Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı Super Kubokunda mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, yarımfinalda "Əl-İttihad"a 1:3 hesabı ilə uduzan Ər-Riyad təmsilçisi turnirlə vidalaşıb.

Meydana start heyətində çıxan 38 yaşlı hücumçu əvəzlənmədən oynayıb. "Əl-Nəsr"in yeganə qoluna 90+1-ci dəqiqədə Anderson Taliska imza atıb.

Qeyd edək ki, Kriştianu Ronaldu bu ay Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Kanada hökuməti Müdafiə Nazirliyinin balansında olan dörd "Leopard 2" tankını Ukraynaya təhvil verəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Anita Anand bildirib.

Anand əlavə edib ki, Ottava həmçinin Ukrayna hərbçilərinə texnikanın istifadəsi üzrə təlim keçmək üçün kanadalı təlimatçılar təqdim edəcək.

“Qələbəyə görə şadıq. İntizamlı oyun oldu. Matçın məzmununa görə də sevinirik. 90 dəqiqə ərzində cəsur, aqressiv oyun sərgilədik”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIX tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis çempionluq mübarizəsinə bu cür münasibət bildirib: "Bugünkü kimi oynasaq, bütün rəqibləri məğlub edə bilərik".

ABŞ Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı sanksiyaları növbəti dəfə genişləndirib.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Maliyyə Nazirliyinin yenilənmiş sanksiyalar siyahısına Rusiya baş nazirinin müavini, ölkənin sənaye və ticarət naziri Denis Manturov, Tatarıstan rəhbəri Rüstəm Minnixanov və iş adamı Sergey Adoniyev daxil edilib.

Həmçinin “Vaqner” qrupu ilə bağlı şirkətlər və şəxslərə, habelə gəmi təmiri müəssisələrinə də məhdudiyyətlər tətbiq olunacaq.

İsrail Prezidenti İshaq Hersoq Avropa İttifaqı (Aİ) ölkələrini İranın simasında qaranlıq qüvvələrə qarşı birgə mübarizə aparmağa çağırıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, o, bu barədə Avropa Parlamentində çıxışı zamanı bildirib.

“Bizi məhv etməklə təhdid edən qaranlıq və nifrət qüvvələrinə qarşı qətiyyətli və birləşmiş icma olaraq birlikdə çalışmalıyıq”, - İsrail Prezidenti deyib.

O vurğulayıb ki, İran rejimi açıq şəkildə İsraili tamamilə məhv etməyə çağırır, azadlıq, insan və vətəndaş hüquqları tələb edən öz vətəndaşlarını öldürür, Ukrayna müharibəsində aktiv və ölümcül rol oynayır, kütləvi qırğın silahları hazırlayır.

İ.Hersoq, həmçinin antisemitizmin yalnız qaranlıq rejimlərdə deyil, həm də azad, demokratik Qərbdə inkişaf etdiyini də qeyd edib.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropanın ən yaşlı yığma məşqçisidir.

“Report”un məlumatına görə, iyunda italiyalı mütəxəssisin 67 yaşı tamam olacaq.

Qitənin 54 yığmasının rəhbərləri arasında ən yaşlısı Kosovonun baş məşqçisi Alen Jiressdir. Fransalı hazırda 71 yaşın içindədir. İkinci pillədə isə Portuqaliya millisindən ayrılaraq yenicə Polşa yığmasının sükanı arxasına keçən Fernandu Santuş qərarlaşıb. Portuqaliyalının 68 yaşı var. Santuş həm də Polşa yığmasının ən yaşlı baş məşqçisi kimi tarixə düşüb.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasına başçılıq edir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət alan gömrük işçilərinin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Habelə, qeyd edilən dövlət qurumunun Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiya Federasiyasına qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. Şahin İskəndərov və Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

10:29

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

"Report"un xəbərinə görə, hazırda İdarədə əməliyyat tədbirləri aparılır.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.

Bildirilib ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

Azərbaycan Premyer Liqasının XIX turunun bağlanış oyununda üz-üzə gələcək "Sabah" və "Neftçi" klubları start heyətlərini açıqlayıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk,

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh,

Baş məşqçi: Murad Musayev

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 16. Gilyerme Pato

Baş məşqçi: Laurentsiu Regekampf

Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Müslüm Əliyev
Dördüncü hakim: Rauf Allahverdiyev
VAR: Elçin Məsiyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bank Respublika Arena"

Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.

"Böyük Britaniya "Challenger 2" tanklarını martın sonunda Ukraynaya təhvil verəcəyinə ümid edir".

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyindən bildirilib.

“Biz bunun martın sonunda olacağını planlaşdırırıq. Həmin vaxtadək Ukrayna hərbçiləri tankların istismarı və texniki xidməti üzrə intensiv təlim keçəcəklər", - məlumatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 14-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak Prezident Volodimir Zelenski ilə telefon danışığında Ukraynaya “Challenger 2” tankları, eləcə də əlavə artilleriya sistemləri verəcəyini rəsmən təsdiqləyib.

Ukrayna ekipajları yaxın vaxtlarda Britaniyada “Challenger 2” tankları üzrə təlimlərə başlamalıdır. Hazırlıq kursunda 60-a yaxın hərbçi iştirak edəcək.

"Psixoloji planda problemlərimiz var. Sonuncu pillədə olmağımız təzyiq yaradır".

"Report"un məlumatına görə, bunu "Səbail" komandasının baş məşqçisi Şahin Diniyev Şamaxıda eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, komanda birinci hissədə tam istədiyi matçı sərgiləməyib: "İlk yarıda hesabda önə keçsək də, fasilədən sonra hər şey dəyişdi. Sol cinah müdafiəçimiz sıradan çıxdı. Turan Manafovun olmaması üzündən rotasiya edə bilmədik. İkinci hissənin startında komanda sanki sıxıldı, özünəinamı itirdi. Oyunçularımız çox çalışsalar da, alınmadı. Ruhdan düşmək olmaz, irəliyə baxmaq lazımdır. Problemləri aradan qaldırıb, yolumuza davam edəcəyik. Ümid edirəm ki, getdikcə daha yaxşı oynayacağıq".

O, qış transfer pəncərəsində yaxşı futbolçular tapa bilmədiklərini söyləyib: "Yalnız bir oyunçu ilə kifayətləndik. Daxili bazarda istədiyimiz 2 futbolçu var idi. Sadəcə, klubları buraxmadı. Təklif olunan əcnəbilər isə çox zəif idi. Legioner yerli oyunçudan fərqlənməlidir. Həmin fərqi görmürəmsə, onu komandaya götürməyi lazım görmürəm".

Diniyevin sözlərinə görə, iki həftəlik təlim-məşq toplanışında etdiklərinin qarşılığını qısa vaxt ərzində almaq mümkün deyil: "Qığılcımlar var. Oyunumuzu tam təkmilləşdirməliyik. Antalyada gördüyüm futbolu bu gün oynaya bilmədik. Komanda ikinci hissəyə çıxanda sanki yükün altında idi, qorxu hiss olunurdu. Zamana ehtiyac var. Düşünürəm ki, ilk 2-3 turdan sonra hər şey öz axarı ilə gedəcək".

Baş məşqçi zədəlilərin durumuna da toxunub: "Ruslan Hacıyev hardasa 1,5 aylığına sıradan çıxıb. Ağabala Ramazanov 10 günə , Turan Manafov isə 2-3 həftəyə qayıda bilər. Həkimlər səylə çalışırlar".

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya və Belarus hərbi-siyasi rəhbərliyinin Ukraynadakı cinayətlərə görə məsuliyyət daşımasına dair təklifi dəstəkləyib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Aleksey Qonçarenko deyib.

O bildirib ki, assambleya Rusiya və Belarus rəhbərləri ilə bağlı tribunalın yaradılmasını dəstəkləyib.

Deputatın sözlərinə görə, tribunalın keçiriləcəyi yer kimi Niderlandın Haaqa şəhəri təklif olunur.

Xatırladaq ki, bundan əvvəl Avropa Parlamenti Rusiya Prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun cinayətlərini araşdırmaq üçün beynəlxalq tribunalın yaradılmasını tələb edən qətnaməni təsdiqləyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının fövqəladə hal kimi davam edib-etmədiyini müəyyənləşdirmək üçün yanvarın 27-də toplanacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, bu, təşkilatın COVID-19-la bağlı Fövqəladə Komitəsinin 14-cü iclası olacaq.

Bildirilib ki, indiyədək dünyada 664 milyondan çox koronavirusa yoluxma halı və 6,7 milyondan çox isə ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, COVID-19-a ilk dəfə 2019-cu ildə Çində rast gəlinib. Xəstəlik sürətlə dünya ölkələrinə yayılıb və 2020-ci ildə pandemiya elan olunub.

Prokuror Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vəsaitlərini mənimsəməkdə təqsirləndirilən Tural Alışanlının 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Report" xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Daha sonra vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində ƏƏSMN tanınır.

Rəsmi məlumata görə, nazirlik ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə ƏƏSMN-dən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Qeyd edilən xüsusatlarla əlaqədar həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə “Tua-TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə ƏƏSMN tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.

Aparılmış istintaqla həmçinin, T.Alışanlı ƏƏSMN ilə “Tua-TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə nazirliyə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

T.Alışanlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "Report"a verilən məlumata görə, "ağ-qaralar" braziliyalı hücumçu Mateus Saldanyanın keçidini həll edib.

“Həyat yoldaşım və uşaqlarımı nadir hallarda görürəm. Lakin görüşəndə birlikdə yemək yeyir və müharibə haqqında danışırıq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “Sky nuys” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, savaş təkcə xalqına deyil, həm də ailəsinə, xüsusilə 10 yaşlı oğluna təsir edib: “Təəssüf ki, uşaqlarımı az-az görürəm. Onları 10 gündən bir görə bilirəm. Oğlumun cəmi 10 yaşı var. Amma o da başa düşür ki, bu müharibə faciədir. Hətta, məncə, onlar bunu məndən daha yaxşı bilirlər”.

V.Zelenskinin sözlərinə görə, 2022-ci il fevralın 24-ü ailəsi üçün uzun, çətin gecə olub: “Həmin gecə partlayışlar və zənglərin olduğunu xatırlayıram. Yoldaşıma dedim ki, hazır ol. Ona evdə, yəni prezident iqamətgahında qalmağın təhlükəli olduğunu söylədim. Mənə bir neçə dəfə sui-qəsd cəhdi olub. Amma mən kəşfiyyat idarələrinin tövsiyələrinə əməl etmədim, heç hara getmədim”.

Dövlət başçısı deyib ki, o, indiki gərgin məqamda da yumor hissini qoruya bilir: “Mən yumor hissimi heç vaxt itirməməmişəm. Düşünürəm ki, insanlar yumoru itərəndə ruhi vəziyyəti də pisləşir. Qələbəni təmin etmək üçün hər səhər nə edəcəyin barədə düşünməlisən”.

Prezident İlham Əliyevin təsdiqlədiyi "Gömrük tarifi haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının (Elm və Təhsil Nazirliyi) müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilir.

"Report" xəbər verir ki, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısını bir ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.

İspaniyanın "Barselona" klubu yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi buna "Real Sosyedad"a 1:0 hesabı ilə qalib gəldiyi ölkə kubokunun 1/4 final oyununda nail olub.

Görüşdəki yeganə qolu 52-ci dəqiqədə Usman Dembele vurub. Bu, komandanın Kral Kubokunun 121 illik tarixində 1500-cü qoludur.

"Barselona" bu göstəriciyə çatan ilk klub kimi tarixə düşüb.

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Goranboy şəhərində vətəndaşları qəbul edib.

"Report" xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Məlumata görə, Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Goranboy, Xocalı rayonları və Naftalan şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.

"Report" xəbər veirr ki, Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib.

Şəmkir, Gəncə, Sumqayıt, Mingeçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.

“Kanada Azərbaycan və Ermənistan arasında konstruktiv nəticəyə və sülhün əldə edilməsinə yönəlmiş dialoqu dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Kanadanın xarici işlər nazirinin parlament katibi Rob Olifant ölkə parlamentinin komitəsində Xankəndi-Laçın yolunda vəziyyətlə bağlı müzakirələrdə deyib.

“Biz açıq şəkildə bildirmək istəyirik ki, Kanada BMT-nin Qarabağla bağlı bütün qətnamələrini dəstəkləyir. Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə hörmət edir”, - o vurğulayıb.

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir zirehli və bir yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 4-ə çatıb.

09.50

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, iki yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 46 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.