ABŞ prezidenti Co Bayden ölkənin Azərbaycana yeni səfirinin namizədliyini irəli sürüb.
Bu barədə Day.Az Ağ Evin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumata əsasən, Mark Libbinin ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi irəli sürülüb.
Mark Libbi hazırda Vaşinqtonda Milli Hərbi Kollecində işləyir.
O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb.
Azərbaycanda uşaqların aerobika gimnastikasına marağı böyükdür.
Bu barədə Trend-ə aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatının iştirakçıları, qarışıq cütlükdə çıxış edən idmançılar Vladimir Dolmatov və Mədinə Mustafayeva deyiblər.
"Bizim üçün aerobika gimnastikası üzrə Azərbaycan çempionatı həm də mühüm start - Portuqaliyada keçirilən dünya çempionatı öncəsi yoxlama məşqidir. Gənc gimnastlar üçün isə belə yarışlar çox faydalı təcrübədir və ümid edirik ki, belə turnirlər ən azı altı aydan bir keçiriləcək. Axı uşaqlara daimi yarış məşqi lazımdır, böyüklərin, təcrübəli gimnastların çıxışlarına baxmaq və onlardan nümunə götürmək də faydalıdır", - deyə V.Dolmatov qeyd edib.
Mədinə Mustafayevanın sözlərinə görə, hazırda onların cütlüyü gərgin məşq edir və dünya çempionatı öncəsi proqramı təkmilləşdirir:
"İndi gündə iki məşq keçirik, tezliklə Yardımlıya toplanışa gedəcəyik, orada gündə üç məşq olacaq. Bu beynəlxalq startda bizim üçün Avropa Oyunlarına lisenziya qazanmaq vacibdir".
Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib. Yarışda "Ocaq Sport" klubu, "Zirvə" İK, "Grasiya" İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edib.
İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparıb.
Nazirlər Kabineti "Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması"nı və "Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması"nı təsdiq edib.
Qərara əsasən, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yarımillik və illik dövrlər üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonrakı bir ay müddətində, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə iki ay qalmış İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
O cümlədən Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabat kağız və elektron daşıyıcılarda layihə bitdikdən sonra bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim olunmalıdır.
İqtisadiyyat Nazirliyi isə Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər tərəfindən təqdim edilmiş məlumatları ümumiləşdirib yarımillik və illik hesabat şəklində kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonra iki ay müddətində, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə 45 təqvim günü qalmış Nazirlər Kabinetinə təqdim etməlidir.
150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə "Dövlət rüsumu haqqında" qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.
Day.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Nazirlər Kabineti "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nda dəyişiklik edib.
Nazirlər Kabineti "Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan istifadə ilə bağlı tarif"i təsdiqləyib.
Day.Az Trend-ə istinadən bildirir ki, daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan istifadə ilə bağlı tarif E-imza (3 illik), ƏDV daxi olmaqla 16 manat müəyyənləşib.
İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev belə deyir. İşaxtaranların əmək bazarının tələblərinə uyğunlaşdırılması və hazırlanmasından danışan deputat bunu müxtəlif səbəblərlə əlaqələndirib.
Day.Az gundem.az-a istinadən bildirir ki, işaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Çünki onlar əmək bazarının tələblərinə hazır deyillər və uyğun iş tapa bilmirlər.
Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri , millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə hər gün 20-yə yaxın vətəndaş məktubu göndərilir və çoxu da iş axtarmaqla bağlı olur.
Millət vəkili bildirib ki, əmək bazarında işaxtaranlarla iş yerlərinin kommunikasiyasının olmaması da əsas səbəblərdəndir.
Problemin həll olunması üçün uçot və statistika dəqiqləşdirilməli, regionlar üzrə araşdırma aparılmaldır. Hansı ixtisaslar üçün daha çox hansı iş yerləri var, onlara üstünlük verilməlidir. Xüsusilə gənclər və qadınların məşğulluğunun təmin olunması ilə əlaqədar bu profilli iş yerləri açılmalıdır" deyə millət vəkili vurğulayıb.
TURKIC.WORLD layihəsinin fəaliyyətə başlamasından bir il ötür. Trend-in suallarıını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırdı.
Əhməd müəllim, bu layihənin bir il ərzindəki fəaliyyətini, ümumilikdə, layihənin önəmini necə dəyərləndirirsiniz?
44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycanın yanında olması, Azərbaycana siyasi və mənəvi dəstəyi bütün sahələrdə olduğu kimi media sahəsində də əvəzedilməz rol oynadı və informasiya cəbhəmizin daha da güclənməsinə səbəb oldu. Bu təcrübə dövlətlərimizin təsir və təzyiqlərə birgə koordinasiyalı cavab verməsinin, bir sözlə, media sahəsində əlaqələrimizi inkişaf etdirməyin vacibliyinin göstəricisidir.
Əminliklə söyləmək olar ki, ortaq tarixi, dini, mədəni və dil dəyərlərimizi əsas götürərək, türk dünyasının vahid kommunikasiya platformasını yaratmaq məqsədilə reallaşdırılan "TURKİC.World" ("Türk dünyası") layihəsi artıq öz bəhrəsini verməkdədir. Türkdilli ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, həm Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin diqqət mərkəzindədir.
Qısa müddət ərzində bu platformaya digər türkdilli dövlətlərin də qoşulması Türk dünyasının birlik, həmrəylik və əməkdaşlıq ideyasını rəhbər tutaraq möhkəmlənən əlaqələrinin media sahəsində də uğurla davam etdiyinin göstəricisidir. Hazırda bir-birlərindən yüz kilometrlərlə uzaqda yaşayan qardaş xalqlar mədəni, sosial, dil, təhsil kimi mövzularda soydaşları barədə məlumatlar əldə edir, həmçinin "Türk dünyası" öz xəbərlərini rus və ingilis dillərində yayımlayır.
Məhz bu səbəblərdən Trend İnformasiya Agentliyi və Türkiyə Respublikasının "Albayrak Media Groupu"nun birgə yaratdığı və türkdilli dövlətlərin ilk ortaq rəqəmsal media platforması olan "TURKİC.World" ("Türk dünyası") layihəsinin fəaliyyətini müstəsna əhəmiyyətli hesab edir, platformanın bundan sonra da öz missiyasını ən yüksək səviyyədə həyata keçirəcəyinə inanırıq.
Bu layihə türk dövlətləri arasında informasiya mübadiləsinin genişləndirilməsində və Azərbaycan həqiqətlərinin türk dünyasına çatdırılmasında nə kimi rol oynayır?
Əlbəttə ki, adıçəkilən media platforması həm Türkiyə və Azərbaycan, həm də layihədə təmsil olunan digər türkdilli ölkələrin informasiya mübadiləsində əhəmiyyətli rol oynamaqdadır. Böyük coğrafi məkanda yerləşən Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi dövlətlər öz ortaq tarixi, mədəni, dini dəyərlərinə əsaslanaraq müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir, qarşılıqlı strateji tərəfdaşlıq özünün ən yüksək səviyyəsinə qədəm qoyur.
Bilirsiniz ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumuna əsasən birgə media platformasının əsas məqsədi media və kommunikasiya sahəsində ikitərəfli əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi, strateji media ortaqlığının yaradılmasıdır. Buna görə də, media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması baxımından qeyd olunan layihə xüsusi əhəmiyyət daşıyır.
Şübhəsiz ictimai rəyin düzgün istiqamətdə formalaşmasında medianın rolu danılmazdır. Medianın maarifçilik fəaliyyəti nəticəsində dövlətçilik dəyərlərimiz daha da möhkəmlənməklə yanaşı, ictimai fikrin zərərli təsirlərə qarşı müqaviməti də güclənmiş olur.
Müzəffər Ali Baş Komandanın qətiyyəti və fədakarlığı, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi media ictimaiyyətinin də işində əsaslı dönüş yaratmışdır. Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, geniş auditoriyaya çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur. İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməkdədir.
Vətən müharibəsi sınağından bizimlə birgə keçmiş qardaş ölkənin media nümayəndələri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu həmrəylik bizi daha da ruhlandırdı və bizə əlavə güc verdi. Hərbi, siyasi, iqtisadi, mədəni, təhsil, ticarət sahələrində olduğu kimi, media əlaqələrimizin də daha dərindən və əhatəli inkişafı, yeni layihə və platformalar əsas prioritet hədəflərimizdən oldu. Bu gün artıq onun bəhrəsini görməkdəyik.
Bu kimi layihələr Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasına hansı töhfələr verir?
Bu və bənzər layihələrin haqq səsimizin dünyaya çatdırılmasında, eyni zamanda, Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasında xüsusi rolu vardır. İnanırıq ki, "TURKİC.World" media platforması türk dünyasının həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli vasitəyə çevrilib. Ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün güclü mediaya və jurnalistlərimiz arasında həmrəyliyə çox böyük ehtiyacımız var. Azərbaycanın, Türkiyənin, bütünlükdə türk dünyasının həqiqətlərini işıqlandırmaq, beynəlxalq aləmi obyektiv informasiya ilə təmin etmək üçün biz - media nümayəndələri peşəkarlığımızı və sayıqlığımızı daha da artırmalıyıq.
23 may tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Elektrik təchizatı şəbəkələrinə qoşulma" İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Trend xəbər verir ki, İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Sonra Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən əvvəlki "Doing Business" hesabatı arasındakı fərqlər göstərilməklə Dünya Bankı Qrupunun yeni "Əlverişli Biznes Mühiti" ("Business Enabling Environment") layihəsi, həmçinin sözügedən layihənin "Kommunal xidmətlərə qoşulma" indikatoru üzrə diaqnostikası ilə əlaqədar görüləcək işlər barədə təqdimatlar nümayiş olunub.
"Azərişıq" ASC-nin sədrinin müşaviri Fərruh Heybətov tərəfindən sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən "Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası" üzrə cari ilin müvafiq dövründə görülmüş işlər, həmçinin İşçi qrupunun 2022-ci il üçün təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilib.
İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edib.
Xoşbəxtəm ki, aerobika gimnastikası üzrə Bakı birinciliyində qızıl medal qazanmışam, bu mükafat mənə gələcək məşq və yarışlar üçün stimul olacaq.
Bunu Trend-ə aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyinin iştirakçısı, balacalar yaş qrupunun qalibi, "Ocaq Sport" klubunu təmsil edən Mədinə İbrahimli deyib.
"Yarışlara çox ciddi hazırlaşmışdım, yaxşı nəticə göstərmək istəyirdim və bu, məndə alındı. Məşq etmək elə də çətin deyil, mən aerobika gimnastikası ilə məşğul olmaqdan zövq alıram. İlk dəfə gimnastika yarışlarını televizorda gördüm və bu idman növü ilə məşğul olmaq həvəsim yarandı", - gimnast deyib.
O əlavə edib ki, yarışlar zamanı çox həyəcanlanmayıb və bütün diqqətini öz çıxışına ayıra bilib.
Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib. Yarışda "Ocaq Sport" klubu, "Zirvə" İK, "Grasiya" İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edib.
İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparıb.
Xaçmaz rayonunda Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr olunan şahmat turniri keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi hissədə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova və digər natiqlər turnirin əhəmiyyətindən danışıb.
Daha sonra Arəstə Baxışovanın həyatından bəhs edən qısa metrajlı film nümayiş olunub. Qızlar və qadınlar arasında keçirilən turnir 6 yaş kateqoriyasını əhatə edib. Turnirdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzəndən olan 130-a yaxın iştirakçı gücünü sınayıb.
Sonda qaliblər kubok, medal və sertifikatla təltif edilərək turnirin Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Bakıda baş verən qəza anının görüntüləri yayılıb.
Milli.Az bildirir ki, ötən gün Bakıda baş verən ağır qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
"Toyota prius" markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə yük maşını idarəetmədən çıxıb, hasara, obyektə və üç təkərli motosikletə dəyib.
Qəza nəticəsində ölənin olduğu bildirilir.
Ehtimal olunur ki, minik avtomobilinin sürücüsü sükan arxasında yatıb.
Milli.Az görüntüləri təqdim edir:
YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycan rəssamı Ucal Haqverdiyevin "Mövcudluqda ünsiyyət" adlı fərdi retrospektiv sərgisini təqdim edir.
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Sərginin müddəti: 26 may - 16 oktyabr
Giriş ödənişsiz, COVID pasportu ilədir
YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycan rəssamı Ucal Haqverdiyevin ilk genişmiqyaslı muzey sərgisini təqdim edir. Fərdi və ictimai kolleksiyalardan toplanmış ekspozisiya, 250-ə yaxın rəngkarlıq və qrafika əsərləri ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edərək, onun bir çox rəsmlərini, eskizlərini, albom qaralamalarını, şeirlərini, şəxsi əşyalarını, eləcə də fotolarını ilk dəfə bir araya gətirir. Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə təqdim olunur.
"Mövcudluqda ünsiyyət" Ucal Haqverdiyevin "məkanda olması" ideyasını nəql edir. Sərgi rəssamın yaradıcılığının bütün bucaqlarını işıqlandıraraq, onunla səssiz "dialoqda" olmaq imkanını təklif edir. Rəssamın həyatda olmamasına baxmayaraq, sərgi Ucalın məkana "müşahidə" və "nəzarət" etməsi konseptindən çıxış edir. Bu "ünsiyyət" Ucalın "mövcudluğunu" hiss etdirir.
Ucalın daxili aləmindən bəhs edən ekspozisiya, rəssamın şəxsiyyətinin və yaradıcılığının bütün aspektlərini əks etdirməklə, həm də onun daima yeniliklər axtarışında olan mükəmməl kolorist və rəsm bilicisi kimi də təqdim edir. Ötən əsrin 80-ci illərində yaradıcılıq yolunu başlayan Ucalın müxtəlif janr, istiqamət və növlərdə bədii axtarışları/eksperimentləri məlumdur. Təkcə vizual axtarışlarla deyil, həm də tematik cəhətdən zəngin olan yaradıcılığında rəssam gündəlik mövzulardan savayı (insanlar, heyvanlar, təbiət, əşyalar və s.) təxəyyül və yuxular, Şərq fəlsəfəsi və dini mövzulara ciddi istinadlar edir. Bu axtarışların nəticəsində Ucal bənzərsiz dəsti-xətti ilə müstəsna vizual dilini yaradaraq, öz müxtəlifliyində heç kimə bənzəməyən rəssam kimi incəsənət tarixində qalıb.
O, həyatının son 5 ilini Bakıda yerləşən Mixail Arxangel kilsəsinin divar rəsmlərinin çəkilməsinə həsr etmişdir. Ölümündən sonra yarımçıq qalmış işini onun həyat yoldaşı, rəssam Yelena Haqverdiyeva tamamlamışdır.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Rəssam haqqında
Ucal Haqverdiyev (1960-2004) Haqverdiyevlər rəssamlar ailəsinin nümayəndəsidir. 1979-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra, təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirmişdir. O, atası Həsən Haqverdiyevin ölümündən sonra, Kamal Əhmədi və Sənan Qurbanovu özünə müəllim sayıb. U. Haqverdiyev, İtalyan İntibahı, eləcə də neoimpressionizm, kubizm və fovizm kimi modernizm üslubları, həmçinin "Qacar" rəsm məktəbindən ilhamlanıb.
Ucal Haqverdiyevin əsərləri Rusiya, Gürcüstan, BƏƏ, Fransa, Tunis, Avstriya, Almaniya və Türkiyədə sərgilənib; ABŞ, Avstriya, Almaniya, Finlandiya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.
25 may tarixində Medianın İnkişafı Agentliyində (MEDİA) "Albayrak Media Group"unun rəhbəri Ömər Karaca, "Albayrak Media Group"un təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib.
Trend-in məlumatına görə, görüş zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş "Media haqqında" qanun, bu qanunun üstünlükləri, eləcə də ölkədə media reyestrinin yaradılması barədə məlumatlandırıb. Əhməd İsmayılov nümayəndə heyətinə bu reyestrin işə salınmasından sonra Azərbaycan media nümayəndələrinin yararlana biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki, onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıb.
İcraçı direktor həmçinin türkiyəli həmkarlarını Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.
"Albayrak Media Group"unun rəhbəri Ömər Karaca iki ölkə mediası arasında münasibətlərin inkişafına töhfəsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Ömər Karaca, həmçinin qeyd edib ki, iki qardaş, dost ölkənin media qurumları arasında aparılan informasiya mübadiləsi hər iki tərəfin xeyrinə olacaq.
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Trend-in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İlkin Süleymanov bildirib ki, Nərmin Quliyeva itkin düşdüyü gün bacısının evində qalıb.
"Həmin gün səhər evə qayıdarkən qonşular da məni görüb. Noyabrın 21-i axşam bacımgilə getmişdim, gecəni də orada qaldım. Səhəri günü evə qayıdanda qonşular da yolda idi. Qonşulardan Aqil və İmranla rastlaşdım. Nərmin itkin olduğu 47 gündə mən dəfələrlə Tovuz, Gəncə və Ağdam rayonlarında yas mərasimlərində iştirak etmişəm. Hətta dekabr ayında bir gün səhərdən gecəyə kimi "Fidan" şadlıq sarayında olmuşam. Həmin gün toyda siyahı yazdığım üçün restoranı ən son tərk edənlərdən biri olmuşam. Bundan başqa, Nərmini saxladığım deyilən otaqda dəzgah var, atam həmin müddətdə orada dəfələrlə iş görüb. Barəmdə həbs qəti imkan tədbiri seçiləndə Tovuz rayonunun o vaxtı polis rəisi Şirzad Əsgərov da məhkəmədə idi. Ona görə də qorxdum, demədim", - İ.Süleymanov bildirib.
Proses iyunun 1-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.
"Dərnəgül" stansiyasında qatarda texniki nasazlıq yaranıb.
Trend xəbər verir ki, köməkçi qatar verilib və qatar ehtiyat yola keçirilir.
Digər marşrutlar üzrə qatarlar "Memar Əcəmi" və "Azadlıq prospekti" stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini davam
Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 26-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
Qarabağda gedən 44 günlük müharibə yeni nəsil silahların müharibəsi idi. Hətta bunu yüksək texnologiyalar müharibəsi kimi də qiymətləndirmək olar.
Bu, texnoloji mövqedən 5-ci nəsil silahlara sahib olan Azərbaycan ordusu ilə 2-ci nəsil silahlara sahib olan Ermənistan ordusu arasında aparılan müharibə idi.
90-cı illərlə müqayisə etsək, bu gün ordumuzda vahid komandanlıq, yüksək texnologiyalı silahlarımız mövcuddur. Həm də xalq-ordu birliyi nümayiş olunur, cəbhədə ruh yüksəkliyi yüksək səviyyədədir...
Trend-in məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Yeni nəsil müharibə" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Milli Dirçəliş Hərəkati Partiyasının sədri Fərəc Quliyev, hərbi ekspertlər Ədalət Verdiyev, Elxan Şıxəliyev və Elmar Hüseyn mövzu ətrafında müzakirə aparıblar.
"Əsas məsələ" verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının "YouTube" kanalından izləyə bilərsiniz:
Almaniya enerji tərəfdaşlarının şaxələndirilməsində maraqlıdır və Azərbaycan bu baxımdan vacib rol oynayacaq.
Bunu Trend-ə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.
"Almaniyanın "Uniper" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) əməkdaşlıq barədə sazişin müddətini uzadıb. Ümumiyyətlə, Almaniya bu sektorda Azərbaycanla münasibətlərin inkişafında çox maraqlıdır", - səfir deyib.
O qeyd edib ki, Almaniyanın İqtisadiyyat və İqlim Dəyişiklikləri ilə Mübarizə Nazirliyinin baş direktorunun iyunun əvvəlində keçiriləcək "Xəzər Neft-Qaz" beynəlxalq sərgisində iştirak etmək üçün Bakıya səfəri gözlənilir.
Səfir əlavə edib ki, Almaniya enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır, amma iqlim dəyişikliyi və enerji səmərəliliyi barədə də unutmaq olmaz. Onun fikrincə, atmosferə karbon qazı tullantılarının azaldılması üçün tədbirlər görmək lazımdır.
"Məsələn, Almaniyanın "Siemens" şirkəti SOCAR üçün buxar turbini quraşdırb ki, bu da tullantıların azalmasına töhfə verib. Biz şadıq ki, Azərbaycan da enerji səmərəliliyinə və "yaşıl" iqtisadiyyata can atır", - V.Maniq vurğulayıb.
Milli Məclisin 2022-ci il mayın 31-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.
Day.Az xəbər verir ki, gündəliyə 6 məsələ daxildir:
1. "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
5. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
6. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Texnofest"in keçiriləcəyi məkana gedib.
Day.Az APA-ya istinadən bildirir ki, nazir orada "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşüb.