"ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətinin səfəri Azərbaycan üçün böyük önəm kəsb edir"

"ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti Cənab Prezidentin "Biz sülhün, tərəfdaşlığın, regionun inkişafına görə Ermənistanla iqtisadi əməkdaşlığa, bütün bu problemləri masa arxasında həll etməyə hazırıq" bəyanatına çox müsbət yanaşdı".

Bunu Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə ATƏT sədrinin Azərbaycana səfərinə münasibət bildirərkən deyib.

O bildirib ki, bu səfərin Azərbarbaycan üçün önəmi çoxdur: “ATƏT Azərbaycanla əməkdaşlıq edən ən vacib qurumlardan biridir. ATƏT sədrinin bir neçə gün öncə Azərbaycana rəsmi səfər etmək istəyi ilə bağlı bəyanatını eşitdik. ATƏT regionda sülhün, regionda stabilliyin carçısı kimi fəaliyyət göstərir. Cənab Prezident ATƏT-in sədri ilə görüşəndə bir daha bəyan etdi ki, artıq Azərbaycanla Ermənistan arasında münaqişə sona çatıb. Baxmayaraq ki, Ermənistan Azərbaycanın torpaqlarını otuz ilə yaxın işğal altında saxladı, dinc əhaliyə qarşı 44 günlük müharibə müddətində də qeyri-qanuni silahlardan istifadə etdi, işğaldan azad olunan ərazilərimizdə otuz il ərzində böyük dağıntılar apardı, Azərbaycan tərəfi rəsmi olaraq belə hesab edir ki, münaqişə arxada qalıb”.

Politoloqun sözlərinə görə, ATƏT münaqişənin həlli ilə əlaqədar heç bir addım atmamışdı, sadəcə de-fakto olaraq Vətən müharibəsinə kimi sadəcə status-kvo-nun saxlanılması ilə məşğul idi: “Bu, Ermənistanın xeyrinə olan bir platforma idi. Bu müddətdə Azərbaycana məxsus torpaqlarda külli miqdarda təbii ehtiyatlar məhv oldu, Ermənistana daşındı və bir milyondan çox məcburi köçkün öz dədə-baba yurdlarından didərgin düşdü. Ancaq buna baxmayaraq Azərbaycan Ermənistanla iqtisadi əməkdaşlığa hazırdır. Bu əməkdaşlıq ona görə vacibdir ki, Zəngəzur yolu açılsın və o yoldan regionda olan dövlətlər, əsasən də Azərbaycan, Ermənistan və digər ölkələr öz iqtisadi xeyirlərini götürsünlər” , - deyə Yusif Bağırzadə qeyd edib.

0
437
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar