Azərbaycan-Ermənistan sərhəddində 5 gün davam edən danışıqların nəticəsi...- İDDİA

Bu gün Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin komandiri general Rüstəm Muradovun iştirakı ilə keçirilən danışıqlar başa çatıb.

Yenisabah.az “Armenian ews”a istinadla xəbər verir ki, ilkin məlumata görə, Azərbaycan hərbçiləri Ermənistanla sərhədin mübahisəli ərazisindən geri çəkilməlidir.

Bunu Syunik bölgəsinin Verin Akner kəndinin bələdiyyə sədri Spartak Minasyan bildirib.

“İlkin məlumata görə, Azərbaycan hərbçiləri ərazidən ayrılmalı, gərginlik azalmalı, sonra mövqe tutmalıdırlar. Ancaq mövqelər yaşayış məntəqələrimizə yaxınlaşmayacaq”.

“Danışıqların nəticələri bizim üçün müsbətdir və sabah Azərbaycan silahlı qüvvələri Sev Liç ərazisini (Qara göl) tərk etməlidir. Bu barədə öz “Facebook” səhifəsində deputat Zohrabyan məlumat verib.

“Azərbaycanlılarla beş günlük danışıqlar yenicə başa çatıb. Syunikdən mənə bildirildiyi kimi, danışıqların nəticəsi bizim üçün müsbətdir və sabah Azərbaycan silahlı qüvvələri Sev Liç ərazisini tərk etməlidir.

Ümid edək ki, sabah Azərbaycan silahlı qüvvələri həqiqətən Sev Liç ərazisini tərk edəcək və ən əsası bu, Ermənistanın başqa bir ərazisinin suverenliyi hesabına olmayacaq. Məsələn, Tiqranaşen (Kərk)”, – deyə Zohrabyan yazıb.

0
101
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar