Azərbaycana qaytarılan əsirin kimliyi niyə açıqlanmır? - Ekspert danışır

Azərbaycan və Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib. Bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib. R.Muradov əlavə edib ki, Rusiyanın Qarabağdakı sülhməramlılarına məxsus təyyarə ilə bir əsir Ermənistandan Bakıya, beş əsir isə Azərbaycandan İrəvana çatdırılıb.

Maraqlıdır ki, niyə Azərbaycana qaytarılan əsirin şəxsiyyəti ictimaiyyətə açıqlanmır?

Mövzuyla bağlı Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevlə həmsöhbət olduq. O, əsirin adını ictimiayyətə açıqlamazdan öncə, hər şeydən əvvəl əsirin özüylə razılaşdırmaq lazım olduğunu vurğuladı. Eyni zamanda, həmsöhbətimiz bunu qaytarılan azərbaycanlı əsirin təhülkəsizliyi ilə əlaqələndirdi:

"Ümumiyyətlə, əsirin adını ictimiayyətə açıqlamazdan öncə, hər şeydən əvvəl əsirin özüylə razılaşdırmaq lazımdır. Bu, şəxsi məlumatlar sayılır. Bu baxımdan, onun könüllü razılığı çox vacib məsələdir. Əgər, o könüllü olaraq buna razılıq verərsə, onun adıyla yanaşı şəkilləri də yayımlana bilər. Eyni zamanda, onun haqqında ətraflı məlumat da verilə bilər. Yəqin ki, erməni tərəfi razılıq verib ki, onlarının əsirləri haqqında məlumatlar verilir. Bundan əlavə, əsirlərin mübadiləsiylə bağlı qısa bir müddət keçib. Ola bilsin ki, yaxın günlərdə bununla bağlı məlumat verilə bilər. Yadınzdadırsa, əsirlərin dəyişdirilməsinin birinci mübadiləsi zamanı əsirlərimizlə bağlı məlumatlar mediada yayımlanıb. Əslində, məsələnin bir neçə tərəfi var. Birinci şəxsi məlumatlar olduğuna görə, ikincisi isə təhlükəsizlik baxımından məlumatlar verilmir. Əsas məsələ budur ki, əsirlərin dəyişdirilməsi prosesi həyata keçirilib.

Bəs, adı ictimaiyyətə açıqlanmayan azərbaycanlı əsir birinci Qarabağ müharibəsində əsir düşmüş şəxs ola bilərmi? Əliməmməd Nuriyev bunu istisna etmədiyini, bu baxımdan da şəxsiyyətin identifikasiyasının mütləq şəkildə aparılmalısının lazım olduğunu deyib:

"İstisna deyil ki, qaytarılan əsir birinci Qarabağ müharibəsinin əsiridir. Bizim müharibə zamanı minlərlə əsir və girovluqda olan şəxslərimiz var. Mütəmadi olaraq, Azərbaycan dövləti tərəfindən Ermənistandan əsirlərimizin qaytarılması tələb olunur. Əsasən, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılır. Lakin Ermənistan tərəfi birmənalı olaraq birinci Qarabağ müharibəsi zamanı əsirlərimizin olmasını inkar edir. Bəlkə də deyilməməsinə səbəb odur ki, şəxsiyyətin identifikasiyası aparılır.

Bir daha bildirim ki, birinci növbədə əsir adının açıqlanması üçün özünün razılığı olmalıdır. Digər tərəfdən, birinci Qarabağ müharibəsindən xeyli müddətdir ki, keçib. Bu baxımdan, şəxsiyyətin identifikasiyası mütləq şəkildə aparılmalıdır. Bu haqda məlumatlı olmadığım üçün dəqiq bir şey deyə bilmərəm. Bəlkə də ermənilər vaxtilə onu oğurlayıb. Yəni müxtəlif səbəblər ola bilər”.

Rusiyanın Qarabağdakı sülhməramlılarına məxsus təyyarə ilə bir əsir Ermənistandan Bakıya, beş əsir isə Azərbaycandan İrəvana çatdırılıb. Azərbaycan "hamının hamıya” prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır. Lakin əsirlərin dəyişdirilməsi mübadiləsində prinsipin Ermənistan tərəfindən pozulduğunu görə bilərik. Ekspert bildirib ki, birinci Qarabağ müharibəsində Azərbaycanınn Ermənistanda minlərlə əsiri olmasına baxmayaraq, beynəlxalq təşkilatlar hər zaman susqunluq nümayiş etdirib:

"Burda söhbət "hamının hamıya” dəyişdirilməsi prinsipindən gedir. Cinayət etmiş və bu prinsiplərə uyğun olmayan şəxslər istisna olmaqla, digər əsirlərin mübadiləsi həyata keçirilə bilər. Məlumatlar hər iki tərəfə verilib. Kimlərin əsir olmasıyla bağlı informasiyalar var. Məlumatlara uyğun olaraq, əgər əsirlər digər tərəfdədirsə, dəyişdirilir. Ola bilsin ki, Azərbaycan tərəfinin verdiyi siyahını ermənilər inkar edir. Müharibə vaxtı xeyli sayda erməni əsgəri Azərbaycan ordusuna əsir düşüb. Onların bəziləri vuruşmaq belə istəmirdi. Çünki məğlubiyyətlərini başa düşürdülər. Azərbaycan tərəfindən cəmi 10-15 əsir olub. Çünki, əsgərlərimiz sona qədər vuruşub. Bəzi əsirlərimiz olub. Onlar da yaralı və yaxud da huşsuz vəziyyətdə əsir düşüb. Bunlar müharibədə hər zaman başa verə biləcək ehtimallardır. Azərbaycan tərəfi əsirlərin siyahısını təqdim edir. Ermənistan tərəfi də bilərəkdən bunu inkar edə bilər. Xüsusilə də birinci Qarabağ müharibəsində çoxlu sayda mülki vətəndaşımız ermənilər tərəfindən girov götürülüb. Azərbaycan 30 il ərzində hər zaman beynəlxalq təşkilatlar qarşısında bununla bağlı məsələ qaldırıb. Bu məsələlər beynəlxalq təşkilatlar qarşısında qaldırılmasına baxmayaraq, Ermənistan tərəfi əsirlərin qaytarılmasına məcbur edilməyib. Beynəlxalq təşkilatlar da hər zaman susqunluğunu nümayiş etdirib. Lakin, Avropa İttifaqının parlamenti əsirlərin dəyişdirilməsini tələb edir. Bəs, Azərbaycanın minlərlə əsiri olmasına baxmayaraq niyə susqunluq nümayiş etdilib?… Azərbaycanın Xarici İşlər Nazirliyi, Qeyri-hökümət təşkilatlarımız dəfələrlə bunun beynəlxalq tiribunalarda səsləndirib. Lakin, hər zaman susqunluq olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da hər zaman əsirlərimizlə bağlı ictimaiyyətə məlumatlar verib”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3890 Azərbaycan vətəndaşı münaqişə zonasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 71 nəfəri uşaq, 267 nəfəri qadın, 326 nəfəri qocalardır (01.12.2020-ci il tarixə olan statistikaya görə).

1988-2005-ci illərdə 1368 Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edilmişdir. Bunlardan 169 nəfəri uşaq, 338 nəfəri qadın, 286 nəfəri qocalardır.

Təkzibolunmaz faktlar göstərir ki, itkin düşmüş şəxslərdən ən azı 783 nəfəri ermənilər tərəfindən əsir, yaxud girov götürülmüş, lakin bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilmişdir. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilmişdir.

Əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət Beynəlxalq işçi qrupu və BQXK bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi və sonrakı taleləri barədə məlumatların gizlədilməsinə dair faktları təsdiq edirlər.

Azərbaycan tərəfinə daxil olan məlumatlar göstərir ki, qeyd olunan siyahıdakı şəxslərin böyük əksəriyyəti erməni əsirliyində öldürülmüş, yaxud işgəncə və xəstəliklərdən vəfat etmiş, az bir hissəsi isə indi də gizlədilərək Ermənistanda və işğal olunmuş ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunurlar.

 

0
727
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar