Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski xəbər verir: "Məlumatlarımıza görə, euslar yüksək dəqiqlikli silah ehtiyatlarının təxminən 60%-i artıq istifadə edib. Bəzi növlər üçün, bu göstərici hətta 70%-dir. Bu məslədə orduda müəyyən normativ hədd var. Və bu həddi qorumaq lazımdır. Bu baxımdan bəzi silah növləri üçün o cümlədən "İsgəndər"lər üçün bu həddə çatıblar. Bu vəziyyət Rusiya Federasiyası üçün təhlükə yaradır. Çünki Rusiya ehtiyatlarını vaxtilə Sovet İttifaqında olduğu kimi tez doldura bilmir. Onların bu cür imkanları və dəqiq idarə olunan silahların sürətli istehsalı yoxdur".
Skibitskinin fikrincə, buna həm də iqtisadi və siyasi sanksiyalar mane olur ki, bu da indi xaricdə istehsal olunan komponentlərin aktiv genişmiqyaslı istifadəsinə imkan vermir: "Onlar bu cür silahlardan istifadə taktikasını dəyişiblər. Əvvəllər obyektə qarşı iki və ya dörd raket istifadə olunurdusa, indi obyekt, hədəf dəqiq seçilir".
Aytən Əlizadə
visiontv.az
Tədbir dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.
Giriş nitqi ilə şəhid ailələrini və qonaqları salamlayan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında vurğuladı ki, “Hər bir xalq, hər bir dövlət üçün onun dövlətçilik ənənələrinin davamlı olması, müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması tarixin istənilən dövründə ən önəmli məsələlərdən biri olmuşdur. Azərbaycan xalqı da dünyada öz tarixini, dövlətçilik ənənələrini, milli şüur və qəhrəmanlığını hər zaman qoruyan, tarixin bütün dövrlərində dövlətini, xalqını qorumaq üçün neçə-neçə qəhrəmanlar yetişdirən xalqlardan biridir. Dövlətin və xalqın çətin günlərində arxalandığı, köməyinə yetişəcəyindən əmin olduğu qəhrəmanlar vardır. 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatlarının aparılmasının çətin olduğu Qarabağ kimi bir ərazinin düşməndən azad olunması Azərbaycan əsgərinin şücaətinin və fədakarlığının göstəricisidir. Təəsüf ki, döyüşdə əldə olunan uğurlar şəhidsiz və ağrı-acısız olmur. Məhz Vətən müharibəsi şəhidlərinin, qazilərinin, əsgərlərimizin sonsuz qəhrəmanlıqları sayəsində Azərbaycan bayrağı Qarabağda, Şuşada dalğalanır. Bizə tarixi qələbəni bəxş edən şəhidlərimizin əziz xatirəsi hər zaman əziz tutulacaq və əbədiyyən qəlblərdə yaşayacaqdır”
Növbəti çıxış edən Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qəhrəman oğullarımızın göstərdikləri şücaətdən söhbət açaraq, Qarabağın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların canı, qanı bahasına azad olunan ərazilərdə ağacəkmə aksiyalarının keçirilməsinin işğala məruz qalan ərazilərdə təbiətimizin bərpası üçün əhəmiyyətini vurğuladı. Xüsusilə düşməndən azad olunmuş yurdumuzda aparılan işlər zamanı həmişə diqqətə alınan bu mövzu dövlətin şəhidlərimizin xatirəsinə verdiyi dəyərin və diqqətin göstəricisidir. Bu işlərdən biri də Fövqaladə Hallar Nazirliyi əməkdaşlarının və şəhid ailələrinin iştirakı ilə işğaldan azad olunmuş ərazilərimizdə hər bir şəhidimizin adına ağacların əkilməsidir.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva çıxışında bildirdi ki, “Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan oğullarımız bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Qələbə üğrunda həlak olan oğul və qızlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır”.
Sonda tədbirdə iştirak edən şəhid ailələri ölkə başçısına onlara göstərilən diqqət və qayğiya görə təşəkkürünü bildirdilər və Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarının Həmkarlar İttifaqı tərəfindən işğaldan azad olunan ərazilərimizdə əkilməsi üçün ağacların ianə olunmasını təsdiq edən sertifikatlar şəhid ailələrinin üzvlərinə təqdim olundu.
Visiontv.az
Çünki Putin lap son günlərə qədər yanlış olaraq elə zənn edirdi ki, şəxsən onun özünün moderatorluğu olmadan Azərbaycanla Ermənistan arasında guya, heç bir sülh flan mümkün deyil və bölgədə sabitlik, əməkdaşlıq da yalnız Rusiyanın vasitəçiliyi ilə baş tuta bilər.
Ancaq usta diplomat Şarl Mişel sonuncu Brüssel görüşündən sonra açıq-aydın surətdə Putinə yerini göstərdi və başa saldı ki, "xeyr, cənab Putin, siz yanılırsınız, sizin sülhə nail olmaq üçün fürsətiniz vardı, lakin siz bunu bacarmadınız. Odur ki, bundan sonra Cənubi Qafqazda sülhün əldə edilməsi prosesi təkcə Rusiyanın monopoliyasında ola bilməz, artıq biz də varıq və biz bu işi daha yaxşı bacararıq".
Və son iki gündə baş verən sürətli proseslərin məntiqi nəticəsi onu göstərir ki, Şarl Mişelin təmsil etdiyi rəsmi Brüssel (Aİ-nin siyasi paytaxtı) sülhyaratma missiyasını həqiqətən də rəsmi Moskvadan daha yaxşı bacarır.
Belə ki, Brüssel görüşündən dərhal sonra (mayın 23-də) həm Ermənistan, həm də Azərbaycan sərhədlərin delimitasiyası üzrə komissiya yaratdı və bunun ardınca bu gün (mayın 24-ü) hər iki ölkənin sözügedən sərhəd komissiyalarının nümayəndələri Ermənistan-Azərbaycan sərhədində görüşüb detallı müzakirələr apardılar, delimitasiya və digər məsələlər üzrə komissiyalar çərçivəsində işləməyə hazır olduqlarını təsdiq etdilər.
Bax, buna deyərlər real iş.
Bəli, bu artıq ilkin real nəticə deməkdir. Və bu nəticəni 44 günlük müharibənin bitməsindən ötən iki ilə yaxın müddət ərzində Putin də əldə edə bilərdi. Lakin Putinin neomperialist təfəkkürü ona mane oldu. Adam iki ilə yaxındır ki, 10 noyabr razılaşmasının icrasını müxtəlif süni vasitələrlə yubadırdı.
Lakin Putin Ukraynaya qarşı başlatdığı işğalçı müharibə ilə özünü də, ölkəsini də "tələ"yə saldı. Və qarşısında güclü Qərbi, toparlanmış NATO-nu, birləşmiş Avropanı gördü.
Artıq 100-cü gününə yaxınlaşmaqda olan Rusiya-Ukrayna müharibəsi dünyanın düzənini, geosiyasi mənzərəsini kökündən dəyişdi və Qərbin, Avropa İttifaqının (Aİ) əlini gücləndirdi.
Və budur, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qərbin siyasi təmsilçisi kimi siyasi səhnəyə çıxıb Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına vasitəçilik üçün qəti mövqeyini, iradəsini ortaya qoyur.
İlkin nəticə də artıq göz qabağındadır.
İndi azərbaycanlı ekspertlərdən fərqli olaraq rusiyalı ekspertlərin bəziləri "xeyr, Brüssel görüşü Moskvada qısqanclıq yaratmır", deyə pərtliklərini gizlətməyə çalışsalar da belə, ancaq əsl həqiqətdə isə onlar da çox istərdilər ki, Moskva bu təşəbbbüsü əldən verməsin.
Lakin nə etməli, günahkar Moskvanın özüdür.
Moskva ötən iki il ərzində tərəflər arasında çox böyük müvəffəqiyyətlə mediatorluq edə bilərdi.
Ancaq etmədi, edə bilmədi, etmək istəmədi. Nə öz "sülhməramlı"larının nəzarəti altında olan Qarabağdan erməni terrorçularını və hərbçilərini çıxarmadı, nə sərhədlərin delimitasiyasına şərait yaratmadı, nə Zəngəzur dəhlizinin açılması üçün iradə ortaya qoymadı, nədəki ikitərəfli sülh danışıqlarına imkan vermədi. İndi də durub qısqanclıq edir.
İmperiya xislətinin nəticəsi bax budur.
P.S.
Yeri gəlmişkən, Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ilk görüşünə münasibət bildirib və sosial şəbəkə hesabında bunları yazıb: “Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və vəziyyətin sabitliyinin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram".
Bəybala Mirzəyev
visiontv.az
Rusiyanın hazırkı situasiyada parçalanması, respublikaların müstəqilliyi beynəlxalq təhlükəsizliyi təhdid və ciddi qlobal böhrana yol aça bilər.
Rusiyanın Ukraynada apardığı müharibə məhz onun fövqəl dövlət statusu almaqla post-sovet məkanını tam nəzarətə almaq planıdır. ABŞ, Böyük Britaniya başda olmaqla Qərb növbəti səhvi etməyəcək və Kremli ciddi şəkildə zəiflədəcəklər. Rusiyanın daxilində respublikaların müstəqilliyi isə, yeni qurulacaq nizamdan sonra, yarana biləcək böhran fonunda baş tuta bilər. Hazırkı mərhələdə və yaxın perspektivdə bu mümkün deyil. Qərb bunu istəmir.
Məhəmməd Əsədullazadə
visiontv.az
Bu barədə Estoniyanın müdafiə naziri Kalle Laanet bildirib.
Estoniya müdafiə departamentinin rəhbəri vurğulayıb ki, Qərb liderləri hazırda Ukraynanın Rusiya Federasiyasına qarşı müharibədə qələbə çalacağına əmindirlər: "Əgər bütün Qərb müttəfiqləri deyirlərsə ki, Ukrayna bu müharibədə qalib gəlməlidir, o zaman mənim üçün sual budur ki, biz nəyi gözləyirik? Bunun üçün biz Ukraynanya kifayət qədər müsir silah sistemi verməli və onları idarə edənlərə təlim keçməliyik. Yəni, bu yolla müharibəni mümkün qədər tez bitirmək lazımdır. Diplomatiya ilə yox, rusları Ukrayna ərazisindən qovmaqla”.
O, əlavə edib ki, Ukrayna xalqı müqavimət və döyüş ruhu nümayiş etdirib və bu, onlara rus işğalçıları üzərində üstünlük əldə etməyə kömək edib.
Əli Əliyev
visiontv.az
O, bildirib ki, Rusiya gəmilərin keçməsi üçün humanitar dəhliz verməyə hazırdır. Bu barədə TASS agentliyi xəbər verir.
Rudenkonun sözlərinə görə, “ərzaq probleminin həlli kompleks yanaşma tələb edir, o cümlədən Rusiyanın ixracına və maliyyə əməliyyatlarına tətbiq edilən sanksiyaların aradan qaldırılması”.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi iddia edir ki, Rusiya mülki gəmilər üçün dəniz zolaqlarını həyata keçirməsi üçün Ukrayna Qara dənizin minalardan təmizlənməsi ilə məşğul olmalıdır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Rusiya Federasiyasının taxıl tədarükünün əngəllənməsindən və bu səbəbdən mümkün aclığından şantaj üçün istifadə etməsi ilə bağlı bəyanatını şərh edən Rudenko deyib ki, “Rusiya tərəfi bütün problemləri sülh yolu ilə həllinə səy göstərən hər kəslə, hər zaman dialoqa hazırdır".
Əli Əliyev
visiontv.az
Bu yaxınlarda BMT-nin qlobal ərzaq böhranı haqqında məruzəsinə əsasən, ərzaq böhranı ilə əlaqədar əsas qidalanma və təcili yardıma möhtac olan insanların sayı 193 milyon nəfərdir.Onu da qeyd etmək lazımdır ki, qlobal istiləşmə ilə bağlı quraqlıq xüsusilə Afrikada ərzaq istehsalını ciddi şəkildə təhlükə altına qoyub.
Müxtəlif səbəblərdən qlobal ərzaq təchizatı ilə bağlı problemlər yaşandığı dönəmdə bir sıra ölkələrin proteksionist davranışları vəziyyətdən çıxışı çətinləşdirir. Məsələn, ilin əvvəlindən, Rusiya-Ukrayna müharibəsi hələ başlamamış ÇİN-in 2021-ci ildə dünya taxılının yarısını tədarük etdiyi üzə çıxdı.Bu davranışın 2022-ci il ərzində davam etdiyi müşahidə olunur. İlin sonuna Çin qarğıdalı, düyü və buğda kimi əsas ərzaq məhsullarının əhəmiyyətli hissəsini öz rezervlərinə toplayacaq.
Eyni şəkildə, Hindistan bu yaxınlarda buğda ixracının qadağan etdiyini elan etdi və bunu qiymətlərin artması, pis hava şəraiti və təchizat problemləri ilə əsaslandırdı. Rusiya-Ukrayna müharibəsinin başlanmasından bu yana 23 ölkə ixraca qadağa qoyub ki, bu da ümumi ərzaq ticarətinin 10 % bərabərdir.
Dünyanın əhali sayına görə dünyanın iki ən böyük ölkəsinin reaksiyası, əslində ərzaq təhlükəsizliyi məsələsinin koronavirus epidemiyasından və müharibədən asılı olmayaraq, daha geniş nöqteyi-nəzərdən nəzərdən keçirildiyini göstərir. Xüsusilə dünyanın ən sıx əhalisi olan ÇİN bunu çoxdan rəsmi siyasət kimi həyata keçirir. ÇİNin əsas deyimi belədir: “fincan dolu düyünü əlimizdə möhkəm saxlamalıyıq”. ÇİN ərzaq təhlükəsizliyi siyasətinin əsas elementlərindən biri müxtəlif ölkələrdə, əsasən Afrikada torpaqları icarəyə götürüb istehsal prosessinin təşkil edilməsidir.
Artıq dünya ölkələri arasında fiziki sərhədlər yalnız ölkə ərazisini müəyyən edir. Ayrı-ayrılıqda ölkələr fəaliyyət göstərə bilirlər və onlar bir-birində daha sıx şəkildə asılıdırlar.
Zamanla ölkələr bir-birilərinə ərazilərə görə müharibə edirdilər, daha sonra bu enerji müharibələrinə çevrildi, yaxın gələcəyin əsas müharibələri isə qida və su uğrunda olacaq.
Aqil Məmmədov
visiontv.az
Hikkəli buludların dava ehtirası gözlərini elə tutmuşdu, göyün bir güncünə çəkilən nazlı ağ pəmpəcə gözəllərin tir-tir əsən vicudları görünməz olmuşdu. Zərif ağ bulud topaları nə baş verdiyini anlamırdı. Qısqanclıqdan toqquşub parça-parça olan qara buludlar ölümü həvəslə qucaqlayır, yalnız o vaxt anlayırdılar ki, ağca buludlardan biri üçün duelə çıxdıqları daha güclü rəqib onları göz yaşına çevirib göylərdən yerə səpələnməyə məcbur edib. Bəxtsiz buz parçalarını rüzgarlar hara gəldi atırdı. Ağacların budaqlarına, evlərin damına. Məğlublar üçün nə külək, nə ildırım yas tuturdu. Selə çevrilib dərələrdə guruldayan haraylarını belə qayalar boğmağa cəhd edirdi.
Quşlar oxuyur, kəpənəklər uçuşurdu. Kim bilir bəlkə də bir-birlərini anladacaq öz dillərində gecəki vahimənin dəhşətindən söhbət açırdılar. Ya da bəxtləri gətrib sağ qaldıqlarından məmnunca sevinclərini bölüşürdülər.
-Gülüm, buralarda gecə təbiətin nəyi vardısa qarışmışdı bir-birinə. Külək, şimşək, dolu, leysan
- fırtına olub? - deyə təəccüblü səs telefonun səs gücləndirici funksiyası işə salınıbmış kimi ucadan səsləndi. Sonra isə yavaşcadan:
-Sözə bax ee fıtına. Nə maraqlı sözdü, kim fikirləşib tapıb bu adı, fırtına
-Nə bilim kim tapıb, hər gün onsuz da mənə fırtınadır da
-Necə yəni?
- Bilmirəm ki…heç nədən dava-qırğın qoparırsan, bu da olur mənim fırtınam
-Mən durca yerə dava edirəm də, eləmi?
- Sən mənim canım, gecəki təbiət vahiməsindən yata bilməmişəm, bu gün üsyan etmə. Yaxşı? Mən qorxuram. O fırtına dediyin var ha onun əslini sən düzüb-qoşursan. Təbiətdəki nədir ki… əsdi, coşdu qurtardı getdi
- Da sənsən da. Bu gün qoy sülh günü olsun. Bir də ki, mən dəli ha deyiləm öz başımdan coşam. Bir səbəblər olur ki, qırğına çıxırıq da. Sənin sözlərin…
- Bax söz verdin ha!! Bu gün müharibəsiz ötüşəcəyik
- Him. Birdən ikiyə səbəbsiz…
-Sənə qurban, sənin könlün olanda yerin altından, göyün yeddinci qatından bəhanə tapırsan. Bax iki gün əvvəl nədi-nədi sənə dedim ki, mənim iri damlalı yağışdan xoşum gəlir. Dərhal yapışdın ki, damla sözünü xüsusi intonasiya ilə dedin. Niyə? Bəlkə Damla adlı tanış xanım düşdü yadına.
-Sənə nə var
-Yaxşı sən allah başlama görək. Bu gün neynəsən sənə əsas verməyəcəm küsməyə. Çünki sən küsəndə dünya başıma fırlanır.
Onun diqqətini yağışdan boynun əymiş yalançı sünbülün üstündəki prabüzən çəkdi. Gözəlliyini duymamaq mümkün deyildi. İlk ağlına gələn şəkilini çəkmək oldu. Sonra ehtiyatla əlinə götürüb, ürəyində arzu tutdu.
-Sənə nə oldu. Nə pauza verdin. Kimlə söhbət edirsən?
-Kimlə söhbət edəcəm ki..
Bax, şəklinə. Parabüzəndi. Əlimə götürüb, ürəyimdə arzu tutdum. Dedim ki, uç-uç uzaqlara. Mənim dualarımı çatdır allaha. De ki, qovuşmaq istəyirəm həsrətlimə
-Mənlə qovuşmağı nəzərdə tutursan?
- Dəli, başqa kimə qovuşasıyam ki?
- Düzün de mənlə?
-Əlbəttə canım mənim - deyə o sevincək telefonu daha da çox üzünə sıxdı. Sanki telefondan gələn səsi öpürmüş kimi pıçıltı ilə əlavə etdi:
Səndən başqa bir kimsəm yoxdu
- Sən qəsdən mənlə qovuşmaq arzunu duaya çevrib bu qanadları zərif olan parabüzənə yükləmisən. Bilə -bilə ki, olsa-olsa üç-beş metr uçacaq sonra ya yaralanıb məhv olacaq, ya da hansısa quş dimdiyində yeyiləcək onla bərabər arzun da.
-Ay allah!! Mən nə etdim yenə?
- Heç nə etmədin ki, allah bilir bəlkə də parabüzənin qanadlarındakı xallar sənə kimi xatırladıb
- Fırtına
-Nə? Yağış yağır?
-Yox
-Külək əsir?
-Yox
Şimşək çaxır?
-Yox
- Bəs bunun harası fırtına oldu?
Pərviz Yəhyalı
visiontv.az
Tarixə nəzər salsaq, bir daha şahidi olarıq ki, eyni kökə malik Türkiyə və Azərbaycan dövlətlərinin münasibətləri heç də rəvan olmayıb. İki qardaş xalqın əlaqələrini üst səviyyəyə daşımaq, bu əlaqələri daha güclü bağlarla möhkəmləndirmək gerçəkləşməyib. Tarixin müəyyən zamanlarına istinad edib, bunun müxtəlif səbəbləri üzərində dayanmaq mümkündür. Fəqət mənzərənin daha aydın olması üçün müstəqilliyini yenidən bərpa edən Azərbaycanın Türkiyə ilə bu dövrdəki münasibətlərinə baxmaq daha düzgün olardı. Bu baxımdan Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın mətbuata verdiyi sonuncu açıqlama iki ölkə arasındakı əlaqələrin haradan- hara gəlib çıxdığı reallığını daha dəqiq şəkildə yada salır:“Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi”.
Binəli Yıldırımın Elçibəyin müsahibələrinin birində vurğuladığı fikri indiki münasibətlər fonunda daha aydın formada gündəmə gətirməsi heç də təsadüfi deyil. Deyilənlər bəlkə də çoxlarına inandırıcı görünməyə bilər, lakin bu, tarixin acı reallığıdır. Kimlərsə təsəvvür belə etmək istəmir ki, vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilməyib. Bunun səbəbləri üzərində dayansaq, hər iki tərəfdə suç tapmaq üçün fikirlər yürütmək mümkündür.
Binəli Yıldırımın fikirlərinə bu günümüzün reallığı ilə yanaşmalı, tarixi unutmamalı və nəticə çıxarmalıyıq. İndi Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyənin yanındadır. 44 günlük Vətən müharibəsində ölkəmizə ən böyük mənəvi dəstəyi Türkiyə verdi, Prezident Ərdoğan qətiyyətli mövqe ortaya qoydu, qardaş ölkənin mətbuatı Azərbaycanın haqq savaşını hər saat, hər qəqiqə gündəmdə saxladı. Ötən il Türkiyədə meşə yanğınları zamanı Azərbaycan hər hansı təklif, müraciət gözləmədən eyni formada, dərhal qardaş ölkənin yanında durdu, problemi özününkü bildi. Son illər belə nümunələr artmaqdadır və beynəlxalq tədbirlərdə də iki qardaş xalqın bir-birinin maraqlarını qoruması ilə bağlı faktlar hamıya məlumdur.
Binəli Yıldırımın açıqlaması ilk növbədə onu isbat edir ki, hər iki dövlətin Liderinin qətiyyəti, cəsarəri və şəxsi münasibətləri əlaqələrin güclənməsində müstəsna rola malikdir. Burada təkcə dövlətlərin qardaş xalq olmaları faktı yetərli deyil. Dünyada nə qədər nümunələr var ki, ayrı-ayrı dövlətlərin xalqları eyni kökdən gəlsələr də münasibətləri ya yaxşı deyil, ya da daha pisdir. Rusiya-Ukrayna arasında baş verənlər bunun ən bariz nümunəsidir...
Hazırda Azərbaycan və Türkiyə münasibətləri tarixdə ilk dəfədir ki, öz hədəfinə çatıb və bütün dünya iki ölkənin simasında əsl qardaşlıq nümunəsini izləməkdədir. İki ölkə arasında eyni soydan, dindən, dildən olan bağlılıq düzgün siyasət nəticəsində siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilərək ən üst məqama daşınıb. Bu BİRLİYİN, BİR olmanın müəllifləri Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Bu gün təkcə Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsinə qaldırılmayıb. Hər iki Lider qardaş xalqların gələcəkdə hansı yolla, hansı amallarla, hədəflərlə yürüməsi üçün yol xəritəsi ortaya qoymaqda, yeni-yeni nümunələr yaratmaqdadırlar. Bu xüsusda azadlığına qovuşan Şuşada Prezidentlərin imzladığı “Şuşa Bəyannaməsi”nin hər bir bəndi iki qardaş xalqın keçmişini, bu gününü ifadə edən, gələcəkdə hansı hədəflər uğrunda fəaliyyət göstərməyi əks etdirən ən üstün tarixi sənəddir. Ulu öndər Heydər Əliyevin zamanında Türkiyə ilə təməli qoyulan güclü iqtisadi əlaqələr, enerji layihələri ilə bağlılıq sonrakı dönəmdə yeni-yeni layihələrlə inkişaf etdirilib və “Şuşa Bəyannaməsi” kimi tarixi və siyasi çəkisi ölçüyəgəlməz gəlməz olan sənədlə əbədiləşib.
Beləliklə, bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Xoş olmayan prosesləri qürurverici, Türk xalqlarının ruhunu özün qaytaran münasibətlər əvəzləyib. Bu gün meydanda Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi, istənilən təzyiqə müqavimət göstərməyi, gələcəyə birgə yürüməyi bacaran güclü dövlətlər var...
Elman Babayev
visiontv.az
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiya formatında ilk görüşü erməni mediasında geniş müzakirə olunur. Bu müzəkirələrdə diqqəti cəlb edən məqamlardan biri, dövlət komissiyalarına rəhbərlik edən şəxslərlə bağlıdır.
Erməni mediasının qənaətinə görə, Ermənistan tərəfinin yaratdığı komssiyanın üzvlərini heç kim tanımır. Yalnız Mher Qriqoryanın adı Ermənistan cəmiyyətinə “nə isə deyir”.
Azərbaycanın yaratdığı dövlət komssiyasının rəhbərinə və üzvlərinə gəldikdə isə, erməni mediası rəsmi Bakının hər şeyi detallı şəkildə hesabladığını düşünür. Ermənilərin qənətinə görə, Şahin Mustafayevin Azərbaycanın yaratdığı dövlət komssiyasına rəhbərlik etməsi, artıq Bakının prosesdə üstünlük qazanması deməkdir. Sitat: “Kimdir Şahin Mustafayev? Şahin Mustafayev Ermənistanın Barana (Noyanberyan) rayonunun Cucevan kəndində anadan olub. Noyanberyan orta ümumtəhsil məktəbini qızıl medalla bitirib. Daha sonra İrəvan Xalq təsərrüfatı institutunda təhsilini davam etdirib. CivilNet 2014-cü ildə Cucevanda olub və Şahin Mustafayev haqqında film çəkib. Filmdə həmkəndliləri, məktəb yoldaşları, müəllimləri Şahin Mustafayevdən söz açıblar. Müəllimləri Şahinin erməni ədəbiyyatı və tarixindən əla qiymətlər aldığını bildiriblər və hətta bu qiymətlərin olduğu jurnalı da göstəriblər.
...Deyirlər ki, Mustafayevin anası qonşu ermənilərlə çox nadir hallarda ünsiyyətdə olub. Bu da onun xarakterində millətçi cizgilərin özünü daha qabarıq şəkildə büruzə verdiyini göstərir.
... İndi Mher Qriqoryan və komissiyanın üzvləri Şahin Mustafayevlə danışıqlar aparanda erməni dilində bir-biri ilə fikir mübadiləsi apara bilməyəcəklər, əks halda Azərbaycan baş nazirinin müavini onları başa düşəcək. Qriqoryan Ermənsitanda doğulan, burada əla qiymətlərlə orta məktəbi bitirən və hətta ali təhsil alan bir azərbaycanlı məmurla danışıqlar aparmalı olacaq. Şahin Mustafayev Tavuşun sərhəd kəndlərindəki hər daşı tanıyır, erməni psixologiyası ilə yaxşı tanışdır, erməni dilini, tarixini, ədəbiyyatını mükəmməl bilir. Sual olunur, ixtisca hüquqşünas olan və yüksək dövlət vəzifəsinə bank sistemindən “uçub gələn” Mher Qriqoryan dövlət idarəçiliyinin pillələrini addım-addım keçərək baş nazirin müavini vəzifəsinə yüksəlmiş Şahin Mustafayevlə necə danışıqlar aparacaq? Ermənistan tərəfini təmsil edən komissiyada Şahin Mustafayevlə danışıqlar apara biləcək kimsə yoxdur...”.
Göründüyü kimi məğlubiyyət və natamamlıq kompleksi erməni mediasının və siyasətçilərinin gözünü elə qorxudub ki, kölgələrindən belə çəkinirlər. Təhtəlşüur olaraq, delimitasiya prosesində, həmçinin sülh müqaviləsinin ayrı-ayrı istiqamətlərinin müəyyənləşdiriləcəyi zaman kəsiyində, öz təxəyyüllərində saxta məlumatlar əsasında formalaşdırdıqları “sərhədlər”in silinəcəyini, iddialarının yerlə bir olacağını, qalib Azərbaycanın gerçəkliyə söykənən mövqeyi ilə barışmaq məcburiyyətində qalacaqlarını başa düşürlər, amma qəbul və etiraf bilmirlər. Və bu səbəbdən də məğlubiyyətlərini əsaslandırmaq üçün bəhanə axtarışına çıxmaq və yenə də özlərini aldatmaq yolunu seçirlər. Guya Şahin Mustafayev erməni dilini bilməsəydi, nə dəyişəcəkdi ki? Bütün hallarda komissiyaların toplantılarında, protokola uyğun olaraq tərcüməçilər iştirak edirlər. Və yaxud ermənilər komissiyaların iclası zamanı bir-biriləri ilə erməni dilində danışıb nə edəcəkdilər? Deyəsən 30 ildə danışdıqlarına 44 gündə son qoyulduğunu xatırlamırlar və yaxud qorxu sindromu onları şizofreniya həddinə çatdlrmasın deyə, bu barədə düşünmək istəmirlər.
Bir də ki, bu ermənilərin “ağıllı millət” olduqlarını kim sırıyıb bizə? Müharibədən öncə ağıllarının harada olduqlarını bilmirəm, amma müharibədən sonra, belə anlaşılır ki, olmalı olduğu yerdən çox-çox aşağıya yuvarlanıb.
Azərbaycanda məşhir bir el məsəli var: “Erməni qan gördü”. Amma bu QAN o qandan deyil. Bu bədbəxtlər Qazanılmış Ağıl Natamamlığı (QAN) sindromuna yoluxublar...
Elçin Mirzəbəyli
visiontv.az
Əvvəla, bu cür müqayisələr qüsurludur. Şəxsiyyətin yaşadığı tarixi-siyasi zaman və məkan var, şəxsiyyətin miqyası və missiyası var. Putinin nə zaman və məkan, nə də miqyası müqayisə olunduğu şəxsiyyətlərlə uyğun gəlir. Zaman və məkan məsələsi aydındır, XXI əsr XX əsrdən tamam fərqli bir dünyadır. Burda müasir silahlar yox, qabaqcıl texnologiyalar danışır, burda adamlar, xalqlar yox, pullar, kapitallar yarışır. Odur ki, keçək şəxsiyyətin miqyası və missiyası məsələsinə...
Putindən fərqli olaraq, Hitler və Stalin ideya adamı olublar, pis-yaxşı, amal uğrunda vuruşublar, “yorğan davası” aparmayıblar. Əvvəl Hitlerdən başlayaq, sonra Stalindən danışarıq. Deməli, Hitler “alman nasizmi” ideyası, demokratik seçkilər yolu ilə, 30-cu illərdə Almaniyada hakimiyyətə gəlib. Sizə təəccüblü gəlməsin, Hitlerə, onun partiyasına 30 milyon alman səs verib. Hitlerin “Mübarizəsi”ni oxuyanlar bilir, bu adam başdan ayağa millətçi (nasist) olub. Amma millətçiliyin, yəni nasizmin faşizmə keçməsi bir ayrı müsibətdir, və Hitlerin faciəsini tam xarakterizə edir.
Burda mən mətləbə dəxli var deyə, mətləbdən uzaqlaşmaq, nasizm və faşizm anlayışlarına aydınlıq gətirmək istəyirəm. Nasizm millətçilikdir və özlüyündə normal bir şeydir. Yəni, “mənim millətim bütün millətlərdən yaxşıdır, ucadır” deməkdir. Millətçilik kommunistlərdən və cinayət aləmindən başqa, bütün liderlərə və millətlərə xas olan müsbət keyfiyyətdir. Məsələn, Mustafa Kamal Atatürk də qatı millətçi olub və onun “Türkün türkdən başqa dostu yoxdur” kəlamı da bunu göstərir. Amma nasizmin faşizmə keçməsi, yalnız liderlər üçün yox, bütöv millətlər, bəşər üçün faciədir. Faşizm “mənim millətim bütün millətlərdən yaxşıdır” şüarı ilə kifayətlənmir, “mənim millətim ali millətdir, nəyin bahasına olursa-olsun, bütün millətlərə ağalıq etməlidir” deyir. Məlum olduğu kimi, Hitler də nasizmlə kifayətlənməyib, faşizm isə, onu məhv edib.
Əvvəldə danışdığımız kimi, Stalin də ideya adamıdır. Amma nə nasist, nə də faşist deyil, təpədən dırnağa kimi kommunistdir. Bu adam ona “gürcü” deyəndə əsəbiləşirmiş ki, “mən kommunistəm, kommunistin milləti olmur”. Əslində, Stalin də, Hitler kimi Hapoleon fenomenidir. Yəni kasıb ailədən çıxan adi bir oğlan yalnız öz ağlı, qabiliyyəti və siyasəti sayəsində hakimiyyət zirvəsinə yüksəlir və dünyanın üçdən birinə nəzarət edir. Hələ dünyanın bəxti gətirir ki, Stalin Trotskinin “Permanent inqilab” ideyasını dəstəkləmir, “Kommunizmin bir ölkədə qələbəsi” ideyasının arxasınca gedir.
Məlum olduğu kimi, permanent, yəni dünya inqilabı ideyası Engelsə və Marksa məxsusdu və kommunizmin bütün dünyada eyni zamanda qələbə çalmasını nəzərdə tuturdu. Lenin isə, kommunizmin ayrıca götürülmüş bir bir ölkədə qələbəsinin mümkünlüyündə israr edirdi və faktiki olaraq, Rusiyada həyata keçirmişdi. Stalin də Leninin tələbəsi idi, onun arxasınca gedir və Rusiya ilə kifayətlənir. Əgər Trotskinin fikrini dəstəkləsəydi və Rusiya inqilabını bütün dünyaya yaymaq istəsəydi, yeni bir dünya faciəsi, bəlkə də müharibəsi qaçılmaz olacaqdı... Stalin isə, dünyanı daha bir faciədən qurtardı, Hitler faşizminin məhv edilməsində və kökünün kəsilməsində aparıcı rollardan birini oynadı...
Dostlar, Putinin şəxsiyyəti və hakimiyyətə necə gəlməsi barədı mən II yazımda ətraflı məlumat verəcəyəm. İndi yalnız onu deyə bilərəm ki, nə miqyası, nə də missiyası müqayisə olunduğu şəxsiyyətlərə - Hitlerə və Syalinə uyğun gəlir. O, başına təsadüfən “hakimiyyət quşu” qonan, sıradan bir adamdır. Nə siyasi ideya, nə milli maraqlar, nə də mənəvi dəyərlər uğrunda mübarizə aparır. Onun davası yorğan davasıdır... Dünyaca məşhur ictimai-siyasi xadim Mixail Xodorkovski də deyir ki, Putin nə nasistdir, nə faşistdir, nə də kommunistdir, sadəcə olaraq, banditdir...
Qalib ARİF
visiontv.az
Visiontv.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar diləyir, Azərbaycana və onun xalqına daha böyük tərəqqi, həmrəylik və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələrimizin inkişaf etməsini arzulayıram.
Xahiş edirəm, ən xoş arzularımı qəbul edin".
Visiontv.az xəbər verir ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkyənin “Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.
Unikal rəqəmsal platformada qurulan bu layihə cəmi bir il ərzində türkdilli ölkələrin qabaqcıl media qurumlarını bir araya gətirib. Layihədə artıq Özbəkistanın "UzA" Milli İnformasiya Agentliyi, Qazaxıstanın "Kazinform" Dövlət İnformasiya Agentliyi , Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyi və Türkmənistan Xarici İşlər Nazirliyi iştirak edir. "Türk Dünyası" (Turkic.World) media platforması Azərbaycan, türk, qırğız, türkmən, qazax, özbək dillərində fəaliyyət göstərir. Eyni zamanda layihə iştirakçıları öz xəbərlərini həm də ingilis və rus dillərində yayımlaya bilərlər. Rəqəmsal platformanın mobil versiyası da mövcuddur.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mediasının inkişafına yönəlmiş səyləri nəticəsində bu gün kütləvi informasiya vasitələri böyük inkişaf yolu keçib. Azərbaycan mediasının müasir standartlara uyğun olaraq inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qayğısı və diqqəti ilə mümkün olub. Azərbaycan mediasının yeni inkişaf mərhələsinin məhsulu olan "Türk Dünyası" (Turkic.World) media platforması keçən il İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır.
TURKİC.World
Visiontv.az xəbər verir ki, Bayraktarı uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov müşayiət edib.
Bayraktarın uçduğu MİQ-29 “Baykar” şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI TİHA ilə paralel uçuş həyata keçirib.
azpost.info
Bu barədə telemarafonda Luqansk vilayətinin rəhbəri Sergey Qayday deyib: "Ruslar tükənir. Onlar da hamı kimi güllə keçirirlər. Yeganə odur ki, onların sayı çoxdur. Bizim döyüşçülərimiz onların tarakanlar kimi bütün çatlardan dırmaşdıqları üçün sadəcə şoka düşüblər. Amma düşünürəm ki, növbəti həftə, çox ciddi bir həftə olacaq".
Region rəhbərinin sözlərinə görə, artıq Severodonetsk şəhərinin kənarında döyüşlər gedir: "Severodonetskin atəşə tutulması intensivləşib. ,əhər daim Qradlar, Tornadolar, artilleriya və hava bombaları ilə atəşə tutulur. Rus qoşunları artıq kifayət qədər yaxınlaşıblar. Ona görə də onlar artıq minaatanlardan da şəhəri atəşə tuta bilirlər. Şəhər gecə-gündüz mühafizə olunur. Vəziyyət çox ağırfıt. Dünən döyüşlər artıq şəhərin kənarında gedirdi ".
Qaydayın sözlərinə görə, Putin nəyin bahasına olursa-olsun Luqansk bölgəsini almağı qarşısına məqsəd qoyub, ona görə də bütün istiqamətlərdən qoşun yeridir.
“Mariupol, Xarkov, hətta Donetsk vilayətinin bir hissəsi bütün Luqansk vilayətini zəbt etmək üçün ələ keçirilib”.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Luqansk vilayətini tutmaq üçün 12 mindən çox hərbçi cəlb etdiyi məlum olmuşdu.
Aytən Əlizadə
visiontv.az
Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu İsraildə rəsmi səfərdə olan Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu israilli həmkarı Yair Lapid ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Çavuşoğlu deyib:
“Türkiyə və İsrail qarşılıqlı ticarətlə məşğul olan ölkələridir. Ötən il ticarət dövriyyəmiz 8 milyard dolları ötüb. Bu ilin birinci rübündə göstəricilər müsbətdir. İxracatda da rekordlar var. Biz iqtisadi əməkdaşlığı artırmaq əzmindəyik.
İsraillilərin Türkiyəni nə qədər sevdiyini qeyd etdiniz. Müsbət gündəm üzərində işləmək də bizə münaqişələri konstruktiv şəkildə idarə etməyə kömək edə bilər. Biz bir çox sahələrdə əlaqələrimizə yeni enerji gətirmək və bundan sonra fərqli mexanizmlər yaratmaq barədə razılığa gəldik.
Fərqlərimizə baxmayaraq, davamlı dialoq faydalı olacaq. Biz inanırıq ki, BMT parametrləri çərçivəsində iki dövlətli həll davamlı sülh üçün yeganə həll yoludur. Qalıcı sülhü görmək istəyirik.”
İlahə Əliyeva
Bu barədə Macarıstanın Ukraynadakı səfirliyinin Facebook-dakı bəyanatında bildirilir:
“Ukraynada gedən müharibə və Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət, qonşu ölkədəki silahlı münaqişə və ya humanitar fəlakət zamanı hökumətə qaçqınlara yardım, dəstək, mənzillə təmin etmək, habelə zərərli iqtisadi təsirlərin qarşısını almaq üçün daha geniş səlahiyyət verir. Və daha aktiv fəailiyyət göstərmək üçün bütün lazımi vasitələrə malik olur”, - bəyanatda deyilir.
Əli Əliyev
visiontv.az
Visiontv.az xəbər verir ki, təbrik məktubunda bildirilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına şəxsən öz adımdan və Kraliça adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası daha güclü iqtisadi tərəqqiyə nail olacaqdır.
Məmnuniyyətlə qeyd edirik ki, Malayziya ilə Azərbaycan arasında səmimi münasibətlər bundan sonra da davam edəcəkdir. Ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlığın xalqlarımızın rifahı naminə daha da möhkəmlənməsini arzu edirik.
Allah-Taala Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına, onun xalqına sülh və firavanlıq bəxş etsin".
Visiontv.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Bu, çox ağır addım idi. Amma bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir”, - deyə nazir qeyd edib.
Report
RİA Novosti xəbər verir ki, bu barədə mayın 25-də xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.
Onun sözlərinə görə, Ukrayna əsgərlərinin əsir götürülmüş rus hərbiçilərlər, o cümlədən Ukraynada mülki vətəndaşı öldürməkdə təqsirli bilinən rus hərbçisi Vadim Şişimarinlə mübadiləsi barədə danışmaq hələ tezdir.
Rudenko onu da əlavə edib ki, bu məsələ ukraynalı döyüşçülərinin “məhkəmsindən və hökmün çıxarılmasından” sonra müzakirə olunacaq.
Əli Əliyev
visiontv.az
“Azərişıq”dan Visiontv.az-a verilən məlumata görə, həyata keçirilən investisiya layihəsi çərçivəsində Şamaxının ucqar dağ kəndləri olan Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
Yenidənqurma nəticəsində 25 abonenti olan Səfalı kəndində 1 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 3 km-a yaxın 10 kV-luq, 1 km-dan çox 0,4 kV-luq eleketrik xətti yenilənib.
Şamaxının Kərkənc kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 144 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 18 km-a yaxın 10 kV-luq, 5 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdirilib.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunub.
Şamaxının Səfalı və Kərkənc kəndləri ilə yanaşı, rayonun Mədrəsə qəsəbəsi, Zarat Xeybəri və Ərçiman kəndlərində də yenidəqurma işləri başa çatıb. Ümumilikdə 900-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.