AZ

Rusiya elan etdi: bu şəxslər ölkəyə daxil ola bilməyəcəklər

Rusiya Xarici İşlər Nazirliyi bəzi Moldova rəsmilərinin Rusiyaya girişini qadağan etdiyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Moldovada rusdilli media qurumlarına siyasi təzyiqlər edildiyi və bu qurumların internet saytlarının bloklandığı bildirilib. 

Bu səbəbdən Moldovanın Moskvadakı səfiri Lilian Darinin nazirliyə çağırıldığı və səfirə etiraz notası verildiyi vurğulanan bəyanatda əlavə edilib: 

\"Səfirə məlumat verilib ki, cavab olaraq MDB-nin bəzi rəsmiləri Moldova Respublikasının Rusiya Federasiyasına girişi qadağan edilib. Moldova İnformasiya və Təhlükəsizlik Xidməti ötən ay bildirib ki, Rusiyanın aparıcı media qurumları və televiziya kanallarının, o cümlədən \"Tass” xəbər agentliyi, \"İnterfaks”, \"Rossiyaskaya qazeta” və \"İzvestiya qəzet”lərinin 20 saytına giriş bloklanıb”.

Ayşən
Seçilən
134
2
Mənbələr
Şərh ()
Bağla