4 futbolçu ilə yollar ayrıldı, 8-i qərar gözləyir

"Qalatasaray"da baş məşqçi Fatih Terimin taleyinin bəlli olmaması klubun transfer planlarını alt-üst edib.

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisində 12 futbolçunun müqaviləsi başa çatır. "Sarı-qırmızılar"da icarə əsasında çıxış edən Halil Dervişoğlu, Gedson Fernandeş, Marselo Saraççi və Oqenekaro Etebo ilə yollar ayrılıb.

Digər tərəfdən, icarəyə götürülmüş Henri Onyekurunun "sonradan uzadıla bilməsi şərti ilə" maddəsindən istifadə edilib-edilməyəcəyi bəlli deyil.

Komandada Arda Turan, Rayan Donk, Ömər Bayram, Martin Linnes, Şener Özbayraklı, Emre Akbaba və Emre Taşdemirin sözləşmələri mayın 31-də bitir. Bu futbolçuların da hər hansı biri ilə bağlı qərar verilməyib.

"Qalatasaray" çempionatın sonunda "Beşiktaş" qədər - 84 xal toplasa da, top fərqinə görə çempionluğu əldən verib.
 
Sport7.az
0
86
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar