Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.

ABŞ-da məktəb müəllimlərinin çatışmaması problemləri kəskinləşir.

AzEdu.az xəbər verir ki, bu problem barədə “İqtisadi Siyasət İnstitutu” analitik mərkəzi tərəfindən hələ 2019-cu ildə dərc olunmuş hesabatda xəbərdarlıq edilmişdi. Həmin hesabatda qeyd olunurdu ki, 2024-cü ilə qədər ölkədə pedaqoqlara tələbatı təmin etmək üçün 300 mindən çox müəllim lazım gələcək.

Son iki ildə bir neçə amil bu problemi kəskinləşdirib: müəllimlərin bir qismi pensiyaya çıxıb və ya bir sıra başqa səbəblərlə bərabər koronavirus pandemiyasına da istinad edərək bu peşədən gediblər, şagirdlər və valideynlər tərəfindən müəllimə hörmətsizliyin artması, habelə məktəblərdə təhlükəsizlik problemi səbəbindən işdən çıxıblar.

Bəzi müəllimlər bildiriblər ki, əməkhaqqının aşağı olması onları müəllim peşəsini tərk etməyə sövq edən amillərdən yalnız biri olub. Ölkədəki çoxsaylı məktəb dairələrinin administrasiyaları qeyd edirlər ki, yaranmış onlarca, yüzlərlə vakansiyanı doldurmaq üçün çox çalışırlar. Təqribən 1,7 milyon pedaqoqun mənafelərini təmsil edən Amerika Müəllimlər Federasiyası iyul ayı üçün hesabatda müəllimlərin və digər işçilərin çatışmaması probleminin həllinin bir neçə variantını, o cümlədən əməkhaqqının və müavinətlərin artırılmasını, müəllimlərlə inzibatçılar arasında münasibətlərin yaxşılaşdırılmasını, siniflərin həcminin azaldılmasını, standartlaşdırılmış testlərin və sənədləşdirmə işlərinin azaldılmasını, habelə müəllim heyətinin şaxələndirilməsini təklif ediblər.

Bəzi məktəb dairələri əsas əməkhaqqının artırılmasından əlavə, müəllimlərin işdə saxlanması və yeni müəllimlərin cəlb edilməsi üçün bonuslar və təqaüdlər verirlər. Başqa dairələrdə alternativ variantlardan istifadə edilir. Məsələn, Mərkəzi Floridadakı Okiçobi məktəb dairəsi yerli müəllimlərin çatışmamasını azaltmaq üçün xaricdən, o cümlədən Hindistan, Filippin, Meksika, Yamayka və Perudan müəllimləri işə götürüb.

ABŞ-da məktəb müəllimlərinin çatışmaması problemləri kəskinləşir.

AzEdu.az xəbər verir ki, bu problem barədə “İqtisadi Siyasət İnstitutu” analitik mərkəzi tərəfindən hələ 2019-cu ildə dərc olunmuş hesabatda xəbərdarlıq edilmişdi. Həmin hesabatda qeyd olunurdu ki, 2024-cü ilə qədər ölkədə pedaqoqlara tələbatı təmin etmək üçün 300 mindən çox müəllim lazım gələcək.

Son iki ildə bir neçə amil bu problemi kəskinləşdirib: müəllimlərin bir qismi pensiyaya çıxıb və ya bir sıra başqa səbəblərlə bərabər koronavirus pandemiyasına da istinad edərək bu peşədən gediblər, şagirdlər və valideynlər tərəfindən müəllimə hörmətsizliyin artması, habelə məktəblərdə təhlükəsizlik problemi səbəbindən işdən çıxıblar.

Bəzi müəllimlər bildiriblər ki, əməkhaqqının aşağı olması onları müəllim peşəsini tərk etməyə sövq edən amillərdən yalnız biri olub. Ölkədəki çoxsaylı məktəb dairələrinin administrasiyaları qeyd edirlər ki, yaranmış onlarca, yüzlərlə vakansiyanı doldurmaq üçün çox çalışırlar. Təqribən 1,7 milyon pedaqoqun mənafelərini təmsil edən Amerika Müəllimlər Federasiyası iyul ayı üçün hesabatda müəllimlərin və digər işçilərin çatışmaması probleminin həllinin bir neçə variantını, o cümlədən əməkhaqqının və müavinətlərin artırılmasını, müəllimlərlə inzibatçılar arasında münasibətlərin yaxşılaşdırılmasını, siniflərin həcminin azaldılmasını, standartlaşdırılmış testlərin və sənədləşdirmə işlərinin azaldılmasını, habelə müəllim heyətinin şaxələndirilməsini təklif ediblər.

Bəzi məktəb dairələri əsas əməkhaqqının artırılmasından əlavə, müəllimlərin işdə saxlanması və yeni müəllimlərin cəlb edilməsi üçün bonuslar və təqaüdlər verirlər. Başqa dairələrdə alternativ variantlardan istifadə edilir. Məsələn, Mərkəzi Floridadakı Okiçobi məktəb dairəsi yerli müəllimlərin çatışmamasını azaltmaq üçün xaricdən, o cümlədən Hindistan, Filippin, Meksika, Yamayka və Perudan müəllimləri işə götürüb.

Bir müddət öncə Müəllimlərin İşəqəbulu üzrə Müsabiqənin test imtahan mərhələsi başa çatdı. Bu mərhələdə iştirak edən müəllimləri ən çox maraqlandıran məsələlərdən biri də fənlər üzrə elan edilən vakant yerlərdir.

AzEdu.az MİQ-in vakant seçimi mərhələsində iştirak edən namizədlər üçün ayrılan vakant yerlərin ibtidai sinif müəllimləri üçün siyahısını təqdim edir:

file:///C:/Users/user/Downloads/Scan%2030%20iyl%2022%20%C2%B7%2007%C2%B720%C2%B749.pdf.PDF

Azərbaycan Texniki Universiteti (AzTU) və Ankara Universiteti arasında imzalanmış ikili diplom müqaviləsinə əsasən, 2022/2023-cü tədris ilində kompüter mühəndisliyi ixtisası üzrə ilk dəfə qəbul həyata keçiriləcək. Bu, AzTU və Ankara Universitetinin həyata keçirdiyi ilk ikili diplom layihəsidir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, müqavilə Türkiyənin Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu – YÖK) tərəfindən təsdiqlənib.

Qeyd edək ki, AzTU və Ankara Universiteti arasında ikili diplom müqaviləsi ötən il imzalanıb.

2022-2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu davam edir.

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu avqustun 12-dək “portal.edu.az” platformasında aparılır. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer ayrılıb.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi, həmçinin sms vasitəsilə təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.

Elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur.

- Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);

- Təhsil haqqında sənəd (attestat);

- Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd.

Aşağıda qeyd olunan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

- I, II və III dərəcə əlilliyi olan şəxslər;

- şəhid ailəsinin üzvləri;

- 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.

"Sertifikasiya prosesinin bir islahat kimi həyata keçirilməsi təhsil sistemimizdə hər hansı bir gözlə görüləcək dəyişiklər yaratmayacağı kimi, dolayı da olsa, ölkənin də iqtisadi-sosial həyatında hər hansı müsbət dəyişikliklərə gətirib çıxarmayacaq. Halbuki, bütün dünyada təhsilin inkişafı dövlətin bütün çalarlarında inkişafa xidmət edir".

Bunu AzEdu.az-a açıqlamasında sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.

Azərbaycan müəllimlərinin özləri ilə bağlı verilən qərarlarda heç bir söz haqqının olmadığını vurğulayan S.Əliyeva bununla bağlı təəssüfünü dilə gətirib:

"Ola bilsin ki, əməkhaqqlarının differensiallaşdırılması tətbiq olunsun, lakin, dünyada və paralel olaraq ölkəmizdə gedən bahalaşma və inflyasiya fonunda Elm və Təhsil Nazirliyinin ölkə reallıqlarından uzaq addım atacağını düşünmürəm. O ki, qaldı sertifikasiya prosesinin başlanmasına, onsuz da Azərbaycan müəllimləri onlarla bağlı verilən qərarlarda heç bir söz haqqına sahib deyillər. Təəssüf ki, davamlı olaraq, pedaqoqların, dəyərli təhsil ziyalılarının və işçilərinin rəyi nəzərə alınmadan, müəllim kütləsini narazı salan müzakirəsiz və mübağiləsiz qərarlar verilən”müasir” idarəetmə yanaşması sərgilənməkdədir. Və hələ də ana təhsil fəlsəfəmiz formalaşmadığından, təhsil sisteminin boşluqları bu və digər formada “yeniliklərlə” yamanmağa çalışılır ki, bu da yaxşı təqdim edilmiş statistikadan və ümumi işə faydası olmayan fəaliyyətlər toplusundan başqa bir şey deyil.

Günün reallığında isə müəllim şagirddən daha çox oxuyur, mütaliə edir və imtahan verir...

Niyəsinin cavabı başqa müzakirələrin mövzusudur və sonda bu sualları mürəkkəbdən sadəyə yox, sadədən mürrəkkəbə sıralamaq lazımdır. Təhsil sistemimizdə də keyfiyyəti yenidən yaratmağa çalışsaq məhz sadədən başlamaq məcburiyyətindəyik, başqa cür alınmayacaq....".

Pedoqoq son olaraq, "Bu ölkənin vəsaitləriini yerli-yersiz qərar və islahatlar fonunda israf etməyə isə heç kimin haqqı yoxdur" -deyə bildirib.

"Ölkə başçısının dediyi kimi, bizim əsas məqsədimiz insan kapitalı yetişdirməkdir, o da, bu ölkəni gələcəyə daşısın. Nə qədər buna nail oluruq, məncə bu suala uzaqda deyil, facebook sosial şəbəkəsini yaxşı təhlil etməklə cavab tapa bilərsiz...".

"Sertifikasiya prosesinin bir islahat kimi həyata keçirilməsi təhsil sistemimizdə hər hansı bir gözlə görüləcək dəyişiklər yaratmayacağı kimi, dolayı da olsa, ölkənin də iqtisadi-sosial həyatında hər hansı müsbət dəyişikliklərə gətirib çıxarmayacaq. Halbuki, bütün dünyada təhsilin inkişafı dövlətin bütün çalarlarında inkişafa xidmət edir".

Bunu AzEdu.az-a açıqlamasında sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.

Azərbaycan müəllimlərinin özləri ilə bağlı verilən qərarlarda heç bir söz haqqının olmadığını vurğulayan S.Əliyeva bununla bağlı təəssüfünü dilə gətirib:

"Ola bilsin ki, əməkhaqqlarının differensiallaşdırılması tətbiq olunsun, lakin, dünyada və paralel olaraq ölkəmizdə gedən bahalaşma və inflyasiya fonunda Elm və Təhsil Nazirliyinin ölkə reallıqlarından uzaq addım atacağını düşünmürəm. O ki, qaldı sertifikasiya prosesinin başlanmasına, onsuz da Azərbaycan müəllimləri onlarla bağlı verilən qərarlarda heç bir söz haqqına sahib deyillər. Təəssüf ki, davamlı olaraq, pedaqoqların, dəyərli təhsil ziyalılarının və işçilərinin rəyi nəzərə alınmadan, müəllim kütləsini narazı salan müzakirəsiz və mübağiləsiz qərarlar verilən”müasir” idarəetmə yanaşması sərgilənməkdədir. Və hələ də ana təhsil fəlsəfəmiz formalaşmadığından, təhsil sisteminin boşluqları bu və digər formada “yeniliklərlə” yamanmağa çalışılır ki, bu da yaxşı təqdim edilmiş statistikadan və ümumi işə faydası olmayan fəaliyyətlər toplusundan başqa bir şey deyil.

Günün reallığında isə müəllim şagirddən daha çox oxuyur, mütaliə edir və imtahan verir...

Niyəsinin cavabı başqa müzakirələrin mövzusudur və sonda bu sualları mürəkkəbdən sadəyə yox, sadədən mürrəkkəbə sıralamaq lazımdır. Təhsil sistemimizdə də keyfiyyəti yenidən yaratmağa çalışsaq məhz sadədən başlamaq məcburiyyətindəyik, başqa cür alınmayacaq....".

Pedoqoq son olaraq "Bu ölkənin vəsaitləriini yerli-yersiz qərar və islahatlar fonunda israf etməyə isə heç kimin haqqı yoxdur" -deyə bildirib.

"Ölkə başçısının dediyi kimi, bizim əsas məqsədimiz insan kapitalı yetişdirməkdir, o da, bu ölkəni gələcəyə daşısın. Nə qədər buna nail oluruq, məncə bu suala uzaqda deyil, facebook sosial şəbəkəsini yaxşı təhlil etməklə cavab tapa bilərsiz...".

Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbi ARC Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir.

UNEC-dən AzEdu.az-a bildirilib ki, Ali İdarəetmə Məktəbi 1 semestrlik mübadilə proqramı təklif edir. Mübadilə proqramı fransız və ingilis dillərini bilən tələbələr üçündür. Mübadilə 2023-ci ilin yaz semestri üçün nəzərdə tutulur. Yaz semestri 2023-cü ilin fevral ayında başlayacaq.

Qeyd edək ki, Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbi ARC 1982-ci ildə təsis edilib. Tədris əsasən bakalavr və magistr dərəcələrində fransız dilində aparılır. Burada iqtisadiyyat hüququ, informasiya texnologiyaları, marketinq, maliyyə, logistika, insan resursları, iqtisadi cinayətlərin istintaqı, biznesin idarəedilməsi və digər proqramlar mövcuddur. Hazırda 1800 tələbənin təhsil aldığı məktəbdə 100 akademik heyət üzvü və 400 qonaq mühazirəçi vardır.

Müraciətlər avqustun 15-dək qəbul olunur.

2022-2023-cü tədris ilində peşə təhsili üzrə Dual Təhsil Proqramının əhatə dairəsinin genişləndirilərək 9 regionda, 15 peşə təhsil müəssisəsində, ümumilikdə 46 qrupda tətbiqi nəzərdə tutulur. Proqrama turizm, ictimai iaşə, kənd təsərrüfatı və sənaye istiqamətində 25 ixtisas üzrə 50-dən çox qabaqcıl işəgötürən müəssisə cəlb olunub.

AzEdu.az xəbər verir ki,Dual Təhsil Proqramının tətbiqinin genişləndirilməsində əsas məqsəd müxtəlif sahələrdən olan peşəkarlarla birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlanması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.

Dual Təhsil proqramı tələbənin tədris ili boyunca peşə təhsili müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktiki bacarıqlar əldə etməsini təmin edən təhsil yanaşmasıdır. Proqram müddətində tələbələr ilk 1 ay müddətində peşə təhsili müəssisəsində nəzəri biliklər əldə edirlər. 2-ci aydan etibarən isə həftədə 3 gün olmaqla peşə təhsili müəssisəsində nəzəri biliklərə, 2 gün ərzində isə iş yerində praktiki bacarıqlara yiyələnirlər. Tədris ilinin aprel ayından başlayaraq praktiki məşğələlərin sayı 5 gün olmaqla davam etdirilir. Kənd təsərrüfatı istiqamətinin bəzi ixtisaslarında tədris fərqli intensivlikdə tətbiq edilə bilər.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi Dual Təhsil Proqramının tətbiqi zamanı müxtəlif istiqamətlər üzrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən icra edilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Dövlət Turizm Agentliyi, Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Turizm Bürosu və Almaniyanın “Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V.” təşkilatı ilə əməkdaşlıq edir.

Bir neçə ildir ki müzakirə olunan müəllimlərin sertifikasiyasının avqust ayında təşkil olunacağı nəzərdə tutulub.

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesini tənzimləyəcək qaydalar artıq hazırdır. Lakin müşahidələr göstərir ki, müəllimlərin əksəriyyəti sertifikasiya ilə bağlı qorxu və həyəcan keçirir. Təsadüfi deyil ki, sertifikatlaşdırma imtahanlarının əleyhinə olan müəllimlərin sayı az deyil.

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Nabatəli Qulamoğlu deyib ki, ölkədə müəllimlərin sertifikatlaşdırılmasına ciddi ehtiyac var:

“Belə olan halda, sertifikasiyanın əleyhinə çıxanlar, əlbəttə ki, imtahana hazır deyillər və özgüvənləri aşağıdır”.

Ekspertin dediyinə görə, sertifikasiya ən azı hər 5 ildə bir dəfə təşkil edilməlidir. Nəzərə almaq lazımdır ki, biliyinin test ediləcəyini bilən müəllim özünü inkişaf etdirməyə daha çox meyilli olur. Təəssüf ki, sertifikatlaşdırmanın tətbiqi 10 ildən çoxdur ki müzakirə edilməsinə baxmayaraq, hələ ki reallaşdırılmır. Açığı deyim ki, əksər müəllimlər sertifikasiyanın əleyhinədir, çünki onlar özlərinə və biliklərinə güvənmirlər. Onu da qeyd etmək lazımdır ki, sertifikasiya imtahanlarına tam hazır olan yüzlərlə müəllimlərimiz də var. Həmin müəllimlər sertifikatlaşdırma prosesindən üzüağ çıxacaqlarına arxayındırlar. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinə qarşı səsləndirdiyimiz tənqidlərə baxmayaraq, bu qurum müəllimlərin sertifikatlaşdırılmasının öhdəsindən gələrsə, təqdirəlayiqdir. Bunu nazirliyin ciddi uğuru hesab etmək olar. Nəzərə almaq lazımdır ki, burada söhbət Azərbaycan təhsilində kadr problemini həll etməkdən gedir. Ona görə də sertifikasiyanın əleyhinə olanlar çoxluq təşkil edir. Güman edirəm ki, həmin çoxluq şərhlərimə görə məni də söyürlər. Onlar, birmənalı olaraq, işini bilməyən, savadını kifayət qədər artırmayan müəllimlərdir. Mən hələ yumşaq şəkildə deyirəm... İnanın, cümlənin mübtədası ilə xəbərini fərqləndirə bilməyən müəllimlər var. Belələri, əlbəttə ki, sertifikasiyaya qarşı çıxmaya bilməzlər”.

N.Qulamoğlu qeyd edib ki, nazirliyin təşkil etdiyi müsabiqələrdə bir sıra hallarda professionallıq nümayiş etdirə bilməməsi də müəllimlərdə gərginlik yaradır:

“Bir dəfə testlər yanlış paylaşılıb, bir dəfə məlumatlar sızdırılıb və s. Adam təsəvvür edə bilmir ki, doğrudan da ölkənin Elm və Təhsil Nazirliyi hansısa imtahanı təşkil etmək gücündə deyil. Güman edirəm ki, Elm və Təhsil Nazirliyi müəllimlərin sertifikatlaşdırılması prosesində peşəkarlıq nümayiş etdirəcək. Yox, əgər sertifikasiya imtahanlarında da nöqsanlara yol verilsə, deməli bu nazirlik doğrudan da işinin öhdəsindən gələ bilmir”.

Azərbaycanlı şagirdlər İngiltərədə keçirilən Teeneagle (tiniql) beynəlxalq ingilis dili olimpiadasında qızıl, gümüş və bürünc medallara layiq görülüblər. Yarış fevral ayında keçirilsə də, təqdimetmə mərasimi ötən gün Böyük Britaniyanın ən məşhur universitetlərindən olan Oksford Universitetində baş tutub. Müxtəlif məktəb və liseylərdən olan bu uşaqların H.Əliyev beynəlxalq hava limanında təşkil edilən qarşılanma mərasimi xoş anlarla yadda qaldı.

Zirvə liseyinin, İngiltərədə fəaliyyət göstərən Oscar educationun və Brooke House Collegin birgə təşkilatçılığı ilə təşkil olunan teeneagle beynəlxalq ingilis dili olimpiadasının Londonda təşkil olunan final mərhələsində ölkəmizin müxtəlif şəhər və rayonlarından ümumilikdə 35 şagird iştirak edib.

Qeyd edək ki, 30-a yaxın ölkədən 400-dən artıq şagirdin iştirak etdiyi beynəlxalq olimpiadada şagirdlərimiz 7 qızıl, 6 gümüş və 13 bürünc medalla vətənə dönüblər.

Xatırladaq ki, olimpiada çərçivəsində keçirilən “talant şou”da da şagirdlərimiz öz bacarıqlarını nümayiş etdiriblər.

APA

Dövlət İmtahan Mərkəzinin (DİM) nəşrlərini saxtalaşdıran şəxslərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, yeni dərs ilinin başlanılmasına az qalmış yenidən gündəmə gələn məsələlərdən biri kitab piratçılığı və ona qarşı mübarizədir.

Dövlət İmtahan Mərkəzi daim bu məsələni diqqət mərkəzində saxlayır və kitab piratçılığının qarşısının alınması ilə bağlı müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Hələ 2018-ci ilin müvafiq dövründə hüquqları Dövlət İmtahan Mərkəzinin “Abituriyent” Jurnalı Redaksiyasına və digər nəşriyyatlara məxsus kitabların pirat nüsxələrini Türkiyə Respublikasında çap edərək Azərbaycan Republikasına gətirib satışını həyata keçirən böyük dəstə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən zərərsizləşdirilmiş, bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Bu tədbirlər kitab bazarına, bu sahədə müəllif və əmlak hüquqlarının qorunmasına öz müsbət təsirini göstərib.

Aldığımız məlumata görə bəzi hüquqi və fiziki şəxslər qanunların tələbinə məhəl qoymadan yenidən DİM-ə məxsus kitabların pirat nüsxələrinin çapı və satışı ilə məşğul olurlar. Bildiririk ki, bu cür halların qarşısının alınması üçün tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçiriləcəkdir.

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 8-dən 17-dək internet vasitəsilə həyata keçiriləcək.

İxtisas seçimi ilə bağlı qəbul məsələləri üzrə mütəxəssis Elçin Efəndi fikirlərini AzEdu.az-la bölüşüb.

"İxtisas seçimi zamanı 30 minə yaxın abituriyent müsaqibədən keçə bilməyək"

Elçin Efəndi kolleclərin plan yerləri haqqında məlumat verib:

"Kolleclərə elektron ərizə verən abituriyentlərin sayı 43 minə yaxın, ayrılan plan yerlərin miqdarı isə 10 min 200-dür. Elektron ərizə təqdim edənlərlə,plan yerlərini müqayisə etsək görərik ki, təxminən, 30 minə yaxın şagird müsaqibədən keçə bilməyəcəklər".

Ekspert valideyn və abituriyentləri kolleclərə ixtisas seçimi zamanı diqqətli olmağa çağırıb:

"Həm valideyn, həm də, şagirdlər kolleclərə ixtisas seçimi zamanı daha diqqətli və həssas olmalıdırlar. Çünki, ali təhsil müəssisələrinin bakalavr və magistratura pilləsi, 9 illik bazadan kolleclərə ixtisas seçimindən çox fərqlənir. Bakalavr üçün 15, magistratura pilləsi üçün 20 seçim olduğu halda, kolleclərə ixtisas seçimində abituriyent sadəcə 12 yer seçə bilir. Bu yerlər elə seçilməlidir ki, bu zaman həm dövlət, həm də ödənişli əsaslarla olan ixtisasları qeyd etmək mümkün olsun".

"Kolleclərə ixtisas seçimi zamanı əvvəlki illərin faktiki plan yerləri ilə müqayisə aparmaq lazımdır. Əlavə olaraq, kolleclərin illik təhsil haqları nəzərə alınmalıdır.9 illik bazadan kolleclərə ixtisas seçimi daha strateji olduğundan yaxşı olar ki, abituriyent mütəxəssis seçimi zamanı daha diqqətli olsun. Əgər qəbul qaydası deyişibsə, mütləq qəbul ballarında da müəyyən dəyişiklik olacaq. Bu dəyişikliklərə yalnız mütəxəssislər hər hansısa bir fikir bildirə bilər. Təəbi ki, uzun illər bu sahədə işləyən mütəxəssisdən söhbət gedir. Kor-təbii şəkildə aparılan ixtisas seçimi şagirdin qəbul olmaması ilə nəticələnə bilər".

Mövzu ilə bağlı ixtisas seçimi üzrə mütəxəssis Sübhan Hüseynov da fikirlərini bölüşüb.

"Kolleclərə ixtisas seçimi universitetlərə nisbətən daha çətin olur. Universitetlərdə plan yeri və statistika öncədən bilinir. Bu isə universitetlərə ixtisas seçimini daha da asanlaşdırır. İlk öncə abituriyentlər kolleclərə nə qədər plan yeri olduğunu bilməlidir. Ümumiyyətlə, kolleclərərə ixtisas seçimi zamanı abituriyent sayına fikir verməlidirlər. Abituriyent seçim edərək gələcəkdə həmin ixtisas sahəsində işləyəcəyini bilməlidir".

Son olaraq qeyd edək ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Elcan Məmmədov 1989-cu il avqustun 9-da Tərtər şəhərində anadan olub. 1996- cı ildə Sabunçu rayonunda 169 nömrəli tam orta məktəbə gedib. 2007-ci ildə orta məktəbi bitirib və AzTU-ya qəbul olunub.

AzEdu.az xəbər verir ki, Elcan Məmmədov universiteti bitirdikdən sonra 2011-ci ildə həqiqi hərbi xidmətdə olub. 2018-ci ildə öz istəyi ilə xüsusi kurs keçərək leytenant hərbi rütbəsi alıb və hərbi xidmətini davam etdirib. Elcan Məmmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib. O, sentyabrın 27-də Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamları ilə Elcan Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Sabahdan Azərbaycanın rayonlarında güclü külək əsəcək.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Xidmətdən bildirilib ki, avqustun 10-u gündüzdən ikinci ongünlüyün birinci yarısınadək şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

"Proqnozlarımıza əsasən, ölkədə hər il təxminən 3500-4000 müəllim yerinə vakansiya düşsə də, vakansiya yerlərinin sayı süni surətdə artırılır”.

“İkinövbəli məktəblərdə tədrisin təşkili və idarəetmə ilə bağlı problemləri aradan qaldırmaq üçün dövlət proqramları qəbul edilməli, məktəblərdə ikinövbəlilik ümumiyyətlə ləğv edilməlidir.

“Pedaqoji sahədə ixtisaslaşmış kadr sayı əmək bazarının tələblərinə uyğundur”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elşən Qafarov deyib.

Ekspert əvvəla süni surətdə artırılan vakant yerlər barədə danışıb. O qeyd edib ki, bu, müəllimlərin əmək norması ilə təmin edilməsinə mane olur:

"Ümumiyyətlə, ölkədə kifayət qədər pedaqoji təhsilli kadrların olmasına baxmayaraq, xüsusilə regionlarda müəllim çatışmazlığına rast gəlinir. Regionlarda əsasən ingilis dili, fizika, kimya və biologiya müəllimlərinə ehtiyac var. Proqnozlarımıza əsasən, ölkədə hər il təxminən 3500-4000 müəllim yerinə vakansiya düşsə də, vakansiya yerlərinin sayı süni surətdə artırılır. Bu necə baş verir?! Deməli, müəllimin bir həftəlik dərs yükü normasının 18 saat olmasına baxmayaraq, bir çox hallarda həmin norma təmin olunmur. Beləcə, əlavə olaraq 6-10 saat dərs yükü vakansiyaya çıxarılır. Regionlarda digər ən ciddi problem ibtidai sinif müəllimləri ilə əlaqədardır. Əhali şəhərlərə üz tutur və urbanizasiya nəticəsində bir sinifə bir neçə ibtidai sinif müəllimi dərs keçir. Mərkəzlərdə isə ibtidai sinif müəllimləri ilə bağlı ciddi problem yoxdur, əksinə şəhər yerlərində şagird sıxlığı mövcuddur".

E.Qafarov, həmçinin, iki növbəli məktəblərdə idarəetmə və tədrisin keyfiyyətinin zəif olmasından da bəhs edib. Bildirib ki, respublika üzrə 3447 tam orta məktəbdən xüsusilə şəhərlərdə yerləşənlərdə ikinövbəli fəaliyyət göstərənlər çoxdur:

"Bakı və Bakı ətrafinda hətta üç növbə ilə işləyən məktəblər də var. Üstəlik, siniflərdə şagird sıxlığı həddindən artıq çoxdur. Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 saylı qərarında göstərilir ki, məktəblər layihələndirilərkən siniflər 24 şagird üçün nəzərdə tutulmalı, bir sinifdə şagirdə düşən sahə 2-2.5 kvadratmetr olmalıdır. Buna baxmayaraq, bizim 36 kvadratmetrlik sinif otaqlarımızda 30-40, bir sıra hallarda hətta 50-yə yaxın şagird təhsil alır. Bu, şagirdlər üçün nəzərdə tutulan yer normativlərinin pozulmasına gətirib çıxarır. Şagird sayı normadan 1.5-2 dəfə artıq olan siniflərdə fərdi yanaşmadan söhbət gedə bilməz. Məlumdur ki, ölkə məktəblərində tədrisin təşkili ilə bağlı çox ciddi problemlər var. Müəllim peşəkarlığının lazımi səviyyədə olmadığını da nəzərə alsaq, ümumilikdə orta məktəblərdəki tədrisin keyfiyyətinin ümumi mənzərəsini görə bilərik. Ona görə də siniflər bölünməlidir. Lakin nəzərə almaq lazımdır ki, bu gün xüsusilə də Bakı məktəblərində siniflərdəki şagirdlərin sayı bölünərək azaldılarsa, məktəblərdə yer olmaz. Belə olan halda məlum olur ki, yeni məktəblər və ya mövcud məktəblərin həyətində yeni korpusların tikilməsinə ciddi ehtiyac var. 2019-cu ildə Prezident İlham Əliyev Bakı şəhəri üzrə məktəblərin infrastrukturunun gücləndirilməsi işinə 47 milyon manat əlavə vəsait ayırıb. Təəssüf ki, xüsusilə Bakı və Bakıətrafı ərazilərdə bu mənada ciddi problemlər hələ də yaşanır. Təbii ki, şagird sayı normadan iki dəfə artıq olan siniflərdə tədrisin keyfiyyəti barədə danışmaq yersizdir. Ümumiyyətlə, ikinövbəli məktəblərdə tədrisin təşkili və idarəetmə kifayət qədər problemlidir. Belə problemləri aradan qaldırmaq üçün dövlət proqramları qəbul edilməli, ikinövbəli məktəblər aradan qaldırılmalıdır. Məsələn, Naxçıvan Muxtar Respublikasında görülən işlərin nəticəsidir ki, məktəblər iki növbədə fəaliyyət göstərmir. Eyni zamanda, böyük şəhərlərdə, xüsusilə də Bakı və Abşeronda yeni məktəb binalarının tikintisinə ehtiyac var. Belə olan halda, məktəblərdə şagird sıxlığı azalar və iki növbəlilik aradan qalxar".

Ekspertin sözlərinə görə, ölkədə pedaqoji sahədə kadr hazırlığı ilə bağlı da ciddi problemlər olsa da, bu sahədə ixtisaslaşmış kadr sayı əmək bazarının tələblərinə uyğundur: "Respublika üzrə 45 ali məktəb və 6 filial fəaliyyət göstərir. Onların təxminən 31-i pedaqoji sahədə kadr hazırlığı ilə məşğuldur. Həmin kadrların günün reallığına uyğun nə dərəcədə peşəkar hazırlanması da ayrıca problemdir. Müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirildiyi üçün bu sahəyə hələki tələbat var. Yəni pedaqoji sahədə özəl sektorun genişlənməsi, özəl məktəb və liseylərin açılması, kommersiya məqsədilə fəaliyyət göstərən kursların çoxalması müəllimlərə olan tələbatı artırır. Əmək bazarında tələbat olduğu üçün hazırda prdaqoji sahədə təhsil alanların böyük əksəriyyəti də iş tapa bilirlər. Ona görə də bu gün pedaqoji sahədə ixtisaslaşmış kadr sayının əmək bazarının tələblərinə uyğun olduğunu hesab edirəm".

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ali məktəbin son kursunda təhsil alan bakalavr, magistr tələbələri və yeni məzun olanlar üçün təcrübə təşkil edəcək.

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, təcrübə proqramında öyrənməyə, təcrübə qazanmağa, eləcə də təhsil sahəsində işləməyə marağı olan gənclər iştirak edə bilərlər. Namizədə aid tələblər:

- Ali təhsil;

- “MS Office” proqramları üzrə bacarıqlar;

- Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;

- Tədqiqat, tənqidi düşüncə və analitik düşünmə bacarıqları;

- Təşkilatçılıq bacarıqları;

- Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;

- Təhsil sahəsinə maraq;

- Təşəbbüskarlıq və innovativlik.

Müsahibə nəticəsində seçilən təcrübəçi 3-6 ay müddətinə keçiriləcək təcrübə proqramı çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsində iştirak edəcək:

- İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;

- Tədqiqat və innovasiyalar ilə bağlı təlimlərin/konfransların təşkil olunması;

- Təhsil tədqiqatlarının aparılması;

- Təhsil problemlərinə innovativ həll yollarının tapılmasında dəstək;

- Biznes planın/modelin hazırlanması və layihə məhsullarının kommersiyalaşdırılmasında iştirak;

- Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasında dəstək;

- Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən öz CV və motivasiya məktublarını ingilis və ya Azərbaycan dilində avqustun 14-dək “Təcrübə proqramı” başlığı (subject) ilə innovations@arti.edu.az elektron poçt ünvanına göndərməlidirlər.

Demək olar hər il, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil alan müraciətçilərin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmır.

Agentlikdən AzEdu.az-a verilən məlumata görə, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:

1. Dağıstan Dövlət Universiteti

2. Cənubi Rusiya Humanitar İnstitutu

3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu

4. Rusiya Dövlət Sosial Universiteti

5. Moskva Dövlət Açıq Universiteti

6. Regionlararası Heyətin İdarəolunması Akademiyası

7. Müasir Humanitar Akademiya

8. "YUJDAQ" İnstitutu

9. Dnepropetrovsk Milli Universiteti

10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)

11. Anadolu Universiteti

Diqqətinizə çatdıraq ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:

1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

Rezidenturaya qəbul imtahanının II mərhələsi üçün qeydiyyat avqustun 11-dək davam edəcək.

AzEdu.az xəbər verir ki, bu gün saat 10:35-ə olan məlumata görə, 632 nəfər (Azərbaycan bölməsi – 532, rus bölməsi - 100) qeydiyyatdan keçib.

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 11 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”in hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

AzEdu.az təhsil portalında yeni “Problem, şikayət və təkliflər” xidmətinə start verilir.

Xidmət çərçivəsində təhsil ictimaiyyətinə daxil olan şəxslər (müəllim, şagird, tələbə və bu sahəyə üzv olan insanlar) həmin sektorda qarşılaşdığı problem, şikayət və digər neqativ halları bizimlə bölüşmək imkanı əldə edəcək.

Bunun üçün şikayətini işıqlandırmaq istəyən şəxslər info@azedu.az ünvanına bunu göndərə bilərlər.

AzEdu.az həmin məsələni işıqlandıraraq onun həllinin tapılmasında köməklik edəcək. Həmçinin, təhsil portalı qarşı tərəfin də fikirlərini alaraq baş verən hadisəyə qərəzsiz yanaşacaq.