“Azərbaycanda insanlar koronavirusa əsasən bu iki yolla yoluxurlar” - Professor

Koronavirusun tüğyan etdiyi bir vaxtda Ramazan ayı münasibəti ilə iftar süfrələrinin təşkil olunması virusa yoluxmanın sayını kəskin artıra bilər. Belə ki, iaşə obyektlərində iftar məclislərinin təşkilinin, bununla əlaqədar kafe və restoranlarda sıxlığın müşahidə olunmasının, pandemiya ilə bağlı təhlükəsizlik qaydalarına riayət edilməməsinin ağır fəsadlar yaradacağını hər bir vətəndaş dərk etməlidir. Elə bu səbəblərdən də kütləvi iftar məclislərindən çəkinmək və karantin qaydalarına əməl etmək əsas şərtdir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, iaşə müəssisələri, yəni restoran və şadlıq sarayları, kafe və restoranlar, çay və mərasim evləri karantin rejiminin real pozulduğu məkanlardır: “İnsanlar bu yerlərdə saatlarla maskasız otururlar. Qapalı mühitdə bir insanın virus daşıyıcısı olması xeyli adamı yoluxdura bilər. Təəssüflər olsun ki, bu kimi hallar “qulaq ardına vurulur”. Eyni zamanda ictimai nəqliyyat özü bir yoluxma mənbəyidir. Buna da göz yumulur. Azərbaycanda iki əsas yoluxma mənbəyi bu sadaladığım hallardır”.

 

Adil Qeybullanın sözlərinə görə, qapalı mühitlə bağlı tədbirlər görülməlidir: “Çünki qarşıda Hindistan ştammı məsələsi də var. Bu gün xəstəxanaya müraciətlər az olsa da, ambulator xəstələrin sayı yetərincədir. İnsanlar sadəcə olaraq xəstəxanalara getmək istəmirlər, nədənsə qorxub-çəkinirlər. Belə bir situasiyada biz mütləq xüsusən qapalı məkanlarda karantin qaydalarına əməl etməliyik”.

Müşviq Tofiqoğlu

KONKRET.az

0
261
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar