ABŞ-lı senatorlar: "Qəzzada baş verənlər amansızlıqdır"

Demokratlar partiyasının bir neçə senatoru ABŞ prezidenti Co Baydenə İsraillə əlaqədar etirazlarını bildiriblər.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Konqrensinin tanınmış üzvlərindən olan senator Berni Sanders öz “Tvitter” hesabında İsrail və Fələstin arasında baş verənlərin təcili dayandırılmasını istəyib:
“Qəzzada baş verənlər amansızlıqdır. Təcili atəşkəs tələb etməliyik. Fələstinlilərin və israillilərin ölümünə son qoymalıyıq. İsrailə illik 4 milyard dollarlıq yardım edirik. Bu yardımdan hüquq pozuntularını dəstəkləmək üçün istifadə etmək olmaz”.
Partiyanın digər üzvləri də baş verənlərdən narahat olduqlarını bildiriblər. Vəziyyətin gərginləşməsində İsraili və baş nazir Bünyamin Netanyahunu günahlandırıblar.

0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar