ABŞ onlara 86 milyon dollar ayırır

ABŞ Prezidenti Co Bayden administrasiyası 1200 miqrant ailəsinin otellərdə yerləşdirilməsi üçün 86 milyon dollar vəsait ayırıb.

Azərforum xəbər verir ki, bu barədə “Axios” portalına məlumatlı mənbələr bildirib.

Vəsait ABŞ-Meksika sərhədini keçən miqrantlar üçün nəzərdə tutulub. Proqramı reallaşdırmaq üçün “Endeavors” qeyri-kommersiya təşkilatına tapşırılıb. KİV-in verdiyi məlumata görə, otellər Arizona və Texas ştatlarındakı sərhəd bölgələrində yerləşir.

Nəşr vurğulayır ki, xidmət artan miqrant sayının öhdəsindən gələ bilməyəcək. Qeyd edilir ki, ənənəvi icazə mərkəzlərindən fərqli olaraq otellər təhlükəsizlik qaydalarına daha az riayət edir.

Bu, ABŞ hökumətinin miqrantları yerləşdirmək üçün otellərdən istifadə etməsi ilə bağlı ilk hal deyil. 2020-ci ildə orada böyüklər olmadan sərhədi keçən yeniyetmələr qalmışdı.

0
1722
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar