Adı "Neftçi"ylə hallanan Hondanın dodaquçuqladan maaş istəyi

"Sabah" klubunun keçmiş idman direktoru, futbol eksperti Emin Abbasov Keysuke Hondanın 2019-cu ildə Azərbaycan klubuna fantastik qiymətə təklif olunduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "Feysbuk" səhifəsində paylaşım edən Abbasov Hondanın 15 milyon avro maaş istədiyini bildirib.

"Biri deyir, Honda "Neftçi"yə lazımdır, o biri deyir, sönmüş ulduzdu bu. Bir başqası zarafata salır ki, "Neftçi"yə çempion olmaq üçün Honda yox, BMW lazımdır və s. Bütün bu söz-söhbətlər burulğanında əksəriyyət nədənsə, məsələni incələmək istəmir. Honda indi hansı formadadır, hansı pula gəlməyə razıdır, ona xərclənəcək pulu klubun marketinqi dirildə bilərmi, "Neftçi"nin məşqçisi necə baxır bu transferə və başqa nüanslar... Maraq üçün deyim ki, Honda 2019-cu ildə "Melburn"dan ayrılanda mənə təklif olunmuşdu - 15 milyon avroya!"

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi ilə "ağ-qaralar"ın yaxın vaxtlarda müqavilə imzalanacağı gözlənilir.

0
442
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar