Avropanı silkələyəcək SKANDAL: Almaniya Rusiyadan silah alırmış! - ABŞ isə...

Türkiyənin Rusiyadan S-400 satın alması ABŞ, Fransa, Almaniya kimi ölkələr tərəfindən sərt qarşılanarkən Almaniya donanmasına aid dənizaltı gəmilərin Rusiyadan alınmış naviqasiya cihazları ilə təchiz olunduğu üzə çıxıb.

Avropa.info xəbər verir ki, belə sensasion xəbər ilə Almaniyada çox oxunan həftəlik "Bild am Sonntag" qəzeti çıxış edib.

Qəzetin manşetindən verdiyi xəbərə görə, Almaniya donanması Baltik dənizindəki dənizaltı gəmilərində Rusiya istehsalı olan radar və naviqasiyalardan istifadə edir. "Bild am Sonntag" qəzeti Rusiya istehsalı olan bu cihazların hərbi təhlükəsizlik standartına uyğun olmadığını bildirib.

Alman qəzetinin yazdığına görə, Rusiyadan naviqasiya və radar sistemləri hazırkı baş nazir Angela Merkeldən öncəki baş nazir Şröyderin dövründə alınıb.

Qəzetə danışan adının çəkilməsini istəməyən Almaniya donamasının bir hərbçisi, "əlbəttə topladığımız məlumatların oğurlanmasından narahatıq, məsələn xarici kəşfiyyat ələ keçirə bilər" deyib.

"Bild am Sonntag" qəzeti 2020-ci ilin yayında bir raport hazırlandığını və həmin raportda Almaniya donanmanın naviqasiya sisteminin xarici ölkələrin cəsusluq və sabotajına açıq olduğunun bildirildiyini qeyd edib.

"Həmin raportda ehtimal olunan bir haker hücumu ilə birlikdə naviqasiya məlumatlarının xarici ölkələrin əlinə keçəcəyi, ən pis halda isə gəminin işləyə bilməyəcək bir hala gələcəyi bildirilib", deyə alman qəzeti yazıb.

Qeyd edək ki, ABŞ NATO müttəfiqi Türkiyəyə havadan müdafiə sistemi satmadığı üçün, Ankara Rusiyadan S-400 sistemləri aldı. Bu səbəbdən də ABŞ, Fransa, Almaniya kimi ölkələr Türkiyəyə iqtisadi təzyiqlər edirlər. Lakin, indi məlum olur ki NATO üzvü olan Almaniya on illərdir özü Rusiyadan silah alır.

0
863
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar