Azərbaycan Premyer Liqasının 27-ci turunun “Şamaxı” ilə səfər oyunu “Qəbələ”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, Rafael Utziq və Stefan Vukçeviç çempionatda 50-ci dəfə meydana çıxıb.

Hər iki legioner “qırmızı-qaralar”ın heyətində ötən mövsüm debüt edib. Premyer Liqada yalnız bir klubun formasını geyinməklə “100”ü yarılayan oyunçular həm ötən mövsümdə, həm cari çempionatda eyni sayda – 25 dəfə şans qazanıb.

Yubiley matçında 90 dəqiqə meydanda olan Utziq Premyer Liqadakı 50 qarşılaşmada 11 qol vurub. O, 2020/21 mövsümündə 5, 2021/22 mövsümündə 6 dəfə rəqib qapısına yol tapıb.

Şamaxıdakı görüşün 57-ci dəqiqəsində meydana daxil olan Vukçeviç yeganə qoluna ötən mövsümdə imza atıb.

27-ci turun oyununadək 30 futbolçu “Qəbələ”nin heyətində Premyer Liqada 50 və ya daha çox matç keçirmişdi. Utziq bu siyahıda 31-ci, Vukçeviç 32-ci olub.

I Divizionda 2021/2022 mövsümünün bombardirinə xüsusi hədiyyə təqdim olunub.

Sportinfo.az xəbər verir ki, yarışı zirvədə başa vurmuş “Qaradağ Lökbatan”ın hücumçusu Sabir Allahquliyev 22 qolla mövsümün ən sərrast futbolçusu seçildi.

I Divizionda "Qaradağ Lökbatan" 55 xal toplayaraq, çempion olub.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın kabo-verdeli yarımmüdafiəçisi Patrik Andrade sualları cavablandırıb.

- Çempionluğumuzu böyük "Qarabağ" ailəsi ilə birlikdə qeyd edirik. Xoşbəxtik. Ailələrimiz də buradadır. Ötən il çempionluq bizə qismət olmadı. Bu il o qədər istəkli idik ki, vaxtından əvvəl çempion olduq. Bu mövsüm üçün qarşımızdakı növbəti hədəf ölkə kubokunun finalıdır. Çalışırıq ki, orada da uğur qazanaq və kuboku əldə edək.

- "Qarabağ" ailəsində bir narahatlıq var ki, Andrade komandadan gedəcək. Bu barədə nə deyə bilərsən?

- Həqiqətən "Qarabağ" ailəsi bütün işçiləri ilə birlikdə çox böyükdür. Gələcəyimlə bağlı isə onu deyə bilərəm ki, bu yaxınlarda menecerim gələcək və klubla bu mövzu ətrafında danışacaq. Ümid edirəm ki, məsələ qısa zaman ərzində həllini tapacaq.

- Deyilənə görə, klublar tələblərin ağırdır.

- Detallara varmaq istəmirəm. Ümid edirəm ki, həm mənim üçün, həm də klub üçün uyğun olan şərtlərlə razılığa gələcəyik.

- Öz istəyin nədir? "Qarabağ"da qalmaq istəyirsən?

- Hazırda bura mənim evimdir. Mən də, ailəm də burada özümüzü çox xoşbəxt hiss edirik, hər şey ürəyimcədir. Amma gələcək barədə nəsə deyə bilmərəm. Menecerim klubla danışacaq və orada hər şey həll olunacaq.

Hazırda Rusiyanın ikinci divizionunda çıxış edən "Yessentuki"nin qapısını qoruyan Ziyadxan Məmmədov vaxtilə Azərbaycanın U-17 və U-19 yığmalarının qapısını qoruyub.

Sportinfo.az xəbər verir ki, "Neftçi", "Zirə" və "Zaqatala"da da çıxış etmiş 1995-ci il təvəllüdlü qolkiper məqsədlərindən söz açıb.

- "Yessentuki"də işlərin necə gedir? Komanda hazırda sonuncu pillədə qərarlaşdığına görə, demək olar ki, hər şey istədiyiniz kimi deyil?
- Əslində, öz işlərim pis getmir. Stabil olaraq oyunlarda oynayıram. Mənim üçün vacib olan da budur ki, klubda oyun praktikam çox olsun. Bu kluba da ona görə gəlmişəm. Çünki sonra iddialı kluba keçmək daha rahat olacaq.

- "SKA-Rostov"a qarşı keçirilən evdəki oyunda xoşagəlməz hadisələr yaşandı...
- Futbolda hakim səhvlərindən sonra belə hadisələr baş verir. Rəqibin sərxoş azarkeşləri bizi qıcıqlandırmışdı.

- Bu komandadaki perspektivini necə görürsən?
- Bir ildir ki, bu komandada oynayıram. Perspektiv görməsəm burada olmazdım. Yenə deyirəm ki, mənim üçün ən əsası praktikamın çox olmasıdı. Hazırda da özümü çox yaxşı hiss edirəm. Çünki yaxşı oyun performansındayam.

- Azərbaycandakı karyeranı necə xatırlayırsan?
-"Neftçi"nin əvəzedici heyətində oynayırdım. Əsas komandanın da heyətinə düşürdüm. Hətta adım "18 liy"ə salınırdı. Azərbaycanın U-19 yığmasında da dayanmışam. Bununla yanaşı "Zirə" birinci liqada çıxış edəndə oranın qapıçısı idim. "Zaqatala"da da oynamışdım. Azərbaycandakı karyeram yaxşı yadımdadı.

- Hazırda Rusiya 2-ci liqasında oynayırsan. Birinci divizion və ya Premyer Liqa klublarının diqqətini cəlb etmək şansın nə qədərdi?
- "Yessentuki"yə ona görə gəlmişəm ki, özümü burada yaxşı tərəfdən göstərib, daha da yaxşı kluba keçim. Birinci divizion və ya Premyer Liqa klublarına keçmək üçün ikinci liqada ən azı 30-40 oyun oynamalısan. Ki, sonradan addım-addım birinci liqaya, ya da Premyer Liqaya yüksələsən.

- Azərbaycan Premyer Liqasından klublarından necə, təkliflər almısan? Yoxsa, heç dəvət göndərən yoxdu?
- Düzü, Azərbaycanla əlaqəm yoxdu. Oradan təklif almamışam. Özümün də elə bir fikrim yoxdu. Rusiya 1-ci liqasından isə təkliflərim var.

- Əvvəllər U-17 və U-19 yığmalarında oynamısan. Yığmada birlikdə oynadığın hansı futbolçularla indi əlaqən var?
- Orxan Əliyev yaxın dostumdu. Onunla əlaqəm var, danışırıq, yazışırıq sosial şəbəkədə. Başqalarının adını isə çəkmək istəmirəm.

- Hazırda "Yessentuki"də Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında oynamış 4 futbolçu çıxış edir. Bu haqda nə deyəcəksən?
- Təbii ki, bu, sevindirici haldı. Bir millət olaraq da bir-birimizə həmişə dəstək oluruq (sportal.az).

"Azərbaycanla sülh sazişi ilə bağlı mümkün danışıqlar iki variant üzrə müzakirə edilib".

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib.

“İstər beynəlxalq aləmdə, istərsə də Ermənistanda müzakirələr gedir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin həllinə Qarabağ məsələsi də daxil edilməlidir, yoxsa ayrıca baxılmalıdır?” - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan müxalifəti Qarabağ münaqişəsinin həlli ilə bağlı gündəliyin “ayrıca məsələ” olmasını istəyir.

O, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel ilə Brüsseldə keçirilən görüşdə anklavlar məsələsi müzakirə olunmayıb.

“Azərbaycan birbaşa və ya dolayısı ilə bu məsələni qaldırır, lakin biz dedik ki, de-yure Ermənistan ərazisində Azərbaycan anklavlarının mövcudluğu qeydə alınmayıb”, - Paşinyan söyləyib.

O bəyan edib ki, Brüsseldə Qarabağla bağlı çox ciddi müzakirələr aparılıb, nəticədə Ermənistan və Azərbaycanın mövqelərində fikir ayrılığı olub:

“Bakı hesab edir ki, Qarabağ münaqişəsi həll olunub, Ermənistan hesab edir ki, həll olunmayıb. Bakı öz 5 təklifini verib, bizim də öz təklifimiz var və bunun əsasında danışıqlar aparılmalıdır”.

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Moldovaya işgüzar səfər edib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın sabiq baş katibi Kişineunun "La İzvor" parkındakı çimərlik futbolu arenasına baxış keçirib və Moldova Futbol Federasiyasının (FMF) icraçı direktoru Adrian İksari ilə görüşüb.

E.Məmmədov 27 avqust 2020-ci ildə açıldıqdan sonra idman qurğusuna baş çəkən ilk FIFA rəsmisi olub.

