Azərbaycan atleti Aleksis Kopello Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Axar.az xəbər verir ki, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medal olub. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.

Yevlax rayonunda çoxmənzilli yaşayış binası yanır.

Axar.az-ın verdiyi məlumata görə, hadisə Yevlax şəhəri, Q.Quliyev küçəsi, 3A ünvanında qeydə alınıb.

Hazırda binanın beşinci mərtəbəsində yerləşən mənzillərdə güclü yanğının olduğu bildirilir. Sakinlər binadan təxliyə edilir.

Yanğının söndürülməsi üçün Yevlax və Bərdə rayon dövlət yanğından mühafizə hissələrinin canlı qüvvələri və texnikaları hadisə yerinə cəlb edilib.

Şəkidə mikroavtobus qəzaya düşüb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Vərəzət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki-Bakı marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla "Mersedes" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, “Xətai Park” Yaşayış Kompleksi yaxınlığındakı şam ağaclarının qurudulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov Axar.az-a bildirib ki, ağacların dibindən torpaq nümunələri götürülərək analiz edilib və ağacların kənar müdaxilə nəticəsində deyil, onlara düşən xəstəlik səbəbindən quruduğu müəyyən olunub.

V.Cavadov bildirib ki, qurumuş ağacların əvəzinə payız mövsümündə yeni ağaclar əkiləcək.

10 noyabr 2020-ci il, həmçinin xüsusilə kommunikasiya xətlərinin açılması ilə bağlı mövzuya həsr edilmiş 12 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara əsasən, kommunikasiyaların açılması, Azərbaycanın qərbi regionları ilə Naxçıvan arasında əlaqənin açılması orada yazılıb. Orada Azərbaycan tərəfinə heç bir məhdudiyyətlər tətbiq edilmədən keçid təmin etmək Ermənistanın öhdəliyidir. Bu istiqamətdə işlərin həyata keçirilməsi ilə bağlı hələ 2021-ci ilin yanvar ayında Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya yaradılıb.

Axar.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Həmin komissiya fəaliyyətə başlasa da, bir il yarımdan artıq müddət keçməsinə baxmayaraq, hələ də yekun nəticələr yoxdur, müxtəlif bəhanələrdən istifadə edərək Ermənistan tərəfi bu məsələni ləngitməklə məşğul olur. Təbii ki, bu gün biz bu məsələyə baxsaq, komissiyada müzakirə olunan mövzulara baxsaq, ötən dövr ərzində mövqelərin xeyli yaxınlaşması müşahidə edilir. Lakin hesab edirik ki, burada səmimi niyyət olsaydı, artıq bu məsələni çoxdan yekunlaşdırmaq mümkün olardı”, - XİN başçısı vurğulayıb.

Onun fikrincə, orada heç bir açıq məsələ, çox böyük problem yaradan mövzular olmamalıdır:

“Biz bunu süni ləngitmələr kimi qəbul edirik. Bununla yanaşı, Azərbaycanın öz ərazisində gördüyü işlər bu məsələyə Ermənistandan fərqli olaraq nə qədər ciddi yanaşmasının sübutudur. Çünki həmin o danışıqları aparmaqla paralel olaraq Azərbaycan ərazisində həm quru, həm dəmiryollarının Ermənistan sərhədinədək tikintisi istiqamətində uğurlu işlər davam etdirilir. İşlərin icra səviyyəsi 50 %-in üzərindədir və 2023-cü ildə hər iki istiqamətlə bağlı Azərbaycan öz ərazisində işləri yekunlaşdıracaq”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türkiyənin Konya şəhərində Mövlanə muzeyini ziyarət ediblər.

Axar.az xəbər verir ki, Konya Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əbdülsəttar Yarar Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva muzey barədə məlumat verdi.

Bildirildi ki, Türk və İslam dünyalarının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyi 1926-cı ildən Mövlanənin yaşadığı bina kompleksində fəaliyyət göstərir. Mədəniyyət ocağı həm də “Mövlanə türbəsi” kimi tanınır. Hündürlüyü 25 metr olan türbə dörd qalın – “fil ayaq” adlanan sütunlar üzərində tikilib. Türbənin əsas günbəzi firuzəyi rəngli olduğundan “Yaşıl qübbə” adlandırılır. İçəridən piramida formalı olub üç tərəfi açıq, cənub tərəfdən isə divarlarla örtülü olan türbənin üstü qızılı ulduzlar, zəminləri isə müxtəlif rənglərlə boyanıb. Qübbənin yuxarısında ağ xəttlə “Bismillah” və “Ayətül kürsü” həkk edilib.

Qeyd edildi ki, muzeydə Mövlanə ilə oğlu Sultan Veledə aid iki məzar var. Burada Osmanlı dövründə hədiyyə olunan nadir əsərlər nümayiş etdirilir. Ekspozisiyanın 4 qapısı – “Dərviş”, “Hamuşan”, “Çələbiyan” və “Pir” qapıları mövcuddur. Türbənin önündə Osmanlı dövrünün dövlət xadimlərindən olan Mahmud Paşa tərəfindən tikilən gümüş qəfəs var.

Diqqətə çatdırıldı ki, kompleksdə yer alan məsciddə Qaramanoğulları və Osmanlı dövrlərinə aid əlyazma, “Qurani-Kərim”in nüsxələri, Məsnəvilər və miniatür əl yazmaları ilə xalı səccadələr nümayiş etdirilir.

Vurğulandı ki, “Tilavət” adlanan otaq hazırda muzeyin xəttatlıq sənəti nümunələrinin nümayiş olunduğu bölmə kimi fəaliyyət göstərir. Ekspozisiyada Osmanlı dövrünün məşhur xəttatlarından sayılan Mahmud Cəlaləddin, Mustafa Raqim, Hülusi, İzzət, Yesarizad, Sultan II Mahmud kimi xəttatların lövhələri də var.

Daxil-i Üşşaq salonuna gümüş qapılardan daxil olurlar. Üstü üç qübbə ilə örtülmüş bu sahənin şimal tərəfində Xorasan Ərlərinə aid tabutlar və gümüş qəndillər var.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.

“Caliber” layihəsinin növbəti təhlili təqdim olunub.

Axar.az xəbər verir ki, bu barədə layihənin Yutub kanalında video yerləşdirilib.

Təhlil Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin avqust təxribatına həsr olunub. Qeyd olunub ki, sözügedən təxribat erməni tərəfi üçün qlobal strateji uğursuzluqla nəticələnib.

V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək.

Axar.az xəbər verir ki, iki ölkə liderlərinin görüş zamanı Ermənistanın Qarabağda törətdiyi son təxribatları və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatını ətraflı şəkildə müzakirə edəcəkləri gözlənilir.

Dövlət başçıları tərəfindən həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, enerji təhlükəsizliyi və digər vacib məsələlərin müzakirə olunacağı bildirilir.

Rusiyada komaya düşən qazimiz Elşən Həsənovun müalicəsi üçün pul toplanır.

Bu barədə Axar.az-a Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafov deyib.

Onun sözlərinə görə, qazimizin adına açılan hesaba indiyədək 600 000 rubl (təxminən 16800 AZN) pul köçürülüb.

Dəstək olmaq istəyənlər fotodakı bank hesabına pul köçürə bilər:

Bizə Birləşmiş Krallığın müvafiq orqanlarından ilkin məlumat verilib. Həmin qurumlar bu məsələ ilə çox ciddi məşğuldurlar.

Axar.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Birləşmiş Krallığın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılmışdı. Onunla hərtərəfli, ciddi söhbətimiz olmuşdu. Birinci məsələ ondan ibarətdir ki, bizim Böyük Britaniyadan gözləntimiz ilk olaraq Azərbaycan qarşı belə halların təkrarlanmamasına dair zəmanətlərin verilməsidir. Bu Birləşmiş Krallığın Vyana Konvensiyasına əsasən öhdəliyidir. Diplomatik missiyaların, diplomatların təhlükəsizliyinin, toxunulmazlığının qorunması, Vyana Konvensiyasının əsasən, hər bir qəbul edən tərəfin birbaşa məsuliyyətidir”, - nazir vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin Kirov vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Sokolova əhalinin alkoqolizm problemini həll etməyi tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə Putin Sokolovla görüşündə deyib.

“Kirov vilayətində cəmi 11 belə yaşayış məntəqəsi var və onlardan 4-ü daimi monitorinq tələb edən vəziyyətdədir. Vətəndaşların gəlirlərinin azlığı, bu şəhərlərlə bağlı vəziyyətlərdən başqa bir problem də əhali arasında alkoqolizmin yüksək səviyyədə olmasıdır. Nəyisə gizləməyə ehtiyac yoxdur, biz gərək ən kəskin problemlərlə məşğul olaq. Sizdən xahiş edirəm ki, buna diqqət yetirəsiniz”, - Putin bildirib.

Avqust ayının 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşma təərfindən hücum olub. Onlar səfirlik ərazisinə daxil olarkən vandallıq aktları törədib, dövlət rəmzləri dağıdılıb, orada olan əşyalara xələl gətirilib. Dövlət olaraq biz bunu tamamilə qınayırıq. Biz bunu tamamilə rədd edirik. Bu tamamilə qəbuledilməzdir.

Axar.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Başda qardaş Türkiyə olmaqla bir çox dövlətlər artıq buna öz etirazlarını bildiriblər. Bütün bu dönəmdə səssiz qalmayan bütün bizim dost dövlətlərə təşəkkürümü bildirmək istərdim”, - nazir vurğulayıb.

Ən son gərginlik Qarabağ bölgəsində bir neçə gün bundan öncə baş verib. Bunun əsas səbəbi ondan ibarətdir ki, Vətən müharibəsi başa çatandan və üçtərəfli bəyanat imzalandıqdan sonra biz bir neçə dəfə gərginliyin yaşanmasının şahidi olmuşuq. Bunların hamısının səbəbi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir.

Axar.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-inə müsahibəsində deyib.

“Biz öhdəliklərin yerinə yetirilməməsi dedikdə konkret olaraq erməni silahlı dəstələrinin Qarabağ bölgəsindən çıxarılması mövzusunu nəzərdə tuturuq. Çünki Ermənistanın üçtərəfli bəyanata əsasən belə bir öhdəliyi var idi. Sülhməramlı qüvvələr bölgəyə daxil olan zaman qanunsuz erməni silahlı dəstələri oradan çıxarılmalı idi. Bunun əksinə olaraq orada hələ da qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Avqustın 3-də isə onlar tərəfindən növbəti təxribat törədilib. Səhər saatlarında həmin təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin gənc əsgəri şəhid olmuşdu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri elə həmin gün “Qisas” əməliyyatına start verib. Əməliyyat avqustun 3-də davam etdi. Qarabağ bölgəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Çoxsaylı müraciətlər və vasitəçilər tərəfindən qaldırılan müraciətlər nəticəsində axşam saatlarında əməliyyat dayandırıldı”, - XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan təxribatlara son qoyulmasını tələb edir: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir və bununla da gələcəkdə belə hallara yol verilməməlidir. Azərbaycanın bununla bağlı yanaşması birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycanın öz suveren ərazilərində hansısa qanunsuz erməni silahlı dəstələrinin qalmasına yol verilməyəcək və bu tələb yerində olmaqla qalır. Bu dəfələrlə səsləndirilib. Hesab edirik ki, erməni tərəfi buna çox ciddi yanaşmalıdır”.

Krımın Novofedorovka rayonundakı aerodromda partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Novofederovka kənd icmasının rəhbəri Sergey Rossolovski məlumat verib.

“Aerodrom ərazisində partlayış səsləri eidilib. Məlumatlar dəqiqləşdirilir”, - Rossolovski bildirib.

Son günlər ölkəmizə qarşı başladılmış kiberhücum kampaniyası çərçivəsində Azərbaycana məxsus müxtəlif internet informasiya ehtiyatlarına məqsədyönlü hücumlar həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada bildirilir.

Qurum bəyan edib ki, DDoS tipli bu hücumların əsas məqsədi informasiya ehtiyatları vasitəsilə təqdim olunan xidmətlərin əlçatanlığını məhdudlaşdırmaqdır. Hücumlar nəticəsində bəzi taksi xidmətləri və banklara, kütləvi informasiya vasitələrinə və digər müxtəlif xidmət sahələrinə məxsus bir sıra internet informasiya ehtiyatlarının fəaliyyətində qısa müddətli fasilələr yaranıb.

İnternet informasiya ehtiyatlarının sahibləri potensial kiberhücumlarla əlaqədar öncədən məlumatlandırılıb və onlara müvafiq dəstək göstərilib. Hazırda hücumların qarşısının alınması və təsirlərin minimallaşdırılması istiqamətində səlahiyyətli qurumlarla birgə tədbirlər görülür.

Son zamanlar ölkəmizin internet resurslarına yönəlmiş kiberhücumların intensivləşməsini nəzərə alaraq, internet informasiya ehtiyatlarının sahiblərinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, daimi olaraq resurslarının monitorinqinin həyata keçirilməsi və zəruri olmadığı hallarda xaricdən gələn müraciətlərin müvəqqəti olaraq məhdudlaşdırılması tövsiyə edilir.

Hər hansı kiberhücum halları ilə qarşılaşdıqda “1654” qaynar xətti, www.cert.az internet informasiya ehtiyatı və reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.

İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə olunmuş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə bildirib.

Artıq Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Yəni bizim Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Demək istədiyim odur ki, Ermənistanın prosesi ləngitməsinə baxmayaraq, bu layihə mütləq icra olunacaq.

Axar.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması baş tutacaq. Sadəcə regional əməkdaşlıqdan kənarda qalmamaq üçün indi Ermənistana növbəti şans verilib. Qərarı isə özü verəcək. Hesab edirik ki, İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək”, - o bildirib.

Ukrayna daha 17 hərbçisinin cəsədini qaytarıb.

Axar.az xəbər verir ki, bu barədə Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.

“Meyitlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş tutub”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ukrayna müharibə başlayandan indiyədək 400-dən çox hərbçisinin cəsədini geri qaytara bilib.

V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərində səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mövlana Muzeyini ziyarət ediblər.

Axar.az “TRT Haber”ə istinadən xəbər verir ki, Konya Rayon Mədəniyyət və Turizm müdiri Abdüssettar Yarar Mehriban Əliyeva və Leyla Əliyevaya muzey haqda məlumat verib.

Daha sonra Mehriban Əliyeva və Leyla Əliyeva dua ediblər.

Pekinin Tayvanı təcrid etməsinə icazə verilməməlidir.

Axara.z xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.

“Tayvana səfərimin məqsədi ABŞ-ın Çinə qarşı siyasətini dəyişdirmək deyildi. Çünki Vaşinqton hələ də “vahid Çin” prinsipinə sadiqdir”, - Pelosi bildirib.

Bu dəfə də əminəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

"Oyunların rəsmi açılış mərasimi bu gündür. Amma artıq oyunlar davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl stimul olacaq", - Prezident vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən atlet Anna Skidan çəkicatma növündə qızıl medal qazanıb.