Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki qonağı “Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran olub.
“Bir təbrikə 45 dəqiqə vaxt sərf edirəm. Hərdən olur ki, gün ərzində 10 nəfərin doğum günü olur”, – deyə Hacı Nuran məşhur ad günü təbriklərindən danışarkən qeyd edib.
“Telefonumda 3 milyona yaxın şəkil var”, – deyən aparıcı onunla foto çəkdirənlərin ölməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib.
Daha ətraflı videoda:
“Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan istifadə ilə bağlı tarif” təsdiq edilib.
Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan istifadə ilə bağlı tarif istifadəçi adı E-imza (3 illik), ƏDV daxi olmaqla 16 manat müəyyənləşib.
Qərarla daxili idarəetmə proseslərinin elektron sistemləri üçün Data Mərkəzindən istifadə ilə bağlı tariflər də təsdiqlənib.
Qubaya yağan leysan yağışlar rayonda bir sıra fəsadlara yol açıb. Quba-Xınalıq avtomobil yoluna dağdan iri qaya parçaları qoparaq yolun hərəkət hissəsinə düşüb.
Əsasən Əlik, Haputlu, Xınalıq və Qalaxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Daha ətraflı Baku TV-nin süjetində:
“Sülh müqaviləsi hazırlandıqdan və bağlandıqdan sonra digər məsələlər, o cümlədən pensiya, pasportla təmin olunma məsələləri razılaşdırılacaq. Təbii ki, burada beynəlxalq təcrübədən istifadə olunacaq. Hətta bəzi ölkələrdə keçid dövrü praktikasından istifadə olunur ki, burada ikili vətəndaşlıq məsələsi də tətbiq olunur. Bunlar ayrıca müzakirə ediləcək və razılaşdırılacaq məsələlərdir”.
Deputat bu məsələlərdə beynəlxalq təcrübələrin olduğunu bildirib:
“Məsələn, Azərbaycanla Rusiya arasında pensiya kapitalının tanınması ilə bağlı razılıq əldə olundu. Onun mahiyyəti ondan ibarət idi ki, Rusiyada yaşayan azərbaycanlıların orada yaşadığı, işlədiyi müddətdə ödədiyi pensiya kapitalları və iş stajları nəzərə alınacaq. Məsələn, azərbaycanlı miqrant Rusiyada 20 il yaşayıb, işləyib, müəyyən ödənişləri var, amma əvvəl o şəxs Azərbaycana qayıdanda işsiz sayılırdı. Onun pensiyaya çıxması üçün əlavə 25 il işləməsi lazım idi. Amma artıq mövcud anlaşmalar və bu prosesin elktronlaşması imkan verəcək ki, həmin şəxs Azərbaycana qayıb 5 il işləməklə pensiya hüquqi əladə edə biləcək. Azərbaycanda yaşayan, işləyən ruslar da Rusiyada eyni hüquqa malik olacaq.
Sülh müqaviləsi bağladıqdan sonra Azərbaycan vətəndaşı olan ermənilərin də pensiya təminatında bu cür addımların atılması mümkündür. Amma təbii ki, bunlar razlaşdırılacaq məsələlərdir. Digər tərəfdən, bizim də Ermənistanda xeyli sayda vətəndaşlarımız yaşayıb, işləyiblər. Eyni qayda da onlar da bu təminatları verməlidir. Bütün bu razılaşmalar sistemli qaydada olmalıdır. Biz ermənilərə nə təklif ediriksə, onlar da Ermənistanda yaşamış, sonra qaçqın olmuş, bütün əmlakını, pensiya baxımından stajını itirmiş vətəndaşlarımıza da şamil olunmasına ehtiyac var”.Cəbhə.info
Donbasda rus ordusu bir neçə istiqamətdə hücuma keçməyə cəhd edib.
“Hücumlar uğursuz oldu, düşmən itkilər verərək əvvəlki mövqelərinə geri çəkildi”, – Qərargahın məlumatında bildirilib.
“İndiqo” MMC “Akkord”a məxsus şirkəti – “Körpü Tunel Tikinti” MMC-ni məhkəməyə verib.
Belə ki, “İndiqo” podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: “İndiqo” MMC daha əvvəl “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni eyni iddia ilə məhkəməyə verib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Daxili İşlər orqanlarında növbəti kadr təyinatı olub.
Qeyd edək ki, əvəllər bu vəzifəni Namidan Piriyev icra edib.
Manset.az
Dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin məhkəməsi iyunun 2-dək təxirə salınıb.
Bugünkü iclasda hakim Nino Çaxnaşvili Penitensiar Xidmətə “Empatiya” Mərkəzinin ekspertlərini Saakaşvilinin yanına buraxılması barədə göstəriş verib.
Bakı metrosunun “28 May” stansiyası yaxınlığında qorxulu anlar yaşanıb.
Yaxınlıqdakı sakinlər həmin şəxsin maaşını ala bilmədiyi üçün intihar etmək istədiyini iddia edirlər.
Bir neçə gündür, Bakı səmasında döyüş təyyarələri dövrə vurur, müxtəlif tryukları məşq edir. Uçuşlar “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində keçirilir.
Hərbi təyyarələri və onların döyüş imkanlarını müqayisə etmək üçün aşağıdakı rəqəmlərə diqqət yetirmək olar:
“MiQ-29” – Rusiya istehsalı olan yüngül cəbhə qırıcısıdır. Əsasən hava hədəflərinin məhv edilməsi üçün istifadə edilir. Lakin yer hədəflərinə qarşı idarəolunmayan raketlər də daşımaq iqtidarındadır.
Təyyarənin standart döyüş avadanlığı altı “hava-hava” tipli raketdən və 30 mm-lik QŞ-30-1 aviatopdan ibarətdir.
“MiQ-29”un maksimal sürəti 2450 km/s-dək çatır, kreyser sürəti – 850 km/s-dir. 18 kilometr hündürlüyə qədər qalxa bilir.
“NF-5” (“Freedom Fighter”) – “Canadair” şirkəti tərəfindən lisenziyalı istehsal edilən ABŞ-ın yüngül çoxhədəfli qırıcısıdır.
Maksimal sürəti – 1700 km/s, kreyser sürəti – təxminən 1000 km/s-dir. 16 kilometr hündürlüyə qədər qalxmaq iqtidarındadır.
Standart döyüş avadanlığı iki “hava-hava”, dörd “hava-yer” tipli raketlərdən, 9 100 kiloqramlıq aviabomba və 220 mm-lik hava topundan ibarətdir.
“F-16” – ABŞ istehsalı olan dördüncü nəsil yüngül çoxhədəfli qırıcıdır. Öz sinfində dünyada ən çox buraxılmış döyüş təyyarəsidir (təxminən 5000 ədəd).
Standart döyüş avadanlığı dörd “hava-hava”, iki “hava-yer” tipli raketdən, birtonluq aviabombadan və bir altılüləli aviatopdan ibarətdir.
Maksimal sürəti – 2120 km/s-dir. Uçuş hündürlüyü – 15 kilometrədəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv olunduğu üçün bu vəzifəni icra edən Əli Abdullayev artıq nazirlikdə işləmir.
Xatırladaq ki, dövlət başçısının ötən gün imzaladığı sərəncamlarla Fərid Əhmədov, Samir Məmmədov və Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin yeni müavinləri təyin ediliblər. İndiyədək digər nazir müavinləri isə Əli Abdullayev (birinci müavin), Rəhman Hümmətov və Rövşən Rüstəmov olub.
Report
Hindistandan Azərbaycana yaxın aylarda çoxlu sayda turistlərin gəlməsi gözlənilir.
Onun sözlərinə görə, Hindistandan Azərbaycana son üç ayda 3,6 min turist gəlib:
“2019-cu ildə Azərbaycana 67 min Hindistan turisti səfər etmişdi. Azərbaycan Hindistan üçün maraqlı destinasiyadır, əfsus ki, ölkələr arasında birbaşa aviareys yoxdur.
Pandemiya dövründə birbaşa aviauçuşlar həyata keçirilmədi. Ola bilər ki, bəzi aviaşirkətlər Azərbaycan tərəfi ilə birbaşa reyslərin açılması ilə bağlı danışıqlar aparıb. Aviareyslər açılsa, turist axını daha da artar. Biz ölkələr arasında birbaşa aviareyslərin açılmasında maraqlıyıq. Bu, turizmə, insanlar arasında əlaqələrin inkişafına, biznes əlaqələrinin genişləndirilməsinə xidmət edir”.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 1,9 %-i Hindistan vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 18,4 dəfə artıb.
28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür.
Bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.
Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub.
Qeyd edək ki, Kamran Əsədov şəxsi “Facebook” hesabında Şabran şəhər 1 saylı körpələr evi ilə bağlı fotolar paylaşıb. Həmin görüntüdən məlum olur ki, uşaqlar acından ağlayırlar. Bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Ekspert məsələ ilə bağlı dövlət qurumlarına müraciət etdiyini bildirib:
“Bu vəhşilikdir. Həmin məsələyə görə, Şabran rayonu təhsil şöbəsi, Təhsil Nazirliyinin bağçalara məsul olan şəxsi işdən çıxarılmalıdır. İnsanlığa sığmayan vəhşilikdir. Vicdansızlıqdır. Bu dəqiqə ürəyim partlayır”.
K.Əsədov işgəncə düşərgələrində belə uşaqlara bu qədər əzab verilmədiyini söyləyib:
“Təsəvvür edin ki, uşaqların ağlaşma səsini dinləmişəm. İşgəncə düşərgələrin də heç bu əzabı vermirlər. Bu qədər oğurluq olmaz. Bəsdirin də, camaatın balasının başına oyun açdınız. Evdə pişiyə, itə belə o peçenyeni bütöv atırıq. Bunlar 4 hissəyə bölüb, uşağa verirlər. Şərəfləri yoxdur”.
Kamran Əsədov qeyd edib ki, körpələr evinin rəhbəri birmənalı şəkildə cəzalandırılmalıdır:
“Uşaq bağçalarında oğurluq etmək olmaz. Dövlət büdcəsindən tam qida menyusu verilir. Mən bütün dövlət qurumlarına müraciət edirəm. Təhsil Nazirliyi özünü nə hesab edir?! Bu qədər yiyəsizlik olar? Dövlət bağçaları Təhsil Nazirliyinə verdi ki, vəziyyət düzəlsin. Amma daha da pisə doğru gedir”.
Balansınızı hətta xaricdə olarkən də nəzarətdə saxlamaq, internet istifadəsini yoxlamaq, yeni paket sifariş etmək və digər nömrə əməliyyatları üçün “Nar+” tətbiqi səfərinizə rahatlıq qatacaq.
Qeyd edək ki, paketlər həm səfərdən öncə, həm də səfər müddətində sifariş oluna bilər. Rouminq paketləri ilə bağlı daha ətraflı məlumatı nar.az/roaming-packages səhifəsindən əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Mayın 23-də İstanbulun Fateh bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində dünyasını dəyişən azərbaycanlı aktyor Kamran Dadaşzadə İstanbulda dəfn olunacaq.
Məlumata görə, Kamran Dadaşzadənin İstanbulda dəfni ailəsinin qərarıdır:
“23 may 2022-ci il tarixində İstanbulda yaşayan Azərbaycan vətəndaşı, 31.05.1969-cu il təvəllüdlü Kamran Fazil oğlu Dadaşzadə İstanbulun Fateh bölgəsində naməlum şəxslər arasında baş verən silahlı insident nəticəsində aldığı güllə yarasından 25.05.2022-ci il tarixində İstanbulun “Cərrahpaşa” xəstəxanasında vəfat edib. Ailə üzvləri tərəfindən verilən qərara əsasən, mərhum İstanbulda dəfn olunacaq. Mərhuma Allahdan rəhmət, yaxın və doğmalarına səbr diləyirik!”
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
Sənədə əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin 5 müavini olacaq.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsini Əli Abdullayev tuturdu.
Sosial şəbəkələrdə Şabran şəhər 1 saylı uşaq bağçasında körpələrə verilən qidalarının az və keyfiyyətsiz olduğunu əks etdirən görüntülər istifadəçilər tərəfindən tənqid olunub.
NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Şabran şəhər 1 saylı uşaq bağçasının direktoru Lalə Qədəşova bildirib ki, həmin fotolar gerçəyi əks etdirmir və böhtan xarakteri daşıyır.
Direktor bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini qeyd edib. L.Qədəşova bu qərəzli addımları atanın kimliyini də açıqlayıb:
“Bunu edən bağçanın tərbiyəçisidir. O da digər tərbiyəçiləri ətrafına toplayaraq, əleyhimə olan addımlar atır. Onlar nə qədər çalışsalar da, öz istəklərinə nail ola bilməyəcəklər. İnanmayanlar valideynlərdən, körpələrdən də xəbər ala bilər. Mən özümə, işimə arxayınam”.
Çünki bizim bağçada hər şey qayda-qanun çərçivəsindədir. Hətta Azərbaycan Qida Təhlükəsizliyinin əməkdaşı da bizim bağçada olub və qida ilə bağlı ciddi nöqsanlar aşkarlanmayıb. Ona görə də pislik etməyə çalışanlar, özlərini yormasınlar”.
Ermənistanın paytaxtı İrəvanın küçələrindən üzərində Mustafa Kamal Atatürk və Fateh Sultan Mehmetin portretləri olan yük maşını keçib.
Görüntülər sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.
Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
2.1. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra – Qayda) 2.0.6-cı yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla, on beş gün müddətində müəyyən etsin;
2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin;
2.3. vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin;
2.4. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etsin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;
3.2. Qaydanın 5.11-ci bəndində nəzərdə tutulan rəyin formasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində təsdiq etsin.