Nazirlərin fevral ayı üzrə qəbul günləri – CƏDVƏL
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Oxu.Az-ın xəbərinə görə, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Qəbul cədvəlini təqdim edirik:

S/n

Qəbulun keçirildiyi
şəhər, rayon

Əhatə olunan
şəhər və rayonlar

Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu

Qəbulun keçirildiyi
gün

1

İmişli

İmişli, Sabirabad, Saatlı, Beyləqan, Füzuli, Xocavənd

rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

08

Saatlı

Saatlı, Sabirabad, İmişli

kənd təsərrüfatı naziri
İnam Kərimov

09

Kürdəmir

Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Ağsu, Göyçay

Baş prokuror
Kamran Əliyev

10

Ağdam (Quzanlı qəsəbəsi)

Ağdam, Ağcabədi, Laçın

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova

10

Şəmkir

Şəmkir, Gədəbəy

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri
Zaur Mikayılov

10

Lerik

Lerik, Lənkəran, Astara

gənclər və idman naziri
Fərid Qayıbov

11

İsmayıllı

İsmayıllı, Ağsu

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
Ruslan Əliyev

13

Şamaxı

Şamaxı, Qobustan

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev

14

Yevlax

Yevlax, Mingəçevir, Bərdə

ədliyyə naziri
Fikrət Məmmədov

15

Cəlilabad

Cəlilabad, Biləsuvar, Neftçala, Cəbrayıl

daxili işlər naziri
Vilayət Eyvazov

16

Salyan

Salyan, Şirvan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı

16

Sabirabad

Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
Arzu Rəhimov

16

Tərtər

Tərtər, Ağdam

“Azərişıq” ASC-nin sədri
Vüqar Əhmədov

16

Şirvan

Şirvan, Hacıqabul, Salyan

Ali Məhkəmənin sədri
Ramiz Rzayev

17

Şəki

Şəki, Oğuz, Qax, Zaqatala, Balakən

mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən
Adil Kərimli

17

Zaqatala

Zaqatala, Balakən, Qax

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev

17

Qobustan

Qobustan, Şamaxı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri
Saleh Məmmədov

17

Kürdəmir

Kürdəmir, Ucar, Zərdab

“Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən
Köçərli Həsənov

17

Abşeron

Abşeron, Zəngilan

ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

23

Cəlilabad

Cəlilabad, Biləsuvar, Cəbrayıl

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli

23

Ağcabədi

Ağcabədi, Ağdam, Laçın

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən
İlham Mirzəliyev

23

Yevlax

Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir

elm və təhsil naziri
Emin Əmrullayev

24

Beyləqan

Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd

energetika naziri
Pərviz Şahbazov

24

Qusar

Qusar, Quba

əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev

24

Lənkəran

Lənkəran, Astara, Lerik

fövqəladə hallar naziri
Kəmaləddin Heydərov

24

Şirvan

Şirvan, Hacıqabul

iqtisadiyyat naziri
Mikayıl Cabbarov

24

Saatlı

Saatlı, Sabirabad, İmişli

Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən
Şahin Bağırov

24

Xaçmaz

Xaçmaz, Şabran, Siyəzən

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri
Zaur Əliyev

24

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb. Talıbovun bu yaşda universitetə qeyri-qanuni yolla, imtahan vermədən qəbul olduğunu iddia edilir. Bildirilir ki, həmin vaxt buna keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şərait yaradıb. Eyni zamanda bu məsələ müğənni Röya Ayxanın da eyni fakültəyə 2004-cü ildə qəbul olmasını gündəmə gətirib. Bu barədə də eyni iddia səsləndirilir.

Turkustan.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Pravda.az-a açıqlamasında qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd, yəni attestat almış şəxslərin ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malik olduğunu bildirib:

“Attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil. Hər il qəbul kampaniyasında belə abituriyentlərə rast gəlmək mümkündür. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Həmin il keçid balı 419 bal olub”.

DİM rəsmisi Röya Ayxan ilə bağlı iddialara isə belə cavab verib: “İddia doğru deyil. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər…” /axar.az/

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Telefon danışığı zamanı Şolts Ukraynaya silah göndərməyin düzgün olduğunu, lakin müharibənin böyüməsindən qaçmaq istədiyini bildirib.

“Qarşımızda duran çətinliklərin səbəbi Ukraynaya qarşı dəhşətli işğalçılıq müharibəsidir. Bu, Avropada razılaşdığımız prinsiplərin şübhə altına alındığı dəhşətli müharibədir”, – Şolts bildirib.

Qeyd edək ki, Almaniya Ukraynaya 14 ədəd “Leopard 2” tankının tədarükünə razılıq verib.

“Afaq Bəşirqızı təklif irəli sürdü ki, Tünzalə Əliyeva üçün fond yaradılsın. Bunun tamaşaçılara, xalqa aidiyyətı yoxdur. Fond incəsənət xadimləri üçündür. Yalnız incəsənət xadimləri, aktyor yoldaşları ora pul yatırsınlar ki, Zəhranın gələcəkdə zəmanəti olsun. Bu pulu böyüyəndə istəyər təhsilinə, istəsə də cehizinə xərcləsin. Biz sənət adamları birləşib bu fondu yaratmaq istəyirik”.

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva deyib. O, Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifinə aydınlıq gətirib:

“Tamaşaçılar sağlığında Tünzaləyə yetərincə dəstək olub: müalicəsində, ev almasında”.

Ü.Əliyeva “Toppuş bacı”ya “sənətkar” deyilməsini tənqid edənlərə cavab verib:

“Tünzalə peşəkar aktrisa idi, İncəsənət Universitetinin dram, kino fakültəsini bitirib. Gəncə Kukla, Gəncə Dram Teatrında, Bakıda İrəvən Teatrında yetərincə çalışıb. Onun qiymətini Prezident verib və “Əməkdar artist” fəxri adına layiq görülüb. Kimsə onun yaradıcılığını izləməyibsə, yalnız hansısa verilişdə görübsə, ölünün arxasınca artıq danışmsın. O, tamaşaçının sevimlisi idi, belə də qalacaq. Onu nə qədər sevən var biz gördük. Üç mərasimində zalın yarısı tamaşaçılar idi. Vida və dəfn mərasiminə də nə qədər insan gəldi. Ona hörmətlə yanaşın. Hər sənət adamına bu cür hörmətlə dəfn, vida mərasimi qismət olmur”.

“Çox çətindir, Tünzalə üçün göz yaşı tökən hər kəsə təşəkkür edirəm. O, həqiqətən böyük aktrisa idi. İstəyir illər, əsrlər keçsin yenə də bu cür qalacaq”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın vida mərasimində iştirak edən Əməkdar artist Dilarə Əliyeva deyib.

“Tünzalə heç kimin yadından çıxmayacaq. Gözüm dalıyca qaldı, ondan doymadım. Görüləcək işlərimiz çox idi. Beynimizdə çox fikirlər var idi. Onun mübariz olduğuna, dizini yerə qoymayacağına inanırdım. Elə bilirdim Tünzalə gələcək. Hər dəfə ona yazanda elə bilirdim mənə deyəcək ki, yaxşılaşacağam. O, xəzinə idi. Videolarına baxıram, kövrəlirəm. O, teart, kino, səhnə üçün böyük aktrisa idi. Onunla hələ nə qədər böyük səhnələr etmək olardı, çox heyf. Nə o doydu, nə də biz ondan doyduq. Bir aktrisa adına deyiləcək dünyada yaxşı nə varsa, hamısı Tünzalə üçündür” deyə, o, fikirlərinə əlavə edib.

“Həmişə deyirəm, bu, bir başlanğıcdır. Başlanğıcında ona hüzur, Allahdan günahlarının bağışlanmasını arzulayırıq. O insan ölənə kimi əziyyət çəkdi. Doğulandan torpağa tapşırılana kimi kimlər üçünsə əziyyət çəkdi. Həmişə bunun şahidi olmuşuq“.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimində deyib.

“Yeri behişt, cənnət olsun. O, heç vaxt yaddan çıxmayacaq. Biz onu 90-cı ildən tanıyırıq. Birlikdə təhsil almışıq, sənətə bir başlamışıq. Amma nə yazıq ki, həyat vəfa etmədi. Ona o dünyada rahatlıq tapmağı arzulayıram. Çünki bu dünyada çox əziyyət çəkdi” deyə, Coşqun əlavə edib.

“Çox heyf, səndən heyf… Amma bu yazılmış yazı idi, buna pozu yox idi. Sən hər dəfə deyəndə ki, mən qızıma görə möhlət istəyirəm. Mən doğrudan da bir uşaq həvəsilə, elə bilirdim ki, nə qədər çox dua edən olsa, Allah bu duaları eşidəcək. Amma təəssüf ki, sənin yazın artıq yazılmışdı. Çox heyfslənirəm”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı ötən gün vəfat edən Əməkdar artist Tünzalə Əliyeva haqda sosial şəbəkədə yazıb. Sənətçi səhhətinə görə vida mərasiminə qatıla bilmədiyini bildirib:

“Biz səninlə bir səhnəni, bir efiri bölüşə bilmədik, amma həmişə sənin sənətinə yüksək qiymət vermişəm. Çox təbii aktrisa idin. Tərəf müqabillərinlə bölüşməyi bacarırdın, xüsusi bir məktəb keçmişdin. Sənə tapşırılan bütün obrazları dolğunlaşdırırdın, hətta ən ağır bir anlarında mən səni efirdə görəndə, Dilarə xanımla zəngləşirdim, soruşurdum ki, necədir? Deyirdi, Afaq xanım, çox pisdir. Ona işləmək olmaz, amma sənətinə bağlılıq, övladının ehtiyacları hər şeydən önəmli idi.

Bu gün sən artıq yoxsan. Allah sənin o dünyanı versin, qızım. Səhhətim imkan vermədi ki, torpağa tapşırılma anında səninlə vidalaşmaq üçün yanında olum. Sənətkarın ən böyük mükafatı alqış sədalarıdır. Sən ən əziz, ən doğma sədalarla bizdən ayrıldın. Həmişə ürəklərdə rəhmətlə yaşayacaqsan. Sənin kimi bir az möhlət istərdim ki, Zəhra üçün nə isə bir şey edə bilim. Bütün incəsənət, mədəniyyət xadimləri inanıram ki, Zəhra balamızın Tünzalənin arzularını doğruldacaq övlad olmasına dəstək olacaq”.

Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.

Ehtiyacdan un kisələrini satdı, ölümü qızından gizlədildi – “Toppuş bacı” haqqında maraqlı faktlar – FOTO
Xeyli müddətdir xəstəliklə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva 49 yaşında dünyasını dəyişib.
Kulis.az sənətçi ilə bağlı maraqlı faktlar öyrənib. Həmin faktları təqdim edirik.
Tünzalə Məcid qızı Əliyeva 15 fevral 1973-cü ildə Gəncə şəhərində anadan olub. Atası fəhlə, anası isə tibb bacısı işləyən Tünzalə 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsinə qəbul olub.
Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda işlədikdən sonra Gəncəyə qayıdıb. Əvvəlcə Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Bundan sonra Gəncədən Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Bu teatrın səhnəsində “Müqəddəs Valentin günü”, “Qısqanc ürəklər”, “Pul hərisləri”, “Ləyaqət”, “Toros canavarı”, “Poçt Şöbəsində xəyal”, “O olmasın, bu olsun”, “Dan yeri söküləndə” adlı tamaşalarda uğurlu rollar ifa edib.
Tünzalə Əliyeva kasıb ailədə böyüdüyünü hər zaman efirlərdə, dost tanış yanında səsləndirən sənət adamı olub. Müsahibələrinin birində ailəsindən söz açan aktrisa deyib:

“Mən fəhlə ailəsində böyümüşəm. Normal ailəmiz olub. Sovet dövründən müstəqilliyə keçəndə böhran bizim ailəyə də təsir etdi. Zavod bağlandı, atam işdən çıxdı. Mən instituta girdim. 1-ci kursda oxuyanda xəstəxanaya düşdüm. Atam yanıma gəlmişdi. Mənə dedi ki, çalışacağam sənə yaxşı baxım. Ancaq səni yaxşı geyindirə bilməyəcəyəm. Düz 2 il hər gün bir yubkada dərsə getdim. Atam 40 gün işləyib mənə plaş almışdı… Mən naşükür deyiləm. O vaxt çox xoşbəxt idim, özüm işləyib pul qazanırdım. Rəfiqəmlə un sexinə gedib un torbaları götürürdük, gətirib evdə yuyurduq. Birini 20 qəpikdən satırdıq. Qazandığım pulları banka qoymuşdum. Bank iflasa uğradı, pullarım batdı. 800 manat 8 qəpik oldu. Əsəbdən 1 ay xəstəxanada yatdım. Mən heç vaxt keçmişimi unutmuram”.
“Kişiləri qoruyun”, “Yoxlama”, “Qocalar”, “Bir ovuc torpaq”, “İstanbul reysi”, “Qayınana” filmlərinə, “3 bacı”, “Qız atası” seriallarına çəkilən Tünzalə Əliyeva 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Dolanışıq ucbatından qadın toylarında, xınayaxdılarda aparıcılıq edən aktrisa hətta məclislərdə aş gətirən rəqqasə obrazında çıxışlar edib. Aktrisa ailəsini saxlamaq üçün bu fəaliyyətlərə məcbur olduğunu deyib.
2013-cü il iyun ayının 3-də aktrisa özündən xeyli cavan Röyal adlı bəylə ailə həyatı qurub. Bu evlilikdən onların bir qız övladı dünyaya gəlib. Ancaq sonralar ailə haqqında onların evliliyinin saxta olması barədə xəbərlər yayılıb. Əslinə bu xəbərlərin yayılmasına səbəb aktrisanın verilişlərin birində – “bu evlilik saxta idi, biz ayrılmışıq”, – sözlərini deməsi olub. Ancaq müğənninin həyat yoldaşı deyilənləri təkzib edərək açıqlama verib ki, “Xeyr, bu xəbər yalandır. Biz boşanmamışıq. Çox da xoşbəxt, firavan yaşayırıq. Siz sadəcə həmin verilişi izləyin, biləcəksiniz. Veriliş maraqlı alınsın deyə, anonsu elə yığıblar. Mən Tünzaləni sevirəm və biz boşanmamışıq”.

2018-ci ildə aktrisanın xərçəng xəstəliyinə tutulması barədə xəbərlər mediada yayılmağa başlayıb. Bir neçə dəfə əməliyyat olunan aktrisanın xərçənglə mübarizəsi xeyli zaman alıb. 60-dan çox kimyaterapiya etdirməyə məcbur olan aktrisanın saçları tökülüb. Vəziyyət o həddə çatıb ki, o, intihara da cəhd edib. Bu barədə o, son müsahibələrinin birində deyib:
“Məni tanıyanlar bilir ki, uzun saç mənim üçün önəmli idi. Birdəfəlik kəsə bilmirdim. Yavaş-yavaş kəsdirdim. Xırda hörüklər etdirmişdim. Axşam yatıb, səhər oyananda hörüklərimdən biri yastığıma tökülmüşdü. Röyala dedim ki, belə dözə bilməyəcəm, birdəfəlik qırxaq.

Həkimə gedib-gəldim. Gördüm yoldaşım saçını keçəl qırxıb. Sonra mənim saçımı da qırxdı. Qızım Zəhra 3 gün depressiyaya düşdü. “Ana saçın hanı, ata saçın hanı?”, – deyirdi. Sonra məcbur yaylıq bağladım. Çox ağır dönəmlərdən keçdim. Bu yaxınlarda həkimə getdim, mənə dedi ki, sənə yaxşı xəbərim yoxdur. İndi də böyrək damarlarında törəmə var. Hər halımda dözürəm. Kimyaterapiyaların təsirindən çox zəif düşmüşdüm. 8-ci mərtəbədə yaşayırdım. Çıxıb sürahidən tutub öz-özümə deyirdim, atım, atmayım? Axırı Röyalı çağırırdım ki, gəl ayağımı aşağı sal. Çünki, o qədər gücsüz idim ki, ayağımı aşağı salmağa belə taqətim yox idi. Dərindən nəfəs alırdım. Güclü olmaq lazımdır. Özümü ayaqda tutmağı bacarırdım”.
Müalicəsinin son dönəmlərində aktrisa dərmanlarını ala bilmək üçün evini 70 min manata satışa çıxaracağını bildirib. Ancaq səhhəti ağırlaşdığından, səsi batan aktrisa ömrünün sonunu yaxınlaşdığını hiss edib. O, ölümündən bir müddət əvvəl Gəncəyə gedərək ailə üzvləri və qohumları ilə vidalaşıb.

22 yanvar 2023-cü ildə Milli Onkologiya Mərkəzində 49 yaşında dünyasını dəyişən aktrisa 23 yanvarda özünün son vəsiyyətinə əsasən, “Qurd qapısı” məzarlığında dəfn olunub. Aktrisanın bacısının sözlərinə görə, Tünzalə Əliyevanın ölümü onun azyaşlı qızından gizlədilib.

“Toppuş bacı” kimi tanınan əməkdar artist Tünzalə Əliyeva vəfat edib.

Turkustan.az xəbər verir ki, T. Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində dünyasını dəyişib. Sosial şəbəkələrdə əməkdar artistin balaca qızı anasının şəklinə sarılaraq kövrəldiyi görüntülər yayılıb. İzləyicilər bu görüntüdən çox kədərləniblər.

Həmin görüntüləri sizə təqdim edirik:

Əməkdar artist Cabir Abdullayev aparıcı Xoşqədəm Hidayətqızının tərifləyib. BUTA.TV xəbər verir ki, ARB-də efirə gedən “Günaydın Azərbaycan” verilişində qonaq olan xanəndə Xoşqədəm Hidayətqızının bütün telelayihələrinin uğur qazandığını bildirib.

Cabir Abdullayev dəvət üçün aparıcıya təşəkkür edərək, onun verilişinə qatılmaqdan məmnunluq duyduğunu dilə gətirib:”Xoşqədəm xanımın verilişləri baxılır, sevilir. Bu yaxınlarda Ucara toya getmişdik. Qayıdanda dincəlmək məqsədilə bir çayxanada oturduq. Hamı Xoşqədəmin verilişinə baxırdı. Belə hadisələrin tez-tez şahidi oluram”.

Xoşqədəm Hidayətqızı xoş sözlərə görə əməkdar artistə təşəkkür edib. O, Cabir Abdullayevin xətrini doğma qardaşı qədər istədiyini deyib.

20 Yanvar faciəsinin ildönümündə Şəhidlər Xiyabanında dini şüarlar səsləndirən şəxslər saxlanılıblar.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

“20 Yanvarda dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub. Həmin şəxslərdən beşi barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib”, – deyə o qeyd edib.

DİN-in rəsmisi əlavə edib ki, məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib:

“Digərləri barədə araşdırmalar davam etdirilir”.

Aparıcı Rövşanə Ağasəfqızı bir müddətdir ki, müzakirə olunan şəhərli-rayonlu mövzusuna münasibət bildirib.

Sizinxeber.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Sabaha saxlamayaq” verilişində danışıb.

Aparıcının sözlərinə görə, Əməkdar artist Bəhram Bağırzadə kimi Bakıda urbanizasiya qaydalarının pozulduğunu düşünür:

“1960-1970-ci illər ən qaymaq dövr idi. O vaxt rayondan şəhərə qaymaq ailələrinin övladları oxumaq üçün gəlirdi. Hətta çobanın da oğlu təhsili üçün Bakıya üz tuturdu. Bu gün isə işə görə, sürücülük etməyə gəlirlər. Yəni balans pozulub. Vaxt var idi ki, imkanı olanlar oxumaq üçün Moskvaya gedirdi. Bu gün xaricə oxumaq üçün gedib qayıtmaq istəmirlər. Problem budur.

Rayondan gələnlər yetərincə çoxdur. Biz o dövrlə müqayisə etmək istəmirik, çünki onda tamam başqa idi. Hazırda əməlli-başlı bir sel gəlir. Onlar da işləmək istəyirlər. Qadınlar xidmətçi, dayə işləmək üçün bura köçürlər. Onlarla hansı şəhər mədəniyyətini formalaşdıracağıq? O insanlarla bunu edə bilmərik. Şəhər mədəniyyətini formalaşdıran təhsil, intellektdir. Təhsilimiz bərbad gündədir. Bunu buradan səsləndirirəm. Cümlə yaza, cümlədə vergül qoya bilməyənlər çıxıb müzakirə aparırlar.

Biz mədəniyyəti formalaşdırmaqdan danışırıq. Amma mədəniyyəti beyinlər inkişaf etdirir. Bizim böyük bəstəkarlarımız kənddə qalsalar musiqi müəllimi olacaqdılar, ədəbiyyat adamları tamada, Azərbaycanı təmsil edən müğənnilər rayonda yaşamağa davam etsələrdi, toy ifaçısından o tərəfə gedə bilməyəcəkdilər. Şəhərə gəlib oxumalı idilər. Təhsil aldılar və mədəniyyəti formalaşdırdılar. Burada şəhərli-rayonlu məsələsi deyil. Mühit lazımdır, o da yoxdur, urbanizasiya qaydaları tamam pozulub və kababxanaya çevrilib”.

Ötən gün ukraynalı döyüşçülər Rusiya ordusuna qarşı tətbiq etdikləri bombalardan birinin üzərinə “Bakı, 20 Yanvar” yazıblar.

Axar.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bununla ukraynalı döyüşçülər 20 Yanvarı yad etdiklərini və sovet ordusunun qətliamına qarşı çıxdıqlarını nümayiş etdiriblər.

Hicran Sadıqzadənin “Əsrə bərabər ömür yolu” kitabından
Bir neçə elm sahəsinin tanınmış nümayəndəsi
8 saylı Musuqi Təmayüllü İnternat Məktəb fəaliyyətə başladığı ilk illərdə təhsil alan şagirdlərdən biri də Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olan dramaturq, publisist və rəssam Oruc İzzətoğludur.
Doğrudan da yarıməsirlik tarixə malik olan sözügedən təhsil ocağının və onun hüdudldrından kənarda minlərlə görkəmli məzunları var. Fəxr hissi ilə qeyd etmək olar ki, bu məzunlar müxtəlif elm sahələrində önəmli fəaliyyətləri ilə doğma məktəbi layiqincə təmsil ediblər. İnternat məktəbin minlərlə məzunlarından biri elmin bir neçə sahəsini özündə ümumiləşdirən səmimi insan Oruc İzzətoğludur.
Təəssüf edirəm ki, indiyə qədər bu şəxsi yaxından tanımamışam. Doğrudur, adını eşitmişdim, hətta haqqında bəzi məlumatlarım da var idi. Vəssalam. Respublika İncəsənət Gimnaziyasının sabiq direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyev qeyd edəndə ki, Oruc Qurbanov bizim məktəbin yetirməsidir, həm təəssüf, həm də sevinc hissi keçirtdim. 0na görə ki, indiyə qədər sənətin zirvəsində olan bu şəxsi yaxından tanımamışam. Sevinc hissi keçirtdim ona görə ki, 8 saylı İnternat Məktəbin Oruc İzzətoğlu kimi yetirməsi var. Mən Nəbi Xəzrinin uzun müddət rəhbərlik etdiyi “Azərbaycan dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinin yerləşdiyi məkana getdim.
Az sonra qarşımda səmimi, sadə, kövrək bir insan dayanmışdı. Yazdıqlarımın heç biri mübaliğə deyil sırf həqiqətdir. Oruc İzzətoğlunun 8 saylı internat Məktəb haqqında kövrək və səmimi xatirələri var. Onun xatirələrində mənə ən çox təsir edən “Mən bu internata gələndə ağladım, mənə elə gəldi ki, anamdan həmişəlik ayrılıram. Bir də gedəndə…” kəlməsi idi. Gələndə ona görə ki, anamdan ayrı yaşamaq istəmirdim, internatda da oxumaq istəmirdim, gedəndə ona görə ki, internatdan, belə səmimi insanlardan ayrılmaq istəmirdim. Oruc İzzətoğlunun xatirələri özünü də,məni də, hətta onu özünə mənəvi ata hesab edən , Azərbaycan teatr sənətində ilkin, lakin möhtəşəm addımlarını atan Aytən Aydınqızını da kövrəltmişdi. 0ruc müəllim internat həyatı ilə, xüsusən 1963- cü ilin sərt qışı və anası ilə bağlı xatirələri daha təsirli idi. Bütün bunlara etinasız qulaq asmaq mümkün deyildi. Həmən il qış sərt olduğu üçün bir çox sahələrə, o cümlədən kənd təsərrüfatına böyük ziyan dəydi. Ölkədə ərzaq, xüsusi ilə də çörək qıtlığı yaranmışdı. Ağ çörək isə demək olar yox
dərəcəsində idi. İnternatda təhsil alan balaca Oruca yeməkxanada nahar vaxtı ağ çörək verirlər. Oruca bəlli idi ki, heç yerdə ağ çörək yoxdur. Anası, bacısı-qardaşı ancaq qara çörək yeyirlər. Orucun kövrək qəlbi buna tab gətirmir. Ona verilən ağ çörəyi ailələrinə aparmaq qərarına gəlir. Orucun fikrini duyan sinif yoldaşları da öz çörək paylarını evə aparmaq uşun ona verirlər.
Həmin vaxt Bakıda nəqliyyat vasitələri tamam kəsilmişdi. Oruc köynəyinin altındakı ağ çörək tikələrini sinəsinə bərk-bərk sıxaraq internatdan K.Marks meydanına tərəf (indiki Şəmsi Rəhimov küçəsi) şaxtada, boranda bir neçə kilometri piyada qət edəndən sonra özünü evlərinə, sevimli anasının yanına donmuş, saçları buz bağlamış halda çatdırdı. Sevincinin həddi-hüdudu yox idi. Balaca Oruc anasına ağ çörək gətirmişdi. Anası sevuncək Orucun gətirdiyi ağ çörək tikələrini öz uşaqları və qonşular arasında bölüşdürdü.
Ən əziz xatirələrindən biri palto əhvalatıdır. Bu xatirə “Nuh Peyğəmbər” romanında filologiya elmləri doktoru Yasif Nəsirli tərəfindən ön sözdə qeyd olunub. “Bir dəfə bizə palto payladılar. Şənbə və bazar evə gedəndə paltonu mən, həftənin beş günü isə anam geyinərdi. İndi də həsrətlə paltonu yadıma salıb düşünürəm ki, kaş, o palto indi məndə olaydı… Hər gecə yorğan əvəzinə ona bürünüb yatağıma girəydim, səhərə kimi anamın ətrini ondan alladım”. Oruc müəllimin bu etirafı hamımızı kövrətmişdi.
Bir dəfə qapı açıldı və ədəbiyyat müəllimi sinfə daxil oldu. Elan etdi ki, Mirzə Cəlilin gecəsi keçiriləcək, istəyirik “Poçt qutusu”nu hazırlayaq. Mərahim Fərzəlibəyov Xan rolunda iştirak edəcək, bir nəfər də Novruzəli rolunu oynamalıdır. Uşaqlar hamısı mənə baxdılar. Çünki deyilənə görə o vaxtlar məndə yumur hissi güclü idi. Beləliklə, mən internatda Novruzəli rolunu ifa etdim. Fürsətdən istifadə edib onu demək istəyirən ki, xalq artisti, Milli Dram teatrının baş rejissoru, səmimi dost Mərahim Fərzəlibəyovla internatda bir oxumuşuq. Bütün tədbirlərdə birgə iştirak etmişik. İnternatda Mirzə Cəlilin gecəsindən sonra Mərahim məni tanınmış rejissor Lütfi Məmmədbəyovun o vaxtlar 26-lar Mədəniyyət Sarayında yerləşən xalq teatrına apardı. Elə ordan da mənim teatr fəaliyyətim başlandı.
İnternatla bağlı çox maraqlı xatirələrim var. Yadımdadır, çox istedadlı fənn müəllimimiz vardı, Şaiq müəllim. Ciddi, tələbkar , səmimi və təvazökar. Sinifimiz bir az səsli-küylü idi. Yüksək intellektual səviyyəyə malik olan fizika müəllimimiz şagirdləri ələ almaq üçün müxtəlif psixoloji priyomlardan istifadə edirdi. Onun çox gözəl tədris metodikası var idı. Bir dəfə o, fizika dərsində zəngə 10 dəqiqə qalmış bizə Herklın bir qəhrəmanlığından danışdı. Söz verdi ki, əgər sabah dərsi yaxşı öyrənsək, bizə Heraklın yeni bir qəhrəmanlığından danlşacaq. İnandırıram sizi ki, gecəni heç birimiz yatmadıq. Səhərisi gün fizika dərsinə hamı bir nəfər kimi hazırlıqlı gəlmişdi. Müəllim də sözünə əməl etdi. Bu dəfə Heraklın ikinci qəhrəmanlığını danışdı. Mənə elə gəlir ki, internatda gördüklərimi danıçmaqla qurtarmaq olmaz. Bu xoşbəxt illərdə xoşuma gələn cəhətlərdən biri də o idi ki, 3-cü 4-cü dərs arasında böyük tənəffüs olurdu. Tənəffüs vaxtı musiqi səslənir, uşaqlar foyedə rəqs edirdilər. Eyni zamanda nahara qədər uşaqlara yüngülvarı yeməkdə paylanırdı. Qayğısız, xoşbəxt həyat sürürdük. İnternatın hər bir sinif otağı, idman zalı, akt zalı, hamısı mənim üçün əzizdir. Bu mənim tam həqiqi sözümdür, demokratik cəmiyətdə mənim uşaqlarıma edə bimədiyimi internat mənim üçün edib.
Oruc İzzətoğlu eyni zamanda dərin istedada və geniş yaradıcılıq diapazonuna malikdir. Sənətin bütün sahələrində özünü sınayıb, rejissor, dramaturq, yazıçı, publisist, rəssam, aktyor kimi fəaliyyət göstərib. Oruc İzzətoğlu yaradıcılığı haqqında danışmaq həm də böyük cəsarət tələb edir.
Tanıtım: Oruc İzzətoğlu Qurbanov 1949-cu il iyulun 24-də Bakıda anadan olub. O, 8 saylı Musiqi Təmayüllü İnternat Məktəbini, Azərbaycan Dövlət İncəsənət Universitetini, məşhur rejissor A.V.Efrosun rəhbərliyi altında Moskvada ali teatr rejissorluğunu bitirib. 80-ə yaxın tamaşaya quruluş verib. Xocalı faciəsinə həsr olunmuş “Haray” (1994) bədii filmini və Heydər Əliyevə həsr olunmuş “Haqqa doğru” televiziya filmini (1995) çəkib. Qırxa yaxın televiziya və radio tamaşaları hazırlayıb.
Ailəlidir, dörd uşağı var. Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru Oruc Qurbanov 73 yaşında dünyasını dəyişib.

“Mənə dünən dövlət qurumlarından zəng etmişdilər, bu realiti-şouda olan hər şey yaxından izlənilir”.

Day.Az xəbər verir ki, bu sözləri aparıcı Azər Zahid aparıcısı və layihə rəhbəri olduğu “Təkərdə” realiti şousunda deyib.

O şounun iştirakçılarına müraciət edib və bildirib ki, canlı yayımda etik prinsipləri qorusunlar, bir-birlərini təhqir etməsinlər.

Qeyd edək ki, “Təkərdə” realiti şousu “Tiktok”da yayımlanır və dünən canlı yayımda izlənmə rekordu qırıb.

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 33 il keçir.
Oxu.Az xatırladır ki, bununla bağlı Azərbaycanda Ümumxalq Hüzn Günüdür.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Hadisələr nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.
Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.
29 mart 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
Azərbaycan xalqı üçüncü ildir ki, 20 Yanvar hadisələrini qalib xalq kimi yad edir.
Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.
Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
Şəhidlərimizin ruhu şad olsun!

Azərbaycanda ən aşağı pensiya almaq üçün nə qədər kapital toplamaq lazımdır?

Pensiyaların artırılması təbii ki, əhalini sevindirir. Ancaq burada yan təsirlər olmadan keçmir. Axı, daha yüksək minimum pensiya, bildiyiniz kimi, həm də onun gələcək alıcıları üçün artan maliyyə tələbləri deməkdir.

Söhbət əmək pensiyası almaq üçün tələb olunan pensiya kapitalının məbləğindən gedir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin sözlərinə görə, 2022-ci ildə minimum pensiya kapitalı artırılaraq 34,560 manat, ondan əvvəl isə 28,8 min manat səviyyəsində olub.

İqtisadçı Eldəniz Əmirov məsələyə belə şərh verib ki, pensiyanın minimum məbləğindən aşağı olmayan pensiya almaq üçün pensiya kapitalı bu məbləği 144-ə vurmaqla müəyyən edilir: “Məsələn, minimum pensiya kapitalı 34 560 manat olanda onu 144-ə bölüb 240 rəqəmi alırıq, yəni minimum pensiya 240 manat olub. Əgər bu il pensiya minimumu 16,7 faiz artaraq 280 manata çatarsa, onda 144-ü 240 əvəzinə 280-ə vurmaq lazımdır. Və belə bir düstur alırıq: 280 * 144 = 40 320. Beləliklə, nəticə – yeni ildə pensiya kapitalı 40 min 320 manata qədər artırılacaq”.

Müstəqil analitiklərin hesablamalarına görə, 500 manat maaşla (ölkədə orta əməkhaqqı həddi 400 manatdan bir qədər yuxarıdır) bu məbləği toplamaq üçün təxminən otuz il işləməli olacaqsınız. Amma pensiyaların illik indeksasiyası ilə də pensiya kapitalına olan tələblər artır.

Deyək ki, bu il minimum pensiya 280 manat olanda pensiya kapitalı 40 320 manat olub, gələn il isə pensiya 320 manata qalxsa, minimum pensiya kapitalı 46 min manatı keçəcək. Sonra isə 500 manat maaşla bu məbləği yığmaq üçün 34 il işləməli olacaqsan. Əgər minimum pensiya 500 manata qalxsa, onu toplamaq üçün 48 ildən çox işləmək lazım gələcək. Bu cür yanaşma və maaşlarla vətəndaşlara sonda başlanğıc pensiyasını almaq üçün bütün həyatları boyu bu məbləğə işləmək qalır.

Bir sözlə, ildən-ilə pensiya minimumunun artması ilə pensiyaçıların gələcək nəsillərinə qarşı maliyyə tələbləri də artır. Minimum pensiya kapitalının artırılması müsbət haldır, lakin artdıqca pensiyaya çıxanların sayı azala bilər. Axı minimum pensiya 300 manata qaldırılarsa, fərdi sığorta hesabına 34 min 500 manat, hətta daha çox 43 min 200 manat toplamaq asan olmayacaq.

Düzdür, nə biri, nə də digəri yoxdursa, sadəcə olaraq yaşa görə pensiyası üçün müraciət etmək qalır. Sonuncu qərarla 180 manatdan 220 manata qaldırılıb.

Qeyd edək ki, minimum pensiya kapitalı gözlənilən orta pensiya müddəti ilə bağlı müəyyən edilir. Gözlənilən orta pensiya müddəti indiyədək sabit qalıb – 12 il və ya 144 ay. Amma minimum pensiyanın həcmi tez-tez dəyişir. Hər dəfə minimum pensiyanın məbləği dəyişdikdə, pensiya kapitalının minimum məbləğinə dair tələblər də dəyişəcək. Pensiya yaşına çatdıqda 25 il iş stajı və ya qanunla müəyyən edilmiş məbləğdə, indi 40 320 manat pensiya kapitalı olan vətəndaşlar əmək pensiyası təyin etmək üçün müraciət edə bilərlər. /ayna.az/

Əməkdar artist Bəhram Bağırzadənin rayonluları təhqir etməsi ilə bağlı sözləri günlərdir müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bir çox tanınmış aktyoru “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsünüz, onlar hətta restoranda çox ucadan danışırlar” sözlərinə görə tənqid atəşinə tutulub.

Xalq artisti Brilliant Dadaşova alim Rəşid Mahmudovun “Bakıya gələndə bakılılar damı qırla örtürdülər. Rayonlular bakılılara mədəniyyət öyrətdilər” sözlərinə şərh yazıb.

“Bu nə söhbətdir? Biz rayonlular, o şəhərlilər? Bu söhbətləri kim təhrif edir? Bəhramın nə dediyini anlamadan, bu nə sözbazlıqdır yayırsınız? Bu ataya Bəhramın sözlərini kim tərs anladıb? Bakı hamımızın gözəl paytaxtı, canımızdır. Bakıda hansı damlar qır olub? Hacı Zeynalabdinin? Musa Nağıyevin? Yusif Dadaşovun damı? Azərbaycanın Bakı, Gəncə, Şamaxı, Şəki, Qarabağ, Naxçıvan, bir çox şəhər və rayonlarında, gözəl guşələrimiz hər zaman olub və olacaq. Həmçinin də ziyalılarımız” deyə, Dadaşova əlavə edib.

Müğənni-bəstəkar Murad Arif isə məsələyə “Yenə lentamız “Moşu-Sööda” qarşıdurmasına çevrilib. Məncə, bu dəxlisiz rayonlu-şəhərli söhbətinə söyüş qoymaq lazımdır” sözləri ilə reaksiya verib.

Aparıcı Murad Əzimzadə isə “Rayonlu-şəhərli söhbəti etmək kəndçilikdir” deyə, status paylaşıb.

Qeyd edək ki, B.Bağırzadə “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz” sözlərini söyləyib.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

Turkustan.az xəbər verir ki, Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib.

Prezident: “Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerjini də əlavə etmək istəyirik” – VİDEO
“Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Biz bu səyləri birləşdirməliyik”.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.
“Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək”, – deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev deyib ki, bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var:
“Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil”.

Tiktok sosial şəbəkəsində canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirən gəncin tutularaq ona qarşı aşağılayıcı hərəkətlər edildiyi bildirilir.

“SAVAŞ” xəbər verir ki, hadisə ilə bağlı fotolar sosial şəbəkədə yayılıb. Bildirilib ki, Tiktokda həmin şəxs saxlanıldıqdan sonra onun uzun saçları yığılmış və qırxılmış formada fotoları çəkilib. Hadisənin nə vaxt və hansı ərazidə baş verməsi hələlik açıqlanmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, fotosu yayılan şəxsin görüntüləri polis orqanlarında çəkilməyib: “Görüntülər hansısa şəxs və ya şəxslərin özfəaliyyətidir. Məsələ araşdırılır”.