Şair Eldar Əhədovdan Bakıda oxucularına xoş sürpriz

Oktyabrın 12-də Bakı Kitab Mərkəzində Rusiyada yaşayan azərbaycanlı yazıçı və şair Eldar Əhədovla görüşdə bütün iştirakçıları xoş sürpriz gözləyirdilər: hər bir iştirakçıya hədiyyə olaraq- ədəbiyyatçının onlarla kitablarından birini seçmək. “Azerforum” xəbər verir ki, hər bir kitab müəllifin avtoqraf ilə hədiyyə edilib.

 Bakı Kitab Mərkəzinin rəhbəri Günel Rzayeva, həmçinin Səriyyə Məmmədova, İsrafil İsmayılov, Lalə Məlik, Sahib Məmmədov, Marina Komazova digər iştirakçılar bu xoşbəxt anları yaşayıblar. İştirakçılar Bakı və Azərbaycan şəhərlərinin Bayıl, Montin, Suraxanı, Kür çayı üzərindəki Ulacalı kəndi və Odlar Yurdunun digər guşələrinin yazıçıya nə qədər yaxın olduqlarını ilk ağızdan öyrəniblər. Yazıçı vətənlə bağlı bir neçə qısa nəsr və poetik əsər oxuyub. Sibirdə həyat haqqında, o cümlədən "Odlar Yurdu" xalq rəqs ansamblı haqqında bir neçə kiçik yaddaqalan videofraqment nümayiş etdirilib. Sonda iştirakçılar görüşdən xatirə olaraq qısa fotosessiya da ediblər.

Mənbə:
0
666
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar