Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,4% artıb

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $839 milyon 724,27 min təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 4,4% çoxdur.

Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

2021-ci ilin 4 ayı ərzində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,49%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

Hesabat dövründə Azərbaycan Rusiyaya $197 milyon 762,28 min dəyərində (artım 2,2%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 3,11%-i Rusiyanın payına düşüb.

Yanvar-aprel aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $641 milyon 962 min (artım 5,2%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,19% Rusiyadan idxalın payına düşüb.

Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $444 milyon 199,22 min təşkil edib.

0
46
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar