AZ

Jurnalist Sevinc Vaqifqızı saxlanılıb - EVİNDƏ AXTARIŞ APARILIB

Noyabrın 21-nə keçən gecə “Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılıb.

Vaqifqızı birbaşa təyyarədən düşərkən saxlanılaraq  Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.

Bir gün əvvəl “Abzas Media”nın direktoru Ülvi Həsənli qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb. 

“Abzas Media”nın ofisində axtarış aparılıb. 40 min avro dəlil kimi götürülüb.

Vaqifqızı Azərbaycan məmurları arasında korrupsiya faktları ilə bağlı apardığı jurnalist araşdırmaları ilə tanınır.

Hələlik həbslərlə bağlı rəsmi açıqlama yoxdur.

Saxlanılanların bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir. 

Seçilən
117
50
Mənbələr
Şərh ()
Bağla