O və A.İksari parkdakı stadionda çimərlik futbolu və digər idman növlərinin inkişafında infrastrukturun vacibliyini vurğulayıblar. FIFA rəsmisi idman kompleksinə yüksək qiymət verib.

Arena üçün FIFA 1 milyon avro ayırıb ki, bu da stadionun tikinti xərclərinin 80 faizini təşkil edib. Habelə bildirilib ki, "La İzvor"un daxilində Kişineu meriyası ilə tərəfdaşlıq şəraitində digər idman meydançaları da inşa olunub.

Avropa Milli Assosiasiyaları Departamentinin direktoru FMF rəhbərliyinə arenanın tikintisi layihəsini yaxşı səviyyədə həyata keçirdikləri üçün təşəkkürünü bildirib.

Hazırda idman kompleksində mini-futbol, tennis, çimərlik futbolu, fitnes və uşaq meydançaları fəaliyyət göstərir.

AFFA-nın prezidenti Rövnəq Abdullayev “Alanyaspor”un prezidenti Hasan Çavuşoğlu ilə görüşüb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı AFFA ilə “Alanyaspor” arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

"Milan" əməliyyatın yaxşı keçdiyini bildirib. 40 yaşlı futbolçunun 7-8 ay oynamayacağı vurğulanıb.

Oktyabrda 41 yaşı tamam olacaq Zlatanın klubla müqaviləsi iyunun 30-na kimidir. İsveçli hücumçu A seriyasında başa çatan mövsümdə23 matçda 8 qol vurub.

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb.

Ümid Səlimovun dubl etdiyi oyunda komandamızın digər qolunu Şahin İbrahimov vurub.

Bu komandalar arasında növbəti oyun mayın 27-də keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda kiprli Panayiotis Loizidesi, ardınca isə slovakiyalı David Podsklanı məğlub edib.

Lakin o, 1/4 finalda Bosniya və Herseqovina təmsilçisi Hamza Turuljaya uduzaraq, yarışla vidalaşıb.

Bu gün tatami üzərinə çıxan digər Azərbaycan karateçilərindən yalnız Fəridə Əliyeva (+60 kq) medal qazanmaq şansını saxlayır. O, "bürünc" uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib.

Kişilərdən Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq), qadınlardan isə Alya Rzazadə (61 kq) ilə İrina Zaretska (68 kq) yarışı erkən başa vurub.

Fərdi kata yarışlarında isə Roman Heydərov ilk iki mərhələni adlasa da, medal görüşlərinə vəsiqə qazana bilməyib.

Qərbdən Ukraynaya ərazilərin verilməsi ilə bağlı çağırışlar edilib.

Bu haqda Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

“Avropada rusiyayönlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayırlar. Bu gün müəyyən siyasətçilər bizə yeni gündəm təklif edir: atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi. Qərbin nəzərində sözün əsl mənasında aşağıdakıları oxumaq olar: “Biz müharibədən əvvəlki köhnə həyat tərzini qaytarmaq istəyirik, hansısa güzəştlərlə razılaşın”, - deyə Podolyak bildirib.

Onun sözlərinə görə, Ukrayna bu müzakirədə iştirak etməyəcək.

Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda Niderland "Feyenoord"nu məğlub edən "Roma" titula sahib çıxıb.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo "canavarlar"a qələbə qazandırıb.

Bu, "Roma"nın 95 illik tarixində 2-ci, komandanın baş məşqçisi Joze Mourinyonun isə 5-ci avrokubok titulu olub. Paytaxt təmsilçisi daha əvvəl 1961-ci ildə Yarmarkalar Kubokunu əldə edib.

Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb. Mourinyo bununla 3 avrokubok turnirində titul qazanan ilk baş məşqçi olub.

Region Liqasının Naxçıvan üzrə zona yarışında mübarizə aparan “Arpaçay” sosial şəbəkə hesabında bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, bölgə çempionatını 2-ci pillədə başa vuran klub “Araz Naxçıvan“la bağlı narazılığını burada ifadə edib:

“AFFA-nın İntizam Komitəsinin 18.05.2022-ci il qərarına əsasən 15.05.2022-ci ildə baş tutan “Xan Lənkəran” – “Araz Naxçıvan” oyununun nəticəsini dəyişən səbəbdən, sizə bildiririk ki, həmin peşəkar futbolçular Region Liqasının Naxçıvan zonasında 2-ci dövrə başlayandan çıxış edirlər və hətta 1-ci dövrədən təxirə salınan oyunlarda belə iştirak ediblər.

Bu səbəbdən sizdən xahişimiz odu ki, “Araz Naxçıvan”ın oyunlarının bütün protokollarını araşdırasız (20.03.2022-də baş tutan “Araz Naxçıvan” – “Arpaçay" oyununda qapıçı Elməddin Məmmədov meydanda idi.

Amma 30.03.2022-də rəsmiləşməsi var). Doğru araşdırmadan sonra bu təsdiqini taparsa, turnir cədvəlini ikinci olaraq tamamlayan Şərurun “Arpaçay” komandası Region Liqasının yarımfinalına vəsiqə qazanmalıdır. Ədalətli qərar verəcəyinizə inanırıq”.

AFFA İntizam Komitəsi Region Liqasının yarımfinalında “Xan Lənkəran”ı 2:1 hesabıyla üstələyərək adını finala yazdıran “Araz Naxçıvan”ın nəticəsini ləğv edib və 0:3 hesablı texniki məğlubiyyət verib.

Səbəb Azər Bağırovun komandasının heyətində meydana peşəkar futbolçuların çıxmasıdır. Naxçıvan təmsilçisi 3-cü yer uğrunda oyunda “Qusar”la üz-üzə gəlib və meydandan 2:1 hesablı qələbəylə ayrılıb.

AEK (Larnaka) "Qarabağ"ın legioneri Qaspar Panadero ilə vidalaşıb.

Sportinfo.az Kipr klubunun rəsmi saytına istinadən xəbər verir ki, Larnaka təmsilçisi bu ilin yanvarında icarəyə götürdüyü ispaniyalı yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub.

25 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu Ağdam təmsilçisinə qayıdacaq.

"Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi qış fasiləsinədək cəmi 4 oyunda "köhlən atlar"ın formasını geyinib.

O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı matçda meydana çıxıb.

"Neftçi"nin Müşahidə Şurasının (MŞ) növbəti iclasının vaxtı bəlli olub.

Sportinfo.az xəbər verir ki, yığıncaq iyunun 2-nə nəzərdə tutulub.

Lakin tarixlə bağlı dəyişiklik ola bilər. Bu, yığıncaq iştirakçıları ilə bağlıdır.

İclasda "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun klubdakı taleyinə aydınlıq gələcək. Həmçinin, komandanın nəticələri və yeni mövsümlə bağlı planlar müzakirə olunacaq.

"Barselona" prezidenti Xoan Laporta Kilian Mbappenin PSJ ilə yeni müqavilə imzalamasını sərt tənqid edib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri bu müqavilənin futbolun gələcəyi üçün yaxşı hal olmadığını bildirib:

"Mbappenin PSJ-də qalmasını təmin edən müqavilə futbolun gələcəyi baxımından çox üzücüdür. Sizə arxa fonda dəstək verən bir dövlətiniz varsa, belə də olacaq.

Oyunçuları pulla qaçırırlar. PSJ ilə müqavilə imzalayanlar köləliyi qəbul edirlər. Bu, Avropa Birliyindəki bütün prinsiplərə zidd bir hərəkətdir.

"Mançester Siti" və PSJ kimi klublar bazarı məhv edirlər. Onların ardınca yeniləri də gəlir. Bizim kimi ölkələrin klublarının idarə edilməsi çox çətinləşir".

"Liverpul"un hücumçusu Mədəmməd Salah gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, misirli futbolçu Çempionlar Liqasının "Real"la keçiriləcək oyunundan əvvəl təşkil etdiyi mətbuat konfransında danışıb.

29 yaşlı oyunçu növbəti mövsüm Mersisayd təmsilçisində olacağını bildirib:

"Hazırda yalnız final matçı haqda düşünürəm. Ancaq növbəti mövsümdə "Liverpul" forması geyinəcəyimə əminəm".

Məhəmməd Salah cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı 50 qarşılaşmada 31 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

"Beşiktaş"da ayrılıq yaşanıb.

Sportinfo.az xəbər verir ki, Oğuzhan Özyakup İstanbul təmsilçisini tərk edib.

30 yaşlı yarımmüdafiəçi ayrılığı sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.

Təcrübəli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Oğuzhan Özyakup 2012-ci ildən "Beşiktaş"da çıxış edirdi. O, cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 17 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.

Slovakiyanın sabiq baş məşqçisi Pavel Hapal bir neçə gün öncə yığmadakı karyerasını bitirən Marek Hamşiklə bağlı xatirələrini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında hazırda "Trabzonspor"da çıxış edən 35 yaşlı yarımmüdafiəçinin AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisinin qapısına vurduğu baxımlı qolu yada salıb.

Azərbaycan - Slovakiya matçı qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.

O, Hamşikin sözügedən qarşılaşmada hətta dubl etdiyini bildirib:

"Ağır mövsümdən sonra əla formada idi və oyun öncəsi futbolçuları yaxşı motivasiya edirdi. Hamşik işinə ciddi yanaşan əsl peşəkar idi.

Vicdanla məşq edirdi, heç nəyi qaçırmırdı. Gənclər üçün gözəl nümunə idi".

Aftandil Hacıyevin "Səbail"dən ayrılması gündəmi zəbt etməkdədir.

Axı gənc mütəxəssislə cəmi 10 gün əvvəl yeni müqavilə imzalanmışdı.

Futbol ictimaiyyəti kimi, paytaxt klubunun üzvləri də qərardan şokdadır.

Bunu komandanın təcrübəli simalarından sayılan Əfran İsmayılovun Sportinfo.az-a açıqlamasından hiss etməmək mümkün deyil.

Sitat: "Bizim üçün çox gözlənilməz oldu. Aftandil müəllimi çox istəyirik. Neçə illərdi komamdamızdadır.

Hər bir əziyyətə, çətinliyə dözmüşdü. Hamımız buna şahidik. Bəzən 3-4 ay maaş olmurdu. Çox çətinliklər gördük.

Amma Aftandil müəllim bunun öhdəsindən gəlirdi. Düzdü, nəticələr yaxşı deyildi, amma kollektivi qoruyurdu ki, yaxşı günlər də gələcək.

Həm günlər gəldi. Hər şey yavaş-yavaş yaxşılığa doğru gedirdi. Son anda belə bir qərar verildi. 15 ildi futboldayam və çox şey görmüşəm.

Açığı, belə hal olmamışd ki, müqavilə imzalansın və 10 gün sonra fərqli qərar verilsin. Bu bir az qəribə gəldi".

İsmayılov özünün klubdakı gələcək taleyinə də toxunub: "Futbolçu kimi qalmağımı istəsələr bu barədə düşünmək olar. Hər bir işdə xeyir var. İnşallah, hər bir tərəf üçün xeyrli nədisə o olar".

XANOĞLAN

UEFA Millətlər Liqasındakı oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakıda təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.

Yığmamızın iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlar üçün ilkin olaraq hələlik 15 futbolçuya dəvət göndərilib.

Heyətdə daha çox diqqət çəkən qapı mövqeyidir. Dəvət alan hər üç qapıçı da son dönəmlər klublarında gününü ehtiyatda keçirənlərdir.

Qazaxıstan "Turan"ında çıxış edən Emil Balayev son 3 ayda cəmi 1 matçda oynamaq fürsəti qazanıb. Legioner futbolçumuz bir müddət zədədən əziyyət çəkibsə, sonrakı dönəmdə isə yeni baş məşqçi ona güvənməyib.

Digər qolkiper müqavilə ilə "Neftçi"yə məxsus olan, amma qışdan sonra "Səbail"də çıxış edən Rəşad Əzizlidir. O isə son 4 matçda cəmi 36 dəqiqə meydanda olub və zədədən yeni qayıdıb.

Digər təcrübəli sima isə Səlahət Ağayevdir. Heç də pis mövsüm keçirməyən qolkiper sadəcə son turlar limit üzündən ehtiyatda oturmalı olub.

Belə ki, "Sabah"ı çalışdırıcısı Murad Musayev limitə uyğun gələn gənc Yusif İmanova şans verməklə daha çox təcrübəli sahə oyunçuları oynatmağa üstünlük verib.

İnsafən, pis də alınmayıb. Yaxşı performansla Musayevin ümidlərini doğruldan İmanov komandanın son 9 matçından 8-də qapını qoruyub. Məğlubiyyət yaşamayan qolkiperin komandası 5 qələbəyə sevinib. Qələbələrədən üçü "quru oyun"la gerçəkləşib.

Əslində milli komanda üçün seçimlər hazırkı duruma görə aparılır. Əgər heyət açıqlanan ərəfədə kim güclüdürsə, o da dəvət almalıdır. Amma göründüyü kimi, dəvət daha çox haqq edən və böyük gələcəyi görünən İmanov gənclər millisinə, günü zədələrlə və ehtiyatda keçənlər isə əsas milliyə çağrılıb. Bu da baş məşqçi Canni De Biyazinin əndərabadi qərarlarından növbətisi.

XANOĞLAN İMANOV