Azərbaycan polisi Xankəndinə girən iki iranlını saxladı – DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə  bağlı unikal.org-a açıqlama verən DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:

“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.  Həmin avtomobillərin sürücüləri  barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.

0
1854
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar