Azərbaycan dövləti hər zaman beynəlxalq hüququn aliliyini qoruyur

2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən 44 günlük Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, beynəlxalq ədalətin öz yerini tapmasında da mühüm şərtə çevrildi. Belə ki, 1990-cı illərin əvvəlindən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yeritməsi nəticəsində ölkəmizin beynəlxalq müstəvidə tanınmış, BMT tərəfindən qəbul edilmiş sərhədləri pozulmuşdu. Qeyd edilməlidir ki, 30 ilə yaxın davam etmiş işğal prosesi nəticəsində ölkəmizin 20 faizə yaxın əraziləri Ermənistanın və onun yaratdığı separatçı terror qruplaşmasının nəzarətində idi. Bu isə beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edirdi. Xüsusi olaraq vurğulanmalıdır ki, ərazi bütövlüyümüzün təmin edilməsi, işğal etdiyi Azərbaycan torpaqlardan qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini icra etməkdən boyun qaçıran Ermənistan uzun illər beynəlxalq ədalətin bərpasını gecikdirməyə çalışmışdı.

Sevindirici haldır ki, bu ədalətsizlik Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-həmlə əməliyyatlarının başlanılması ilə bağlı Əmri ilə sona çatdı. Azərbaycanın müzəffər ordusu cəmisi 44 gün ərzində işğal atındakı torpaqlarımızı azad etdi. Bir məqamı vurğulamaq gərəkir ki, 2020-ci ildə ölkəmizə qarşı davamlı hərbi təxribatlara əl atan Ermənistan bəzi məqamlarda bizi də təxribata cəlb etmək istəsə də, onların bu məkrli planı baş tutmadı. Ötən ilin yayında Ermənista-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu ərazisində analoji təxribatlar törədən və Azərbaycan silahlı qüvvələrini Ermənistan ərazisinə daxil olmağa təhrik etməyə çlaşın düşmən ölkə öz niyyətinə çatmadı. Hər zaman rasionalllığını qoruyan, beynəlxalq hüququn prinsipilərinə riayət edən Azərbaycan dövlətinin məsuliyyətli davranışı ermənilərin bu niyyətini puça çıxardı. Eyni taktikadan 44 günlük Vətən müharibəsi dövründə də istifadə etməyə çalışan düşmən tərəfi hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaq olan şəhər və rayonlarımıza qarşı mənfur hücumlar təşkil etdi. Amma onların bu cəhdləri də uğursuzluqla müşayət olundu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan ordusu düşmənin yalnız hərbi atəş mövqelərini hədəfə almaqla müharibə qanunlarına riayət etdiyini bütün dünyaya nümayiş etdirdi. Yeri gəlmişkən, fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan məsuliyyətli ölkədir. Azərbaycan ordusu erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədi: "Bizi buna təhrik etmək istəyirdilər. Əgər ordumuz Ermənistan ərazisinə keçsəydi vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli kimi rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı".

Birmənalı şəkildə başqa dövlətlərin beynəlxalq qanunlara əsasən tanınmış torpaqlarında gözü olmadığını, hətta gücü çatdığı halda belə təcavüzkar Ermənsitana qarşı belə analoji mövqe sərgiləməyən Azərbaycan bir daha sülhün, ədalətin tərəfdarı olduğunu ortaya qoymaqdadır. Bu gün regionda yeni siyasi-iqtisadi reallıqlar yaranıb. Bu isə, istər region dövlətlərinin, istərsə də digər ölkələrin yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirir. Bu gün Azərbaycan yeni logistik kommunikasiyaların qurulması, bölgənin abadlaşdırılması istiqamətində addımlar atsa da, Ermənistan hələ də sosial, siyasi böhrandan xilas ola bilmir. Müharibənin bitməsindən aylar keçsə də Ermənistanda ağır siyasi böhran hökm sürməkdədir, iqtisadiyyat tam əşkildə tənəzzülə uğrayıb. Siyasi xaos artıq dövlətin bütün sferasının fəaliyyətini iflic edib. Uğradığı məğlubiyyətin cavabını qarşılıqlı ittihamilarda axtaran Ermənistan rəhbərliyi anlamalıdır ki, düşdükləri durumun səbəbləri illərdir davam etdirdikləri işğalçılıq siyasəti, qonşuları ilə düşmən münasibətlərdə olmalarıdır.

Fazil Məhərrəmov Yap salyan rayon Təşkilatının Gənclər Birliyinin sədri

 

0
758
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar