ABŞ-ın sabiq prezident müşaviri Rusiyadan vətəndaşlıq istədi - Kreml cavab verdi

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın SSRİ üzrə müşaviri Suzan Massi Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.
Yeniavaz.com “Ria Novosti”yə istinadla xəbər verir ki, müraciətdə Suzan Massi Rusiya vətəndaşı olmaq istədiyini bildirib:
“Uzun illər ABŞ və Rusiyanı bir-birinə yaxınlaşdırmaq üçün səylər göstərmişəm. Rusiya pasportuna sahib olmaq mənim üçün şərəfdir. Rusiyada qalmaq və işlərimə davam etmək istəyirəm”.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə bu mövzuda müəyyən prosedurların olduğunu və ətraflı məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Suzan Massi ABŞ və Rusiya arasında “soyuq müharibəni dayandıran qadın" adlandırılır.

0
89
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar