Bakıda keçiriləcək "Teknofest"lə bağlı bir sıra yollarda hərəkət məhdudlaşdırıla bilər.
<a href="https://big.az" title="xeberler" son xeberler 2022" target="_blank">BiG.AZ <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və paytaxt sakinlərinə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, 26-29 may tarixlərində festivalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil ediləcək:
"Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq "28 may" metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə "Baku Bus" MMC-nin avtobusları ilə hərəkət edəcəklər. Eyni zamanda sərnişinlərin daşınmasında "Bakı Taksi" MMC-yə məxsus olan ekoloji təmiz taksilər də fəaliyyət göstərəcək. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və Kristal Holl istiqamətində <a href="https://masinlar.az" title="masinlar" masin satisi avtomobil elanlari" target="_blank">avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər.
Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festifalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, Kristal Holl və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır".
Qeyd edək ki, 4 gün boyunca Bakı Kristal Holl və Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan "Teknofest Azərbaycan" Aerokosmik və Aviasiya Festifalı keçiriləcək.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Bakıda qazi adı ilə dilənçilik edən şəxsə 30 sutka həbs cəzası verilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Ağadadaş Qurbanov və Salayev küçələrinin kəsişməsində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov barəsindəki protokola Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə ona 30 sutka inzibati həbs cəzası təyin edib.
Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Ümid Məmmədovun görüntülərini yayıb. Bildirilib ki, o, daha asan və daha çox "qazanc" əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub. 
<a href="https://xanim.az/saglamliq-xeberleri/" title="sağlamlıq" xəbərləri" target="_blank">Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədovun daha əvvəl də bir neçə dəfə müxtəlif əməllərə görə tutulduğu qeyd edilib.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) bu vakant vəzifələrin tutulması üçün müsahibə <a href="https://tezbazar.az" title="elanlar" sayti alqi satqi sayti" target="_blank">elan edib. 
<a href="https://big.az" title="xeberler" son xeberler 2022" target="_blank">BiG.AZ-ın məlumatına görə, həmin ibadət yerləri aşağıdakılardır:
1. Suraxanı rayonu, "Fatimeyi-Zəhra" məscidi - imam vəzifəsi;
2. Suraxanı rayonu, Bülbülə qəsəbə məscidi - imam müavini vəzifəsi;
3. Səbail rayonu, "Həzrət Məhəmməd" məscidi - imam vəzifəsi;
4. Yasamal rayonu, "İlahiyyat" məscidi - imam vəzifəsi;
5. Şirvan şəhəri, "Cümə" mascidi - imam vəzifəsi;
6. Şirvan şəhəri, "İmam Zeynalabdin" məscidi - imam vəzifəsi;
7 Şirvan şəhəri, "Həzrət Əbülfəz" məscidi - imam vəzifəsi;
8. Abşeron rayonu, Mehdiabad qəsəbə məscidi - imam vəzifəsi;
9. Xırdalan şəhəri, "Cümə" məscidi - imam vəzifəsi; 
10. Zaqatala rayonu, Çobankol kənd məscidi - imam müavini vəzifəsi;
11. Zaqatala rayonu, Faldarlı kənd məscidi - imam müavini vəzifəsi;
12. Zaqatala rayonu, Lahıc kənd məscidi - imam müavini vəzifəsi; 
13. Qax şəhəri, "Mərkəzi Cümə" məscidi - imam vəzifəsi;
14. Ağdaş rayonu, Ləki qəsəbə məscidi - imam vəzifəsi; 
15. Lənkəran rayonu, Lüvəsər kand mascidi - imam müavini vəzifəsi;
16. Lənkəran rayonu, İstisu qəsəbə məscidi - imam müavini vəzifəsi;
17. Astara rayonu, Lovayn kənd məscidi - imam müavini vəzifəsi
18. Astara rayonu, Şuvi kənd məscidi - imam müavini vəzifəsi;
19. Biləsuvar rayonu, İsmətli kənd məscidi - imam müavini vəzifəsi;
20. Biləsuvar rayonu, "Cümə" məscidi - imam vəzifəsi;
21. Cǝlilabad şəhəri, "Cümə" məscidi - imam müavini vəzifəsi;
22. Xaçmaz şəhəri, "Təzə şəhər" məscidi - imam müavini vəzifəsi; 
23. Xaçmaz rayonu, Xudat kənd məscidi - imam müavini vəzifəsi;
24. Göyçay rayonu, Aşağı Qaraməryəm kənd məscidi - imam müavini vəzifəsi;
25. İmişli şəhəri, "Məşədi Həbib" məscidi - imam vəzifəsi; 
26. İmişli şəhəri, "Cümə" məscidi - imam müavini vəzifəsi;
27. İsmayıllı rayonu, "Məhəmmədiyyə" məscidi - imam vəzifəsi;
28. Qobustan şəhəri, "Cümə" mescidi - imam müavini vəzifəsi;
29. Quba şəheri, "Ağməscid" məscidi - imam vəzifəsi;
30. Quba rayonu, Ağbil kənd mascidi - imam müavini vəzifəsi;
31. Ağcabədi rayonu, Avşar kənd məscidi - imam müavini vəzifəsi; 
32. Oğuz rayonu, Kərimli kənd mascidi - imam vəzifəsi;
33. Siyəzən şəhəri, "Cümə" məscidi - imam vəzifəsi;
34. Yardımlı şəhər məscidi - imam vəzifəsi;
35 Masallı rayonu, Təzəkənd kənd məscidi - imam müavini vəzifəsi;
36. Masallı rayonu, Ağakişibəyli kənd məscidi - imam müavini vəzifəsi;
37. Daşkəsən şəhəri, "Cümə" məscidi - imam vəzifəsi; 
38 Neftçala şəhəri, "Sahib əz-Zaman" məscidi - imam vəzifəsi; 
39. Şəmkir rayonu, Düyərli kənd məscidi - imam vəzifəsi.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Müğənni Gülay Zeynallı instaqramda paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi səhifəsində Türkiyə gündəmini zəbt edən Bülent Ersoyun atasının məzarı başında videosunu paylaşaraq onun söylədiyi ifadələrə şərh verib.
O, Bülentin "mən standart məzara sığmaram"- cümləsinə "Hamımızın sonu bu torpaqdır. Çalışaq, insan kimi düzgün, Allah qorxusu ilə yaşayaq. Mən çox haqsızlıq, hətta doğmalarımdan yalan və oğurluq gördüm. O insanları Allaha həvalə etdim",- yazaraq reaksiya verib.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Stilist Elnur Həsənov Əməkdar artist Tünzalə Əliyeva haqda sirr açıb. 
Axşam.az <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, o, bu haqda "Deməsəm olmaz" proqramında danışıb. O bildirib ki, hazırda xərçəngdən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa xəstəliyini bilə-bilə mədəkiçiltmə etdirib:
"Hər zaman mədəkiçiltmədən danışanda "Toppuş bacı"nı misal çəkirlər ki, ziyandır. Amma xanım o vaxt əməliyyata girəndə bu xəstəliyi var imiş. Ona bu haqda deyilib, amma bilə-bilə etdirib. Bu gün o, bunu gizlədir".
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. Hazırda isə şiş onun sümüyündə aşkarlanıb.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Türkiyəli müğənni Doğuş TV8-də yayımlanan "İkinci sayfa" proqramında qonaq olub.
OLAY yazır ki, sənətçi Xoşqədəm Hidayətqızından olan övladları Arda və Arın barədə danışıb:
"Uşaqlarım 4 dil bilir: ingiliscə, azərbaycanca, rusca, türkçə və hazırda fransızca istəyirlər. O qədər cahil qalmışam ki, onlara baxa-baxa qalmışam. Uşaqlarımın həmişə gözlərinə baxıram. Allah onlara olan sevgimi məndən almasın. Onlar üçün yaşayıram.
Anamdan razıyam, çox talesiz bir həyat yaşadıq. Allah ona uzun ömür versin. Amma kaş mənim anam Xoşqədəm olardı, o zaman dünya ulduzu olardım. Çünki uşaqlarımın bir nizamı var, təməlləri yaxşıdır".
O, aparıcıların verdiyi sualdan sonra Hidayətqızının ona doğum günündə aldığı saatdan da söz açıb:
"Saatım orijinaldır, qiymət barədə danışmaq istəmirəm. Mənə daha çox həyat yoldaşım hədiyyə alır. Bahalı əşyalar almağı sevmirəm. Özəl günlərdə bir-birimizə hədiyyələr alırıq. Saatı doğum günümdə alıb".
Verilişin aparıcılar Müge və Gülşen isə saatın qiymətinin 600 min lirə (təxminən, 64 min 467 manat) olduğunu bildirib.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Moskva və Ankara Rusiya Federasiyasından gedən brendlərin türk markaları ilə əvəzlənməsi ilə bağlı danışıqları davam etdirirlər.
Rusiya Ticarət Mərkəzləri Şurasının (RSMŞ) sədri Dmitri Moskalenko bildirib ki, Moskva və Ankara Rusiyanı tərk etmiş brendlərin türk markaları ilə əvəzlənməsi ilə bağlı danışıqların yeni mərhələsinə daxil olurlar.
"Bu ilin payızında pərakəndə satış sektorunda 420 futbol meydançasına bərabər olan üç milyon kvadratmetr sahənin boş olacağını proqnozlaşdırırıq. Hələ Rusiyada olmayan türk markaları üçün biz Moskvadan başlayaraq ən yaxşı ticarət mərkəzlərini əldə etmək imkanını təklif etdik", – deyə o qeyd edib.
Moskalenko əlavə edib ki, RTMŞ türk şirkətlərinin Rusiyada uzun müddət qalması və sərfəli investisiyalar qoyması üçün danışıqlar aparır.
O, rusiyalı istehlakçıların Türkiyədən gələn brendləri çox yaxşı qəbul etdiklərini vurğulayıb./oxu.az
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Mərhum müğənni Barış Akarsunun filmi ilə bağlı daha bir detal açıqlanıb.
OLAY yazır ki, ifaçının atasını oynayacaq olan aktyor müəyyənləşib.
Belə ki, ekran işində Barışın atası Selahattin Akarsuyu Hüseyn Avni Danyal canlandıracaq.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Ötən il mayın 30-dan 31-nə keçən gecə Bakının Sabunçu rayonunda 31 yaşlı Türkan Cəbrayılovanın (ad və soyad şərtidir) qətlə yetirilməsi hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1993-cü il təvəllüdlü Eynur Əlizadə Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq 181.3.3 - zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla) maddələri ilə təqsirləndirilib.
İstintaq zamanı məlum olub ki, "Atef" şirkətlər qrupunda anbardar vəzifəsində işləmiş Eynur Türkanla sosial şəbəkə vasitəsilə hadisədən təxminən altı ay əvvəl tanış olub. Daha əvvəl ailəli olmuş və həyat yoldaşından boşanmış qadın Eynurla bir neçə dəfə tək yaşadığı mənzildə görüşüb.
Mayın 30-da onlar növbəti dəfə görüşərkən Eynur Türkanın 14 min manatdan artıq pulunun olduğunu öyrənib. Həmin pulları ələ keçirmək məqsədilə o, qadını öldürmək qərarına gəlib. Gecə <a href="https://saatlar.az" title="saatlar" brend saatlar qol saatlari" target="_blank">saatlarında 31 yaşlı Türkan Ucarda yaşayan bacısı ilə telefonda danışarkən Eynur Əlizadə ona hücum edərək naqillə boğmağa başlayıb.
Məhkəmədə şahid qismində dindirilən mərhum T.Cəbrayılovanın bacısı telefonda onun qışqırıq və xırıltı səsini eşitdiyini deyib:
"Bacımla telefonda danışarkən yanından kişi səsinin gəldiyini eşitdim. Türkan ondan koronavirus xəstəsinin küçəyə çıxa bilib-bilməyəcəyini soruşdu. O da: "Bəli, koronavirus xəstəsi evdən kənara çıxa bilməz", - dedi. Bu zaman anidən telefondan bacımın qışqırıq səsi gəlməyə başladı. Sanki kimsə onu boğurdu. Lakin qısa müddət sonra bacımın səsi kəsildi və xırıltı səsləri gəlməyə başladı. Səsdən anladım ki, bacımın başına nəsə gəlib. Dərhal DİN-in "102" Xidmətinə zəng edərək bu barədə məlumat verdim, daha sonra isə qardaşıma dedim. Qardaşım dərhal Bakıya getdi və öyrəndik ki, Türkanı öldürüblər".
Məhkəmə prosesində məlum olub ki, E.Əlizadə Türkanı qətlə yetirdikdən dərhal sonra Bakıxanov qəsəbəsindəki evdən 14700 manat pulu və onun telefonunu götürərək çıxıb. Hadisədən sonra Aygün (şərti adlı) adlı sevgilisinə zəng edərək ona kirayə <a href="https://masinlar.az" title="masinlar" masin satisi avtomobil elanlari" target="_blank">avtomobil götürərək "Koroğlu" stansiyasının yanına gəlməsini bildirib və taksi ilə həmin qadına 1000 manat göndərib.
Aygün "Rent a car"dan avtomobil kirayəyə götürərək həmin yerə gəlib və onlar birlikdə Şamaxı rayonuna istirahətə gediblər. Mayın 31-dən iyunun 2-dək Şamaxıda və İsmayıllıda hotellərdə istirahət edən cütlük daha sonra Bakıya qayıdıb. Şamaxıda olarkən Eynur Aygünə 660 manat dəyərində qızıl-zinət əşyaları da hədiyyə alıb.
Bakıya qayıtdıqdan sonra polis Eynurun yerini müəyyən edərək onu saxlayıb və istintaqa təhvil verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may tarixli hökmü ilə Eynur Əlizadə yuxarıda qeyd edilən maddələrlə təqsirli bilinib. Ona 18 il həbs cəzası verilib.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Özbəkistanda yayımlanan "Artist" yarışmasında Elyorbek Melibayev adlı iştirakçı Azərbaycan mahnılarından ibarət popuri səsləndirib.
Axşam.az <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, iştirakçı ilk olaraq Rəşad Dağlı, Aydın Xırdalanlı, Pərviz Bülbülə və Elşən Xəzərin "Ağ, qara, qırmızı, can, ay fransız qızı" meyxanasını, daha sonra Aydinçikin "Elnare" mahnısını və sonda isə Namiq Qaraçuxurlunun "Papanın gül balası" meyxanasını oxuyub.
Onun ifası münsiflər və izləyicilər tərəfindən çox bəyənilib.
Sözügedən görüntüləri təqdim edirik:
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
İranda "Apple" markalı telefonların idxalını qadağan edilib.
<a href="https://big.az" title="xeberler" son xeberler 2022" target="_blank">BiG.AZ-ın APA-ya istinadla məlumatına görə, ötən gecədən etibarən "Apple" şirkətinin mobil telefonları sifarişi mümkün olmayan mallar qrupuna daxil edilib.
Mobil telefon idxalçıları bu gündən etibarən "iPhone" sifarişi ilə bağlı məhdudiyyətlərə məruz qaldıqlarını və bu telefon üçün sifariş verə bilmədiklərini deyirlər. 
Qeyd edək ki, son həftələr "Apple" məhsullarının İrana idxalına qadağa qoyulacağı ilə bağlı <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbərlər yayılırdı.
İranın sənaye və ticarət naziri bu yaxınlarda prezidentə 2021-ci ildə "Apple" şirkətinin 1 milyard dollarlıq məhsulunun idxalına icazə verildiyini bildirmişdi.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Aktyor Natiq Fərzəliyevin qızı ərə gedib.
Axşam.az <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, sənətçinin qızı Ləman xanımın toyu ötən gün Yevlaxda olub.
Məclisdə duyğulu anlar da yaşanıb. Övladının toyunda mahnı oxuyan aktyor qızını göz yaşlarına boğub. 
Toydan görüntüləri təqdim edirik:
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
50-60 yaşdan sonra insanlar hər gün bu giləmeyvəni yeməklə yaddaş itkisi və demensiya riskinin qarşısını ala bilərlər.
Bakupost.az <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, İngiltərə və İtaliya alimləri son elmi araşdırmada quşüzümünün yaşlılara təsirini öyrənib.
Tədqiqatda 50-80 yaş arası 50 könüllü iştirak edib. 12 həftə ərzində onların yarısına quru quşüzümü tozu verilib, bu 100 qram təzə giləmeyvəyə bərabərdir. Digər yarısına isə plasebo verilib.
Eksperimentdən əvvəl və sonra onlar beyin testlərindən keçirilib, beyin skan olunub, eləcə də qan analizləri alınıb.
12 həftə sonra nəticədə quşüzümü tozu qəbul edən insanlarda vizual epizodik yaddaşın, yəni gördüyünü yadda saxlamaq funksiyasının yaxşılaşdığı, gündəlik hadisələri xatırlamaq, beynin yaddaş hissəsində qan dövranının yaxşılaşması müşahidə olunub. Bütün bunlar da demensiya riskinin azalması deməkdir.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.
O, aktyorun keçmiş həyat yoldaşı Amber Hördlə bağlı iddiasına baxılarkən məhkəmə zalında onların ünsiyyətini təhlil edib.
Ekspertin sözlərinə görə, Ceyms Vaskesin nazlı davranışı müştərisinin xeyri üçün bir taktika ola bilər. Belə ki, aralarındakı romantik jestlər Deppin məhkəmədə "daha gözəl" görünməsinə kömək edir.
Qeyd edək ki, Depp və Vaskesin məhkəmədəki incə qucaqlaşmalarının videoları yayılandan sonra aktyorla vəkil arasında mümkün romantik münasibətlər barədə şayiələr gəzməyə başlayıb. Jurnalistlər xanıma müştəri ilə münasibəti barədə sual versələr də, Vaskes gülümsəyərək cavab verməyib./oxu.az
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Aparıcı Lalə Azərtaşın növbəti açıqlaması müzakirə yaradıb.
OLAY yazır ki, o, "Təsir dairəsi" proqramında boşanma ərəfəsində olan bir xanıma məsləhət verib.
"Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. <a href="https://xanim.az" title="qadinlar" sayti" target="_blank">Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəçəksən", - deyə L. Azərtaş bildirib.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya yaradılıb.
Ölkənin Nazirlər Kabinetindən verilən məlumata görə, müvafiq fərmanı respublikanın baş naziri Nikol Paşinyan imzalayıb.
Komissiyaya baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.
Həmçinin, komissiyanın tərkibinə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan, beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan, Kadastr Komitəsinin rəis müavinləri Narine Avaqyan və Aram Quqarats, Milii Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının komandiri Arman Maralçyan, MTX departamentlərindən birinin rəisi (D.Sanamyan) və Ermənistan Silahlı Qüvvələrinin Hərbi Topoqrafiya xidmətlərinin rəisi Sergey Petrosyan daxil olacaq./oxu.az
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Türkiyəli pop ulduz Ajda Pekkanın növbəti açıqlaması gündəm olub.
<a href="https://big.az" title="xeberler" son xeberler 2022" target="_blank">BiG.AZ OLAY-a istinadən <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, məşhur müğənni sevgi münasibəti haqda danışıb. Ajda deyib ki, eşqin varlığına inanmır:
"Eşq dediyiniz böyük bir yalandır. Əsla inanmayın. Özünüzü sevirsinizsə, eşq budur".
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Portuqaliyanın Almeida qəsəbəsində bir ailə sevincli günlərini yaşayır.
Lent.az-ın <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbərinə görə, Natali adlı <a href="https://xanim.az" title="qadinlar" sayti" target="_blank">qadının uşaqlıqda gördüyü tısbağa tapılıb. 1980-ci ildə alınmış manuel adlı tısbağa 2 il sonra itib. O zaman Natalinin 8 yaşı olub. Onun anası da tısbağanın qayıdaacağı ümidi ilıə yaşasa da arzusuna çatmayıb.
Ötən gün isə maraqlı hadisə baş verib. Ailə nənədən miras qalmış saxlancı sökərkən gözlərinə inanmayıb. Tısbağa köhnə əşyaların arasından çıxıb. O qocalsa da <a href="https://xanim.az/saglamliq-xeberleri/" title="sağlamlıq" xəbərləri" target="_blank">sağlam idi. 
İndi ailəni bir şey maraqlandır: bu 40 ildə tısbağa nə ilə qidalanaraq sağ qalıb?
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Baş rollarını Neslihan Atagüllə Sərkan Çayoğlunun canlandıracağı "Ah Belinda" filminin heyyətinə yeni sima daxil olub.
<a href="https://big.az" title="xeberler" son xeberler 2022" target="_blank">BiG.AZ axşam.az-a istinadən <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, ekran işində Beril Pozam rol alacaq. Layihə "Netflix"də yayımlanacaq.
Qeyd edək ki, Beril sonuncu dəfə "Baba" serialında rol alıb.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Moskva Mədəniyyət Departamenti tabeliyində olan qurumların rəhbərlərinin 2021-ci il üçün gəlirləri və əmlakı haqqında məlumat açıqlanıb.
<a href="https://big.az" title="xeberler" son xeberler 2022" target="_blank">BiG.AZ axşam.az-a istinadən <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, onlar arasında aparıcı Ksenya Sobçakın da gəliri yer alıb. Bildirilib ki, Kseniya Sobçakın illik gəliri 295,3 milyon rubl, əri, teatr direktoru Konstantin Boqomolovun isə 14,4 milyon rubl təşkil edib.
Ksenya ərindən qat-qat çox pul qazanır. Onun həyat yoldaşından 20 qat artıq gəlir əldə etməsi müzakirələrə səbəb olub.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Bakıda yaxın qohumuna qarşı dələduzluq etməkdə təqsirləndirilən Vüsal Axundova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə <a href="https://tezbazar.az" title="elanlar" sayti alqi satqi sayti" target="_blank">elan olunub.
Qeyd edək ki, ittihama əsasən, V.Axundov əmisi oğlu, sahibkar Emin Axundova "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib, onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirib.
Xatırladaq ki, N.Səlifov 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Türkiyənin Antalya şəhərində yerləşən hotellərin birində başından 4 güllə ilə vurularaq öldürülüb.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az