Azərbaycan 163 milyon dollarlıq  neft məhsulları ixrac edib

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 388 min 311,66 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,7% çoxdur. Bu barədə Fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

“Yanvar-aprel aylarında Azərbaycandan $163 milyon 409,16 min dəyərində (artım 51,3%) bəyan edilmiş neft məhsulları ixrac olunub. Hesabat dövründə Azərbaycandan bütün ixracın 2,57%-i neft məhsullarının ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.

2020-ci ildə Azərbaycandan $295 milyon 114,95 min dəyərində (azalma 36,2%) 1 milyon 63 min 868,13 ton (artım 8,6%) neft məhsulları ixrac edilib.

0
69
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar