"Alban kilsəsinə məxsus dini və tarixi əsərlər ermənilər tərəfindən məhv edilib"- Müsahibə

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, “Qafqaz Albaniyası Xristian Abidələrinin Arxeoloji Tədqiqi Ekspedisiyasının rəhbəri” Natiq Alışovun Yenisabah.az-a müsahibəsi:

- Bəlkə əvvəlcə bir qədər uzaq tarixə ekskursiya edək. Azərbaycanda xristianlığın yaranması və yayılması hansı dövrə təsadüf edir?

- Xristianlıq I əsrdə yaranaraq dünyəvi dinlərdən biri olmuşdur. 56-cı ildə Apastol Faddeyin şagirdi, Yerusəlimin ilk patriarxı apostol Yakovun rəsmi səlahiyyətli elçisi müqəddəs Yeliseydən xristianlığı qəbul etmiş Albanlar Qafqazın ilk xristianları olmuşdur. Müqəddəs Yeliseyin Albaniyanın Qis (Kiş) yaşayış məntəqəsində Qansız qurban verdiyi (tikdiyi) məbəd Qafqazada ilk xristian məbədi olmuşdur. Xristianlıq 311-ci ildə Roma imperiyası tərəfindən tanınmış və 313-cü ildə Milan fərmanı ilə azad din elan edilmişdir. 325-ci il Nikey yığıncağından xristian dini Roma imperatoru Konstantin rəhbərliyi ilə dövlət dini kimi qəbul edilmişdir. Albaniyada xristianlığın dövlət tərəfindən rəsmi tanınması və dövlət dini kimi qəbul edilməsi Roma imperiyasında xristianlığın rəsmən tanınması və dövlət dini elan edilməsi prosesindən bir il sonra baş vermişdir. Xristianlığı azad din elan edən Milan edikti 313-cü ildə Roma imperiyasında qəbul edildikdən bir il sonra Albaniyada 314-cü ildə tətbiq edilmişdir. Nikeyada 325-ci ildə xristianlığı Roma imperiyasının dövlət dininə çevirmiş qərar 326-cı ildə Albaniya dövləti tərəfindən də qəbul edilmişdir.

- Xristianlığın Qafqaz Albaniyasında rəsmi dövlət dininə çevrilməsindən sonra hansı siyasi-ictimai dəyişikliklər baş verdi?

- Alban tarixçisi Moisey Kalankatuklunun verdiyi məlumatlardan belə aydın olur ki, Alban çarları dövlət idarəçiliyi sahəsində mühüm qərarlar verir. Bütün ölkə ərazisində kilsə və monastırların inşası həyata keçirilir. Alban çarlı III Vaçaqan tərəfindən V əsrdə çağırılmış Aquen məclisi mühüm rol oynamışdır. Bu məclisdə Albaniya (xristian) dövlətinin konstitusiyası rolunu oynayan qanun qəbul edildi. 21 maddədən ibarət olan bu qanunla, nəinki xristian dininin adətləri (qaydaları), habelə ölkənin xristianlıqdan doğan sosial-iqtisadi problemlərini nizama salmışdır. Aquen kilsə məclisindən sonra ilə Alban kilsəsinin xristian aləmi ilə passiv mərhələdən çıxaraq aktiv mərhələyə qədəm qoymuşdur. Ölkə ərazisində ilin günlərinin sayı qədər kilsə və monastırların inşası davam etdirilmişdir.

- Qafqaz Albaniyasında xristianlığın hansı təriqəti daha üstün mövqeydə olmuşdur?

- Ərəb xilafəti Sasanilər imperiyasını işğal etdikdən sonra xristianlığın diofizit təriqətinə əks mövqedə olan monofizit təriqətini müdafiə etməsi cənubi Qafqaz Albaniyasında mövcud vəziyyəti daha da gərginləşdi. 681-ci ildə Alban Knyazı Cavanşirin öldürülməsi və katolikos müqəddəs Yelizarın vəfatından sonra vaxtilə Girdman yepiskopu olmuş, xristianlığın diofizit təriqətinə mənsub olan Nerses Bakur siyasi basqılar səbəbindən monofizit təriqətini qəbul edərək 687-ci ildə Alban katolikosu seçildi. Nerses Bakurun 14 ildən sonra Alban knyazı Varaz Trdatın arvadı həmin təriqətin tərəfdarı olan Alban çariçası Sparama ilə gizli razılaşmaya gəlib diofizit təriqətinə keçir. Nerses Bakurun nəyə görə məhz 14 ildən sonra diofiztliyə keçmə cəhdinin səbəbini 699-cu ildə vergilərin azaldılması üçün Bizans imperatoru ilə danışıqlar aparmaq məqsədi ilə öz oğulları ilə bərabər orada səfərdə olan alban carı Varaz Tiridatın həbs edilməsi ilə əlaqədar olmuşdur. Məhz onların həbsdən azad etmək məqsədlə də çariça Sparama alban əyanları, yepiskopları və katolikosu Nerses Bakurla məsləhətləşdikdən sonra Alban kilsəsini yenidən diofizitliyə qaytarmışdı. 701-ci ildə Nerses Bakurun Albaniyanı diofizit təriqətinə keçirtmək cəhdi, xəlifə Əbdül-Məlikin əmri ilə taxtından devrilməsinə səbəb oldu. Nerses devrildikdən sonra başda alban knyazı Şero olmaqla bütün alban feodal əyanları Əbdül-Məlik divanı qarşısında İsanın iki təbiətinə ibadət edəcəkləri halda qılıncdan keçirilmələrinə dair öhdəlik götürdülər. Lakin bu proses uzunmüddətli olmayıb ərəb xilafətinin zəiflədiyi dövrə, IX əsrin sonuna kimi davam etmişdi. Məlikə Sparama Nersesə yardım etdi, onlar əyanların köməyi kilsələrin çoxunun səcdəgahlarını sökdürür. Məhz təriqətin dəyişməsi kilsələrdə səcdəgahın sökülməsi ilə yekunlaşırmış ki, katolikos Nerses Bakur monofizit təriqətindən diofizit təriqətinə keçərkən səcdəgahların sökülməsi məsələsinə xüsusi diqqət yetirmişdi. Burada diofizit kilsəsi ilə monofizit kilsəsi arasında olan əsas fərqlərdən birinin altarla bağlı olduğu bəlli olur.

- Yəqin ki, Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı Qafqaz Albaniyasına məxsus xristian abidələrində bu kimi təriqət dəyişikliyi özündə əks etdirən faktlara rast gəlinmişdir...

- Diofizit kilsələri memarlıq nöqteyi-nəzərdən altar hissəsi döşəmə səviyyəsindən 50 sm hündürlüdə olub, altar sərhədinə malikdir. Keşişin orada etdiyi hərəkətləri, kilsəyə ibadətə gələn şəxslər tərəfindən görülməsi qadağandır. Monofizit kilsələrinin altar hissəsi döşəmə səviyyəsindən 70 sm və 1 m hündürlükdədir və diofizit təriqətli kilsələrdən fərqli cəhəti ondan ibarətdir ki, bu altar acıqdır və ibadətə gələnlər keşişin orda etdiyi hərəkətləri görə bilər. Altarların döşəmə səviyyəsindən hündürlüyü İsa peyğəmbərin təbiyyətinə olan müasibətədən doğur. İsa peygəmbərin ilahi və insani təbiyyətini qəbul edənlər, yəni diofizit keşiş ibaətə gələn xristianlardan çoxda hündür olmayan altarda dini ayini icra edir. İsanin ilahi və insani təbiyyətini qəbul edib lakin insani təbiyyətin ilahi təbiyyətdə əridiyini düşünən monofizit keşiş isə ibadətə gələn mömunlərədən yüksəkdə dəyanaraq dini ayini icrasini həyata keçiridi. Qafqaz Albaniyası ərazisində hər iki altara malik kisələrə rast gəlinmişdir. Xristianlığın hər hansı bir təriqətinə ibadətədə olan dindar şəxs irqi və milli mənsubiyyət göstəricisi daşımadığı üçün kilsə altarlarında olan bu cür fərqlər təbii qəbul edilməlidir. Misal üçün Azərbaycan ərazisində hakim İslam dinin həm sünni həmdə ki, şiə təriqətləri hakim mövqeyə sahibidir. Azərbaycan ərazisində aparılan axeoloji və memarlıq bərpa işləri zamanı əksər kilsələrin altar hissələrində zamanla bu kimi təqiqət dəyişikliyi izlənmişdir.

- Əksər tarixi ədəbiyyatlarda Qafqaz Albaniyası dövlətinin süqutu kimi 705-ci ili götürülür...

- 704-cü ildə Bərdə məclisində alban kilsə monofizit təriqətini hakim təriqət kimi qəbul etmişdir. Bunun əsas təşəbbüskarı olan Şero 705-ci ilə kimi alban knyazı Varaz-Trdatın Bizans imperiyasında olmasından istifadə edərək hakimiyyəti mənimsəmişdi. Alban tarixçisi Moisey məlumat verir ki, Varaz-Trdatın romalılar ölkəsində qaldığı beşinci ili xilas olub ölkəsinə qayıtdı. Bundan sonra o ölkəsini taciklərə (ərəblərə) təslim edib vergilərini də yalnız onlara ödədi. Məhz bu fakt bir daha sübut edir ki, Alban dövlətçiliyinin rəsmən ləğv edilməsinin 704-cü il Bərdə məclisinə heç bir əlaqəsi yoxdur. Alban tarixçisi Moisey məlumatına əsasən 822-ci ildə Varaz Tiridat öldürüldü. Həmin Varaz Tiridat Albaniyada nəsildən-nəslə hökmranlıq edən Mihranilərin sülaləsindən idi. O, Albaniyanın Mihranilər sülaləsindən birinci knyazı Varaz Qriqordan sonra səkkizinci hökmdar idi. Mihranilər sülaləsindən dördüncü hökmdar olaraq 705-ci ildə hakimiyyətini bərpa edən Varaz Tiridatdan 822-ci ildə öldürülən Varaz Tiridat da daxil olmaqla dörd alban çarı hakimiyyətdə olmuşdu. 837-ci ildə Bağdaddan on iki min atlı qoşun çıxıb Albaniya ölkəsinə basqın etdi. Elə həmin ildə çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat xürrəmilər hərəkatının başçısı Babəki tutaraq xəlifənin ixtiyarına verdi. Əvəzində İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və o, bu ölkələrdə çar kimi hakimlik etdi. Mənbəyə əsasən 822-ci ildə öldürülən Varaz Tiridatdan sonra Albaniyada hakimiyyət çar nəslindən olan Səhl ibn Sumbata keçmiş və göstərilən məkanda alban xristian hakimlərinin hökmranlığı davam etmişdi. Bu hadisədən sonra 861-ci ildə Albaniyanın şimal-şərq ərazisində ərəb mənşəli məzyədilər sülaləsinin başçılığı ilə Şirvanşahlar öz müstəqilliyini elan etmiş və Azərbaycan tarixi torpaqlarında biri digərini əvəzləyən feodal dövlətləri yaranmağa başlamışdı. 893-cü ildə mömin knyaz Qriqor Hammam tənəzzül etmiş Albaniya çarlığını şimal-qərb regionunda bərpa etdi. Müsəlman Şirvanşahlar və Sacilər dövlətləri ilə paralel Azərbaycan ərazisində xristian dövlət qurumu tarix səhnəsində qalmaqda davam edirdi. Hamamın bərpa etdiyi Alban dövləti XI əsrin əvvəllərinə kimi, 1008-ci ildə Kaxetiya xoryepiskopu Davidin hərbi qüvvələri və Eretinin (Gürcü mənbələrində Albaniya) hakim dairələrinin bəzi nümayəndələrinin köməyi ilə Albaniyanın (Eretiyanı) işğalı ilə başa çatdı. 822-ci ildə öldürülən Varaz-Tiridatın arvadı, qızı Sparamanı Sünikin hakimi Səhl oğlu Adarnersehə ərə verdi. Bu nəslinin nümayəndəsi Senekərim (Senekərim 1084/5 çarlıq etmişdir), vasitəsilə çoxdan yox olmuş çarlığı bərpa etdirdi. Buradan da aydın olur ki, çoxdan yox olmuş çarlıq gürcülər tərəfindən 1008-ci ildə işğal olunmuş alban çarlığı (Eretiya) Mehranilərlə ana xətti ilə qohum olan Sünik Çarı Senekərimin (Yovhannesi) tərəfindən bərpa edilmişdi. XII əsrin sonlarına yaxın tarixi Zəngəzur və Naxçıvan ərazilərini əhatə edən Sünik knyazlığı dağıldı. Buradakı hakim sülalə knyazlar Qriqori və Sumbat 1166-cı ildə ölümü ilə kəsildi.

- Knyazılıq formasında öz fəliyyətinə davam edən Qafqaz Albaniyası dövlətin son nümayəndələri kimlər idi?

- XII əsrin sonu-XIII əsrin əvvəllərində Xaçın ərazisində təşəkkül tapan Xaçın knyazlığını İ.A.Orbeli qədim Albaniyanın bir hissəsi adlandırırdı. Xaçın knyazlığının mərkəzini, Xaçınçay və qismən də Tərtər çayının hövzələrin əhatə edirdi. 1215-ci ildən bu knyazlığın başında alban Mihranilər nəslinə mənsub olan Həsən Cəlal (1215-1261) dururdu. Dövrün epiqrafik yazılarda Həsən Cəlal, “knyazlar knyazı”, “şahanə əzəmətli”, “Xaçın ölkələri knyazı”, “Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı”, “hökmdar”, “tacdar”, “Albaniya hökmdarı”, “Albaniyanın sərhəd bölgələrinin əzəmətli sahibi” titulları ilə göstərilmişdi. Həsən Cəlalın özü isə özünü “mütləq hökmdar” adlandırırdı. Gəncəsər məbədindəki yazıda Həsən Cəlal Arsax ölkəsinin və Xaçın hüdudlarının həqiqi mütləq hökmdarı kimi qeyd edilir. 1216-1238-cı illərdə Həsən Cəlal alban katolikosu Nersesin xahişi ilə Albaniyanın baş kilsəsi adlandırdığı Gəncəsər monastır kompleksinin tikintisinə başlamaq haqqında əmr verir. Bu kompleks Xaçın hakimlərinin Cəlalilərin ailəvi türbəsi yerləşən eyni adlı qədim monastırın yerində ucaldılmısdır. Ona həsr olunmuş ən təmtəraqlı titul Gəncəsər monastırındakı kitabədə əks olunmuşdu. “Allahın müti bəndəsi olan mən, Həsən Cəlal Vahtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş hüdudlara malik, uca və möhtəşəm Alban ölkəsinin həqiqi mütləq hökmdarı. XV əsrdə alban Həsən Cəlalın nəsli Qaraqoyunlu Cahanşahdan “məlik” titulu aldı. Sonralar Cəlalilər nəsli beş muxtar alban feodal məlikliyinə (Gülüstan, Cəraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı. Qeyd etmək yerinə düşər ki, İ.A.Orbelinin məqaləsində göstərir ki, Xaçın alban knyazlığının artıq XII əsrdə, 1182-ci ildə Cəlalın babası Həsən tərəfindən oğulları arasında 6 (5) knyazlıqlara parçalanması prosesi aparılmışdı, lakin XV əsrdə bu knyazlıqlar məlik adlandırılmağa başlanıldı. Həsən-Cəlal nəsli XV əsrədək Xaçında dünyəvi hakimiyyətə malik olmuş, XV əsrdə məlik titulu daşıyan bu nəslin nümayəndələri həm də Gəncəsərdə yerləşən Alban avtokefal apostol kilsəsinin patriarx-katolikosları vəzifələrini yerinə yetirmişlər. Onlar bu zamandan etibarən dünyəvi hakimiyyətlə bərabər, Qaraqoyunlu, Ağqoyulu və Səfəvilər dölətinin tərkibində və sonrakı dövrlərdə Qarabağ xanının təəbəsi olaraq öz fəalyyətlərini davam etdirməklə 1836-cı ildək Gəncəsər Alban katolikosluğunun dini hakimiyyətin rəhbəri olmuşlar. Xristian dininin IV əsrin birinci yarısında Qafqaz Albaniyasında dövlət dini kimi qəbulundan sonra tarixi Azərbaycan və xüsusilə də Qarabağ ərazisində XIX əsrin birinci yarısına kimi alban xristian abidələrinin tikintisi davam etmişdir. Məlumdur ki, Alban apostol kilsəsi IV əsrdən 1836-cı ilə qədər müstəqil olmuşdur. Katolikosluğun mərkəzi əvvəl Çola, (Dərbənd) VI-VIII əsrlərdə Bərdə, VIII-IX əsrlərdə Berdakur, (Qazax) Gədəbəy yaxınlığında Çarek-Hamşi (Çanaqçı), Xaçın ərazisində qısa müddətdə Xudavəng (Dadivəng) kilsəsi və sonda 1240-1836-cı illərdə Gəncəsərdə (Kəlbəcər) yerləşmişdi.

- Çar Rusiyasının işğal siyasəti özündə Qafqaz Albaniyası dövlətçilik ənənəsini saxlayan xristian əhaliyə hansı yöndə təsir göstərdi?

- 1805-ci ildə Rusiya İmperiyası Qarabağ xanlığını işğal edir. Hansı ki, burada Alban Avtokefal apostol kilsəsi yeddi əsr öz katolikosları ilə fəaliyyət göstərmişdir. 1828-ci ildə Qacarlarla Türkmənçay sülh müqaviləsi və 1829-cu ildə Osmanlı imperiyası ilə Ədirnə müqaviləsinin bağlanması Rusiya imperiyasına imkan verir ki, hər iki dövlət ərazisində olan erməniləri işğal olunmuş Azərbaycan torpaqlarına köçürərək müsəlman dövlətləri ilə sərhəddə mövcud təhlükəni dəf etmək üçün yeni bufer ərazi yaratsın. Bu məqsədlə də imperiya mənsubları əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisini seçirlər. Hansı ki, XV əsrdən (1441) erməni qriqorian kilsəsi eçmədzində özünün az tərkibli dini xadimləri ilə Qaraqoyunlu Cahanşahın icazəsi ilə fəaliyyət göstərməyə başlayır və tədqiqatlar göstərir ki, onların Qafqazda XIX əsrə qədər yepiskopları da olmamışdı. 1836-cı ildə ermənilər Mərkəzi Gəncəsər olan müstəqil Alban kilsəsinin yeparxiyaya cevirərək eçmədzinə tabe edilməsinə nail oldular. Tanınmış rus tarixçi-etnoqrafı V.L.Veliçko yazır ki, XIX əsrin əvvəllərinə kimi ayrıca Avqan, yaxud da Gəncəsər katolikosu var idi, hansı ki, Eçmiədzin kilsəsi ilə rəqabət aparır və müstəqil fəaliyyət göstərirdi. Köçürülmə siyasəti nəticəsində say etibarı ilə yerli xristian əhalini üstələyən və xristianlığın monofizit təriqətinə ibadət edən ermənilər yerli əhaliyə məxsus kilsə və monastırları mənimsəyərək zamanla onların qriqorianlaşdırılması və erməniləşdirilməsinə nail oldular. Rusiya Sinodunun dini arxivlərdə yerləşən lazımsız sənədlərin məhv edilməsi qərarı adı altında Alban kilsəsinə məxsus dini və tarixi əsərləri Cənubi Qafqaza köçürülən ermənilər tərəfindən məhv edildi.

- Birinci Qarabağ Müharibəsi dövründə burada olan alban xristian abidələri hansı təcavuz faklarına məruz qalmışdır?

- XX əsrin 90-cı illərində Ermənistanın işğalçı siyasəti nəticəsində tarixi Azərbaycan ərazisi olan Qarabağ bölgəsi işğal edildi. Onun nəticəsi kimi Qarabağ bölgəsində mövcud alban xristian abidələrinin ornament və epiqrafik məlumatlarına əlavələr edilmiş, alban xristian abidələrində qanunsuz arxeoloji qazıntılar aparmış, bir çox abidələr konservasiya və ya bərpa edilərək dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edilmişdi.

44 gün çəkən İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımız işğaldan azad olunmuş Müzəffər Ali Baş komandan Xocavəd rayonun Tuğ və Hünərli kəndlərindəki alban kilsələrində olmuşdur. Alban abidələrində mövcud acınacaqlı vəziyyətlə yerində yanış olmuşdur.

Qeyd edim ki, ermənilər alban xaçın kinyazlığı “böyük ermənistanın” şərqi vilayəti hesab etdikləri üçün kilsələr üzərində mövcud epiqrafik yazılara qismən müdaxilə etmişdirlər. Bu epiqrafika üzərində olan adlar həm yerli, həm islam, həm də ki, xristian mənşəlidir. Hələ sovet dövründə ermənilər tərəfindən Qarabağ ərazisində olan alban kilsələrinə məxsus epiqrafik məlumatlar toplanmış lakin, onlar tam şəkildə deyil inşa edən şəxs və inşa tarixin göstərən hissələri nəşr etdirmiş digər məlumatları gizlətmişlər. Ermənilərin aparğı diğər saxtakarlıq işləri bir başa kilsələrin altar hissəsi ilə bağlı olmuşdur. Onun dösəmə səviyyəsindən olan hündürlüyünə müdaxilələr edilmiş bəzi epiqrafik əlavələr edilmişdir.

- Son günlər ermənilər Cəbrayılda qədim erməni kilsəsinin dağıdilması ilə bağli iddia ilə cıxış edirlər...

Qeyd edim ki, Cəbrayıl rayonunda tarixin heç bir dönəmində ermənilər yaşamayıb, onlar yalnız 28 önce Cəbrayıl rayonun işğal etmis Azərbaycana məxsus bütün tarixi dini abidələri dağıtmışlar. Üç beş il önce əskər ibadəti ücün tikdikləri sövməə (kicik kilsə) isə heç bir halda tarix abidə və erməni irsi kimi qələmə verilə bilməz.

- Qafqaz Albaniyası xristian abidələrinin kompleks araşdırılması üçün nə kimi işlər görülməlidir?

Qeyd olunan məsələrin daha dərindən araşdırılması üçün bir neçə təklif vermək olar. Qafqaz Albaniyasının xristian dövrünün daha dərindən araşdırılması üçün tarixçi, arxeoloq, antropoloq, etnoqraf, memar, epiqraf, dilçi, folklorşünas və s. mütəxəssislərin bir qurum altında cəmlənməsi. Cəlb olunmuş gənc mütəxəssislərin təkminləşdirilməsi və elmi potensiyalının artırılması üçün ilk növbədə onlara qədim latın, yunan, erməni, gürcü, fars, ərəb dillərinin tədris edilməsi, ingilis və rus dillərinin təkminləşdirilməsi yolu ilə arxivlərində olan yazılı mənbələrin orijinalından oxunması və nəticə olaraq fundamental tədqiqat əsərlərini yazılması. Bu günə qədər qismən tədqiq edilmiş və araşdırılmasına ehtiyac olan abidələrinin coğrafi informasiya sisteminin yaradılması. Qafqaz Albaniyasının maddi mədəniyyət abidə və nümunələrinin təbliği və təşviqi üçün yerli və beynəlxalq konfransların təşkili. Yaxın zamanlarda bu abidələrdə elmi ekspedissiyalar təşkil edilməli tarixi, arxeoloji, memarlıq və epiqrafik məlumatlar toplanmalı, əlavə edilmiş epiqrafik löhfələrin bağlayıcı məhlullarından kimyəvi analiz nümunələri götürülərək abidə bağlayıcıları ilə uyğunluq dərəcəsi yoxlanmalı, mövcud reallıqlar yerində araşdırılmalıdır. Unutmaq olmaz ki, tarixi abidə ona edilən əlavə düzəlişləri heç bir zaman qəbul etməmişdir.

0
82
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar