Azərbaycanda Əməkdar artistin səhhəti pisləşdi

Əməkdar artist Zöhrə Abdullayeva yenidən xəstəxanaya yerləşdirilib.


Müğənninin səhhəti pisləşib. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
O bildirib ki, Z.Abdullayeva hazırda həkim nəzarətindədir.
Qeyd edək ki, müğənni revmotizmadan əziyyət çəkirdi. O, açıqlamasında yanlış müalicə olunduğu üçün ayaqlarının tutulduğunu demişdi. Xəstəliklə əlaqədar Z.Abdullayeva 30 kiloqram arıqlayıb. İfaçı bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. Müalicəsi bitdikdən sonra sənətçi evə buraxılmışdı.
0
234
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar