Yevlaxda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir və treninq keçirilib

Yevlaxda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Mingəçevir Rayonlararası Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Yevlax şəhəri üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.

Yevlax Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova tədbirdə çıxış edərək bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq dünyanı ciddi narahat edən qlobal problemlərdəndir. O, həmçinin narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və sağlamlığa vurduğu ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıb. Problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, rayonda görülən profilaktik tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə iştirak edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Seymur Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Səhiyyə Nazirliyinin Mingəçevir Rayonlararası Narkoloji Dispanserinin həkim narkoloqu Zeynəb Balakişiyeva çıxış edərək, iştirakçıları maraqlandıran sualları cavablandırıblar

Bundan əlavə, ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda narkomanlıq probleminə dair treninq keçirilib. Treninqlərdə iştirak edənlərə Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar verilib.

Mənbə:
0
14
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar