AZ

Kürdəmirdə qızılca xəstəliyi yayılıb: Xəstəxanaya 60-a yaxın müraciət

Son günlər ölkənin bir neçə bölgəsində olduğu kimi Kürdəmirdə də qızılca xəstəliyinə yoluxanların sayında artım müşahidə olunur.

Publika.az xəbər verir ki, son 10 gündə rayonu cənginə alan qızılca xəstəliyi bir çox kəndlərə də yayılıb.

Artıq xəstəxanaya 60-a yaxın müraciət daxil olub.

Hazırda onlardan doqquzu stasionar müalicə alır, digərləri isə ambulator müalicə olunaraq evə buraxılıblar.

Seçilən
105
22
Mənbələr
Şərh ()
Bağla