• Şikayət et

Türkiyə normallaşma planı ilə təşəbbüsü ələ aldı, Rusiya Qafqazda gücünü itirir - Yunan mediasından SENSASİON TƏHLİL

Yunanıstan mətbuatı Azərbaycan-Türkiyə-Ermənistan münasibətlərində yeni normallaşma addımlarının Rusiyanın Qafqazdakı rolunu azaldacağını yazıb.

Avropa.info xəbər verir ki, Azərbaycan-Türkiyə-Ermənistan münasibətlərində yeni normallaşma addımları Yunanıstanda rezonans doğurub.

Yunan mətbuatında dərc olunan təhlil yazısında üç ölkə arasında regional və qlobal təsirləri olacaq normallaşmanın Türkiyənin Qafqazdakı mövqeyini gücləndirəcəyi bildirilib.

"Türkiyənin Qafqazda mövqeyini gücləndirdiyi heç kimə sirr deyil. Rusiya isə Qafqazda Türkiyəyə qarşı gücünü itirir. Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli münasibətlərinin normallaşmasının Rusiyanın vasitəçiliyi olmadan, Türkiyənin təşəbbüsləri ilə həyata keçirilməsi Moskvanı proseslərdən uzaqlaşdırır və ya ən azından rolunu azaldır. Başqa sözlə, Türkiyənin rolu Qafqazda Rusiya üçün bir təzyiqə çevrilir", - deyə yunan mediasının təhlil yazısında qeyd olunur.

Avropa.info

Mənbə:
0
714
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar