elmar Abasov DŞ-yə müstəqil üzv seçilib. Direktorlar Şurasının digə üzvü Cəmil Məmmədli isə DŞ-nin üzlüyündən çıxarılıb.

Xatırladaq ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir. (Apa)

Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında bir sıra sənədlər imzalanıb.

SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI

FED.az xəbər verir ki, sənədlər fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində imzalanıb.

Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

“Bu gündən “ACWA Power” şirkəti ilə tərəfdaşlığımız ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələrlə genişlənir”, - deyə energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, bu layihələr Azərbaycanın “yaşıl artım” ölkəsi və “yaşıl enerji” təchizaçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələrdir.

““ACWA Power” ilə birgə fəaliyyətimiz Xəzərdən Avropaya planlaşdırılan yaşıl enerji dəhlizi üçün yeni gücləri təmin etməklə bərabər, karbon emissiyalarının azaldılması, enerji keçidinin sürətləndirilməsi üçün də əhəmiyyətlidir”, - deyə nazir qeyd edib.

Hazırda “ACWA Power” şirkəti ilə 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasının tikintisi üzrə əməkdaşlıq həyata keçirilir. (İnterfaks-Azərbaycan)

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı məlumata görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi yanvar ayında əvvəlki ayla müqayisədə 0,8 faiz azalaraq 131,2 bənd olub. Beləliklə, indeks ardıcıl 10-cu ayda da enişini davam etdirib.

AMB: "Bu il illik inflyasiya 8% ətrafında olacaq"

FED.az xəbər verir ki, FAO-nun bəyanatında qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra indeks keçən ilin mart ayında qeydə alınan rekord səviyyədən təxminən 18 faiz (28,5 bənd) aşağı düşüb.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin martında indeks 159,7 bəndə çataraq rekord qırmışdı.

Yanvar ayında qlobal ərzaq qiymətləri bitki yağları, süd məhsulları və şəkər hesabına ucuzlaşıb.

Bitki yağı qiymətləri indeksi əsasən günəbaxan yağının ucuzlaşması səbəbindən aylıq 2,9 faiz azalıb. İndeks 140,4 bənd təşkil edib ki, bu da bir il əvvəlki səviyyəsindən təxminən 25 faiz aşağıdır.

Taxıl Qiyməti İndeksi aylıq 0,1 faiz, illik müqayisədə isə 4,8 faiz artıb. Beynəlxalq buğda qiymətləri Avstraliya və Rusiyada istehsal gözləntilərinin aşılması səbəbindən yanvar ayında 2,5 faiz düşüb. Digər tərəfdən, məhdud təklif, Asiyada güclü daxili tələb və məzənnə dəyişikliyi səbəbilə düyü qiymətləri aylıq 6,2 faiz artıb.

Dünyanın ən böyük şəkər ixracatçısı olan Braziliyada əlverişli hava şəraiti ilə əlaqədar olaraq Şəkər Qiyməti İndeksi aylıq müqayisədə 1,1% azalıb.

Eyni dövrdə FAO Süd Qiyməti İndeksi 1,4%, Ət Qiyməti İndeksi isə 0,1 faiz azalıb. (Marja)

Avtonəqliyyat vasitələrinin icbari sığortasını artıq onlayn qaydada bir ünvandan almaq mümkündür. İcbari Sığorta Bürosu öz veb səifəsində avtomobil sahiblərinin işini asanlaşdırmaq üçün belə bir imkan yaradıb.

Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün - DAHA BİR ADDIM

FED.az xəbər verir ki, İcbari Sığorta Bürosunun icraçı direktoru bildirib ki, vətəndaşlar büronun rəsmi səhifəsindən seçdiyi sığorta şirkətinin üzərində "Onlayn al" düyməsinə klik edərək sığorta şəhadətnaməsini əldə edə bilərlər.

Bununla yanaşı, vətəndaşların sığorta müqaviləsini əldə etmək üçün sığorta şirkətlərinin bütün filiallarına və vasitəçilərə də müraciət etmək imkanı qalmaqdadır. Rəşad Əhmədov onu da deyib ki, artıq son günlər xüsusilə kiçik mühərrikli nəqliyyat vasitələrinin sığorta olunmasında yaranan problemlər aradan qalxmaq üzrədir.

Əgər vətəndaşlar sığorta müqaviləsi alarkən imtina ilə üzləşərsə, bu zaman sığorta şirkəti barədə mərkəzi bankın 966 qaynar xəttinə müraciət edə bilərlər. (Xezerxeber.az)

Almaniya, Hollandiya və Belçikadan olan əməliyyatçılar 50 bankomatı partlatmaqda məsul olan qrupu ələ keçiriblər.

İngiltərə və Avropa mərkəzi banklarının faiz qərarları məzənnələrə ciddi təsir edə bilər - İnvestAZ TƏQDİM EDİR

FED.az xəbər verir ki, alman detektivləri Almaniyada 50-dən çox bankomatı partladıb 5,2 milyon avro oğurladığı iddia edilən Hollandiya cinayətkar dəstəsini həbs ediblər.

Verilən məlumatlara görə, 2021-ci ilin noyabr ayından fəaliyyət göstərən cinayətkarlar Türingiyadakı bir hücum istisna olmaqla, həmişə Almaniyanın iki cənub əyalətindəki bankomatları hədəf seçiblər.

Bu barədə cümə axşamı Münhendə Bavariya və Baden-Vürtemberq Kriminal Polisinin Dövlət İdarələri və Bamberq prokurorluğu məlumat yayıb.

Bazar ertəsi polis əməkdaşları Hollandiyanın Utrext və Limburq əyalətlərində, habelə Belçikada yerli polislə birgə reyd keçirərək 16 ünvanda axtarış aparıblar.

Partlayıcı maddələrdən istifadə edərək quldurluq etməkdə şübhəli bilinən 25-41 yaşlarında olan doqquz kişi həbs edilib.

Alman müstəntiqləri bu əməliyyatı «bankomat bombardmançılarına qarşı ən böyük tədbirlərdən biri» adlandırıblar. Hazırda qrupun daha 3 üzvü axtarışdadır.

Bavariyanın daxili işlər naziri Yoahim Herrmann Federal Kriminal Polis İdarəsinə istinadən bildirib ki, ötən il ölkə üzrə 493 partlayış törədilib.

O, həmçinin bildirib ki, kriminal biznesin bu sektorunda çoxsaylı dəstələr hələ də fəaliyyətdədir.

"Təcrübə göstərir ki, bu cür uğurlu araşdırmalar nəticəsində cinayətkarların sıralarında yaranan boşluqlar tez bir zamanda doldurulur", - nazir bildirib.

Bavariyanın ədliyyə naziri Georg Eisenreich əlavə etdi: "Bankomat partlayışı müasir bir bank quldurluğu hesab olunur".

Onun sözlərinə görə, cinayətkarlar son vaxtlar bankomatları bərk partlayıcı maddələrlə partladıblar. Əvvəllər isə bunun üçün partlayıcı qaz qurğularından istifadə edilirdi.

Baden-Vürtemberq əyalətinin daxili işlər naziri Tomas Strobl bildirib ki, əmlaka dəyən ziyan mütəmadi olaraq qənimətdən çoxdur. Belə ki, 50 halda saxlanılan qrup 6,5 milyon avro ziyan vurub.

Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar tezliklə ödənişli olacaq.

FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bu barədə müraciət ünvanlayıb.

Polietilen torbaların ayrıca məhsul kimi satılması xəbəri vətəndaşlar üçün heç də ürəkaçan olmayıb. Sorğu zamanı paytaxt sakinləri nə qədər ekologiyamızın qeydinə qalmağa haqq qazandırsalar da, polietilen torbaların ayrıca məhsul kimi satılamasını müsbət qarşılamadıqlarını bildirdilər.

Məsələ ilə bağlı artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunub ki, qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülməli və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilməlidir. Məsələ ilə bağlı bir neçə iri market şəbəkələri ilə əlaqə saxladıq və bildirildi ki, şirkətlərə fevralın 15-dək vaxt verilib və tapşırılıb. Polietilen torbaların satış qiymətlərinə gəlincə, bununla bağlı vahid məbləğ müəyyən olunmayıb. Bunu hər şirkət özü təyin edəcək. (Xezerxeber.az)

“Skaz Autohouse” MMC-yə yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

“A Agro” şirkəti - MƏHKƏMƏYƏ VERİLİB

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

İcraatda olan işə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində Aynur Abdullayeva hakim təyin edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiyə Petrolleri” (TPAO) arasında yeni sahədə əməkdaşlıqla bağlı razılıq əldə edilib.

SOCAR-ın prezidenti TPAO şirkətinin prezidenti ilə görüşüb, bir sıra - SƏNƏDLƏR İMZALANIB

FED.az xəbər evrir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

"“İllərdir ki, SOCAR-la TPAO arasında, xüsusilə Xəzər bölgəsində bəzi sahələrdə icra edilən ortaq layihələr var. Son həftələrdə başqa bir sahə ilə də əlaqəli görüşlər davam edirdi. Bununla bağlı bir əməkdaşlıq razılığı əldə edildi”, - deyə türkiyəli nazir əlavə edib.

F.Dönməz bildirib ki, bu yeni sahə ilə bağlı məlumatlar hər iki tərəfə təqdin olunacaq və bu məlumatlar dəyərləndiriləcək: "Nəticələr müsbət olarsa, TPAO o sahədə də aktiv rol oynayacaq". (Report)