Azərbaycanda bank müdiri intihar etdi (YENİLƏNİB)

Paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub. Zəruri prosessual hərəkətlər həyata keçirilib.

Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
 
 14:31

"Kapital Bank”ın filial müdiri intihar edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb.

O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Azxeber.com-a açıqlamasında yayılan məlumatı təsdiqləyib: 

"Bu xəbəri təəssüf hissi ilə təsdiq edirik ki, "Kapital Bank"ın Xəzər rayon filialının müdiri Mahir Sultanov intihar edib. İntiharın səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır".

0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar