<p>Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının idmançıları 18-23 may tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində baş tutan Abu Dhabi Jiu-Jitsu Pro (AJP) nüfuzlu beynəlxalq turnirində iştirak ediblər. Xeber7.az xəbər verir ki, idmançılarımız turnirdə uğurlu nəticələr əldə ediblər. Belə ki, yarışa qatılan 16 idmançımızdan 15-i medal qazanıb. Onlardan 9 nəfər 1-ci yer, 3 nəfər 2-ci yer, 3 nəfər isə 3-cü yerə layiq görülərək Braziliya Ciu-citsu döyüş növü üzrə qələbə qazanıblar. Bununla belə, ümumi komanda hesabında 21 ölkə arasında medalların sayına görə Azərbaycan təmsilçiləri 4-cü pillədə qərarlaşıblar. Xüsusi qeyd edək ki, Ermənistan komandası Azərbaycandan sonra 5-ci yerdə qərarlaşıb. Qaliblərin siyahısı: Qasımov Abbas &ndash; 1-ci yer Ağaməmmədov Balaəli &ndash; 1-ci yer Ağalı Emir &ndash; 1ci yer Hüseynov Anar &ndash; 1-ci yer Məmmədov Turqut &ndash; 1-ci yer Rəhimov Məmmədəli &ndash; 1-ci yer Ağadadaşov Yusuf &ndash; 1-ci yer Həsənzadə Ayxan &ndash; 1-ci yer Qocayev İbrahim &ndash; 1-ci yer Ağayev Elnur &ndash; 2-ci yer Verdiyev Qafar &ndash; 2-ci yer Davudov Rəşid &ndash; 2-ci yer Mahmudov Fərhad &ndash; 3-cü yer Qəhrəmanov Həsənağa &ndash; 3-cü yer Davudov Rəşid &ndash; 3-cü yer.</p>