Hazırda bir çox insanlar beynində, başında sanki küy, səs olduğundan şikayətlənir.

Otolarinqoloq Vladimir Zayçev qulaqlarda cingilti və səs-küyün mümkün səbəblərini sadalayıb.
"Medicina" xəbər verir ki, bunların arasında birinci yeri stress, yüklənmə və beyin xəstəlikləri tutur.

Həkim qeyd edib ki, qulaqlarda tez-tez səs-küyün eşidilməsi qan təzyiqinin kəskin artması və ya əksinə, düşməsi ilə izah olunur.

Mütəxəssis əlavə edib ki, bu əlamətlər güclü əsəb və psixoloji gərginlik, stress, həddən çox işləməklə də əlaqədar ola bilər.

Bundan əlavə, beyin xəstəlikləri, o cümlədən beyin xərçəngi diaqnozu qoyulan xəstələrdə də yaranır.

Azərbaycanda sovet dövründə nəşr edilmiş rayon qəzetlərində maraqlı faktlara rast gəlmək mümkündür.

Lent.az-ın xəbərinıə görə, belə qəzetlərdən biri də “Nuxa işçisi”dir.

Qəzetin 1936-cı ilə aid nömrəsində şəhərin əsas yeməkxanasındakı “biabırçılıqlar” (Azərbaycan dilində belə bir söz yoxdur, doğru variant “biabırlıq”dır – müəl.) tənqid edilir.

Qəzet yazır ki, yeməklər o qədər keyfiyyətsizdir ki, heç danışmağa dəyməz. Kotlet yağda qızardılmaq əvəzinə, suda bişirilir. Yeməkxanada preyskurant yoxdur, 4 manatlıq yemək 6 manata satılır, natəmizlik hökm sürür. Aşxana müdiri Yelena isə heç kimə məhəl qoymur.

Görəsən bu məqalədən sonra yeməkxana işçiləri gedər-gəlməzə yola salınmayıbmı? Axı təqvimdə 1936-cı ildir!

Türkiyənin Qəhrəmanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib.

Lent.az-ın xəbərinə görə, bu barədə NTV məlumat yayıb. Ərazidə afterşoklar davam edir.

Polşa mart ayından etibarən Rusiya ilə sərhəddə elektron sərhəd çəkməyə başlayacaq.

Lent.az xəbər verir ki, bunu Polşa Sərhəd Mühafizəsinin mətbuat xidmətinin rəhbəri Anna Mixalskaya deyib.

"Kalininqrad vilayəti ilə sərhəddə elektron səddin tikintisinə martda başlanılması planlaşdırılır. Kalininqrad vilayəti ilə ərazidəki elektron sistem quru sərhədinin təxminən 200 kilometrində işləyəcək. Elektron sədd sensorlar və kameralar sistemidir ki, onun sayəsində hava şəraitindən asılı olmayaraq, sərhəddə qalmadan əraziyə 24 saat nəzarət etmək mümkündür", - deyə A.Mixalskaya bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Polşa-Rusiya sərhədində tikanlı məftilli maneə quraşdırılıb.

Böyük Britaniyanın Surrey qraflığında Epsom Kollecinin ərazisində təhsil ocağının rəhbəri, həyat yoldaşı və 7 yaşlı övladı ölü tapılıb.

“Report” xəbər verir ki, bu barədə Surrey qraflığının polisi açıqlama yayıb.

Press-relizə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kollecin ərazisində uşaq daxil olmaqla 3 nəfərin meyitini aşkarlayıblar:

“Surrey polisi təsdiq edə bilər ki, aşkarlanan meyitlər Epsom Kollecinin rəhbəri 45 yaşlı Emma Pattison, onun 7 yaşlı qızı Letti və 39 yaşlı əri Corca məxsusdur”.

Hadisənin başvermə səbəbləri araşdırılır.

"Kraliçe" serialının aktyor heyəti bəlli olmağa başlayıb.

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, ekran işində Özgün Karaman rol alacaq.

Qeyd edək ki, baş rollarını Burcu Özberklə Gökhan Alkanın canlandıracağı serial "Kanal D" kanalında yayımlanacaq.

Kanada rəhbərliyi cinayətlə mübarizədə Haiti hökumətinə kömək etmək üçün “CP-140 Aurora” kəşfiyyat təyyarəsindən istifadə etmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qurum qeyd edib ki, təyyarə Latın Amerikası ölkəsinin hakimiyyət orqanlarının xahişi ilə “Kanadanın Haitidə banda fəaliyyətini dayandırmaq səylərini dəstəkləmək və Kanadanın Haiti xalqına sadiqliyini nümayiş etdirmək üçün” istifadə edilib.

“CP-140 Aurora” kəşfiyyat məlumatları toplayacaq və müşahidə aparacaq. Müdafiə Nazirliyi kəşfiyyat təyyarəsinin Haitiyə nə qədər müddətə göndərildiyini açıqlamayıb.

Hər hansı bir bədən funksiyasının itirilməsi insultdan əvvəl baş verir.

Lent.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə tanınmış nevroloq İqor Matsokin məlumat verib.

Nevroloq xatırladıb ki, insult beyin funksiyasının pozulduğu klinik sindromdur. Səbəb tromboz və ya emboliya səbəbiylə qan dövranı çatışmazlığıdır. Matsokinə görə insultdan əvvəl hər hansı bir bədən funksiyasının itirilməsi baş verir. Xüsusilə, həkim bu cür pozğunluqlar kimi ətraflarda hissiyyat itkisini qeyd edib.

Bildirib ki, əgər qolda və ya ayaqda zəiflik, üzün asimmetriyası yaranıbsa, insanın danışması çətinləşirsə, dərhal təcili yardım çağırmağa dəyər. Eyni zamanda, nevropatoloqun fikrincə, insult tez-tez ateroskleroz və ya ürək xəstəliklərinin ağırlaşmasına çevrilir.

Daha əvvəl məlumat verilmişdi ki, həkimlər insult əlamətlərini dəqiq müəyyən edən proqram hazırlayıblar.

Son şərhlər