1 dəqiqə meydanda olmayan "Qarabağ"ın oyunçusu niyə cərimələyib?

"Sumqayıt" - "Qarabağ" matçının AFFA nümayəndəsi Eldəniz Musayevin təqdim etdiyi raportda qonaq komandanın futbolçusu Uroş Matiçin köynəyində adının Azərbaycan əlifbası ilə yazılmadığı barədə məlumat qeyd edilmişdi. Musayev həmin informasiyanı mətbuatdan götürüb. Formadakı hərf bizim əlifbaya aid olmadığı üçün geyim haqqında qaydalar kobud şəkildə pozulub".

Bu fikirləri AFFA İntizam Koməsinin (İK) sədri Erkin Hüseynov Uroş Matiçin formasındakı soyadı səhv yazıldığı üçün "Qarabağ"ın cərimələnməsi barədə danışarkən deyib.

Qərardan narazı qalan "Qarabağ" AFFA Apellyasiya Arbraj Tribunalına müraciət ünvanlayıb. Klub həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmayıb.

Məsələyə aydınlıq gətirən Hüseynov bildirib ki, İK mətbuatda, televiziyada və sosial şəbəkələrdə futbola aid hər hansı neqativ hadisəyə reaksiya vermək, araşdırma aparmaq və qanunamüvafiq qərar vermək hüququna malikdir: "Mətbuatda, oyuna çıxmadığı halda, klubun nəyə görə cərimələnməsi sualı ortaya çıxıb. Suala cavab olaraq bildirim ki, nümayəndənin verdiyi məlumat əsas götürülərək, komə tərəfindən araşdırılma aparılıb və məlum olub ki, Matiç başqa oyunlarda da meydana bu forma ilə çıxıb. O, hakimlərin və nümayəndələrin gözündən yayınaraq, geyim qaydalarını kobud şəkildə pozub. "Qarabağ" isə bu faktla bağlı vaxtında heç bir tədbir görməyib. Buna oyun zamanı çəkilən fotolar da əyani sübutdur. Onun başqa şəkillərini də tapmışıq. Ona görə də klub cərimələnib".

Qeyd edək ki, Uroş Matiçin "Sumqayıt"a qarşı Azərbaycan Premyer Liqasının XVI tur matçı (0:0) zamanı forma nömrəsində soyadı Azərbaycan əlifbası ilə yazılmadığı üçün "Qarabağ"a 3 000 manat cərimə kəsilib/Report.

0
276
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar