22 APREL HƏSƏN ƏBLUCUN DOĞULDUĞU GÜNDÜR

Unutmayaq, unutdurmayaq!

22 aprel (1942 Təbriz-1994 Bakı) aktyor, rejissor, bədii qiraət ustası və pedaqoq Həsən Abbasqulu oğlu Əblucun doğulduğu gündür.

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbrizdə anadan olub. 1947-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. Politexnik İnstitutunun birinci kursunu bitirdikdən sonra Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsində təhsilini davam etdirib.

40-a yaxın filmdə çəkilib, Dram Teatrında və Gənc Tamaşaçılar Teatrında tamaşalar qoyub, Mədəniyyət və İncəsənət Universitetində səhnə mədəniyyətindən dərs deyib.

Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb
Unudulmaz sənətkar 13 mart 1994-cü ildə vəfat edib.

Allah rəhmət eləsin.

 

0
377
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar