Ağdam təhsilini "kor qoyan" Məhəmməd Aslanov kimdir?

Təhsil millətimizin gələcəyidir. Təəssüflər olsun ki, bunu bugünki dövrdə Ağdam Təhsili üçün deyə bilmərik.

Düzdür, Ağdamda Təhsil işini gözəl bilən insanlar var və zamanın bütün dövrlərində də olub. Ancaq inanmıram ki, gələcəkdə belə insanlar olsun və Ağdam təhsilini inkişaf etdirsin.

Buna səbəb bir adamın fikrinin Ağdam təhsilində önəmli olmasıdır. Kimdir bu insan?

Aztəhsil.com-un redaksiyasına daxil olan məlumata görə, vaxtilə rayonda İdman və Gənclər idarəsinin rəisi olmuş, idarəetmə qabiliyyəti olmadığına görə burdan qovulmuş, sonra isə məcburi qaydada rayonun Dördyol qəsəbəsində yerləşən 118 saylı məktəbində ingilis dili müəllimi "işləmiş”, sonralar bunu da bacarmayan və Access bankda işləyib nəhayətdə oradan da qovulan Məhəmməd Aslanov.

2015-ci ilin fevral ayında Rahil Allahverdiyevin köməkliyi ilə və müəyyən miqdarda rüşvət hesabına Rayon Təhsil şöbəsinin müdirəsi Elmira Şükürovanın əmri ilə Təhsil Şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmişdir.

Təhsil işini bilməyən M.Aslanovun tabeliyində olan ümumtəhsil məktəblərində özbaşınalıq baş alıb getmişdir. E.Şükürovanın yaxın adamına çevrilən Aslanovun tabeliyində olan məktəblərdə şagird alqı-satqısı başlamış və lazım olmadan artıq siniflər açılmış, küllü miqdarda pul vəsaiti boşuna xərclənmişdir. Sonradan Rahil Allahverdiyevin yaxın adamına çevrilmiş bu şəxsin köməkliyi ilə xeyli müəllim təyinatı rayonun başqa-başqa məktəblərinə verilmişdir. Bunu çox məhəratlə icra edən M.Aslanovun iş təcrübəsi Təhsil Şöbəsinə yeni təyin olunan Mətanət Misirxanovanın da işinə yaramışdır. Hətta M.Misirxanova Aslanovu 2016-cı ilin fevral ayında məzuniyyətdə ola-ola ezamiyyətə göndərmiş və onun adına ezamiyyə pulu alaraq ona vermişdir.

2016-cı ilin fevral-mart aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili Nəzarət xidmətinə işə qəbul olunan M.Aslanov səlahiyyətindən istifadə edərək Ağdam Təhsilində ağalıq etməyə başladı. Özünə yaxın direktorları himayə edən, özünə sərf etməyən direktorları isə incidən, hətta onalara şər, böhtan atan M.Aslanov bu işləri indi də uğurla həyata keçirməkdədir. Direktorlarla kifayətlənməyən Aslanov, əsl ziyalılara da böhtan atır və onlarda dövlətə və dövlətçiliyə, həmçinin Təhsil Nazirliyinə qarşı mənfi fikir formalaşdırır.

Səlahiyyət həddini aşan M.Aslanov Təhsil Nazirliyi cənab Mikayıl Cabbarovun əmrlərini kobud şəkildə pozmuşdur. Beləki Ağdam rayon Təhsil Şöbəsinin müdiri M.Misirxanova ilə birləşib MİQ-da iştirak edib 8,10,15 bal toplayan müəllimlərin işə qəbuluna yaxından kömək etmişdir.

Rayonda himayə etdiyi məktəblərdə vəziyyət cox acınacaqlı hal almışdır. Hətta bu məktəblərin direktorları rayon təhsil şöbəsini tanımır və saymır. Eləcə də həmin məktəblərə təhsil şöbəsindən heç kim gedə bilməz və məktəb sənədlərini yoxlaya bilməz. Rayonda 2,4,5,8,9,18,22,24,26,107,109, Əvətli, Evoğlu 93,95 və s.adı çəkilməyən məktəblərdə özbaşınalıq pik həddə çatıb. Rayon Təhsil şöbəsinin məsləhətçilərinin həyat yoldaşlarının məktəbləri hesab olunan 5 və 146 saylı məktəblərdə şagird sayı süni şəkildə artırılıb.Adı çəkilən məktəblərdə ümumiyyətlə, X-XI siniflərdə nə şagird var, nə də bu siniflərdə fənnlər tədris edilir.

