AİBA boksçuların dünya çempionatının keçiriləcəyi vaxt dəqiqləşib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan Boks Federasiyasından (ABF) aldığımız məlumata görə, bu il Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında keçirilməsi nəzərdə tutulan dünya çempionatının tarixi dəqiqləşib. Bununla bağlı məlumat AİBA-nın (Beynəlxalq Həvəskar Boks Federasiyası) rəsmi saytında açıqlanıb. Məlumatda bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar çətin durum olsa da, boksun inkişafı davam etdirilməlidir. Bu səbəbdən də AİBA mundialın oktyabrın 26-da start götürüb və noyabrın 6-da başa çatdırılması ilə əlaqədar qərar qebul edib. Mundialda Azərbaycan boksçuları da iştirak edəcəklər.

Xatırladaq ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub. 2023-cü ildə keçirilməsi nəzərdə tutulan analoji yarışa isə Özbəkistanın paytaxtı Daşkənd təşkilatçılıq edəcək.

İNTİQAM Məmmədov

0
36
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar