Avtomobilin mühərrikini vaxtından əvvəl sıradan çıxardan pis vərdişlər

Müasir avtomobillər artıq mühərrik qoşulandan 2 saniyə sonra yerindən tərpənməyə imkan verir.

Lakin soyuq havada, yağsızlıqdan əziyyət çəkən mühərrik isə təzyiqi sevmir.

Çalış mühərriki qoşandan sonra 3-4 dəqiqə ərzində taxometri 2000 döv/dəq. Artırma.

Soyudan mayenin temperaturu 80 dərəcəyə qalxmadıqca bu məsləhət görülmür.

Qızmış mühərriklə sürmək

Hər bir halda qızmış mühərriklə uzun səyahət edə bilməyəcəksən. Həmişə soyudan mayenon temperaturunda gözün olsun. Əgər işarə təhlükəli qırmızı zonaya qalxdısa dərhal avtomobili dayandır və mühərriki söndür.

Mütəmadi olaraq yüksək sürətlə sürmək

Avtomobildən daima yüksək dövriyyələr tələb etmək – bütün günü qaçmağa bərabərdir. 5-10 dəqiqədən sonra nə baş verəcək? Təngənəfəs olacaqsan. Mühərrik də təxminən eyni vəziyyətə düşür.

Həmişə aşağı dövriyyədə sürmək

Paradoksal olsa da, aşağı dövriyyələrdə sürmək də məsləhətli deyil. Bu zaman mühərrikdə baş verən detonasiyaya xas titrəşimləri hiss edəcəksən. Yadda saxla: detonasiya mühərriki içdən məhv edir.

İşıqforda ilişmə pedalını dibədək sıxmaq

Əgər avtomobilinin ötürücü qutusu avtomatdırsa, bunu oxuma. Lakin sürət qutusu mexanikidrsə, işıqforun yanında qeyd edilən pedalı buraxmamaq ağılsızlıqdır.

Çünki bu təqdirdə həmin pedal çox tez sıradan çıxacaq.

Qəsa səyahətlər

Deyilənə görə, bir 10 dənə 1-kilometrlik səyahət bir dənə 1500-kilometrlikdən mühərrik üçün qat-qat zərərlidir. Çünki avtomobilin mühərriki tez-tez işə salıb söndürmək onu “qocaldır”.

Boş bakla səyahət

Burda iki məsələ var. Müasir benzonasoslar yanacağın içində “çimdikdə” optimal işləyə bilir. Benzin həmçinin nasosun soyumasında rol oynayır.

Həmçinin baş boş oldquda istismar zamanı yığılmış qalıqlar yanacaq sisteminə dolduqda nəticə bəlli olur. Sən istər-istəməz təmirxanaya müraciət etməli olrusan.

0
72
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar