Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Qol.az xəbər verir ki, ikinci oyun günündə 6 cavab oyunu keçiriləcək.
"Fənərbaxça" Çexiyada "Slovaçko"nun qonağı olacaq.
Qeyd edək ki, bundan əvvəl "Şemrok Rovers" (İrlandiya) "Şkupi"yə (Şimali Makedoniya) 2:1 hesabı ilə qalib gələrək, pley-offa adlayıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.
Əlavə edək ki, Avroliqada pley-off mərhələsinin oyunları avqustun 18-i və 25-də baş tutacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
11 avqust
20:00. HİK (Helsinki, Finlandiya) - "Maribor" (Sloveniya)
İlk oyun - 2:0
21:00. "Slovaçko" (Çexiya) - "Fənərbaxça" (Türkiyə)
İlk oyun - 0:3
21:00. "Sürix" (İsveçrə) - "Linfild" (Şimali İrlandiya)
İlk oyun - 2:0
22:00. "Düdelanj" (Lüksemburq) - "Malmö" (İsveç)
İlk oyun - 0:3
22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 1:1
23:00. "Partizan" (Serbiya) - AEK (Larnaka, Kipr)
İlk oyun - 1:2
</meta>
PSJ artıq futbolçusu Mauro İkardini komandada görmək istəmir.
Qol.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Paris klubu 29 yaşlı hücumçunu "arzuolunmaz futbolçular" siyahısına daxil edib. Argentinalı forvard əsas komandadan ayrı məşq edəcək.
İkardi Liqa 1-in ilk turunda "Klermon"la matçın (5:0) iştirak ərizəsinə də daxil edilməmişdi.
Qeyd edək ki, İkardi 2019-cu ildən PSJ-də oynayır.
</meta>
</meta>
İsveçrə Superliqasında 1-ci turun təxirə salınmış oyunu keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" səfərdə "Lütsern"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
R.Dadaşov start heyətdə meydana çıxıb, 60-cı dəqiqədə əvəzlənib. O, 38-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.
Bu millimizin üzvünün İsveçrə çempionatında bu mövsüm vurduğu 2-ci qol olub. O, eyni zamanda bu mövsüm 1 qolun da ötürməsini verib.
Qeyd edək ki, "Qrasshopper" 8 xalla 2-ci pillədə qərarlaşıb.
</meta>
Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin daha bir cavab oyunu keçirilib.
Qol.az xəbər verir ki, Xorvatiya "Hayduk"u Portuqaliya "Vitoriya"sının qonağı olub. Xorvatiya təmsilçisi bu görüşdə 0:1 hesabı ilə uduzsa da, ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi üçün pley-offa yüksəlib.
Komanda pley-offda "Vilyarreal"la qarşılaşacaq.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin digər matçları sabah keçiriləcək.
10 avqust
"Vitoriya" (Portuqaliya) - "Hayduk" (Xorvatiya) - 1:0
Qol: Anderson, 5
İlk oyun - 1:3
</meta>
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalını qazanıb.
Qol.az xəbər verir ki, 49 kq-da çıxış edən taekvondoçu Patimat Abakarova yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medal qazanıb.
</meta>
"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriya “Rapid”i (Vyana) ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, o deyib: "İlk oyunda qələbə qazandıq. Buraya da qələbə üçün gəlmişik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib bu oyuna daha yaxşı hazırlaşıb və qalib gəlməyə çalışacaq. Çünki evdə oynayırlar. “Rapid” ciddi rəqibdir. Amma biz də səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik. Rəqibə hörmət edirik, amma qələbə qazanmaq niyyətindəyik”.
Mütəxəssis "Rapid"ə qarşı necə oynamaq lazım olduğu haqda da danışıb: "Mənim futbolçularıma mesajım çox aydındır. Bəli, biz Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik. Amma hələ oyun oynanılmayıb. Sabah biz mübarizə aparmalı, aktiv olmalıyıq. Mən tərəfdən futbolçularıma olan mesajdır. "Rapid"in gücünün nədən ibarət olduğunu bilirik. Hücum xəttində çox yaxşı oyunçuları var. Onlardan ehtiyatlanmalıyıq. Onlara çox boşluq və düşünməyə vaxt verməməliyik. Qol buraxsaq belə, mübarizəni davam etdirməli və cavab qolunu vurmalıyıq".
Regekampf Vyana təmsilçisinin zəif cəhətlərini oyunçulara söylədiyini vurğulayıb: "Hər mütəxəssis qarşısındakı komandanı analiz edir. Bu da normaldır. Futbolçulara onların zəif nöqtələrini göstərməyə çalışmışıq. Ancaq günün sonunda biz də futbolçulardan asılı qalırıq. Sabah meydanda öz işlərini görməlidirlər".
Baş məşqçi mərhələ adlayacaqları təqdirdə istənilən sözü verməyə hazır oluğunu bildirib: "Mən sizə hər cür söz verə bilərəm. Amma gəlin sabahkı oyunu başa vuraq. Bu oyuna ciddi yanaşaq. Çünki asan oyun olmayacaq. Biz güclü rəqibə qarşı oynayacağıq. “Rapid” Avstriyanın tarixi klubudur. Onlar da əllərindən gələni edəcəklər ki, növbəti mərhələyə vəsiqə qazansınlar. Əgər növbəti mərhələyə vəsiqə qazansaq, sizə hər şey barədə söz verəcəyəm".
Qeyd edək ki, sabah keçiriləcək “Rapid” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
</meta>
"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib.
Qol.az xəbrə verir ki, o deyib: "İlk oyunda qələbə qazandıq. Buraya da qələbə üçün gəlmişik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib bu oyuna daha yaxşı hazırlaşıb və qalib gəlməyə çalışacaq. Çünki evdə oynayırlar. “Rapid” ciddi rəqibdir. Amma biz də səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik. Rəqibə hörmət edirik, amma qələbə qazanmaq niyyətindəyik”.
Mütəxəssis "Rapid"ə qarşı necə oynamaq lazım olduğu haqda da danışıb: "Mənim futbolçularıma mesajım çox aydındır. Bəli, biz Bakıya pozitiv nəticə ilə qayıtmaq istəyirik. Amma hələ oyun oynanılmayıb. Sabah biz mübarizə aparmalı, aktiv olmalıyıq. Mən tərəfdən futbolçularıma olan mesajdır. "Rapid"in gücünün nədən ibarət olduğunu bilirik. Hücum xəttində çox yaxşı oyunçuları var. Onlardan ehtiyatlanmalıyıq. Onlara çox boşluq və düşünməyə vaxt verməməliyik. Qol buraxsaq belə, mübarizəni davam etdirməli və cavab qolunu vurmalıyıq".
Regekampf Vyana təmsilçisinin zəif cəhətlərini oyunçulara söylədiyini vurğulayıb: "Hər mütəxəssis qarşısındakı komandanı analiz edir. Bu da normaldır. Futbolçulara onların zəif nöqtələrini göstərməyə çalışmışıq. Ancaq günün sonunda biz də futbolçulardan asılı qalırıq. Sabah meydanda öz işlərini görməlidirlər".
Baş məşqçi mərhələ adlayacaqları təqdirdə istənilən sözü verməyə hazır oluğunu bildirib: "Mən sizə hər cür söz verə bilərəm. Amma gəlin sabahkı oyunu başa vuraq. Bu oyuna ciddi yanaşaq. Çünki asan oyun olmayacaq. Biz güclü rəqibə qarşı oynayacağıq. “Rapid” Avstriyanın tarixi klubudur. Onlar da əllərindən gələni edəcəklər ki, növbəti mərhələyə vəsiqə qazansınlar. Əgər növbəti mərhələyə vəsiqə qazansaq, sizə hər şey barədə söz verəcəyəm".
Qeyd edək ki, sabah keçiriləcək “Rapid” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
</meta>
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Abubakr Abakarov (86 kq) final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, iranlı Alirza Kərimi ilə qarşılaşıb. Təmsilçimiz 0:9 hesabı ilə geridə olduğu vaxt zədələnərək, mübarizəni davam etdirə bilməyib. O, turniri gümüş medalla başa vurub
Beləliklə, Azərbaycan güləşçiləri günü 6 medalla başa vurub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçilər Hacı Əliyevlə (65 kq) Turan Bayramov (74 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.
Bununla da gün ərzində mübarizə aparan bütün güləşçilərimiz medal qazanıblar.
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov (74 kq) final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, həlledici görüşdə iranlı Məhəmmədsadıq Firuzpura 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.
Rəqibini təmiz qələbə ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.
Türkiyənin Konya şəhərindəki 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın güləşçi Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, finalda özbəkistanlı Jasmina İmmayevaya 10:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Beləliklə, Stadnik karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu.
Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala adlayıb.
Qol.az xəbər verir ki, qadın güləşçimiz Mariya Stadnik (50 kq) yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla, ən azı gümüş medalı təmin edib.
Turan Bayramov (74 kq) yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abubakr Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, Hacı Əliyev də (65 kq) adını finala yazdırıb.
</meta>
Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova (67 kq) Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Qol.az xəbər verir ki, idmançı finalda iranlı Zeynəb İsmailiyə qalib gələrək qızıl medal qazanıb.
Təmsilçimiz Cavad Ağayev (68 kq) isə finalda özbəkistanlı Uluqbek Raşidova uduzub. Beləliklə, o, turniri gümüş medalla başa vurub.
Qeyd edək ki, bu gün 49 kq-da çıxış edən taekvondoçumuz Patimat Abakarova isə bürünc medal qazanıb
</meta>
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov (74 kq) final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, həlledici görüşdə iranlı Məhəmmədsadıq Firuzpura 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.
Rəqibini təmiz qələbə ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.
Türkiyənin Konya şəhərindəki 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın güləşçi Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, finalda özbəkistanlı Jasmina İmmayevaya 10:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Beləliklə, Stadnik karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu.
Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala adlayıb.
Qol.az xəbər verir ki, qadın güləşçimiz Mariya Stadnik (50 kq) yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla, ən azı gümüş medalı təmin edib.
Turan Bayramov (74 kq) yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abubakr Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, Hacı Əliyev də (65 kq) adını finala yazdırıb.
</meta>
"Rapid"in baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunundan əvvəl mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, sabah çox güc sərf etməli olduqlarını deyib.
- Qələbə qazanmaq üçün daha çox pressinq edib, qol epizodları yaratmaq lazımdır. Bakıda istifadə edə bilmədiyimiz epizodları sabah reallaşdırmalıyıq.
- “Neftçi” Bakıdakı kimi intensiv oynasa, buna necə müqavimət göstərəcəksiniz?
- Daha fəal olacağıq və hücum etmək istəyirik. Standart vəziyyətlərdən də istifadə etmək lazımdır.
- Sabah “Rapid”in hansı üstünlüyü olacaq?
- Öz meydanımızda oynamağımız bizim üstünlüyümüzdür. Bundan istifadə edərək hücuma atılmaq lazımdır.
- Qələbə üçün iki qol bəs edəcək?
- Növbəti mərhələyə yüksəlmək şansı əldə etmək üçün minimum bir qol vurmalıyıq. Bütün gücümüzü toparlamalıyıq ki, nəticə qazanaq. “Neftçi”nin gücü bizə aydındır. Onların özünəməxsus oyun tərzi var.
- Rəqibin hücumlarının qarşısını necə alacaqsınız?
- İlk oyundakı səhvlərimizi öyrənmişik. Əsasən “Neftçi”nin cinahlardakı reydlərinə müqavimət göstərmək lazımdır. Səhvlərimizi konkretləşdirmişik. Çalışacağıq ki, imkanlarımızı dəyərləndirək.
</meta>
2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Şimali Makedoniya millisinin üzvü Todor Todoroski ilə 2 illik müqavilə imzalayıb. 23 yaşlı cinah müdafiəçisi “Sumqayıt” FK-da “12” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Todor Todoroski karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik”, və Serbiyanın “Radniçki” klubunda çıxış edib. Hazırda Şimali Makedoniyanın əsas milli komandasının şərəfini qoruyan Todoroski həmçinin U-17, U-18, U-19, U-20, U-21 milli komandalarına da cəlb olunub.
</meta>
“Qarabağ”ın uğurlarında əsasən meydanda top dalınca qaçanların adı ön planda çəkilsə də, komandanın gizli qəhrəmanı Şahruddin Məhəmmədəliyevdir.
Millimizin üzvü bəzən gözlənilməz səhvlərə yol versə də, “çərçivə”dəki yerini bərkitməyi bacarıb. Elə “Ferentsvaroş” üzərində əldə edilən parlaq qələbədə də Şahruddin əsas pay sahiblərindən idi. İkinci hissədə komandasını bir neçə dəfə qoldan xilas etməklə futbolçu yoldaşlarını ümidləndirdi.
Budapeştdən qayıdan Şahruddin müsahibəsində oyunla bağlı sualları cavablandırıb.
- Yorğunluq sözünü deyir, yoxsa sevinc hissi yorğunluğu unutdurur?
- Qələbə qazandığımız, Çempionlar Liqasında pley-offa yüksəldiyimiz üçün şirin yorğunluqdur. İndi yorulmaq vaxtı yox, daha çox əziyyət çəkib hədəfə doğru irəliləmək vaxtıdır.
- Təyyarədə yata bildin?
- Belə oyunlardan sonra gözümə yuxu getmir. Xeyr, yatmadım.
- “Ferentsvaroş”la qarşılaşmada möhtəşəm qurtarışlarınla komandanın yarısı olduğunu göstərdin. Sanki belə oyunlara hirslə, xüsusi motivasiya ilə yanaşırsan.
- Hirs deməzdim. Sadəcə hər birimizdə hədsiz motivasiya var idi. Qarşımızda duran hədəfə çatmaq istəyirdik. Bakıda oyunda itkilərimiz çox idi. Kevin, Maksim, Riçard, Kadi komandadan ayrı düşmüşdü. Ona görə də cavab görüşündə nəyə qadir olduğumuzu göstərmək istəyirdik.
- Aparıcı futbolçular meydanda olmayanda səndə inam da azalır?
- Yox-yox, düz başa düşmədiniz. Deməyim odur ki, Bakıda itkilərin fonunda bəlkə də istədiyimizi tam ortaya qoya bilmədik. Halbuki adlarını çəkdiyim oyunçuları əvəzləyən futbolçuların hər biri meydanda canını qoymuşdu. Bəzən rəqibin təhlükəli vəziyyətlər yaxalamasına imkan vermirik. Amma elə oyunlar olur ki, rəqib qapımıza yüklənir, böyük qüvvə ilə hücum edir. Belədə mənim üzərimə çox yük düşür. Dünən də belə oyunlardan biri idi.
- Meydanda mövqe baxımından sənə yaxın olan Maksimlə Kevinin yeri görünür? Hər halda uzun müddətdir birlikdə oynayırsız.
- Əlbəttə, hər bir futbolçunun yoxluğu komandamız üçün itkidir. Lakin önəmli olan odur ki, onları əvəz edən Bəhlulla Bədavi son iki matçda möhtəşəm performans sərgilədilər. Mənim üçün ən vacibi bütün komanda yoldaşlarımın yanımızda olmasıdır. Meydana kimin çıxması o qədər də önəmli deyil. Çünki “Qarabağ” bir ailədir.
- Oyundan sonra rəqib futbolçularla söhbət etdin? Nə deyirdilər?
- Xüsusi olaraq kiminləsə dayanıb söhbət etmədim. Yanımızdan keçəndə təbrik edirdilər.
- “Sürix”lə görüşdən sonra rəqib futbolçuların yekəxana, özündənrazı olduğunu demişdim. “Ferentsvaroş”ın üzvlərində belə xüsusiyyət hiss olunmurdu?
- Bu komandanın futbolçuları oyundan əvvəl, oyunun gedişində və sonrasında özlərini əsl peşəkar kimi apardılar. Futbolda məğlubiyyətin də olduğunu qəbul edib yenilgiyə üzülmək peşəkarlıq tələb edir.
- Növbəti rəqib “Viktoriya”dır. Hazırda komandakı futbolçular arasında bu rəqibi yaxından tanıyan azsaylı futbolçulardansan. Çexlərə qarşı revanş hissi var, yoxsa sıradan oyun olacaq?
- Həmin matçlarda qapını İbrahim Şehiç qoruyurdu, mən ehtiyatda idim. Gizlətmirəm, “Viktoriya” ilə Bakıdakı oyun karyeramın ən acı oyunlarından biri kimi yadımda qalıb. O qədər qol imkanlarından yararlana bilməmişdik, rəqib isə son dəqiqələrdə vurulan qolla mərhələ adlamışdı.
- Deməli nəsə qalıb bu rəqibə qarşı.
- Bu cür deməzdim. Həmin qarşılaşmalar keçmişdə qalıb. İndi bizim yeni komandamız var. Onların heyəti də dəyişib. Hədəfə çatmaq üçün yaxşı hazırlaşıb, əlimizdən gələni edəcəyik.
- Mərhələ adlamaq şanslarını necə dəyərləndirirsən?
- Sualı bu gün verirsizsə 50-nin 50-yə deyərdim.
Mənbə: sports.az
</meta>
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.
Rəqibini təmiz qələbə ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.
Türkiyənin Konya şəhərindəki 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın güləşçi Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, finalda özbəkistanlı Jasmina İmmayevaya 10:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Beləliklə, Stadnik karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu.
Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala adlayıb.
Qol.az xəbər verir ki, qadın güləşçimiz Mariya Stadnik (50 kq) yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla, ən azı gümüş medalı təmin edib.
Turan Bayramov (74 kq) yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abubakr Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, Hacı Əliyev də (65 kq) adını finala yazdırıb.
</meta>
Türkiyənin Konya şəhərindəki 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın güləşçi Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, finalda özbəkistanlı Jasmina İmmayevaya 10:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Beləliklə, Stadnik karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu.
Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala adlayıb.
Qol.az xəbər verir ki, qadın güləşçimiz Mariya Stadnik (50 kq) yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla, ən azı gümüş medalı təmin edib.
Turan Bayramov (74 kq) yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abubakr Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, Hacı Əliyev də (65 kq) adını finala yazdırıb.
</meta>
Azərbaycan Premyer Liqasının 1-ci turunun “Turan Tovuz”la oyunu “Qəbələ”nin iki futbolçusu üçün debütlə əlamətdar olub.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Rauf Rüstəmli və Ramon Maçado ilk dəfə “qırmızı-qaralar”ın heyətində rəsmi matça çıxıb. Bununla da klub tarixində forma geyinən futbolçuların ümumi sayı 271-ə çatıb. Onlardan 252-si Premyer Liqada şans qazanıb.
Rauf “Qəbələ”nin heyətində Premyer Liqada 19 yaşadək debüt edən 18-ci oyunçudur. 18 yaş 9 ay 7 günlüyündə meydana çıxan yarımmüdafiəçiyədək 17 oyunçu belə gənc yaşında çempionat həyəcanı yaşayıb. Rekord Elnur Mustafazadəyə məxsusdur – 16 yaş 7 ay 25 gün. Nuran Qurbanov (17 yaş 6 ay 19 gün) və Roman Hüseynov (17 yaş 7 ay 19 gün) da ən gənc üç oyunçu sırasında yer alıb. Rauf bu sıralamada 16-cıdır.
Ramon isə klub tarixində 17-ci braziliyalı legionerdir. “Sambaçılar” arasında rekord Dodoya məxsusdur – 161 oyun. Rafael Santos 104, Rikardinyo 69 dəfə “Qəbələ” forması geyinib.
Xatırladaq ki, “Qəbələ” mövsümə 2:0 hesablı qələbə ilə başlayıb.
</meta>
Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunları davam edir.
Qol.az xəbər verir ki, sərbəst güləşçimiz Əliabbas Rzazadə (57 kq) 3-cü yer uğrunda görüşdə tacikistanlı Hikmətulla Vahidova 8:7 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Qadın güləşində 59 kq-da mübarizə dairəvi sistem üzrə keçirilib. Təmsilçimiz Alyona Kolesnikilk turda qazaxıstanlı Güldana Bekeşə, ikinci turda idə özbəkistanlı Dilfuza Aimbetovaya "tuşe" ilə qalib gəlib. Kolesnik 3-cü turda nigeriyalı Adekuoroye Odunayoya 1:3 hesabıyla məğlub olub. Sonuncu - 4-cü turda türkiyəli Elmas Çelik üzərində də "tuşe" ilə qələbə qazanan Alyona gümüş medala sahib çıxıb.
</meta>