M.Aslanovun himayə etdiyi və cib məktəbi olan 72 saylı məktəb əslində Mingəçevir şəhərində Turbaza ərazisində fəaliyyət göstərməli olduğu halda, hal-hazırda köçkünlər üçün salınmış yeni qəsəbədə 52 saylı məktəbin binasında fəaliyyət göstərir. Onu da bildirək ki, həmin məktəbin binasında 47 saylı məktəb də fəaliyyət göstərir. Bu məktəbdə özbaşınalıq o həddə çatıb ki, 6 saatdan sonra ümumiyyətlə dərs keçilmir. Bunun üçün müəllimlərdən yığılan pul vəsaiti direktorun yaxın adamı, təhsil şöbəsində işləyən İsmayıl adlı şəxsin köməkliyi ilə M.Aslanova çatdırılır. Həmin binada ikinci növbədə dərsə başlayan 72 saylı məktəbdə həftədə altı gün dərs aparılmalı olduğu halda M.Aslanovun göz yuması hesabına 6 gün məktəbdə dərs umumiyyətlə keçirilmir. Məktəb direktoru müəllimlərdən pul vəsaiti toplayıb ilin əvvəlində bunun üçün M.Aslanova verir və bunu pedaqoji kollektivdə də açıq şəkildə bildirir.

M.Aslanovun yaxın qohumlarından olan 26 saylı məktəbin direktoru Sevinc adlanan şəxs məktəbin direktoru olmaqla bərabər, həm də Mingəçevir şəhərində yerləşən 11 saylı məktəbdə rus dili müəllimi işləmiş və əmək qanun vericiliyini kobud şəkildə pozmuşdur. Bu hala göz yuman M.Aslanov Sevinc müəllimin köməyi ilə məktəbdə lobarant işləyən Könül Məmmədovanı 2016-cı ildə məktəbə qeyri-qanuni olaraq müəllim təyin etdirmişdir. Bunun üçün isə Təhsil Şöbəsinin müdirinə təzyiqini əsirgəməmişdir. Müəllim əmri olmayan K.Məmmədovanın illərlə aldığı əmək haqqını ona” bağışlamışdır”.

M.Aslanovun yaxın adamı olan, hal-hazırda saxta diplomlarla 26 saylı məktəbdə psixoloq işləyən Ceyhunə Şəfiyeva Bakıda ali məktəblərin birində əyani təhsil alır, aylarla məktəbdə olmur. Bu faktı bilən Aslanov onu gizlədir. Bakı şəhərində fəaliyyət göstərən, 28 saylı məktəbin rəhbərliyi M.Aslanovun adamı olan Sevinc Bayramovaya hər ay müəyyən miqdarda pul verərək təhsil müəssisəsini qoruyub saxlayır. Bu məktəbdə şagird sayı 200-dən yuxarı olsa da təhsil müəssisəsi direktorun həyətyanı müəssisəsində dar otaqlarda fəaliyyət göstərir. Məktəbdə M.Aslanovun köməyi ilə vakant iş yerləri gizlədilir.

Oğuz meşəsində fəaliyyət göstərən rayonun 108 saylı məktəbini onun tapşırığı ilə heç kim tanımır. Məktəb rəhbərliyi M.Aslanova arxeyin olaraq Təhsil Şöbəsinə gəlmir və Təhsil Şöbəsinin rəhbərliyini tanımır. Beyləqan rayonunun Haramı düzündə yerləşən 138 saylı məktəbi idarə edən Əvəz adlı şəxs ixtisasca müəllim deyil, qeyri-qanuni olaraq məktəbi idarə edir. Traktor idarə edən Əvəz müəllim aylarla məktəbə getmir. Bu faktı bilən M.Aslanov faktın üstünü çox məharətlə örtür. Ağcabədi rayonunun Bayat kəndində yerləşən 114 saylı məktəbində işləyən müəllimlər demək olar ki, tədrisə mütamadi davam etmir. Çünki, müəllimlərin hamısı bu məktəbdə əlavə iş yeri olaraq işləyirlər. Məktəbdə vakant direktor vəzifəsi M.Aslanovun tapşırığı ilə keçən təhsil ili gizlədilmişdir. Ümumiyyətlə, təhsil şöbəsinin müdiri ilə əlbir olan M. Aslanov rayonda vakant sayılan direktor vəzifələrini, həmçinin müəllimlər üçün iş yerlərini gizlətmişdir.

Aztəhsil.com

0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar