ABŞ-ın 800 xüsusi təyinatlısı Rusiya sərhədində

“Swift Response” təlimləri çərçivəsində təxminən 800 amerikalı paraşütçü Estoniyada Rusiya sərhədi yaxınlığına enib.

Təlim çərçivəsində ABŞ ordusunun 82-ci hava-desant diviziyasının xüsusi təyinatlıları Estoniya üzərində təyyarələrdən atlayıblar.

ABŞ Quru Qoşunlarının Avropadakı komandanlığı manevrlərdə Britaniya Ordusunun 16-cı Hava Təhlükəsizliyi Briqadasının əsgərlərinin də iştirak etdiyini bildirib.

Təlimlər həqiqi döyüş vəziyyətinə yaxın şəraitdə aparılıb.

0
506
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar