Azərbaycan millisi seçmə mərhələni qrup üçüncüsü kimi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. SİA xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamız Monteneqroda təşkil olunan 2-ci dövrənin 3-cü matçında Gürcüstan voleybolçuları ilə qarşılaşıb.

Podqoritsadakı “Verde” İdman Kompleksində baş tutan görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda lider Yunanıstanla (14 xal) ikinci pillədə qərarlaşmış Monteneqro (13 xal) üz-üzə gələcək. Azərbaycan millisi isə qrup mərhələsini 6 xalla üçüncü pillədə başa vurub. Gürcüstan yığması seçmə mərhələni xalsız və sonuncu yerdə bitirib.

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si – 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AÇ-2021-ə vəsiqə qazanacaq.

AÇ-2021-in seçmə mərhələsi

F qrupu

16 may

Azərbaycan – Gürcüstan 3:0

0
51
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar