Azərbaycanda hakimi təhqir edən 17 yaşlı futbolçulara 4 oyunluq cəza

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 
 
Sport7.az xəbər verir ki, iclasda U-17 və Gənclər Kuboku çərçivəsində baş tutan qarşılaşmalarda yol verilən qayda pozuntuları ilə bağlı qərarlar aşağıdakı kimi olub. 

15.05.2021-ci ildə U-17 Kubokunun "Sabah” U17 – "Neftçi” PFK U17 oyununda "Sabah” U17 komandasının 10 nömrəli futbolçusu Firəddin Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
 
12.05.2021-ci ildə U-17 Kubokunun "Neftçi” İK İB – "Qarabağ” oyununda "Qarabağ” komandasının 3 nömrəli futbolçusu Xəyal Əkbərli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47).
 
12.05.2021-ci ildə U-17 Kubokunun "Səbail” – "Neftçi” oyununda "Neftçi” komandasının baş məşqçisi Elman Sultanov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 61.1)
 
13.05.2021-ci ildə Gənclər Kubokunun "Zirə” – "Kəpəz” oyununda matçın 45+2-ci dəqiqəsində "Zirə” komandasının 45 nömrəli futbolçusu Rəhim Cəfərli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41.3)
 
13.05.2021-ci ildə Gənclər Kubokunun "Zirə” – "Kəpəz” oyununda matçın 90+2-ci dəqiqəsində "Zirə” komandasının 14 nömrəli futbolçusu Peyman Səmədli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41.3)
 
16.05.2021-ci ildə Gənclər Kubokunun "Neftçi” PFK – "Kəpəz” FK oyununda "Neftçi” komandasının 44 nömrəli futbolçusu Xəqan Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
 
16.05.2021-ci ildə Gənclər Kubokunun "Qəbələ” – "Keşlə” İK İB oyununda "Qəbələ” komandasının 7 nömrəli futbolçusu Emil Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
 
Sport7.az
0
89
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar