Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydendən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Amerika xalqı adından Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı münasibətilə ən xoş arzularımı yetirirəm.
Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm. Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir.
Novruz bayramınız mübarək!
Səmimiyyətlə,
Cozef R.Bayden
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Moskva İrəvanın Rusiya Federasiyasının rəhbərliyinə qarşı hüquqi əhəmiyyətsiz “orderləri” fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir.
Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
“Moskva rəsmi İrəvanın Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız “orderlər” fonunda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - deyə mənbə vurğulayıb.
Mənbə qeyd edib ki, İrəvana belə bir qərarın Moskva ilə münasibətlər üçün son dərəcə mənfi nəticələri barədə xəbərdarlıq edilib.
“SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” şirkəti Sabancı Universiteti ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji istehsalı üçün vacib olan hidrogen (H2) əsaslı texnologiyalara diqqət yetirir.
Bu barədə Türkiyənin "Anadolu" Agentliyinə istinadən xəbər verir.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Şirkətdən verilən məlumata görə, “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” və Sabancı Universitetinin layihə qrupları sudan "yaşıl hidrogen" istehsalı üçün tərkibində yeni nəsil katalizatorlar olan unikal elektrodlar hazırlamağı hədəfləyir.
Ötən ilin noyabr ayında Sabancı Universiteti ilə əməkdaşlığa başlayan “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” “Bipolar Membranlı Elektrolizörler ile H2 Üretimi İçin Özgün Anot Geliştirilmesi” (Bipolyar membran elektrolizlərindən istifadə etməklə hidrogen istehsalı üçün unikal anodların hazırlanması) adlı elmi-tədqiqat layihəsinə start verib.
Bundan əlavə, layihə çərçivəsində elektrolizlərin maya dəyərinin aşağı salınması, səmərəliliyinin artırılması və istismar müddətinin artırılması nəzərdə tutulur.
Avropa İttifaqının 2050-ci ilə qədər xalis istixana qazı emissiyalarını sıfıra endirmək və onun karbon izlərini minimuma endirmək məqsədlərinə uyğun olaraq təmiz enerji istehsalı texnologiyalarına ehtiyac var.
Bu məqsədlə ən perspektivli yanacaq hidrogen hesab edilir. “SOCAR Türkiyə” və Sabancı Universiteti ilə əməkdaşlıq çərçivəsində başlanan tədqiqatlar bu sahəyə töhfə vermək məqsədi daşıyır.
© "Report"
Hyundai Sonata sedanını yenidən dizayn edib.
Avtomobilin ön hissəsi tamamilə yenilənib.
İnteryerdə də tamamilə yeni ön panel var.
Texniki hissədə dəyişikliklər hələlik açıqlanmayıb.
Şirkət martın 30-da yenilənmiş Sonata ilə bağlı bütün detalları açıqlayacaq.
ABŞ-ın Kaliforniya ştatında bəzi təhlükəli kimyəvi əlavələri ehtiva edən zərərli şirniyyatları (o cümlədən bir çoxu məşhurdur) qanunvericilik səviyyəsində qadağan etmək istəyirlər.
Marja NBC News-un məlumatına istinadən xəbər verir ki, istehsalçıların güclü lobbisi səbəbindən məsələ son qanun layihəsinə çatmaya bilər.
Qanun layihəsinin əsas məqsədi qida məhsullarının təhlükəli tərkibinə diqqəti cəlb etməkdir. Beş şübhəli qida əlavəsinin diqqətlə yoxlanılması tələb olunur. Mümkün sağlamlıq risklərinə xərçəngin baş verməsi, reproduktiv sistem və immunitetin zədələnməsi, həmçinin uşaqlarda davranış problemlərinin yaranması daxildir.
Sənədi müdafiə edən qanunvericilərdən biri etiraf edib ki, sənədin dövlət qanunu olması şansı azdır.
Heyvanlar üzərində aparılan təcrübələr, məşhur Amerika şirniyyatlarında istifadə edilən maddələrin sağlamlığa mənfi təsir göstərdiyini göstərib, lakin insanlar üzərində aparılan tədqiqatlar hələ də qəti cavab tapmayıb.
Telekanal qeyd edib ki, qitələrdə yanaşma fərqlidir: Avropa İttifaqında ən kiçik risk görülsə, o zaman məhsulu qadağan edirlər və yalnız bundan sonra araşdırma aparılır.
Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün ‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC 18 mart tarixindən 26 mart tarixinə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, ölkə tarixində ilk dəfə olaraq Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə martın 18-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib. Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə günaşırı əlavə reyslər təyin olunmuş və bayram günlərində 1148 sərnişinə xidmət göstərilmişdir.
Həmçinin, martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunmuşdur. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu üzrə bayram günlərində ümumilikdə 64811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1330297 sərnişin daşınıb. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43% çoxdur.
Xatırladaq ki, 2022-ci ilin ilk rübündə Abşeron Dairəvi Dəmiryolu ilə 933234 sərnişin daşınmışdır.
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 69 mln. 634,5 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 101 mln. 792,9 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 35.6% və ya 18 mln. 274 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 11% və ya 10 mln. 16 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 3.7 dəfə artaraq 37 mln. 517,2 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 4.2% artaraq 15 mln. 73.8 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-fevral aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 53.9 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-fevral aylarında 19.5 manata bərabər olub. Bu ilin yanvar-fevral aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 14.8 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 15.8 manata bərabər idi.
© APA
(®) “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən “McDonald's” restoranı təmirdən sonra qapılarını ziyarətçilərin üzünə açıb.
Modernləşdirilmiş restoran qida sənayesi sahəsində mövcud olan ən son texnologiyaların tələblərinə cavab verən avadanlıqlarla təchiz olunub.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Artan tələbi nəzərə alaraq birinci mərtəbə genişləndirilmiş və hazırda bu filial eyni vaxtda 175 nəfəri qəbul edə bilir. “Human Comfort” dizaynı sayəsində qonaqların restoranda daha rahat və komfortlu vaxt keçirməsi təmin olunub. Həmçinin restoranda “table service” (masa xidməti) tətbiq edilib. Bu xidmətə əsasən qonaqlar kassa aparatları və ya interaktiv özünəxidmət köşkləri vasitəsilə sevimli yeməklərini sifariş edə, sonra isə masa arxasında əyləşərək sifarişi qəbul edə bilərlər.
Aparılan abadlaşdırma işləri nəticəsində restoranın xarici görünüşündə dəyişiklik edilib. Belə ki, yaşıllaşdırma işləri aparılıb, yol infrastrukturu yaxşılaşdırılıb.
Təmir edilmiş “McDonald's” restoranının digər yenilikləri sırasında qonaqlar üçün sifarişin qəbulu prosesini sürətləndirən, daha rahat və təkmilləşdirilmiş formatda “MakAvto” xidmətini göstərmək olar. Burada “Side-by-side” xidmət sistemi fəaliyyətə başlayıb ki, bu da eyni vaxtda iki avtomobildən sifariş qəbul etməyə və bununla da, buraxılış qabiliyyətini artırmağa imkan verir. Bu sistem Azərbaycanda fəaliyyət göstərən “McDonald's” restoranlarında ilk dəfədir tətbiq edilir.
Yenilənmiş restoranda açılmış “McCafe” qəhvə mağazasında yüksək keyfiyyətli dənli qəhvənin və nəfis desertlərin geniş seçimindən yararlana bilərsiniz. “McCafe”nin bütün əməkdaşları qəhvə və onun əsasında müxtəlif içkilərin hazırlanması üzrə xüsusi təlim kursunu keçmiş baristalardır.
Bundan başqa, əvvəlki kimi müştərilərin xidmətində olan “McDelivery” sayəsində sifarişləri “Wolt” çatdırılma xidməti vasitəsilə qısa zamanda əldə edə bilərsiniz.
Ən qabaqcıl ictimai iaşə şəbəkələrindən biri olaraq, hazırda ölkədə 22 restoranı fəaliyyət göstərən “McDonald’s” şirkəti 2000-dən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Şirkət yeni restoranların modernləşdirilməsinə və açılışına sərmayə qoymaqla həm də yerli istehsalın genişlənməsinə, bununla da Azərbaycanda qeyri-neft sektorunun inkişafına ciddi töhfə verir.
“Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Əsədulla İsgəndərov vəzifəsini tərk edib.
Onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.
Ə.İsgəndərov bu ilin yanvar ayına qədər həm də adıçəkilən bankın Müşahidə Şurasının sədri olub, hazırda isə Şuranın üzvü kimi fəaliyyət göstərir.
© “Report”
2023-cü il 1 may saat 06:00-dək Azərbaycan ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxışın dayandırılması barədə qadağa qüvvədə qalır.
Marja.az xəbər verir ki, bu gün Nazirlər Kabineti "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar qəbul edib. Qərar ilə, "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1.1-ci yarımbəndində “və hava nəqliyyatı ilə” sözləri “nəqliyyatla” sözü ilə əvəz edilib.
Beləliklə, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması qüvvədə qalır. Bugünədək, yerüstü nəqliyyat ilə bərabər hava nəqliyyatı ilə də ölkə ərazisinə giriş-çıxış dayandırılmışdı. 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.
Həmçinin aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:
- xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar:
14 mart tarixində AR Maliyyə Nazirliyinin 40 milyon AZN həcmində 3 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 3.5 dəfədən çox üstələmiş, orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq 9.11% və 9.34% olmuşdur. Bundan öncəki 3 illik istiqraz hərracı 9.50% orta ölçülmüş və 9.69% kəsmə gəlirliliklə nəticələnmişdi. 28 mart tarixində də 50 milyon AZN həcmində 3 illik istiqraz hərracı keçiriləcəkdir.
Azərbaycanda inflyasiya artaraq 13.6%-dən 13.9%-ə yüksəlmişdir. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3%, artıb. Və 2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5%, əvvəlki ilin fevral ayına nisbətən 14,1% yüksəlib.
29 mart tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot faiz dərəcəsi qərarını açıqlayacaq. Qərarda əsasən daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınacaqdır. Bundan öncəki iclasında (1 fevral 2023) AR Mərkəzi Bankı uçot dərəcəsini 0.25% artıraraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddini 0.5% artıraraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddini isə 0.25% artıraraq 9.5%-ə qaldırmışdır.
Qlobal bazar
22 mart tarixində ABŞ FED faiz qərarını verdi. FED ABŞ-da bank sektorunda yaranan çətinliklərə baxmayaraq inflyasiyanın hədəf inflyasiyadan yüksək olması səbəbilə faizlərdə 0.25% artım edərək faizləri 4.50%-4.75% həddindən 4.75%-5.00% həddinə çatdırdı. Xatırladaq ki, mart ayında inflyasiya azalaraq 6.4%-dən 6.0%-ə düşmüş və analitiklərin gözləntilərinə uyğun olmuşdur.
17 mart tarixində Rusiya Mərkəzi Bankı da uçot faiz dərəcəsi qərarını verdi. Faiz dərəcəsi dəyişdirilməyərək 7.50% səviyyəsində saxlanıldı. Xatırladaq ki, Rusiyada inflyasiya 11.77%-dən 10.99%-ə düşmüşdür.
Ötən həftə Türkiyə Mərkəzi Bankı da faiz dərəcəsini dəyişməyərək 8.50% həddində sabit saxladı.
Avropa Mərkəzi Bankı əsas uçot faiz dərəcəsini 0.50% artıraraq 3.00%-dən 3.50%-ə qaldırdı. Xatırladaq ki, Avrozonada inflyasiya göstəricisi 8.5% açıqlanmışdı.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 221 milyon 68 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 70 milyon 514 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 81,1 % çoxdur.
2 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 21,8 manat olub.
© “Report”
2023-cü il 1 may saat 06:00-dək Azərbaycan ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxışın dayandırılması barədə qadağa qüvvədə qalır.
Marja.az xəbər verir ki, bu gün Nazirlər Kabineti "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar qəbul edib. Qərar ilə, "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1.1-ci yarımbəndində “və hava nəqliyyatı ilə” sözləri “nəqliyyatla” sözü ilə əvəz edilib.
Beləliklə, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması qüvvədə qalır. Bugünədək, yerüstü nəqliyyat ilə bərabər hava nəqliyyatı ilə də ölkə ərazisinə giriş-çıxış dayandırılmışdı. 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişçıxışına icazə verilir.
Həmçinin aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:
- xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
2023-cü il 1 may saat 06:00-dək Azərbaycan ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxışın dayandırılması barədə qadağa qüvvədə qalır.
Marja.az xəbər verir ki, bu gün Nazirlər Kabineti "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar qəbul edib. Qərar ilə, "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1.1-ci yarımbəndində “və hava nəqliyyatı ilə” sözləri “nəqliyyatla” sözü ilə əvəz edilib.
Beləliklə, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması qüvvədə qalır. Bugünədək, yerüstü nəqliyyat ilə bərabər hava nəqliyyatı ilə də ölkə ərazisinə giriş-çıxış dayandırılmışdı. 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişçıxışına icazə verilir.
Sabahdan bütün xarici ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan ərazisinə giriş-çıxışına icazə veriləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla sabah saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş-çıxışına icazə veriləcək.
Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.
Müəyyən edilib ki, 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:
-xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
Türkiyədə tutuquşular kütləvi şəkildə alınır.
Marja Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu quşların yeraltı təkanları əvvəlcədən hiss etməsi ilə bağlı məlumatlar fonunda onlara maraq kəskin artıb.
Heyvan mağazalarından birinin məlumatına görə, zəlzələlərdən sonra satışlar təxminən 10 dəfə artıb.
"Türkiyə sakinləri arasında zəlzələləri qabaqcadan bildiyi və qəfil davranış dəyişikliyi ilə sahiblərini xəbərdar etdiyi güman edilən tutuquşuların populyarlığı kəskin artıb. Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra tutuquşuların satışı orta hesabla 10 dəfə artıb. Təbii fəlakət zamanı yaşanan qorxu insanları bəzi heyvanların mümkün kataklizmlərin ilk əlamətlərini hiss etmə qabiliyyətinə arxalanaraq, təkanları proqnozlaşdırmaq yollarını axtarmağa vadar edir",- mətbuat yazır.
Energetika naziri Pərviz Şahbazov Almaniyanın federal xarici işlər naziri Annalena Berbok və Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habekin dəvəti ilə Almaniyaya səfər edib.
Nazir 28-29 mart tarixlərində Berlində təşkil olunacaq "9-cu Berlin Enerji Keçidi Dialoqu" adlı beynəlxalq konfransda iştirak edəcək.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Müxtəlif ölkələrdən nazirlərin, beynəlxalq təşkilat və maliyyə institutlarından yüksək səviyyəli nümayəndələrin qatılacağı tədbirdə energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Fondun Himayəçilik Şurası uzun müddətdir ki, əmanətlərin sığortalanması faizini dəyişmir. Milli valyuta ilə bu faiz həddi 12 %, xarici valyuta ilə 2,5 %-dir. Bu il fevralın 1-dən əmanətlərin vergiyə cəlb olunması nəzərə alınaraq faizlərdə dəyişiklik edilə bilərmi? Eyni zamanda əmanətlərin sığortalanan hissəsi üzrə limitin artırılması gözlənilirmi?
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov bildirib ki, hazırda bankların əksəriyyətində istər milli valyuta, istərsə də xarici valyutada cəlb olunan əmanətlərin illik faiz dərəcələri qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi limitlərindən çox aşağıdır:
"Qanunvericiliyə əsasən qorunan əmanətlər üzrə faiz dərəcələri maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankla razılaşdırılmaqla müəyyən edilir. Banklarda əmanətlərin illik faiz dərəcələri mütəmadi olaraq öyrənilir. Görünən odur ki, bankların əksəriyyətində istər milli valyuta, istərsə də xarici valyutada cəlb olunan əmanətlərin illik faiz dərəcələri qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi limitlərindən çox aşağıdır. Hətta bu il fevral ayının 1-dən əmanətlərin vergiyə cəlb olunması belə illik faiz dərəcələrinin artırılmasına əhəmiyyətli təsir etməyib.
Bu baxımdan həm milli, həm də xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin qüvvədə olan yuxarı həddi hələ ki, aktual olaraq qalır. Buna baxmayaraq sözügedən məsələ daim diqqət mərkəzindədir, bank sistemində və əmanət bazarında baş verən istənilən dəyişkənlik təhlil və müzakirə olunur. Gələcəkdə maliyyə bazarındakı baş verə biləcək dəyişikliklər nəzərə alınmaqla Fondun Himayəçilik Şurasında həmin həddin dəyişdirilməsi ilə bağlı məsələyə baxıla bilər".
Akşın Cahangirov ,"Kompensasiya məbləğinin maksimum həddinə gəlincə" deyərək əlavə edib: "Onun müəyyən edilməsində Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyası (IADI) tərəfindən qəbul edilmiş Əsas Prinsiplərə istinad edilir. Dünya təcrübəsinə uyğun olaraq maksimum kompensasiya məbləği əmanətçilərin minimum 80 %-ni, əmanətlərin isə məbləğ olaraq minimum 20 %-ni tam təmin etməlidir. Hazırda ölkəmizdə kompensasiya məbləği üzrə qüvvədə olan maksimum hədd əmanətçilərin 99,8 %-ni, fiziki şəxslərin ümumi əmanətlərinin isə məbləğ olaraq 41,2 %-ni tam əhatə edir".
Qeyd edək ki, 01.02.2023-cü il tarixindən etibarən fiziki şəxslərin əmanət üzrə faiz gəlirləri Vergi Məcəlləsinə əsasən 10% gəlir verigisinə cəlb olunur.
© Report
Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.
Bununla bağlı Prezident İlham Əliyev martın 15-də sərəncam imzalayıb.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Sərəncama əsasən, Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi nazirinin müavini təyin edilib.
Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.
2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, 2010-2013-cü illərdə Xəzər Universiteti Maliyyə və kredit ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı üzrə təhsil alıb.
2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis olaraq çalışıb.
2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi fəaliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb. 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib.
2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.