2022-ci il avqustun 12-də Super Ay hadisəsi baş verəcək.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ay Yerə ən yaxın məsafədə olacaq. Bu səbəbdən adi günlərdə müşahidə olunan bədirlənmiş Ayla müqayisədə 14 faiz böyük və 30 faiz daha parlaq görünəcək.
Təbiət hadisəsini izləmək üçün ən yaxşı vaxt səhər tezdən - Bakı vaxtı ilə saat 04:36-da olacaq.
Bu, ilin sonuncu Super Ay hadisəsi olmalıdır. Bundan öncə may, iyun və iyul aylarında da Super Ay görünüb.
Avqustun 11-dən 13-dək gecə səmada meteor yağışı da müşahidə olunacaq. Biz buna adətən "ulduz axdı" deyib, dilək tuturuq.
Dilək tutun, ümidlənin, çin olmasa, babalı ulduzların boynuna.
Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda vulkan püskürməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a daxil olan məlumatda qeyd olunur:
"Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.
“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir”.
Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanlarından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb".
saat 11:20
Bakıda palçıq vulkanı püskürüb.
Lent.az xəbər verir ki, vulkan püskürməsi Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildirilib ki, müvafiq qurumun əməkdaşları hazırda hadisə yerindədir: "Bu barədə ətraflı məlumat veriləcək".
AMEA-dan Lent.az-a verilən məlumata görə, bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib:
"Geologiya və Geofizika İnstitutundan aldığımız məlumata görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.
Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib".
Gədəbəy Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2022-ci il avqustun 12-də Super Ay hadisəsi baş verəcək.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ay Yerə ən yaxın məsafədə olacaq. Bu səbəbdən adi günlərdə müşahidə olunan bədirlənmiş Ayla müqayisədə 14 faiz böyük və 30 faiz daha parlaq görünəcək.
Təbiət hadisəsini izləmək üçün ən yaxşı vaxt səhər tezdən - Bakı vaxtı ilə saat 04:36-da olacaq.
Bu, ilin sonuncu Super Ay hadisəsi olmalıdır. Bundan öncə may, iyun və iyul aylarında da Super Ay görünüb.
Avqustun 11-dən 13-dək gecə səmada meteor yağışı da müşahidə olunacaq. Biz buna adətən "ulduz axdı" deyib, dilək tuturuq.
Dilək tutun, ümidlənin, çin olmasa, babalı ulduzların boynuna.
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova həyat yoldaşı ilə bağlı paylaşım edib.
Lent.az xəbər verir ki, ifaçı "Instagram" hesabında əri Eşqinin onun şərəfinə etdirdiyi döyməsinin görüntülərini paylaşıb.
Eşqin sinəsinin sol tərəfinə Aysunun baş hərfini və qanad döyməsi etdirib.
Qeyd edək ki, cütlük keçən ay evləniblər.
Bakıda palçıq vulkanı püskürüb.
Lent.az xəbər verir ki, vulkan püskürməsi Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildirilib ki, müvafiq qurumun əməkdaşları hazırda hadisə yerindədir: "Bu barədə ətraflı məlumat veriləcək".
AMEA-dan Lent.az-a verilən məlumata görə, bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib:
"Geologiya və Geofizika İnstitutundan aldığımız məlumata görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.
Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib".
Bildiyimiz kimi, ölkədə koronavirusa yoluxma və ölüm halları günü-gündən artır.
Statistikanın artması insanlar arasında təşvişə səbəb olur.
Ölkədəki epidemioloji vəziyyətə və qapanma ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazova müraciət etdik.
Lent.az-ın sorğusunu cavablandıran baş infeksionist bildirib ki, respublikada koronavirusa yeni yoluxma hallarında artımlar müşahidə edilsə də, bu artımlar əvvəlki dövrlə müqayisədə sıçrayışlı deyil:
"Hesab olunur ki, mənfi dinamika bir müddət davam edəcəkdir. Əksər hallarda xəstəlik yüngül keçir. Epidemioloji durum ciddi izlənilir və nəzarət altındadır. Pandemiyanın və hazırda koronovirusun daha sürətlə yayıldığı digər ölkələrin təcrübəsi onu deməyə əsas verir ki, hələlik qapanma tədbirlərinə ehtiyac yoxdur".
Avqustun 10-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.
Avqust 11-də saat 11:00-da şagird sayı 500 nəfərdən çox olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, proses nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir.
Direktor vəzifəsində çalışmaq istəyən şəxslər 16 avqust saat 11:00-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar.
Qeyd edək ki, 2021-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış və müsahibə mərhələsinə dəvət olunmamış şəxslər birbaşa esse mərhələsində iştirak etmək imkanı qazanacaqlar. Həmin şəxslər yenidən test imtahanı mərhələsində iştirak etdikləri halda ötənilki müsabiqə nəticəsi qüvvədən düşəcək.
Rostov vilayətində yük maşınının törətdiyi qəza nəticəsində 5 nəfər diri-diri yanıb.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, qəza Volqodonsk-Zimovniki yolunda qeydə alınıb.
Yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada minik avtomobilinə çırpılıb. Toqquşma nəticəsində içərisində 5 nəfərin olduğu avtomobil alovlanıb. Biri uşaq olmaqla beş nəfər hadisə yerində ölüb.
“Ağır yük maşınının sürücüsünə yerindəcə tibbi yardım göstərilib, onun həyat yoldaşı və 5 yaşlı uşağı xəsarətlə xəstəxanaya yerləşdirilib”, - məlumatda bildirilib.
Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.
Lent.az xəbər verir ki, müğənni mahnını studiyada səsləndirdiyi anları "Instagram" hesabında paylaşıb.
O, videoya “Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”, - şərhini yazıb.
Xalq artisti Nurəddin Mehdixanlı şəhidə xitafən yazılan sözləri qiraət edib. “Yada düşürsən” mahnısının bəstəkarı Fərid Kərimlidir.
Xatırladaq ki, Pərviz Həsən oğlu Əliyev I Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolu Füzuli rayonununu Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib.
1993-cü il aprelin 5-də Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.
Qazaxıstan vətəndaşı Azərbaycanda müəmmalı şəkildə ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Xaçmazda baş verib. Rayona qonaq gələn, Qazaxıstan vətəndaşı, 31 yaşlı Tisbayeva Sabina Erbolatovna qəfildən ölüb.
Onun meyiti müayinə edilib, bədən səthində hər hansı xəsarət izi aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.
Hava limanından Lent.az-a verilən məlumata görə, hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.
Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.
Kəpənək saç kəsimləri bu ilin qadın saç modelləri arasındadır. Saçlarınızın həm uzun, həm də qısa formada görünməyini istəyirsinizsə, onda bu model tam sizə görədir. İlin trendi olan bu saç kəsimi uzunluğu itirmədən qısa saç modeli havası yaradır.
Kəpənək saç düzümü həmişə parlamağa hazır olan 70-ci illərin havalı stilini özündə əks etdirir.
Onu da qeyd edək ki, bu saç forması Cennifer Lopez, Kelli Rauland, Hayli Stenfeld və Sidney Sviney kimi dünyaca məşhur ulduzların vazkeçilməzidir.
Lent.az kəpənək saç modelinə uyğun bir neçə formanı sizə təqdim edir:
lent az lent.az xeberler xəbərlər ulduz fali mezenne  son xeberler son xeber dəb trend saç düzümü saç kəsimi saç modeli saç life
Azərbaycanda bir gündə 3 nəfər intihar edib.
Lent.az-ın məlumatına görə, hadisələrdən biri Lənkəran şəhərində qeydə alınıb. Şəhər sakini, 81 yaşlı Telman Kazımov yaşadığı evdə özünü asıb.
Digər intihar hadisəsi Novxanı bağlarında qeydə alınıb. baş verib. Məlumata görə, 33 yaşlı Asif Əsədullayev elektrik naqili ilə özünü asıb.
Ötən günün növbəti intihar hadisəsi isə Şəmkirin Dəllər Cəyir kəndində olub. Kənd sakini, 43 yaşlı Ramil Əliyev özünü asaraq həyatına son qoyub.
Hər 3 faktla bağlı müvafiq olaraq rayon prokurorluqlarında cinayət işi başlanıb, araşdırma aparılır.
Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də ölmüş birini görməkdir. Bəs, yuxuda ölən şəxsi görmək nə vəd edir?
Lent.az yuxuda vəfat etmiş birini görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:
Yuxuda ölmüş birini görmək, yaxşı əlamət hesab olunur. Həmçinin, belə yuxu iş həyatında maddi rahatlıq deməkdir.
Yuxuda ölən birini görən şəxs uzun müddətdir görmədiyi tanışı ilə görüşəcəyinə işarədir. Belə yuxular adətən iş və sosial həyatda yaxşı uğurlar əldə etmək, gələcək narahatlıqların sona çatması kimi yozulur.
Bunlarla yanaşı, ölmüş birini yuxuda görmək, həmin adama olan həsrəti ifadə edir. Yuxu sahibinin ölən şəxs üçün darıxdığını bildirir.
Yuxuda ölmüş şəxsi canlı görmək əlində olanlara, yanındakı insanlara dəyər verəcəyi anlamına gəlir. Həmçinin, yuxu sahibinin müəyyən qədər çətinliklər çəkəcəyinə və bununla bağlı ailəsindən dəstək alacağını bildirir.
Yuxuda ölən şəxslə söhbət etmək, əziyyət çəkdiyiniz bütün məsələlərə, çətinliklərə son qoyulacağını ifadə edir. Belə yuxu xəyalpərəstin mənəvi rahatlıq tapacağına da işarədir.
Yuxuda ölü yumaq xəyalpərəstin çatışmazlıqlarının olduğu anlamına gəlir və bununla bağlı yuxu görən şəxsin öz yaxınına dəstək olması ilə əlaqələndirirlər.
Yuxuda ölmüş birini qara paltarda görmək xəyalpərəstin əzab çəkdiyini bildirir. Müəyyən çətinliklərlə başa çıxa bilmədiyinə işarədir.
Yuxuda öləcəyini görmək bəzən insanları narahat edir. Amma bu cür yuxu görən zaman qorxmaq lazım deyil. Çünki yuxuda öldüyünü görmək həyatınızdakı hər şeyin yaxşı gedəcəyinə dəlalət edir. Hətta bəzən belə yuxuların xəyalpərəstin ömrünün uzandığı kimi də rəvayət olunur.
Bəs, yuxuda vəfat etmiş valideynləri görmək necə yozulur? Yuxu yozanlar bildirir ki, yuxuda ölən valideynlər görülürsə, bu həmin şəxsin tezliklə onların məzarlarını ziyarət etməsi üçün bir işarədir.
lent az lent.az xeberler xəbərlər ulduz fali mezenne son xeberler son xeber life maraq yuxu  yuxu sahibi
“Air New Zealand” bəzi təyyarələrində yataq kabinlərinin quraşdırılmasını elan edib
Lent.az xəbər verir ki, “Air New Zealand" aviaşirkəti bəzi təyyarələrdə yataq kabinlərinin quraşdırılmasını davam etdirir. Ödənişli və bütün sərnişinlər üçün nəzərdə tutulan bu seçim "Sky Nest" adlanır. Həmçinin sirkət sərnişinlərin dörd saata qədər çarpayı rezerv edə biləcəklərini açıqlayıb. Bu da sərnişinlərin 4 saat rahat və sakit şəkildə yatmaqları üçün ideal imkandır. Lakin bu variantın qiyməti hələ "Air New Zealand" tərəfindən açıqlanmayıb.
2024-cü ildən etibarən təyyarələrdə yataq servisindən istifadə olunacağı gözlənilir.
Qeyd edək ki, Yeni Zelandiyadan uçuşlar çox uzun çəkdiyi üçün yorğunluq yaradır. Məsələn, bu ölkədən ABŞ-a uçuş təxminən 16 saat davam edir.
Şimali Koreya ölkədə koronavirusu yayma cəhdinə görə Cənubi Koreyanı məhv etməklə hədələyib.
Lent.az-ın xəbərinə görə, Əmək Partiyasının sədr müavini Kim E Çjonun müvafiq bəyanatını Koreyanın rəsmi KSNA agentliyi yayıb.
“Düşmən ölkəmizə virus yoluxdurmaq kimi təhlükəli işlərdə israrda davam edərsə biz təkcə virusu yox, Cənubi Koreya hakimiyyətini də məhv etməklə cavab verəcəyik” – deyə Kim E Çjon vurğulayıb.
Şimali koreyalı siyasətçi bildirib ki, ölkədə koronavirus cənubla sərhəd ərazilərdə başlayıb.
Qeyd edək ki, Kim E Çjon KXDR-in rəhbəri Kim Çen Inın bacısıdır.
Portuqaliyanın Serra de Estrela milli parkında 5 gündür davam edən meşə yanğınlarını nəzarət altına almaq mümkün olmur.
Lent.az-ın xəbərinə görə, dağlıq zonada yerləşən milli parkda yanğını söndürmək üçün mindən çox şəxsi heyət və texnika səfərbər olunub.
İlkin məlumata görə yanğın 3 min hektardan çox ərazini məhv edib, 4 yanğınsöndürıənin xəsarət almasına səbəb olub.
ABŞ Prezidenti Co Bayden ailəsi ilə birgə Cənubi Karolina ştatına gəlib.
Lent.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Bayden Atlantik okeanındakı adada qısamüddətli məzuniyyətini keçirəcək. Adaya onunla birlikdə həyat yoldaşı və oğlunun ailəsi də gəlib. Sözügedən ərazi uçuşa qapalı zona elan edilib.
Ağ Ev dövlət başçısının məzuniyyətinin nə qədər davam edəcəyi barədə şərh verməyib.